Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
QEYDƏ ALINMIŞDIR»
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
Qeydiyyat 2719
05 noyabr 2001-ci il
Nazir
F.MƏMMƏDOV
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Əmr 099
30 oktyabr 2001-ci il
Sədr
K.HEYDƏROV


Rüsumsuz ticarət mağazasının fəaliyyətinin tənzimlənməsi haqqında qaydalara edilmiş dəyişikliklər barədə

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 24 iyul 1998-ci il tarixli 033 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 30 iyul 1998-ci il tarixdə 120-ci nömrə ilə qeydiyyata alınmış Rüsumsuz ticarət mağazasının fəaliyyətinin tənzimlənməsi haqqında Qaydalarda aşağıdakı dəyişiklər edilsin:
    1-ci bəndinin 1.6. yarımbəndi aşağıdakı redaksiyada verilsin:

      1.6. RTM-dən alınan malların gömrük sərhədindən keçirilməsi gömrük qanunvericiliyinə əsasən tənzimlənir.

    2-ci bəndin 2.4. yarımbəndi aşağıdakı redaksiyada verilsin:

      2.4. RTM-in satış zalları elə şəkildə yerləşməlidir ki, Azərbaycan Respublikasının gömrük sərhədini keçən şəxslərdən başqa digər kənar şəxslərin həmin zallara daxil olması mümkün olmasın

    3.3-cü bəndinin d və e hissələri mətndən çıxarılsın.

    4-cü bəndin 4.1., 4.3. və 4.10. yarımbəndləri müvafiq olaraq aşağıdakı redaksiyada verilsin:

    4.1. Rüsumsuz ticarət mağazaları RTM gömrük rejimi altında yerləşdirilmiş malların yalnız Azərbaycan Respublikası gömrük sərhədindən keçən fiziki şəxslər üçün pərakəndə satışını həyata keçirirlər.

    4.3. Malların RTM-də satışı üçün kvotaların müəyyən olunmasına yol verilir.

    4.10. Malların RTM-dən alınması haqda həmin mağazanın işçiləri tərəfindən müvafiq qeydlər aparılır.



Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2001-ci il, 11, s.3 (VneshExpertService)
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
     2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb