Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Gömrük anbarları haqqında Əsasnamənin təsdiq edilməsi haqqında

Əmr 64

11 noyabr 1998-ci il

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 9-cu maddəsinə əsasən 7-ci fəslinin müddəalarının həyata keçirilməsi məqsədilə əmr edirəm:

1. Gömrük anbarları haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Gömrük anbarları haqqında Əsasnamə normativ-hüquqi akt kimi qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim edilsin.

3. Bu Əsasnamə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındığı gündən qüvvəyə minsin.

4. İşlər İdarəsi (R.Həsənəliyev) Ədliyyə Nazirliyində qeydə alındıqdan sonra Gömrük anbarları haqqında Əsasnamənin gömrük orqanlarına göndərilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinə (A.Əliyev) tapşırılsın.

Komitə sədrinin səlahiyyətlərini icra edən

K.HEYDƏROV.


Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
qeydə alınmışdır.

Təsdiq edilmişdir
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi

Qeydiyyat -si 135

Əmr 064

24 noyabr 1998-ci il

11 noyabr 1998-ci il

Nazir

S.Həsənova

Komitənin sədri

K.Heydərov

Gömrük anbarları haqqında Əsasnamə

Bu Əsasnamə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 7-ci fəslinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasında gömrük anbarlarının və müvəqqəti saxlanc anbarlarının təsis edilməsinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında 13 aprel 1998-ci il tarixli, 73 saylı Qərarının müddəalarına uyğun olaraq işlənib hazırlanmışdır.

1.1. Gömrük anbarı gətirilən malların saxlanc dövründə gömrük rüsumları, vergiləri alınmadan və mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən onların gömrük nəzarəti altında saxlancından, ixrac gömrük rejiminə uyğun aparılması nəzərdə tutulan malların isə Gömrük Məcəlləsində nəzərdə tutulan güzəştlər verilməklə gömrük nəzarəti altında saxlancından ibarət gömrük rejimidir.

1.2. Gömrük anbarı mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən (bundan sonra anbar sahibi) tərəfindən təsis edilə bilər.

1.3. Gömrük anbarı açıq tipli, yəni istənilən şəxslər tərəfindən istifadə oluna bilən və qapalı tipli yəni, müəyyən şəxslərin mallarının saxlanması üçün nəzərdə tutulan anbar ola bilər. Gömrük anbarının tipi, onun təsis edilməsi üçün verilən lisenziyada göstərilir.

1.4. Gömrük anbarının ərazisi gömrük nəzarəti zonasıdır.

1.5. Gömrük anbarı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən lisenziya alındıqdan sonra təsis edilə bilər.

Həmin lisenziyaların verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 1998-ci il tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının gömrük anbarlarının təsis edilməsinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının tələblərinə əsasən həyata keçirilir.

Əgər gömrük anbarının təsisçisi Azərbaycan Respublikasının gömrük orqanıdırsa, lisenziya tələb olunmur.

1.6. Gömrük anbarı təsis etmək üçün lisenziya verilməsi qaydası və lisenziyanın verilməsinə görə yığım miqdarı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

2. Gömrük anbarının qurulmasına və təchiz edilməsinə dair tələblər

2.1. Gömrük anbarı elə qurulmalıdır ki, malların gömrük nəzarətindən kənar oraya daxil olması və oradan götürülməsi qeyri-mümkün olsun və anbarda saxlanılan malların mühafizəsi təmin edilsin.

2.2. Anbarın ərazisi hasarla (çəpərlə) əhatə olunmalıdır. Binanın və yaxud hər hansı bir tikilinin bir hissəsi gömrük anbarı olduqda, anbara gələn yollar və yolqırağı boşaltma meydançaları gömrük nəzarəti altında olan mallara kənar şəxslərin toxunması üçün heç bir imkan yaratmamalıdır. Zəruri hallarda bilavasitə anbar ərazisi olan binada və yaxud tikilidə siqnalizasiya sisteminin qurulması da tələb edilə bilər

2.4. Gömrük orqanı gömrük anbarının qurulması və təchiz edilməsi üçün konkret tələblər müəyyən edə bilər, o cümlədən onun tələbi ilə anbar ikiqat bağlayıcı (kilidləyici) qurğu ilə təchiz edilməli və həmin qurğulardan biri gömrük orqanının, digəri isə anbar sahibinin öhdəsində olmalıdır. Anbar sahibi gömrük orqanının (anbar üzrə məsul gömrük əməkdaşlarının) razılığı olmadan anbara daxil olub orada saxlanılan mallarla hər hansı bir əməliyyat apara bilməz.

3. Anbar sahibinin vəzifələri

3.1. Anbar sahibi anbarın normal fəaliyyətini təmin edən, maddi-texniki təchizatı, o cümlədən:

  • yükləmə, boşaltma və nəqliyyat vasitələri;
  • anbar avadanlığı;
  • təşkilati texnika;
  • mebel təchizatı ilə təmin etməlidir. Bundan əlavə anbar sahibi onlarda saxlanılan mallarla aparılan yük əməliyyatlarının həyata keçirilməsi üçün anbarı zəruri işçi qüvvəsi ilə də təmin etməlidir.

3.2. Gömrük orqanının əməkdaşları üçün əvəzsiz (pulsuz) olaraq gömrük orqanının tələblərinə cavab verən və gömrük nəzarətinin, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün zəruri olan binalar, yer, avadanlıq və rabitə vasitələri ayrılmalıdır.

3.3. Gömrük anbarının əlavə təchizatı, oranın qaydada saxlanılması, anbarın mühafizəsi və buraxılış rejiminin təmin edilməsi anbar sahibi tərəfindən onun öz hesabına həyata keçirilir.

3.4. Anbar sahibi aşağıda göstərilənləri yerinə yetirməyə borcludur:

  • gömrük nəzarətinin həyata keçirilməsini çətinləşdirməmək;
  • gömrük anbarında saxlanılan malların gömrük nəzarətindən kənar götürülməsinə yol verməmək;
  • gömrük anbarı təsis edilməsi üçün verilən lisenziyanın şərtlərinə riayət etmək və gömrük orqanlarının səlahiyyətli vəzifəli şəxslərinə malların yerləşdiyi yerlərə daxil olmasına şərait yaratmaqla həmin orqanların tələblərinə əməl etmək;
  • saxlanılan malların uçotunu aparmaq (o cümlədən gömrük orqanının ayrıca tələbinə görə avtomatlaşdırılmış uçotunu), onlar barədə bu təlimata uyğun olaraq gömrük orqanlarına (cari və dövri) hesabat vermək;
  • lisenziya ləğv olunduqda, yaxud geri alındıqda malların mühafizəsini və gömrük anbarının ləğv olunma prosesinin yerinə yetirilməsini təmin etmək.

3.5. Anbar sahibi öz vəzifələrinin yerinə yetirilməməsinə görə qüvvədə olan qanunvericiliyə görə məsuliyyət daşıyır.

4. Gömrük anbarında malların yerləşdirilməsi

4.1. Gömrük anbarı yalnız gömrük anbarı rejimi altında yerləşdirilmiş malların saxlanılması üçün istifadə edilə bilər.

Gömrük anbarına malların yerləşdirilməsi üçün, anbar sahibi və malları anbara yerləşdirən şəxs arasında müvafiq müqavilə imzalanır.

4.2. Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması qadağan edilmiş mallar, həmçiinn bu Əsasnamənin 1 saylı əlavəsində göstərilən mallar istisna edilməklə, istənilən mallar gömrük anbarına yerləşdirilə bilər.

4.3. Digər mallara ziyan vura biləcək və xüsusi saxlanma şəraiti tələb edən mallar, onun üçün xüsusi olaraq uyğunlaşdırılmış binalarda saxlanılır.

4.4. Mallar gömrük anbarına gömrük orqanının səlahiyyətli vəzifəli şəxsləriin iştirakı ilə yerləşdirilir.

4.5. Mallar, gömrük anbarı rejimi altında yerləşdirilərkən, həmin mallara dair müvafiq qaydada doldurulmuş yük gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməklə bəyan edilməlidir.

4.6. Yük gömrük bəyannaməsi ilə birlikdə gömrük orqanına gömrük rəsmiləşdirilməsi və nəzarəti üçün qanunvericilikdə nəzərdə tutulan digər sənədlər təqdim edilir.

4.7. İdxal olunmuş bitki və heyvan mənşəli məhsullar gömrük anbarına yerləşdirildikdə, müvafiq dövlət orqanları tərəfindən fitosanitar və baytarlıq nəzarəti həyata keçirilir (əgər bu cür nəzarət, mallar Azərbaycan Respublikası ərazisinə daxil olarkən həyata keçirilməmişsə).

5. Saxlama zamanı mallar üzərində aparılan əməliyyatlar

5.1. Gömrük anbarında saxlanılan malların olduğu kimi qalmasını təmin etmək üçün, həmin mallar üzərində aşağıdakı əməliyyatlar aparıla bilər:

  • təmizləmə və malların mühafizəsinin təmin edilməsi üzrə tədbirlər;
  • havasının dəyişdirilməsi;
  • qurudulma (o cümlədən istilik axını yaradılmaqla);
  • ən münasib saxlama temperaturu yaradılması (soyudulma, dondurulma, qızdırılma);
  • qoruyucu qablaşdırmaya yerləşdirilməsi;
  • qoruyucu sürtkü və konservantlar çəkilməsi;
  • daşınmadan əvvəl korroziya əleyhinə örtüklə örtülməsi.

5.2. 5.1 bəndində sadalanan əməliyyatlardan əlavə, gömrük anbarına yerləşdirilmiş malların satışının və daşınmasının hazırlanması üçün həmin mallar üzərində aşağıdakı əməliyyatlar aparıla bilər:

  • qrupların bölünmə;
  • göndərilmə üçün hazırlanma;
  • çeşidləmə;
  • nömrələnmə, yükləmə;
  • qablaşdırma;
  • yeni boşaltma;
  • tam komplektləşdirmə və işlək vəziyyətə gətirilmə ilə əlaqədar əməliyyatlar;
  • malların sərgi stendlərində yerləşdirilməsi;

5.3. Gömrük anbarında yerləşdirilmiş mallar üzərində yuxarıda göstərilən əməliyyatlardan başqa əlavə olaraq aşağıdakı əməliyyatların aparılmasına icazə verilə bilər:

  • malların nəzərdən keçirilməsi və ölçülməsi;
  • mallardan prob və nümunələr götürülməsi;
  • zədələrin düzəldilməsi.

5.4. 5.2 və 5.3 bəndlərində göstərilən əməliyyatlar yalnız gömrük orqanının icazəsi ilə həyata keçirilə bilər (gömrük orqanının anbar üzrə məsul əməkdaşının icazəsi ilə).

5.5. Mallar üzərində aparılan bütün əməliyyatlar, həmin malların XİF-in mal nomenklaturası üzrə təsnifatının rəqəm kodunun doqquzuncu işarəsi səviyyəsində dəyişilməsi ilə əlaqədar xarakteristikalarını (keyfiyyətini) dəyişməməlidir.

6. Gömrük ödənişlərinin ödənilməsi

6.1. Mallar gömrük anbarı rejimi altına yerləşdirilərkən gömrük rəsmiləşdirilməsi üçün, gömrük qanunvericiliyində müəyyən edilmiş qaydada gömrük yığımı ödənilir.

6.2. Gömrük orqanının razılığı ilə gömrük ödənişlərinin ödənilməsi üçün məsuliyyət malları gömrük anbarına yerləşdirən şəxsin üzərinə qoyula bilər.

6.3. İxrac gömrük rejiminə uyğun olaraq aparılması nəzərdə tutulmuş mallar gömrük anbarına yerləşdirildikdə, əgər malların faktiki ixracı zamanı, onların gömrük rüsumları və vergilərindən azad edilməsi və ya rüsum və vergilərin geri qaytarılması nəzərdə tutulmuşsa, həmin mallar gömrük rüsumları və vergilərindən azad edilir, yaxud ödənilmiş rüsum və vergi məbləğləri geri qaytarılır.

6.4. Müəyyən edilmiş müddətdə malların faktiki olaraq aparılması həyata keçirilmədikdə, gömrük rüsumları və vergiləri ödənilir, həmçinin onların məbləğlərindən Azərbaycan Respublikasının Milli Bankının verdiyi kreditlər üçün nəzərdə tutulmuş faizlər ödənilir.

6.5. Azərbaycan Respublikası ərazisinə gətirilmiş mallar gömrük orqanının icazəsi olmadan verildikdə və ya digər səbəblər üzündən itirildikdə anbar sahibi, Əsasnamənin 6.3 bəndində nəzərdə tutulmuş halda isə malları gömrük anbarında yerləşdirmiş şəxs, əgər mallar qəza və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində məhv olmayıbsa, həmişəlik itirilməyibsə, yaxud malların kəsiri normal saxlama şəraitində təbii səbəblərdən əmələ gəlməmişsə, həmin mallar sərbəst ödəməlidir.

7. Gömrük anbarında saxlanılan malların uçotu və onlar barədə hesabat

7.1. Mallar gömrük anbarına yerləşdirilərkən, həmin mallar anbar sahibi tərəfindən gömrük orqanının müəyyən etdiyi formada tərtib olunmuş anbar sənədlərində qeydiyyata alınmalıdır (nümunə forması 2 saylı əlavədə göstərilmişdir).

7.2. Gömrük anbarının sahibi üç ayda bir dəfədən az olmayaraq saxlanılan mallar və onların saxlanma müddətləri barədə gömrük orqanına növbəti hesabat təqdim etməlidir. Kifayət qədər əsas olduqda gömrük orqanı növbədənkənar hesabat verilməsini tələb etmək hüququna malikdir. Bu cür hesabat gömrük orqanı rəisinin və ya onun müavininin yazılı tələbi təqdim edildikdən sonra 3 gün ərzində verilməlidir.

7.3. Gömrük orqanı anbarda saxlanılan malların inventarlaşdırılmasını aparmaq hüququna malikdir.

8. Malların saxlanma müddəti

Mallar gömrük anbarında üç il müddətində saxlanıla bilər.

Göstərilən müddət malların ayrı-ayrı kateqoriyaları üçün Dövlət Gömrük Komitəsi tərəfindən, ayrı-ayrı şəxslər üçün isə ərazi gömrük orqanları tərəfindən məhdudlaşdırıla bilər.

Yuxarıda göstərilən hüdudlarda malların saxlanma müddəti anbar sahibi ilə birlikdə malları gömrük anbarına yerləşdirən şəxs tərəfindən təyin edilir və malların saxlanca götürülməsi barədə müvafiq sənəd imzalanır.

9. Malların anbardan buraxılması

9.1. Gömrük anbarında saxlanılan mallar saxlanma müddəti qurtardıqdan sonra digər gömrük rejimində bəyan edilməlidir. Bu cür malların gömrük rəsmiləşdirilməsi bəyan olunmuş rejimə uyğun olaraq aparılır.

9.2. Gömrük rejimi dəyişmədən malların bir anbardan digərinə aparılmasına yol verilir. Bu halda malların faktiki aparılması malların gömrük nəzarəti altında daşınması qaydasına uyğun olaraq həyata keçirilir.

Malların saxlanma müddəti onların gömrük anbarına ilkin yerləşdirmə tarixindən hesablanır.

9.3. Malların sərbəst dövriyyəyə buraxılması və ya digər gömrük rejimində yerləşdirilməsi məqsədi ilə onların gömrük dəyəri və miqdarı malların anbardan buraxıldığı an (gün) üçün təyin edilir.

Bu zaman malların dəyəri olan anbara yerləşdirilərkən bəyan olunmuş dəyərdən az ola bilməz.

10. Qapalı tipli gömrük anbarlarının təsis edilməsinin xüsusiyyətləri

10.1. Qapalı tipli gömrük anbarları aşağıdakı formada təsis edilir:

  • özlərinin peşəkar fəaliyyətləri üçün nəzərdə tutulmuş ixtisaslaşmış şəxslər tərəfindən daşınması və saxlanmasına görə xüsusi nəzarət tələb edilən malların saxlanması;
  • öz mallarının saxlanılması, həmçinin anbar sahibi eyni zamanda daşıyıcıdırsa, daşınan malların saxlanması üçün;
  • anbar təsis olunarkən anbar sahibi tərəfindən üçüncü şəxslərin mallarının saxlanılması üçün.

10.2. Anbar sahibi, lisenziya almaq üçün verdiyi ərizədə qapalı tipli gömrük anbarı təsis edilməsinin məqsədəuyğunluğunu əsaslandırmalıdır.

10.3. Gömrük orqanı qapalı tipli gömrük anbarının sahibi üçün gömrük rəsmiləşdirilməsinin və anbarda saxlanılan mallar barədə hesabat verilməsinin sadələşdirilmiş qaydalarını müəyyən edə bilər.

10.4. Qapalı tipli gömrük anbarı təsis edilməsi üçün, anbar sahibi tərəfindən anbarda saxlanılması nəzərdə tutulan malların siyahısı müəyyən olunmalı, həmçinin anbara yerləşdirilə biləcək malların maksimal gömrük dəyərinin 15%-dən az olmayan məbləğdə bank təminatı olmalıdır.

11. Anbar sahibi və gömrük orqanının qarşılıqlı münasibətləri

11.1. Gömrük orqanı gömrük anbarının sahibinin rəyi nəzərə alınmaqla anbarın quruluşundan, anbarda saxlanılan malların növlərindən, anbarın buraxılış imkanlarından və anbarın fəaliyyətinə təsir göstərən digər amillərdən asılı olaraq gömrük anbarı rejimindən istifadə qaydasını təsdiq edir.

11.2. Qaydada aşağıdakılar qeyd edilir:

  • gömrük orqanının gömrük anbarının, o cümlədən gömrük əməkdaşları üçün ayrılmış yerlərin qurulub təşkil edilməsinə olan tələbləri;
  • anbarın iş rejimi;
  • malların uçot formaları;
  • gömrük anbarında saxlanılan mallar barədə verilən hesabatların forma və müddətləri;
  • anbarın fəaliyyəti ilə bağlı digər şərtlər və tələblər.

11.3. Göstərilən qayda bu Əsasnaməyə və gömrük qanunvericiliyinə zidd ola bilməz.

12. Gömrük anbarının ləğv edilməsi

12.1. Gömrük anbarı, lisenziyanın etibarlılıq müddəti bitdikdən sonra anbar sahibinin istəyi ilə, həmçinin gömrük anbarı təsis edilməsinə verilən lisenziya Dövlət Gömrük Komitəsi tərəfindən ləğv edildikdə və ya geri alındıqda ləğv edilir.

12.2. Lisenziyanın etibarlıq müddəti bitdikdən sonra, yaxud anbar sahibinin istəyi ilə gömrük anbarının ləğv edilməsi barədə qərar Dövlət Gömrük Komitəsi sədrinin əmri ilə sənədləşdirilir.

Gömrük anbarı lisenziyanın ləğv olunması və ya geri alınması ilə əlaqədar ləğv olunduqda gömrük anbarının ləğv olunması haqqında əlavə əmr verilmir.

12.3. Ləğv etmə barədə qərar qəbul olunduğu tarixdən eitbarən gömrük anbarı müvəqqəti saxlanc anbarına çevrilir. Bu zaman yeni malların anbara yerləşdirilməsinə yol verilmir.

12.4. Anbar sahibi üç gün ərzində anbarda saxlanılan mallar barədə 3 saylı əlavədə göstərilən formada hesabat verməli, habelə bu haqda anbara mallarını yerləşdirmiş şəxslərin xəbərdar etməlidir.

Gömrük orqanı 7 gündən gec olmayaraq anbarda saxlanılan malların inventarlaşdırılmasını aparmalıdır.

12.5. Lisenziya ləğv olunduqda və ya geri alındıqda malların təkrar gömrük rəsmiləşdirilməsi aparılır:

  • lisenziya ləğv olunduqda mallar anbara daxil olduğu tarixdən;
  • lisenziya geri alındıqda gerialma haqqında qərarın qəbul edildiyi tarixdən.

12.6. Ləğv olunan anbarda malların saxlanılması üçün anbar sahibi gömrük orqanları tərəfindən təsis olunmuş müvəqqəti saxlanc anbarları üçün müəyyən olunmuş məbləğlərdə gömrük yığımları ödəyirlər:

  • lisenziya ləğv olunduqda bütün saxlama dövrü üçün;
  • lisenziya geri alındıqda gerialınmaya dair qərar qəbul olunduqdan sonra malların saxlanması üçün.

12.7. Lisenziya gömrük qaydalarının pozulmasına görə tənbehetmə tədbiri kimi geri alındıqda 12.312.6 bəndlərinin müddəaları iş üzrə qərarın icraya yönəldiyi tarixdən tətbiq olunur. Bu zaman bu cür qərar qəbul edildiyi tarixdən etibarən anbara yeni malların verilməsinə yol verilmir.

12.8. Gömrük anbarının ləğv olunmasına dair qərar qəbul olunduğu tarixdən etibarən iki ay müddətində malların müvəqqəti saxlanc anbarından aparılmaması Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq gömrük qaydalarının pozulmasına görə məsuliyyətə səbəb olur.

13. Yekun müddəaları

13.1. Gömrük anbarının təsis edilməsinə görə verilmiş lisenziya başqa şəxsə verilə bilməz.

13.2. Gömrük anbarı təsis etmək üçün verilmiş sənədlərdə göstərilən məlumatlar dəyişdikdə anbar sahibi 7 gün müddətində Dövlət Gömrük Komitəsini yazılı surətdə xəbərdar etməlidir.

13.3. Dövlət Gömrük Komitəsinin razılığı ilə anbar sahibi istifadə olunan yerlərin sahəsini artıra və yaxud azalda bilər.

Bunun üçün anbar sahibi Dövlət Gömrük Komitəsinə yeni sahələrin ölçüləri, yerlərin abadlaşdırılması və təchiz edilməsinin xarakteristikası göstərilməklə ərizə ilə müraciət edir, yeni planlar və çertyojlar təqdim edir.

13.4. Anbar sahibi tərəfindən lisenziyada dəyişiklik tələb edən məlumatlar olarsa, əvvəlki göstəricilər, habelə dəyişiklik hissəsində yeni məlumatlar göstərməklə yeni lisenziya blankı tərtib olunaraq qeydiyyatdan keçirilir. Bu zaman əvvəlki lisenziyanın sıra nömrəsi əlifba sırası ardıcıllığı ilə hərfi işarə əlavə olunur.


Gömrük anbarları haqqında Əsasnaməyə
1 saylı əlavə

Gömrük anbarlarında yerləşdirilməsinə icazə verilməyən malların siyahısı

Malların adı

Xif MN kod

1. Silah və hərbi texnika, onların istehsalı üçün lazım olan xüsusi komplektləşdirici məlumat

8710, 8802 (880211100, 880212100, 880220100, 880220100, 880240100 istisna olmaqla), 8803 (880310100, 880320100, 880330100 880390910 istisna olmaqla), 8805 (880520100 istisna olmaqla), 890600100, 9301, 9302, 9305 (yalnız döyüş silahına aiddir), 9306 (930610000, 930629100, 930629200, 930629400, 930630910, 930630930 istisna olmaqla), 901310000, 901380000, 901320000 (yalnız hərbi təyinatlı olanlara), 901400000, 8526) yalnız hərbi təyinatlı olanlara

2. Barıt, partlayıcı maddələr, partlayıcı və pirotexniki vasitələr

3601 (ov üçün barıt istisna olmaqla) 36023604

3. Nüvə materialları, texnologiyaları, qurğuları və avadanlıqları, xüsusi qeyri-nüvə materialları, radioaktiv tullantılar da daxil olmaqla, radioaktiv şüalanma mənbələri

2612, 2844, 2845, 8401

4. Qiymətli metallar, onların ərintiləri, onlardan hazırlanmış məmulat, 711, filizlər, konsentratlar, lom və qiymətli metalların tullantıları

2616, 2843, 300640000 (yalnız qiymətli metallardan olanlar), 7106, 7118 (yalnız qiymətli metallardan olanlar), 900319100, 9021291100, 9101, 9111100000, 911310000, 960810300, 960839100, 9705 (yalnız qiymətli metallardan olan sikkələr)

5. Qiymətli təbii daşlar və onlardan hazırlanmış məmulatlar, tullantılar, təbii qiymətli daşların tozları və rekiperatorları, mirvari və ondan hazırlanmış məmulat

253090000 (yalnız kəhrara), 7101, 7102, 7103 (yalnız qiymətli daşlar), 7105 (yalnız qiymətli daşlardan olanlar), 7116 (yalnız mirvari və təbii qiymətli daşlardan olanlar)

6. Nakortik vasitələr, psixotrop, güclü təsirə malik zəhərli maddələr

7. Silah və hərbi texnika istehsalında tətbiq olunan xammal növlü, avadanlıq materialları

8. Kimyəvi silahın yaradılmasında işlənə bilən, lakin qeyri-hərbi təyinatlı olan materiallar,

9. Raket, nüvə və digər kütləvi qurucu silahların yaradılmasında işlənə bilən, lakin qeyri-hərbi təyinatlı olan materiallar, avadanlıqlar, texnologiyalar

10. Bitkilərin mühafizəsi üçün kimyəvi vasitələr

3808 (yalnız bitkilərin mühafizəsi üçün preparatlar), 26182620, 3915


Gömrük anbarları haqqında Əsasnaməyə
2 saylı əlavə

Anbarda saxlanılan malların hesaba alınmasının nümunə forması

Sıra -si

Yerləşdirmə tarixi

Malların adı

Yerlərin sayı və malın çəkisi

Müşayiət sənədlərin -si

YGB -si

Anbardan buraxılma tarixi

YGB -si

Gömrük orqanının qeydləri


Gömrük anbarları haqqında Əsasnaməyə
3 saylı əlavə

Gömrük anbarlarında saxlanılan mallar haqqında hesabat

Sıra -si

Yerləşdirmə tarixi

YGB -si

Malın adı

Yerləşdirmə zamanı miqdarı

Hesabat tarixində miqdarı

Anbardan buraxılış üzrə miqdar

Anbardan buraxılış üzrə YGB-nin -si

               
               
               
Gömrük anbarının sahibi:
(müəssisə, idarə, ya da təşkilat üçün onların adı, rəhbəri)

İmza:

Möhür

Hesabat yük gömrük bəyannamələrinin doldurulması üçün müəyyən olunmuş tələblərə uyğun tərtib olunmalıdır.


AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
     2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb