Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

Dövlətin xeyrinə maldan imtina haqqında Əsasnamənin təsdiq edilməsi haqqında

Əmr 13

17 fevral 1999-cu il

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9-cu maddəsinə əsasən əmr edirəm:

1. Dövlətin xeyrinə maldan imtina haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Dövlətin xeyrinə maldan imtina haqqında Əsasnamə normativ-hüquqi akt kimi qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim olunsun.

3. Bu Əsasnamə Ədliyyə Nazirliyində qeydiyyata alındığı gündən qüvvəyə minsin.

4. İşlər İdarəsi (R.Həsənəliyev) Ədliyyə Nazirliyində qeydiyyata alındıqdan sonra Əsasnamənin Komitənin bütün İdarə, müstəqil şöbə və yerli gömrük orqanlarına göndərilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinə (A.Əliyev) tapşırılsın.

Komitənin sədri

K.F.HEYDƏROV.


Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
qeydə alınmışdır

Təsdiq edilmişdir
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi

Qeydiyyat 150

Əmr 013

26 fevral 1999-cu il

17 fevral 1999-cu il

Nazir

Komitənin sədri

S.HƏSƏNOVA

K.F.HEYDƏROV

Dövlətin xeyrinə maldan imtina haqqında Əsasnamə

I. Ümumi müddəalar

Bu Əsasnamə Gömrük Məcəlləsinin 17-ci fəslinin müddəalarına uyğun olaraq işlənib hazırlanmışdır.

1.1. Dövlətin xeyrinə maldan imtina gömrük rüsumları, vergiləri alınmadan, həmçinin iqtisadi siyasət tədbirləri (lisenziyalaşdırma, kvotalaşdırma və s.) tətbiq edilmədən şəxsin maldan və ya nəqliyyat vasitəsindən imtina etməsindən ibarət gömrük rejimidir.

1.2. Malların və ya nəqliyyat vasitələrinin dövlətin xeyrinə maldan imtina gömrük rejimi altında yerləşdirilməsinə gömrük orqanlarının icazəsi ilə yol verilir.

1.3. Bu Əsasnaməyə uyğun olaraq mallardan və ya nəqliyyat vasitələrindən imtina dövlət üçün heç bir xərcə səbəb olmamalıdır.

1.4. Dövlətin xeyrinə maldan imtina gömrük rejimini seçmiş şəxsin göstərilən rejimi başqa rejimə dəyişdirməyə ixtiyarı yoxdur.

II. Malların və nəqliyyat vasitələrinin dövlətin xeyrinə Maldan imtina gömrük rejimi altında yerləşdirilməsi

2.1. Dövlətin xeyrinə maldan imtina gömrük rejimi altında aşağıdakılar yerləşdirilə bilər:

  • Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş və digər gömrük rejimi altında yerləşdirilmiş mal və nəqliyyat vasitələri;
  • Azərbaycan Respublikasının gömrük sərhədindən faktiki keçirilərək gətirilmiş mallar və nəqliyyat vasitələri;
  • Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş və aparılması barəsində gömrük bəyannaməsi verilmiş və ya şəxsin onları aparmaq niyyətinin gerçəkləşdirilməsinə bilavasitə yönəlmiş olan başqa hər bir hərəkət edilmiş aparılan mallar və nəqliyyat vasitələri.

2.2. Aşağıdakıların dövlətin xeyrinə maldan imtina gömrük rejimi altında yerləşdirilməsinə yol verilmir:

  • Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması qadağan edilmiş mallar və nəqliyyat vasitələri;
  • Azərbaycan Respublikasının ərazisində sərbəst dövriyyə üçün buraxılış və ya təkrar idxal rejiminə uyğun olaraq buraxılmış mallar və nəqliyyat vasitələri;
  • 1 saylı əlavədə göstərilən mallar və nəqliyyat vasitələri.

2.3. Gömrük orqanları aşağıdakı hallarda malların və nəqliyyat vasitələrinin dövlətin xeyrinə maldan imtina gömrük rejimi altında yerləşdirilməsinə icazə verməkdən imtina edə bilər:

  • malların və nəqliyyat vasitələrinin dövlətin xeyrinə maldan imtina gömrük rejimi altında yerləşdirilməsi dövlət üçün hər hansı bir xərcə səbəb ola bilərsə;
  • malların və nəqliyyat vasitələrinin dəyəri, gömrük orqanının onların satılması ilə bağlı xərclərini ödəyə bilməzsə;
  • malların və nəqliyyat vasitələrinin gömrük orqanı tərəfindən satılması imkanları məhduddursa;
  • gömrük orqanlarında əsaslı faktlar olduğu digər hallarda.

2.4. Dövlətin xeyrinə maldan imtina gömrük rejimi üçün malları və ya nəqliyyat vasitələrini onları keçirən şəxs, yaxud da gömrük brokeri bəyan edə bilər.

Dövlətin xeyrinə maldan imtina gömrük rejimində bəyan edilmənin qanunauyğunluğuna görə deklarant üçüncü şəxslər qarşısında məsuliyyət daşıyır.

Gömrük orqanları deklarantın, dövlətin xeyrinə imtina etdiyi mallar və nəqliyyat vasitələri barədə üçüncü şəxslərin hər hansı əmlak tələblərini təmin etmirlər.

2.5. Malların və nəqliyyat vasitələrinin dövlətin xeyrinə maldan imtina gömrük rejimi altında yerləşdirilməsinə icazə verilməsinə dair qərar gömrük idarəsinin (gömrükxananın) rəisi (onu əvəz edən şəxs) tərəfindən qəbul edilir.

2.6. Gömrük orqanı malların və nəqliyyat vasitələrinin dövlətin xeyrinə maldan imtina gömrük rejimi altında yerləşdirilməsinə icazə baytarlıq, fitosanitar, ekoloji və digər dövlət orqanlarının sertifikatlaşdırması və ya nəzarətindən keçməli olan mallar və nəqliyyat vasitələri barəsində başqa dövlət nəzarətindən keçməsi və ya onların icazə sənədlərinin olması şərtilə verir.

2.7. Gömrük orqanları daşıyıcıya, anbar sahibinə və ya başqa şəxslərə, mallar və nəqliyyat vasitələri dövlətin xeyrinə maldan gömrük rejimi altında yerləşdirilənədək onların daşınması, saxlanması, onlarla yük və digər əməliyyatlar aparılması ilə bağlı xərcləri ödəmirlər.

III. Dövlətin xeyrinə maldan imtina gömrük rejimi altında yerləşdirilən mallar və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi

3.1. Dövlətin xeyrinə maldan imtina gömrük rejimi altında yerləşdirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi fəaliyyət bölgəsində həmin mallar və nəqliyyat vasitələrinin yerləşdiyi gömrük orqanında həyata keçirilir.

3.2. Mallar və nəqliyyat vasitələri dövlətin xeyrinə maldan imtina gömrük rejimi altında yerləşdirilərkən deklarant tərəfindən gömrük orqanına aşağıdakı sənədlər təqdim edilir:

  • müəyyən olunmuş qaydada doldurulmuş yük gömrük bəyannaməsi;
  • 2 saylı əlavə yə uyğun tərtib olunmuş ərizə;
  • mallar və nəqliyyat vasitələri digər nəzarət orqanlarının nəzarətindən keçməlidirsə, həmin orqanların icazə sənədləri;
  • mallara və nəqliyyat vasitələrinə aid digər sənədlər (qaimələr, konosamentlər, spesifikasiyalar, hesab qaimələri və s.);
  • mütləq sertifikatlaşdırılması tələb olunan mallar və nəqliyyat vasitələri üçün sertifikat;
  • gömrük rəsmiləşdirilməsinin icraatı və gömrük nəzarəti üçün zəruri olan digər sənədlər.

3.3. Gömrük orqanının malların və nəqliyyat vasitələrinin dövlət xeyrinə maldan imtina gömrük rejimi altında yerləşdirilməsinə icazəsi, gömrük orqanının müvafiq struktur bölməsinin rəisi və ya onu əvəz edən şəxs tərəfindən yük gömrük bəyannaməsinin D qrafasında və ya şəxsin ərizəsində imza və şəxsi nömrəli möhürlə təsdiq olunmuş İmtinaya icazə verildi qeydi edilməklə rəsmiləşdirilir.

3.4. Girov qoyulan girov predmeti kimi verilmiş mallardan və nəqliyyat vasitələrindən dövlətin xeyrinə maldan imtinaya dair öz üzərinə müqavilə öhdəliyi götürdüyü halda girov predmeti olan mallar və nəqliyyat vasitələri barədə malların və ya nəqliyyat vasitələrinin dövlətin xeyrinə maldan imtina gömrük rejimi altında yerləşdirilməsi haqqında yük gömrük bəyannaməsi və ya şəxsin ərizəsinin gömrük orqanına təqdim edilməsi tələb olunmur. Girov qoyanın bu cür müqavilə öhdəliyi sadələşdirilmiş bəyanetmə formasıdır, gömrük orqanı tərəfindən bu cür müqavilənin bağlanması isə həmin orqanın malların və nəqliyyat vasitələrinin dövlət xeyrinə maldan imtina gömrük rejimi altında yerləşdirilməsinə icazəsi hesab olunur.

IV. Yekun müddəalar

4.1. Mallar və nəqliyyat vasitələri dövlətin xeyrinə maldan imtina gömrük rejimi altında yerləşdirilərkən gömrük rüsumları, əlavə dəyər vergisi, aksizlər, habelə gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları tutulmur.

4.2. Gömrük orqanı tərəfindən malların və nəqliyyat vasitələrinin dövlətin xeyrinə maldan imtina gömrük rejimi altında yerləşdirilməsinə icazə verildiyi an həmin mallar və nəqliyyat vasitələrinə aid gömrük ödənişlərinin təmin edilməsi üçün bankın verdiyi zəmanət öz qüvvəsini itirmiş hesab olunur.

Elə həmin an, bu Əsasnamənin 3.4 bəndində göstərilən müqavilələrdən başqa, gömrük ödənişlərinin ödənilməsini təmin edən girov müqavilələri üzrə hüquq münasibətlərinə xitam verilir.

4.3. Mallar və nəqliyyat vasitələri dövlətin xeyrinə maldan imtina gömrük rejimi altında yerləşdirilərkən ödəyiciyə aşağıdakılar qaytarılır:

  • gömrük ödənişlərinin ödənilməsinin təminatı kimi gömrük orqanının depozitinə qoyulmuş məbləğlər;
  • mallar və nəqliyyat vasitələri gömrük ərazisində emal, təkrar ixrac gömrük rejimləri altında yerləşdirilərkən ödənilmiş idxal gömrük rüsumlarının, əlavə dəyər vergisinin və ya aksizlərin məbləğləri;
  • mallar və nəqliyyat vasitələri gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilərkən ödənilmiş ixrac gömrük rüsumlarının məbləğləri;
  • mallar ixrac gömrük rejimi altında yerləşdirilərkən mallar və nəqliyyat vasitələri müvəqqəti aparılarkən ödənilmiş ixrac gömrük rüsumlarının məbləğləri (əgər mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisindən faktiki olaraq aparılmamışsa).

Müvəqqəti gətirilmiş mallar və nəqliyyat vasitələri dövlətin xeyrinə maldan imtina gömrük rejimi altında yerləşdirilərkən idxal gömrük rüsumlarının, əlavə dəyər vergisinin və aksizlərin ödənilmiş məbləğləri qaytarılmır.

4.4. Dövlətin xeyrinə mallardan və nəqliyyat vasitələrindən imtina etmiş şəxs malları və nəqliyyat vasitələrini öz vəsaiti hesabına gömrük orqanının təyin etdiyi yerə gətirilməlidir.

4.5. Şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar və nəqliyyat vasitələri üzərində sərəncam verilməsi gömrük qanunvericiliyinə uyğun həyata keçirilir.


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Dövlətin xeyrinə
maldan imtina haqqında Əsasnaməyə
Əlavə 1

Dövlətin xeyrinə maldan imtina gömrük rejimi altında yerləşdirilməsinə icazə verilməyən malların və nəqliyyat vasitələrinin

SİYAHISI

Silahlar, onların döyüş sursatları, hərbi texnika, onların ehtiyat hissələri, komplektləşdirici məmulatları, partlayıcı maddələr, partlayıcı vasitələr, bütün raket yanacağı növləri, həmçinin onların istehsalı üçün xüsusi materiallar və xüsusi avadanlıq, hərbiləşdirilmiş təşkilatların şəxsi heyətinin xüsusi ləvazimatı və onların istehsalı və istismarı üçün normativ-texniki məhsullar.

Raket-kosmik komplekslər, hərbi təyinatlı rabitə və idarəetmə sistemləri və onların istehsalı və istismarında aid normativ-texniki sənədlər.

Döyüş zəhərləyici maddələri, onlardan müdafiə vasitələri və onların istehsalı və istismarına aid normativ-texniki sənədlər.

Uran, digər parçalanan materiallar və onlardan olan məmulatlar.

Silahların və hərbi texnikanın yaradılması üzrə elmi-tədqiqat və layihə işlərinin, həmçinin fundamental axtarış tədqiqatlarının nəticələri.

Şifrləmə texnikası və onun istehsalı və istifadəsinə aid normativ-texniki sənədlər.

Narkotik vasitələr, psixotrop, güclü təsirli, zəhərli maddələr.

Radioaktiv materialların tullantıları.

Partlayıcı maddələrin tullantıları.

Sənaye tullantıları.

Elektrik, istilik və digər enerji növləri.


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Dövlətin xeyrinə maldan imtina
gömrük rejimi haqqında Əsasnaməyə
Əlavə 2

_____________________________________

gömrük orqanının adı

_____________________________________

hüquqi şəxsin adı, ünvanı və fiziki şəxsin adı,

_____________________________________

soyadı, atasının adı və ünvanı

ƏRİZƏ

Xahiş edirəm _________________________________________________

Malların və ya nəqliyyat vasitələrinin adı,

______________________________________________________________

fərdi əlamətləri, miqdarı (ölçüsü, çəkisi və s.)

dövlətin xeyrinə maldan imtina gömrük rejimi altında yerləşdirəsiniz.

İmtinanın səbəbləri _____________________________________________

_____________________________________

(rəhbərin və ya digər müvəkkil edilmiş şəxsin
imzası, fiziki şəxsin imzası)

___ ____________________ 199____ il


AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
     2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb