Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Poçt rabitəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Rabitə haqqında Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 6, maddə 463; 1999-cu il, 5, maddə 285; 2000-ci il, 7, maddə 490; 2001-ci il, 2, maddə 88; 2002-ci il, 5, maddələr 237, 250; 2003-cü il, 1, maddə 16; 2004-cü il, 4, maddə 202) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 13-cü maddədə:

a) birinci hissədə açıqcaların,, çap nəşrlərinin, və və digər sözləri çıxarılsın, baratların sözündən sonra , poçt kartların, banderolların, kiçik paketlərin, sekoqramların, xüsusi M kisələrin sözləri əlavə edilsin, konkret ünvanlara sözləri ünvan sahibinə sözləri ilə əvəz edilsin;

b) ikinci hissədə xüsusi rejimli sözləri ümumi istifadədə olan və xüsusi təyinatlı sözləri ilə əvəz edilsin;

c) üçüncü hissədə canlı sözü xüsusi təyinatlı sözləri ilə, müvafiq feldyeger, kuryer (çapar) və dipkuryer sözləri dövlət-feldyeger, feldyeger-poçt və xüsusi poçt rabitəsi sözləri ilə əvəz edilsin;

ç) maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

Poçt rabitəsi sahəsində fəaliyyət Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir..

2. 24-cü maddənin birinci hissəsində orqanları sözündən sonra , bələdiyyə orqanları sözləri əlavə edilsin.

3. 28-ci maddənin beşinci hissəsi çıxarılsın və altıncı hissə beşinci hissə hesab edilsin.

4. 29-cu maddədə:

a) birinci hissədə və bağlamaların sözləri çıxarılsın;

b) ikinci hissə aşağıdakı redaksiyada verilsin:

Poçt rabitəsi operatorları poçt göndərişlərində sərhəddən keçirilməsi qadağan olunan mallar və əşyalar barədə istifadəçiləri əvvəlcədən məlumatlandırmalıdır..

5. 33-cü maddədə:

a) ikinci hissədə edilmiş sözündən sonra malların və sözləri əlavə edilsin;

b) üçüncü hissədə yükləri sözü malları sözü ilə əvəz edilsin, mümkün olmadıqda, sözlərindən sonra müəyyən olunmuş qaydada sözləri əlavə edilsin;

c) dördüncü və altıncı hissələrdə elan sözü bəyan sözü ilə əvəz edilsin;

ç) altıncı hissədə itirildikdə sözündən sonra ,oğurlandıqda, xarab olduqda sözləri əlavə edilsin.

6.36-cı maddənin birinci hissəsində markalı zərf və açıqcalar sözləri zərflərin və poçt kartlarının üzərində mətbəə üsulu ilə həkk edilmiş poçt markaları, dövlət poçt ödənişi nişanlarına bərabər tutulan poçt markalayıcı maşının həkki sözləri ilə əvəz edilsin.

7.37-ci maddədə:

a) ikinci hissədə Rabitə operatorları qiymətli sözləri Poçt rabitəsi operatorları sözləri ilə əvəz edilsin, elan olunduğu qiymətdən sözləri çıxarılsın, əskik gəlməsi sözlərindən sonra , oğurlanması, xarab olunması sözləri əlavə edilsin;

b) üçüncü hissədə poçt göndərişlərindəki əşyaların əskik gəlməsinə sözləri oğurlanmasına, xarab olmasına, çatdırılmamasına sözləri ilə əvəz edilsin.

II. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 9, maddə 564; 2001-ci il, 5, maddə 298, 11, maddələr 676, 698; 2002-ci il, 1, maddə 9, 8, maddə 463; 2003-cü il, 8, maddə 424; 2004-cü il, 2, maddə 57) 1-ci maddəsinin 20-ci bəndində nəzərdə tutulan, sözlərindən sonra Milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən, sözləri əlavə edilsin.

III. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 6, maddə 447; 1999-cu il, 10, maddə 570; 2001-ci il, 11, maddələr 676, 686, 695, 12, maddə 736; 2002-ci il, 1, maddə 4, 8, maddə 463; 2003-cü il, 1, maddələr 3, 16, 23; 2004-cü il, 2, maddə 57, 3, maddə 133, 6, maddə 400, 7, maddə 505) 118-ci maddəsinin birinci hissəsində dövlət rabitə müəssisələrinə sözləri poçt rabitəsi operatorlarına sözləri ilə, Dövlət rabitə müəssisələri sözləri Poçt rabitəsi operatorları sözləri ilə əvəz edilsin.

IV. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 1, maddə 17; 2002-ci il, 5, maddə 236; 2003-cü il, 1, maddələr 23, 24, 6, maddə 279; 2004-cü il, 7, maddə 505, 8, maddə 598, 10, maddə 761) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. Məcəlləyə aşağıdakı məzmunda 323.2-ci maddə əlavə edilsin və 323.2-ci və 323.3-cü maddələr müvafiq olaraq, 323.3-cü və 323.4-cü maddələr hesab edilsin:

323.2. Paylanmayan poçt göndərişlərinin açılmasına razılıq alınmasına dair ərizə 3 (üç) ayda bir dəfədən az olmayaraq, ünvan sahibinə və ya göndəriciyə çatdırılması mümkün olmayan poçt göndərişlərinin içərisindəki əşyalar, mallar və pul vəsaitlərinin sahibsiz hesab edilməsinə dair ərizə isə Poçt rabitəsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş 6 (altı) aylıq saxlama müddəti başa çatdıqdan sonra poçt rabitəsi operatoru tərəfindən məhkəməyə verilir..

2.325-ci maddənin mətni 325.1-ci maddə hesab edilsin və Məcəlləyə aşağıdakı məzmunda 325.2-ci maddə əlavə edilsin:

325.2. Məhkəmə paylanmayan poçt göndərişlərinin açılmasına razılıq alınması haqqında ərizəyə 5 (beş) iş günü ərzində baxmalıdır..

3. Məcəlləyə aşağıdakı məzmunda 326.2-ci maddə əlavə edilsin və 326.2-ci maddə 326.3-cü maddə hesab edilsin:

326.2. Məhkəmə paylanması mümkün olmayan poçt göndərişlərinin açılmasına razılıq verilməsinə dair ərizəyə baxaraq onu təmin etdikdə, belə razılığın verilməsi barədə, ünvan sahibinə və ya göndəriciyə çatdırılması mümkün olmayan və qanunla müəyyən edilmiş 6 (altı) aylıq saxlama müddəti başa çatmış poçt göndərişinin içərisindəki əşyaların, malların və pul vəsaitlərinin sahibsiz hesab edilməsinə dair ərizəyə baxaraq onu təmin etdikdə, həmin əşyaların, malların və pul vəsaitlərinin sahibsiz hesab edilməsi barədə qətnamə çıxarır..

V. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV.

Bakı şəhəri, 4 mart 2005-ci il.

855-IIQD.

Azərbaycan qəzetində dərc edilmişdir (1 may 2005-ci il, 98) (AzerSoft)


AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
     2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb