Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Rüsumsuz ticarət mağazasının fəaliyyətinin tənzimlənməsi haqqında Qaydaların təsdiq edilməsi haqqında

Əmr 33

24 iyul 1998-ci il

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 9-cu maddəsinə əsasən əmr edirəm:

1. Rüsumsuz ticarət mağazasının fəaliyyətinin tənzimlənməsi haqqında Qaydalar təsdiq edilsin (əlavə olunur).

2. Rüsumsuz ticarət mağazasının fəaliyyətinin tənzimlənməsi haqqında Qaydalar normativ-hüquqi akt kimi qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim edilsin.

3. Bu Qaydalar Ədliyyə Nazirliyində qeydiyyata alındığı gündən qüvvəyə minsin.

4. İşlər İdarəsi (R.Həsənəliyev) Ədliyyə Nazirliyində qeydə alındıqdan sonra Qaydaların Komitənin bütün idarə, müstəqil şöbə və yerli gömrük orqanlarına göndərilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinə (A.Əliyev) tapşırılsın.

Komitənin sədri

K.HEYDƏROV.


Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi sədrinin 24 iyul 1998-ci il tarixli
033 saylı əmri ilə təsdiq edilmişdir

Rüsumsuz ticarət mağazasının fəaliyyətinin tənzimlənməsi haqqında Qaydalar

Bu əsasnamə Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 8-ci fəslinin müddəalarına uyğun olaraq işlənib hazırlanmışdır.

1. Ümumi müddəalar

1.1. Rüsumsuz Ticarət Mağazası (bundan sonra RTM) mallardan gömrük rüsumları, vergilər alınmadan və onlara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən Azərbaycan Respublikasının gömrük ərazisində (beynəlxalq hava və dəniz limanlarında və Azərbaycan Respublikası gömrük orqanları tərəfindən müəyyən edilən digər yerlərdə) həmin malların gömrük nəzarəti altında satılmasından ibarət gömrük rejimidir.

1.2. RTM rejimi altında yerləşdirilən mallar bilavasitə xüsusi mağazalarda (RTM) satılır.

1.3. RTM-rı beynəlxalq sərnişin daşımaları üçün açıq olan hava və dəniz limanlarında, fiziki şəxslərin sərhəddi keçməsi üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası sərhəddinin sərhəd buraxılış məntəqələrində təsis edilə bilər.

1.4. RTM-nı aşağıdakı tələblərə cavab verən müəssisə və təşkilatlar təsis edə bilər:

  • hüquqi statusunun olması;
  • Azərbaycan Respublikasında yerləşməsi;
  • Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq təsis edilməsi;
  • RTM-sı təsis etmək üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin lisenziyasının olması: (lisenziyanın verilməsi qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən olunur).
  • rüsumsuz ticarət mağazasında xarici valyuta ilə nağd qaydada əməliyyatlar aparmaq üçün Milli bankın lisenziyasının olması.

1.5. RTM-nın ərazisi (satış zalları, köməkçi tikililər və anbarlar) gömrük nəzarəti zonası sayılır.

1.6. RTM-dan alınan mallar Azərbaycan Respublikasından çıxarılmalıdır.

1.7. Rüsumsuz ticarət mağazası gömrük rejimindən istifadə etmə şərtlərinə (gömrük ödənişlərinin verilməsi daxil olmaqla) riayət edilməsinə məsuliyyəti RTM sahibi daşıyır.

2. RTM yerləşdiyi yerə və təchiz edilməsinə tələblər

RTM-nın aşağıdakı nəzərdə tutulmuş tikililər olmalıdır:

a) satış zalı (satış zalları);

b) köməkçi tikililər;

v) RTM-nın anbarı.

Bu Əsasnamənin tələbləri nəzərə alınmaqla, RTM mağazanın normal fəaliyyət göstərməsi üçün göstərilən tikililərin sahəsi kifayət qədər olmalıdır.

2.2. RTM-nın satış zallarının, köməkçi tikililərinin və anbarının RTM gömrük rejimi altında yerləşdirilən malların gömrük nəzarətindən kənara çıxarılmasına yol verməməlidir, həmin tikililərdə yerləşən belə malların salamatlığını və kənar şəxslərin onların yanına keçə bilməməyini təmin etməlidir.

Mağaza anbarının quruluşu gömrük nəzarətindən kənar malların ora daxil olmasına yol verməməlidir.

2.3. RTM-nın satış zalları gömrük nəzarəti xəttindən sonra yerləşməlidir.

2.4. RTM-nın satış zalları o şəkildə yerləşməlidir ki, Azərbaycan Respublikası ərazisinə gələn fiziki şəxslərin həmin zallara daxil olması mümkün olmasın.

2.5. Mağazanın tikililəri texniki, sanitar, yanğına qarşı və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş başqa tələblərə cavab verməlidirlər.

Mağazanın satış zalları, köməkçi tikililəri və anbarı lazımi yanğın söndürən və mexaniki mühafizə vasitələri, həmçinin müvafiq siqnalizasiya ilə təchiz edilməlidirlər.

2.6. Gömrükxana onun fəaliyyət zonasında yerləşən RTM-nın tikililərinin quruluşuna, təchiz edilməsinə və yerləşməsinə aid konkret tələblərin qoyulması hüququna malikdir.

2.7. Zəruri hallarda, gömrük orqanının tələbi ilə mağazanın sahibi gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün onun tələblərinə cavab verən RTM-nın anbarındakı avadanlığı və rabitə vasitələrini əvəzsiz olaraq gömrük orqanının vəzifəli şəxslərinin ixtiyarına verir.

3. Malların RTM-na daxil olması və onların RTM-sı gömrük rejimi altında yerləşdirilməsi

3.1. RTM-sı gömrük rejimi altında yerləşdirilən malların gömrük rəsmiləşdirilməsi yeri ancaq həmin malların satışı nəzərdə tutulmuş mağazanın anbarında ola bilər.

Əgər malların gəlmə və çatdırılma yeri müvəqqəti saxlanc anbarıdırsa, belə hallarda həmin malların gömrük nəzarəti altında çatdırılması qaydalarına müvafiq olaraq RTM-nın anbarlarında çatdırılmalıdır.

3.2. Mallar RTM-nın anbarına gömrük orqanlarının səlahiyyətli vəzifəli şəxslərinin iştirakı ilə və ya onların icazəsi ilə yerləşdirilir.

3.3. RTM-sı gömrük rejimi altında aşağıdakı malların yerləşdirilməsinə yol verilmir:

a) Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması qadağan olmuş malların;

b) Azərbaycan Respublikasında satışı qadağan olunmuş malların;

v) Başqa dövlət orqanlarının nəzarəti altına düşən malların, həmin orqanların icazəsi olmadıqda;

q) İstehsalat-texniki təyinatlı malların və fiziki şəxslərin şəxsi istifadəsi və ya istehlakı üçün nəzərdə tutulmayan malların;

d) ağır çəkili (20 kq artıq olan) və iri qabaritli (uzunluğunun, eninin və hündürlüyünün ölçüsünün cəmi 200 sm-dən artıq) malların;

e) ixrac gömrük rejiminə cəlb edilən strateji əhəmiyyətli xammal olan və ya lisenziyalaşdırmaya düşən Azərbaycan mallarının, aşağıdakılar istisna olmaqla:

  • qalaydan, sinkdən, misdən, qurğuşundan, alüminiumdan, nikeldən, onların əsasındakı xəlitələrdən, qara metallardan düzəldilmiş yüksək dərəcədə emal edilmiş hazır məhsullar;
  • pərakəndə satış üçün qablaşdırılmış sürtkü yağlar və materiallar;
  • həbdə və ya başqa analoji formada, yaxud netto çəkisi 1 kq-dan artıq olmayan qablarda gübrə;
  • pərakəndə, satış üçün qablaşdırılmış və bilavasitə istifadə üçün hazır olan balıqdan, xərçəngkimilərdən, molyuskalardan və başqa suda yaşayan onurğasızlardan düzəldilmiş məhsul (kürü daxil olmaqla);
  • netto çəkisi 1 kq-dan artıq olmayan pərakəndə satış üçün qablarda qənd;
  • pərakəndə satış üçün qablarda farmoseptik məhsullar (provitaminlər, vitaminlər, harmonlar və antibiotiklər daxil olmaqla). Əgər həmin məhsullar həkimin resepti olmadan satıla bilərsə;
  • qiymətli metallardan və təbii qiymətli daşlardan, mirvaridən və kəhrəbadan düzəldilmiş zərgərlik və başqa məişət məmulatları.

İxrac gömrük rüsumuna cəlb edilən, strateji əhəmiyyətli xammal olan və ya lisenziyalaşdırmaya düşən malların siyahısına dəyişiklik və ya əlavələr olduqda, istisna edilən malların siyahısına Azərbaycan Respublikası DGK-nin xüsusi normativ aktları ilə dəyişiklik və əlavələr edilə bilər.

3.4. Mallar, həmçinin Azərbaycan malları RTM gömrük rejimi altında yerləşdirilərkən gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınır.

3.5. YGM ilə birlikdə aşağıdakı sənədlər təqdim edilir:

  • gətirilmiş malların yük və mal müşayiət sənədləri (qaimələr, konosamentlər, spesifikasiyalar, hesab-fakturalar və s.);
  • gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirmək üçün lazım olan başqa sənədlər.

3.6. RTM gömrük rejimi altında xaricdən gətirilmiş bitki və heyvan mənşəli məhsul yerləşdirilərkən, müvafiq dövlət orqanları tərəfindən fitosanitar və baytar nəzarəti keçirilir (əgər həmin məhsullar Azərbaycan Respublikası ərazisinə gətirilərkən belə nəzarət keçirilməyibsə).

Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən sertifikatlaşdırılan mallar RTM gömrük rejimi altında yerləşdirildikdə müvafiq sertifikatın təqdim edilməsi tələb edilir.

3.7. RTM satış zallarından, köməkçi tikililərindən və anbarından RTM gömrük rejimində bəyan edilməyən malların saxlanması və satılması üçün istifadə edilməsinə yol verilmir.

Azərbaycan mallarının RTM gömrük rejimi altına yerləşdirilərkən, həmin mallara aid ödənilmiş gömrük rüsum və vergilərin məbləğləri geri qaytarılmır.

4. Malların RTM-da satışı

4.1. RTM-ları RTM-sı gömrük rejimi altında yerləşdirilmiş malların yalnız Azərbaycan Respublikası ərazisindən kənara çıxan fiziki şəxslər üçün pərakəndə satışını həyata keçirirlər.

4.2. Malların RTM-da satışı ancaq nəğd pula və ya kredit kartoçkaları üzrə həyata keçirilir.

4.3. Malların RTM-da topdan, həmçinin xırda topdan (təxminən 10 vahiddən pərakəndə satış üçün qablardan, komplektlərdən artıq) satışına yol verilmir.

Bu Əsasnamənin 3.3. bəndinin yarımbəndində göstərilən malların satışı ancaq tək-tək ekzemplyarlarda (komplektlərdə) həyata keçirilir.

4.4. Malların RTM-da nümunələr üzrə, əvvəlcədən sifariş üzrə, evə çatdırılması ilə, ödənişin hissə-hissə verilməsi ilə satılmasına və əlavə xidmətlərin göstərilməsinə (satışqabağı hazırlıqdan, qablaşdırılmadan, nümayiş etdirmədən və analoji əməliyyatlardan başqa) yol verilmir.

4.5. Malların RTM-nın köməkçi tikintilərindən və anbarından satılmasına yol verilmir.

4.6. Azərbaycan Respublikası ərazisinə satışına məhdudiyyət qoyulmuş malların RTM gömrük rejimində satılmasına, ancaq Azərbaycan Respublikası qanunvericiliyi ilə qoyulmuş tələblərə riayət edilməsi şərti ilə yol verilə bilər.

4.7. Mağazanın sahibi sanitar qaydalarına, anbara vurma normalarına, mal qonşuluğu və saxlanma rejimi qaydalarına, dövlət standartlarının tələblərinə riayət etməli, ticarət dairəsində münasibətləri nizamlayan Azərbaycan Respublikasının normativ aktları ilə qoyulmuş başqa tələb və şərtləri yerinə yetirməlidir.

4.8. RTM gömrük rejimi altına yerləşdirilən mallara onların salamatlığını təmin etmək üçün lazımi əməliyyatlar və malların satışına hazırlıq üzrə (qabların açılması və s.) əməliyyatlar keçirilə bilər.

Malların salamatlığının təmin edilməsi üzrə əməliyyatlar RTM-nın anbarında keçirilir. Malların satışa hazırlığı üzrə əməliyyatlar isə RTM-nın anbarında və ya köməkçi tikililərində keçirilir.

Göstərilən əməliyyatlar gömrük nəzarəti altında keçirilir.

4.9. RTM-da satılan malların gömrük orqanı ilə razılaşdırılmış xüsusi nişanı olmalıdır və onlar əvvəlcədən pərakəndə satış üçün qablaşdırılmalıdır.

4.10. Malların RTM-dan alınması haqda Azərbaycan Respublikası gömrük ərazisindən çıxan fiziki şəxsin yol sənədlərində həmin mağazanın işçiləri tərəfindən qeydlər edilir.

Qeydin forması gömrük orqanı ilə razılaşdırılaraq RTM-nin sahibi tərəfindən müəyyən edilir.

Gömrük orqanı RTM-dən alınmış malların faktiki çıxarılmasına nəzarəti həyata keçirir.

4.11. Azərbaycan Respublikası gömrük ərazisindən çıxan fiziki şəxslər tərəfindən RTM-dan alınmış malların dəyişdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Əgər dəyişdirilmiş təzə mal Azərbaycan Respublikasından kənara çıxarılmırsa, alınması gömrük orqanlarına həvalə edilmiş qaydada belə maldan idxal gömrük rüsumu və vergiləri tutulur (Azərbaycan malları istisna edilməklə).

4.12. RTM gömrük rejimi altında yerləşdirilən malların həmin malları almaq hüququ olmayan şəxslərə satılması və ya başqa formada özgəninkiləşdirilməsi, yaxud göstərilən malların onların gömrük rejiminə müvafiq olmayan başqa istifadəsi, həmçinin malların gətirilməsi və ya qablaşdırılması hallarında RTM sahibi, sərbəst tədavülə buraxılması və ya ixrac gömrük rejimləri müvafiq ödənilməli olan gömrük ödənişlərini ödəməlidir (malların normal daşınma və saxlanma şəraitində qəza və ya dəfedilməz qüvvə nəticəsində ləğv edilməsi, həmçinin itirilməsi və yaxud çatdırılmaması təbii dağılma və ya əksilmə nəticəsində baş verməsi hallardan başqa).

5. Uçot və hesabat

5.1. RTM gömrük rejimi altında yerləşdirilmiş malların mağaza sahibi və gömrük orqanları tərəfindən mütləq uçotu aparılır.

5.2. RTM sahibi 1 -li əlavədə göstərilmiş formada, uçot kitabının aparılması yolu ilə RTM gömrük rejimi altında yerləşdirilmiş (RTM anbarına daxil olmuş) malların uçotunu aparır.

5.3. Uçot kitabları təqvim ili üzrə aparılır. Kitablar əvvəlcədən qaytanlanmalı və onun fəaliyyət zonasında RTM təsis edilmiş gömrükxananın rəisinin və ya onu əvəz edən şəxsin imzası və gömrükxananın möhürü ilə təsdiq edilməlidir. Axırıncı qeyd edildikdən sonra uçot kitabı yoxlanılmaq üçün gömrükxanaya verilir. Yoxlama başa çatdıqdan sonra uçot kitabı RTM sahibinə qaytarılır və onun tərəfindən üç il müddətindən az olmayaraq saxlanılır. Uçot kitabında yoxlamadan sonra əlavə qeydlər və ya dəyişikliklər edilməsinə yol verilmir.

Gömrükxananın razılığı olduqda uçot kitabının formasının 1 -li əlavədə göstərilmiş nümunəvi fərqlənməsinə yol verilir. O şərtlə ki, həmin formada bu nümunədə göstərilən bütün məlumatlar saxlanılır.

Malların uçot kitabı RMT-nın anbarında başqa uçot sistemlərindən, həmçinin avtomatlaşdırılmış sistemlərindən istifadə olunmasından asılı olmayaraq aparılır.

Malların uçot kitabı gömrük orqanlarının vəzifəli şəxslərinin tələbilə onlara təqdim edilir.

5.4. Malların bu Qaydaların 5.2. bəndinə müvafiq olaraq uçota alınmasından əlavə RTM sahibi gömrükxana ilə razılaşdırılmış forma və qaydada satılan malların uçotunu aparır.

5.5. Gömrük orqanı, yük gömrük bəyannamələrin və avtomatlaşdırılmış uçot sisteminin istifadə edilməsilə malların uçotunu aparır.

5.6. RTM sahibi üç ayda bir dəfədən az olmayaraq RTM-na daxil olmuş və orada satılmış mallar haqqında 2 -li əlavədə göstərilmiş forma üzrə gömrük orqanlarına növbəti hesabat verməlidir.

Kifayət qədər əsaslar olduqda gömrük orqanı növbədənkənar hesabatın verilməsini tələb edə bilər. Belə hesabat gömrük orqanının rəisinin və ya onun müavininin bu haqda yazılı tələbinin alınması tarixindən yeddi gün ərzində göstərilən formada təqdim edilməlidir.

5.7. Gömrük orqanı RTM-nın satış zallarında, köməkçi tikililərində və anbarında yerləşən malların inventarizasiyasını aparmaq hüququna malikdir.

6. RTM sahibi və gömrük orqanları arasında münasibət

6.1. RTM gömrükxana, onun fəaliyyət zonasında təsis edilmiş RTM-nın sahibinin rəyini nəzərə almaqla və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılaraq RTM-dan istifadə etmə prosedurasını təsdiq edir.

6.2. Prosedurada aşağıdakılar müəyyən edilir:

  • gömrükxananın RTM-nın satış zallarının, köməkçi tikililərinin və anbarının, həmçinin lazım olduqda gömrük orqanlarının vəzifəli şəxslərinin tikililərinin qurulmasına aid tələblər;
  • mağazanın iş rejimi;
  • RTM-da satılan malların nişanlanma üsulu və forması;
  • malların RTM-dan alınması haqqında qeydin forması;
  • malların uçot formaları;
  • gömrük ödənişlərinin ödənilməsi daxil olmaqla malların dəyişdirilməsi qaydaları;
  • RTM-ə daxil olmuş və orada satılmış mallar haqqında hesabatın verilməsi müddəti;
  • RTM-nin fəaliyyət göstərməsi ilə bağlı başqa tələblər və şərtlər.

6.3. Göstərilən prosedura bu Əsasnaməyə və Azərbaycan Respublikası qanunvericiliyinə zidd ola bilməz.

7. RTM-nın ləğv edilməsi

7.1. Rüsumsuz ticarət mağazası Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 56-cı maddəsində və Nazirlər Kabinetinin 122 saylı 8 iyun 1998-ci il tarixli Azərbaycan Respublikasının gömrük ərazisində rüsumsuz ticarət mağazalarının yaradılmasına xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında qərarında nəzərdə tutulmuş qaydada ləğv edilə bilər.

8. RTM ləğv edildikdən sonra görülən tədbirlər

8.1. RTM-in ləğv edilməsi haqqında qərarın çıxması tarixindən satış zallarında və köməkçi tikililərdə yerləşən mallar təxirə salınmadan mağazanın anbarına keçirilir. Bununla RTM-in anbarı müvəqqəti saxlanc anbarına çevrilir. RTM gömrük rejimi altında yerləşdirilmiş və mağazada satılmamış mallara isə müvəqqəti saxlancda yerləşən mallar kimi baxılır.

8.2. RTM sahibi mağazanın ləğv edilməsi barədə qərar çıxarıldığı tarixdən üç gün müddətində anbarda yerləşən mallar haqqında 2 -li əlavədə göstərilən forma üzrə gömrük orqanına tam hesabat verməlidir.

Gömrük orqanı yeddi gün müddətində ləğv edilmiş RTM-də qalan malların inventarizasiyasını keçirir.

8.3. RTM gömrük rejimi altında yerləşdirilmiş mallar aşağıdakı hallarda təkrarən gömrük rəsmiləşdirilməsindən keçməlidirlər:

  • lisenziyanın ləğv edilməsi zamanı malların mağazaya daxil olduğu tarixdən;
  • lisenziyanın gömrük qaydalarının pozulmasına görə tənbeh tədbiri kimi geri alınmasında iş üzrə qərarın icraya yönəldiyi tarixdən;
  • başqa hallarda ləğv edilmə barədə qərarın alınması tarixindən.

8.4. RTM-nın ləğv edilməsi lisenziyanın ləğv edilməsilə bağlı olduqda, mağazada satılmış xarici malların gömrük rəsmiləşdirilməsi sərbəst tədavülə buraxılış gömrük rejiminə müvafiq olaraq rəsmiləşdirilir. Belə mallara qarşı iqtisadi siyasət tədbirləri edilmir.

8.5. Ləğv edilən RTM-nın anbarında yerləşən Azərbaycan malları sərbəst tədavülə buraxılış gömrük rejiminə müvafiq gömrük rəsmiləşdirilməsindən keçirilməlidirlər (o mallara aid olan gömrük rüsumları, vergilər və gömrük rəsmiləşdirilməsi üçün gömrük bacları alınmadan). Belə malların bəyan edilməsi, 3 -li əlavədə göstərilən forma üzrə tərtib olunmuş bəyannamənin gömrük orqanına təqdim edilməsi yolu ilə, sadələşdirilmiş qaydada həyata keçirilir.

8.6. RTM ləğv edildikdə onun sahibi, malların ləğv edilən mağazada saxlanılmasının bütün müddəti ərzində, malların saxlanmasına görə, gömrük orqanları ilə təsis edilmiş müvəqqəti saxlanc anbarları üçün müəyyən edilmiş dərəcələrdə gömrük baclarını ödəyir:

  • lisenziyanın gömrük qaydalarının pozulmasına görə tənbeh tədbiri kimi geri alınmasında iş üzrə qərarın icraya yönəldiyi tarixdən;
  • başqa hallarda ləğv edilmə haqda qərarın alınması tarixdən.

9. Son müddəalar

9.1. RTM təsis edilməsi haqda lisenziya başqa şəxsə verilə bilməz.

9.2. Ərizədə və ərizəyə əlavə edilən sənədlərdə göstərilən hər bir məlumatın dəyişilməsi barədə RTM sahibi yeddi iş günü müddətində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və fəaliyyət zonasında RTM təsis edilmiş gömrükxanaya yazılı şəkildə məlumat verməlidir.

9.3. Əgər məlumatların dəyişməsi belə xarakter daşıyır ki, mağazanın sahibi belə məlumatı lisenziya verilməsi haqda ərizədə və ya ərizəyə əlavə edilən sənədlərdə göstərsəydi, RTM-nın təsis edilməsi üçün lisenziya verilə bilməzdi, bu haqda yazılı bildirişə RTM-nın onun sahibinin istəyi ilə ləğv edilməsi barədə ərizə kimi baxılır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi mağazanın sahibini lisenziyanın fəaliyyətinin saxlanılmasının mümkünsüzlüyü haqda əsaslı məlumatlandırır. Belə qərar haqda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin XIII bölməsinə əsasən şikayət verilə bilər.

9.4. Lisenziyaya dəyişikliklər edilməsini tələb edən məlumatların mağaza ilə dəyişilməsində lisenziya köhnə məlumatları, dəyişilmiş hissədə isə yeni məlumatları göstərməklə, yeni lisenziya blankı doldurulması yolu ilə yenidən qeydiyyata alınır. Lisenziyanın əvvəlki sıra nömrəsində əlifba ilə müəyyən edilən ardıcıllıqda hərf işarəsi əlavə edilir.

9.5. RTM sahibi sanitar qaydalarına, mal qonşuluğu qaydalarına, dövlət standartlarının tələblərinə riayət edilməsinə, ticarət dairəsində münasibətləri nizamlayan Azərbaycan Respublikasının normativ aktları ilə qoyulmuş başqa tələb və şərtlərin yerinə yetirilməsinə, Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır.


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Rüsumsuz ticarət mağazasının təsis edilməsinə dair
Lisenziya 00

______________________________________________________________________________

(idarə, müəssisə, təşkilatın adı)

___________________________________________________________________

(fəaliyyət zonasında mağaza təsis edilən gömrük adı)

___________________________________________________________________

(mağazanın yeri)

Rüsumsuz ticarət mağazası təsis edilməsinə icazə verilir.

Lisenziyanın fəaliyyət müddəti bitir:

___ _______________ 199___-ci ildə

Dövlət Gömrük Komitəsinin Sədri

___ _______________ 199___-ci il.


RTM-nin fəaliyyətinə nəzarətin
təşkili haqqında Qaydalara 1 -li əlavə

RTM-nın anbarındakı malların uçot kitabı

Anbara daxil olma (mağazaya daxil olma) tarixi

YGB -si

Malların qısa adı

Malların statusu (azərb. və ya xarici)

Yerin sayı və brutto çəkisi (kq) daxil olduqda

Anbardan çıxma tarixi

Yerlərin sayı və brutto çəkisi (kq) buraxıldıqda

Əlavələr

 


RTM-nin fəaliyyətinə nəzarətin
təşkili haqqında 2 -li əlavə

Rüsumsuz ticarət mağazasına daxil olmuş və satılan mallar haqqında Hesabat

___ __________ 199__-ci il tarixdən ___ _________ 199___-ci il tarixədək

Sıra -si

Mağazaya daxilolma tarixi

YGB -si

Malların qısa adı

Malların statusu (azərb. və ya xarici)

Vahid ölçüdə miqdarı

Yerlərin sayı və kq ilə brutto çəkisi

Hesabat tarixinədək satılıb

Qalıq vahid ölçüdə miqdarı

Qeyd

Rüsumsuz ticarət mağazası sahibinin adı

Möhür

İmza:

Müdiriyyətin adı, soyadı

 


RTM-nin fəaliyyətinə nəzarətin təşkili haqqında Qaydalara
3 -li əlavə

Bəyannamə

Xahiş edirəm aşağıda adları çəkilən Azərbaycan mallarını sərbəst tədavülə buraxılış gömrük rejimində rəsmiləşdirəsiniz.

Malların RTM gömrük rejimi altında yerləşdirildikdə YGB-si

Qısa adı

XİFƏN-lə kodu

Yüklərin sayı və brutto çəkisi (kq)

Ölçü vahidi

Əlavələr

             
             

RTM təsisçisinin adı

Rəhbərin a.a.s.

İmza:

Möhür:

 

AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
     2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb