Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Bakıda IV Enerji Sammiti uğurla başa çatmışdır


Bakıda IV Enerji Sammiti uğurla başa çatmışdır Noyabrın 14-də Bakıda, ┬лGülüstan┬╗ sarayında enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş IV Enerji Sammiti keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev saraya gələn Türkiyə Prezidenti Abdullah Gülü, Litva Prezidenti Valdas Adamkusu, Ukrayna Prezidenti Viktor Yuşşenkonu, Gürcüstan Prezidenti Mixeil Saakaşvilini, Polşa Prezidenti Lex Kaçinskini, Bolqarıstanın vitse-prezidenti Angel Marini, Macarıstanın Baş naziri Ferenç Dyurçanı, Estoniyanın Baş naziri Andrus Ansipi səmimiyyətlə qarşılamışdır. Sammitdə ABŞ-ın energetika naziri Samuel Bodman, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Piebalqs, habelə 20-dən çox ölkənin nümayəndələri və diplomatlar da iştirak edirdilər. Dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri əvvəlcə rəsmi foto çəkdirmişlər. Prezident İlham Əliyev sammiti açaraq, tədbirin Bakıda keçirilməsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamış, Azərbaycanın neft-qaz potensialından, ölkənin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı enerji layihələrindən danışmışdır. Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, Azərbaycan müstəqillik əldə edəndən çonra neft-qaz sənayesində böyük nailiyyətlər əldə edib. Müstəqillik illərinə qədər də ölkədə neft hasil olunub, amma bu təbii ehtiyatlar ölkənin özünə məxsus deyildi. Dövlət başçısının sözlərinə görə, müstəqilliyə qədər Azərbaycan on milyon tondan artıq neft hasil etdiyy halda, hazırda bu rəqəm ildə 50 milyon tona çatıb. Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, ölkəmiz dünyanın aparıcı enerji şirkətləri ilə əməkdaşlıq nəticəsində böyük uğurlara imza atıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk kəmərlərinin çəkilməsi çax vacib məsələ idi. Bu gün artıq Azərbaycanın enerji daşıyıcıları Avropa və dünya bazarlarına çıxarılır. Dövlət başçısı Odessa-Brodi-Qdansk kəmərinin də əhəmiyyətini yüksək dəyərləndirdi. "Bu layihə çox ciddi şəkildə müzakirə olunur və gündəmdədir. Ümid edirəm ki, ilin sonunadək layihənin texniki-iqtisadi əsaslandırma işləri yekunlaşacaq" - deyə Prezident İlham Əliyev əlavə etmişdir ki, biz hazırda Xəzər, Baltik və Qara dəniz üzrə əməkdaşlığı gücləndiririk. Bu əməkdaşlıq enerji təhlükəsizliyi sahəsində bütün region üçün böyük töhfə olacaq. Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, son iki ildə Azərbaycan qaz idxalını dayandırıb, əvəzində ixraca başlayıb. Hazırda Azərbaycan qazı Gürcüstan və Türkiyəyə, oradan isə Yunanıstana ixrac olunur. Bu, o deməkdir ki, Azərbaycan qazı Avropa bazarlarına yol tapıb. Dövlət başçısı ölkəmizin zəngin qaz ehtiyatları olduğunu və bu ehtiyatların ölkəyə gələn əsrə qədər kifayət edəcəyini vurğuladı. Sammitin əhəmiyyətnə toxunan Azərbaycan Prezidenti bu tədbiri iştirakçı ölkələrin bundan sonrakı birgə fəaliyyəti üçün vacib amil adlandırdı. Gürcüstan Respublikasının Prezidenti Mixeil Saakaşvili enerji sahəsində əldə etdiyi uğurlara görə Azərbaycanı digər hasilatçı ölkələrə nümunə adlandırdı. Litva Respublikasının Prezidenti Valdas Adamkus bildirdi ki, NABUCCO və Odessa-Brodi-Qdansk layihələrinə Avropa İttifaqının dəstəyi daha çox olmalıdır. O, ABŞ-ın yeni adminstrasiyasının da bu layihələrə önəm verəcəyinə əminliyini bildirdi. Polşa Prezidenti Lex Kaçinski dedi ki, bəzi ölkələrin enerji sahəsində müşahidə olunan inhisarçı meylləri yolverilməzdir. O, qeyd etdi ki, NABUCCO boru xəttinin çəkilməsi işində maneələr tezliklə aradan qalxacaq. Türkiyə Respublikasının Prezidenti Abdullah Gül sammit iştirakçılarının məqsədinin Cənubi Qafqazda münaqişələrin həlli olduğunu söylədi və bu əməkdaşlığın problemlərin həllində mühüm rol oynayacağını söylədi. Ukrayna Respublikasının Prezidenti Viktor Yuşşenko dedi ki, həyata keçirilən enerji layihələri dövlət başçılarının birgə iradəsi hesabına ərsəyə gəlib. O, Odessa-Brodi-Qdansk kəmərinin layihəsinin texniki-iqtisadi əsaslandırmasının dekabrda yekunlaşacağını bildirdi. Bolqarıstan Respublikasının vitse-prezidenti Angel Marin ölkəsinin enerji siyasəti sahəsində həyata keçirilən səyləri alqışladığını bildirdi. O, NABUCCO layihəsinin icrası ilə bağlı Avropa ölkələrinə səylərini artırmağı tövsiyə etdi. Bu layihənin icrasında Azərbaycanın xüsusi önəmini də diqqətə çatdırdı. Estoniya Respublikasının baş naziri Andrus Ansip enerji təhlükəsizliyini milli təhlükəsizliyin mühüm komponenti adlandırdı. O, dedi ki. enerji təhlükəsizliyinin təmin edilməsi nail olunan hədəfdir. Macarıstan Respublikasının baş naziri Ferenç Dyurçan ölkəsinin Bakı sammitinə çox önəm verdiyini bildirdi. O, dedi ki, Avropa İttifaqı enerji əməkdaşlığının genişləndirilməsində maraqlıdır və Bakı sammiti enerji sahəsində beynəlxalq əməkdaşlığın inkişafında xüsusi əhəmiyyət daşıyır. ABŞ-ın energetika naziri Samuel Bodman vurğuladı ki, müasir dövrdə enerji təhlükəsizliyi məsələsi çox aktualdır. Bu, həm də milli təhlükəsizlik baxımından önəmlidir. ABŞ rəsmisi bu sammitin 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi"nin davamı olduğunu bildirdi və əlavə etdi ki, enerji təhlükəsizliyi Ağ evin yeni rəhbərliyinin diqqətində olacaq prioritet məsələlərdəndir. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Piebalqs təmsil etdiyi qurumun bu sahədə Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əməkdaşlığa böyük önəm verdiyini bildirdi. O dedi ki, Avropa İttifaqı neft və qazın nəqli sahəsində regional əməkdaşlığı dəstəkləyir. Rumıniya Respublikasının xarici işlər naziri bildirdi ki, onun ölkəsi də regional əməkdaşlıqda maraqlıdır, o cümlədən, yeni enerji layihələrinin reallaşdırılması Avropanın maraqlarına da uyğun gəlir. Qonaq Transxəzər enerji dəhlizinin reallaşmasının vacibliyini də vurğuladı. Yunanıstan Respublikasının inkişaf naziri ölkəsinin Türkiyə, Yunanıstan, İtaliya və Azərbaycanın daxil olduğu dördtərəfli enerji dəhlizinin yaradılması ideyasını dəstəklədiyini bildirdi. Qazaxıstanın Respublikasının energetika və mineral ehtiyatlar naziri dedi ki, hazırda Aktau limanında ildə 10 milyon ton neft ixrac olunur ki, bunun da müəyyən bir hissəsi Bakı vasitəsilə həyata keçirilir. Hazırda isə Qazaxıstan alternativ nəql yollarının reallaşdırılmasını planlaşdırır. İtaliya Respublikasının xarici işlər nazirinin müavini Avropa İttifaqı çərçivəsində enerji layihələrinin həyata keçirilməsində yaxından iştirak edəcəyini bildirdi. Türkmənistan Respublikasının xarici işlər nazirinin müavini çoxtərəfli nəql marşrutlarının faydalı olacağını diqqətə çatdırdı. Latviya Respublikasının iqtisadi inkişaf nazirinin müavini mərasimin yüksək səviyyədə təşkil olunduğuna görə öz təşəkkürünü bildirdi. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu, yeni alternativ enerji marşrutlarının zəruriliyini xüsusi vurğulayan natiqlər Xəzər hövzəsində hasil edilən neftin və təbii qazın Qara dəniz, Baltik dənizi regionlarına və Mərkəzi Avropaya çatdırılması üçün Odessa-Brodı neft kəmərinin və Baltikyanı ərazidən keçəcək nəqliyyat dəhlizlərinin yaradılmasının zamanın reallığı olduğunu bildirmişlər. Prezident İlham Əliyev sammitə yekun vuraraq, Bakı Bəyannaməsinin qəbul edildiyini bildirmişdir. O demişdir ki, Avropa İttifaqının üzvü olan 9 ölkənin və Avropa Komissiyasının bu sənədə qoşulması Qafqaz bölgəsi və Xəzəryanı ölkələr üçün çox mühümdür. Azərbaycanın dövlət başçısı sammitin iştirakçılarına təşəkkür edərək demişdir ki, gələcəkdə fəaliyyətimiz əməkdaşlıq ruhunda davam edəcək və bu, bütün məqsədlərimizə nail olmağa imkan verəcəkdir. Qeyd edək ki, Bakı Enerji Sammitinin Bəyannaməsinə Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Macarıstan Respublikası, Yunanıstan Respublikası, Gürcüstan, İtaliya Respublikası, Latviya Respublikası, Litva Respublikası, Polşa Respublikası, Rumıniya, Amerika Birləşmiş Ştatları, Türkiyə Respublikası, Ukrayna, İsveçrə Konfederasiyası, Estoniya Respublikası və Avropa Komissiyası qoşulmuşdur.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb