Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Malların məhv edilməsi gömrük rejimi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında

Əmr 14

17 fevral 1999-cu il

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 9-cu maddəsinə əsasən əmr edirəm:

1. Malların məhv edilməsi gömrük rejimi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Malların məhv edilməsi gömrük rejimi haqqında Əsasnamə normativ-hüquqi akt kimi qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim edilsin.

3. Bu Əsasnamə Ədliyyə Nazirliyi qeydiyyata alındığı gündən qüvvəyə minsin.

4. İşlər İdarəsi (R.Həsənəliyev) Ədliyyə Nazirliyində qeydiyyata alındıqdan sonra Əsasnamənin Komitənin bütün İdarə, müstəqil şöbə və yerli gömrük orqanlarına göndərilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinə (A.Əliyev) tapşırılsın.

Komitənin sədri

K.F.HEYDƏROV.


Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
qeydə alınmışdır

Təsdiq edilmişdir
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi

Qeydiyyat 151

Əmr 014

26 fevral 1999-cu il

17 fevral 1999-cu il

Nazir

Komitənin sədri

S.HƏSƏNOVA

K.F.HEYDƏROV

Malların məhv edilməsi gömrük rejimi haqqında Əsasnamə

1. Ümumi müddəalar

Bu Əsasnamə Gömrük Məcəlləsinin 16-cı fəslinin müddəalarına uyğun olaraq işlənib hazırlanmışdır.

1.1. Malların məhv edilməsi xarici mallardan gömrük rüsumları, vergiləri alınmadan, həmçinin mallara iqtisadi siyasət tədbirləri (kvotalaşdırma, lisenziyalaşdırma və s.) tətbiq edilmədən onların istifadə üçün yararsız hala gətirilməsi də daxil olmaqla gömrük nəzarəti altında məhv edilməsindən ibarət gömrük rejimidir.

1.2. Malların və ya nəqliyyat vasitələrinin malların məhv edilməsi gömrük rejimi altında yerləşdirilməsinə gömrük orqanının icazəsi ilə yol verilir.

1.3. Malların və ya nəqliyyat vasitələrinin məhv edilməsi marağı olan şəxsin öz vəsaiti hesabına həyata keçirilir və dövlət üçün heç bir xərcə səbəb olmur.

1.4. Malların məhv edilməsi gömrük rejimi üçün bəyan edilmənin qanunauyğunluğuna, həmçinin bu rejimin şərtlərinə əməl edilməsinə görə malları keçirən şəxs və ya nəqliyyat vasitələri barədə isə daşıyıcı məsuliyyət daşıyır.

2. Malların məhv edilməsi gömrük rejimindən istifadə şərtləri

2.1. Malların məhv edilməsi gömrük rejimi altında aşağıdakı mal və nəqliyyat vasitələri yerləşdirilir:

a) Azərbaycan Respublikasının gömrük sərhədindən faktiki olaraq keçirilərək gətirilən xarici mallar və nəqliyyat vasitələri;

b) Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş və tranzit, gömrük anbarı, rüsumsuz ticarət mağazası, gömrük nəzarəti altında emal, gömrük ərazisində emal, müvəqqəti idxal, sərbəst gömrük zonası, sərbəst anbar, təkrar ixrac gömrük rejimləri altında yerləşdirilmiş xarici mallar və nəqliyyat vasitələri, həmçinin şərti buraxılmış mallar.

2.2. Malların məhv edilməsi gömrük rejimi altında aşağıdakıların yerləşdirilməsinə yol verilmir:

  • Azərbaycan Respublikasına gətirilməsi qadağan olunmuş mallar və nəqliyyat vasitələri;
  • Azərbaycan və xarici ölkə xalqlarının bədii, tarixi, arxeoloji sərvət əşyalarının;
  • Yox olma təhlükəsi altında olan heyvan və bitki növlərinin, onların hissə və törəmələrinin.

2.3. Gömrük orqanları tərəfindən malların və nəqliyyat vasitələrinin malların məhv edilməsi gömrük rejimi altında yerləşdirilməsinə aşağıdakı hallarda icazə verilmir:

a) malların və nəqliyyat vasitələrinin məhv edilməsi ətraf təbii mühitə mühüm zərər vura bilərsə;

b) malların və nəqliyyat vasitələrinin məhv edilməsi dövlət üçün xərclərə səbəb ola bilərsə;

v) gömrük orqanının malların və nəqliyyat vasitələrinin faktiki olaraq məhv edilməsinə nəzarət etmək imkanı yoxdursa;

q) gömrük orqanında bunun üçün kifayət qədər əsaslar olduğu digər hallarda.

2.4. Mal və nəqliyyat vasitələrinin malların məhv edilməsi gömrük rejimi altında yerləşdirilməsinə o halda yol verilir ki, məhvetmə nəticəsində mallar və ya nəqliyyat vasitələri ilkin istehlak xassələrini və ya kommersiya dəyərlərini tamamilə itirmiş olsun.

2.5. Mal və nəqliyyat vasitələrinin məhv edilməsi aşağıdakı qaydada həyata keçirilir:

a) malların və nəqliyyat vasitələrinin tamamilə məhv edilməsi ilə nəticələnən termik, kimyəvi, mexaniki və başqa təsir (yandırma, dağıtma, basdırma və s.) yolu ilə;

b) demontaj, sökmə, mexaniki zədələmə, o cümlədən deşiklər açılması, parçalamalar, zədələr vurulması (bir şərtlə ki, bu cür zədələmələr malların və nəqliyyat vasitələrinin sonrakı bərpasını və onlardan ilkin şəkildə istifadəsinin mümkünlüyü istisna etmiş olsun) yolu ilə həyata keçirilə bilər.

2.6. Malların və nəqliyyat vasitələrinin məhv edilməsi Azərbaycan Respublikasının ətraf təbii mühitin qorunması haqqında qanunvericiliyinin tələblərinə əməl edilməklə həyata keçirilməlidir.

2.7. Malların məhv edilməsi nəticəsində əmələ gəlmiş tullantılar (qalıqlar) gömrük nəzarəti altında olan xarici mallar kimi müvafiq gömrük rejimi altında yerləşdirilməlidir.

2.8. Gömrük orqanları malların məhv edilməsi gömrük rejimindən istifadə ilə bağlı hər hansı bir xərci ödəmir.

3. Malların məhv edilməsi gömrük rejimi altında yerləşdirilən mallar və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi

3.1. Malların məhv edilməsi gömrük rejimi altında yerləşdirilən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsini aşağıdakılar həyata keçirirlər:

  • Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, tranzit gömrük rejimindən, başqa bu Əsasnamənin 2.1 bəndinin b yarımbəndində göstərilən gömrük rejimləri altında yerləşdirilən şərti buraxılmış malları və nəqliyyat vasitələrini seçilmiş gömrük rejiminə uyğun olaraq şəxsin sərəncamına vermiş gömrük orqanı tərəfindən;
  • Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən nəqliyyat vasitələrinin, həmçinin malların və tranzit gömrük rejimi altında yerləşdirilən və ya gömrük nəzarəti altında çatdırılma qaydalarına uyğun keçirilən malların yerləşdiyi fəaliyyət bölgəsində olan gömrük orqanı tərəfindən.

3.2. Malların məhv edilməsi gömrük rejimi altında yerləşdirilən mallar gömrük orqanına müəyyən edilmiş qaydada doldurulmuş yük gömrük bəyannaməsi və malları keçirən şəxsin ərizəsi təqdim edilməklə bəyan edilir. Bu cür ərizə 1 saylı əlavədə göstərilmiş formaya uyğun olaraq təqdim olunur.

Nəqliyyat vasitələri daşıyıcı tərəfindən gömrük orqanına 1 saylı əlavədə göstərilmiş forma üzrə tərtib olunmuş ərizə təqdim edilməklə bəyan edilir.

3.3. Gömrük bəyannaməsi ilə bərabər gömrük orqanına mallara və nəqliyyat vasitələrinə aid sənədlər (qaimələr, konosamentlər, hesab-qaimələr və s.) və həmçinin gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi üçün lazım olan digər sənədlər təqdim edilir.

3.4. Malların və nəqliyyat vasitələrinin məhv edilməsinin ətraf təbii mühitə mühüm ziyan vura biləcəyini güman etmək üçün əsaslar olduqda, gömrük orqanına Azərbaycan Respublikasının ətraf təbii mühitin qorunması haqqında qanunvericiliyə uyğun olaraq xüsusi səlahiyyətlərə malik ekoloji nəzarət orqanlarının rəyini təqdim etməyi tələb etmək hüququna malikdir.

3.5. Mallar və nəqliyyat vasitələrinin məhvi potensial təhlükəli, xüsusi toksik və ya radioaktiv tullantıların atılması, axıdılması, anbarlaşdırılması ilə bağlı olduğu halda bu cür məhvə yalnız Azərbaycan Respublikasının ətraf təbii mühitin mühafizəsi və sanitar-epidemioloji nəzarət sahəsində xüsusi səlahiyyətlərə malik dövlət orqanlarının icazəsi ilə yol verilir.

3.6. Malların və nəqliyyat vasitələrinin malların məhv edilməsi gömrük rejimi altında yerləşdirilməsinə icazə verilməsinə dair qərar, Azərbaycan Respublikası DGK-nin normativ aktları ilə başqa hal nəzərdə tutulmayıbsa, gömrük orqanının rəisi və ya onu əvəz edən şəxs tərəfindən qəbul edilir.

Bu cür icazə 1 saylı əlavədə göstərilmiş ərizədə məhv etməyə icazə verilmişdir qeydi aparılmaqla sənədləşdirilir və göstərilən şəxsin imzası ilə təsdiqlənir.

3.7. Məhv edilməsi gömrük rejimi altında yerləşdirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə görə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş miqdarda gömrük yığımları alınır.

4. Yekun müddəalar

4.1. Mallar və nəqliyyat vasitələrinin məhv edilməsi gömrük nəzarəti altında aparılır.

4.2. Malların və nəqliyyat vasitələrinin faktiki olaraq məhv edilməsinə dair 2 saylı əlavədə göstərilmiş forma üzrə akt tərtib olunur. Göstərilən akt malları keçirən şəxsin səlahiyyətli nümayəndəsi, yaxud da daşıyıcı, malların və ya nəqliyyat vasitələrinin faktiki məhv edilməsi zamanı iştirak etmiş şəxslər tərəfindən imzalanır.

4.3. Malları keçirən şəxs, yaxud nəqliyyat vasitələrinin daşıyıcısı gömrük orqanına bu əsasnamənin 4.2 bəndində göstərilən aktı həmin gömrük orqanının müəyyən etdiyi müddətdə təqdim edilir.

4.4. Gömrük orqanı malların və nəqliyyat vasitələrinin məhv edilməsinin yalnız gömrük orqanının vəzifəli şəxsinin iştirakı ilə həyata keçirilməsini müəyyən etmək səlahiyyətinə malikdir.

4.5. Malların məhv edilməsi nəticəsində əmələ gəlmiş bütün tullantılar və qalıqlar gömrük nəzarəti altında olan xarici mallar kimi gömrük rəsmiləşdirilməsindən keçməlidir.

4.6. Malların məhv edilməsinə icazə vermiş gömrük orqanı tullantıların (qalıqların) gömrük rəsmiləşdirilməsi yerini müəyyən edir.

Gömrük orqanı tullantıların (qalıqların) müvəqqəti saxlanc anbarına yerləşdirilməli olduğunu müəyyən edə bilər.

4.7. Tullantı (qalıq) olan malların buraxılması, yaxud şəxsin sərəncamına verilməsi (seçilmiş gömrük rejiminə uyğun olaraq) gömrük qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

4.8. Aşağıdakı tullantı və qalıqlar sərbəst dövriyyə üçün buraxılış gömrük rejiminə uyğun şəkildə gömrük rəsmiləşdirilməsindən keçməlidir:

  • gömrük dəyəri 20 ABŞ dollarından artıq deyilsə;
  • basdırıldıqlarına və yaxud basdırılmalı olduqlarına görə bu cür qalıq və tullantıların sonrakı istifadəsi mümkün deyilsə.

Bu zaman gömrük rüsumları, vergilər və gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları tutulmur, bəyanetmə isə ərizədə (əlavə 1) və aktda (əlavə 2) tullantılar (qalıqlar) barədə məlumatlar göstərilməklə həyata keçirilir.


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Malların məhv edilməsi gömrük rejimi haqqında Əsasnaməyə
Əlavə 1

__________________________________

(gömrük orqanının adı)

___________________________________________

hüquqi şəxsin adı, ünvanı və fiziki şəxsin

___________________________________________

s.a.a.a. və ünvanı

ƏRİZƏ

Xahiş edirəm ________________________________________________________________

Mallar və ya nəqliyyat vasitələrinin adı, miqdarı və

___________________________________________________________________

yerləşdiyi yer

məhv edilməsinə icazə verəsiniz.

Məhv edilmənin üsulu ________________________________________________________

Məhv edilmənin yeri __________________________________________________________

Məhv edilmənin tarixi _________________________ 199____ il

Məhv edilmə nəticəsində əmələ gəlmiş tullantı (qalıqların) ___________________

___________________________________________________________________

adı və miqdarı (sayının müəyyən edilməsi mümkün olduğu halda)

Məhv edilmə haqqında aktın _________________________ 199____ ilə qədər Təqdim olunmasına zəmanət verirəm.

______________________________________

(rəhbər və ya səlahiyyətli şəxsin imzası,
fiziki şəxsin imzası)

M.Y.

_________________________ 199____ il


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Malların məhv edilməsi gömrük rejimi haqqında Əsasnaməyə
Əlavə 2

______________________________________

(gömrük orqanının adı)

Məhv etməyə dair
AKT

Bu akt ondan ötrü tərtib edilmişdir ki, _________________________ 199____ il tarixdə adları çəkilən şəxslərin iştirakı ilə aşağıdakılar məhv edilmişdir.

_____________________________________________________________________________

_____________________________________________________________________________

(malların və nəqliyyat vasitələrinin adı, fərdi əlamətləri)

_____________________________________________________________________________

miqdarı, həmçinin məhv edilməsi yeri və üsulu

məhv etmə nəticəsində əmələ gəlmişdir: _______________________________________

tullantıların

_____________________________________________________________________________

(qalıqların) adı, fərdi əlamətləri, miqdarı (ölçü, çəki və s.)

Məhv etmə zamanı iştirak etdilər: ___________________________________________

_____________________________________________________________________________

(məhv etmə zamanı iştirak etmiş şəxslərin vəzifələri, iş yerləri)

_____________________________________________________________________________

(s.a.a.a)                                                     (imza)

_____________________________________________________________________________

(malların və nəqliyyat vasitələrini malların məhv edilməsi rejimi altında yerləşdirilmiş şəxsin səlahiyyətli nümayəndəsinin vəzifəsi və adı)

_______________________________________________________________________ (imza)

(gömrük orqanının vəzifəli şəxsinin vəzifəsi, s.a.a.a)

______________________________________

(rəhbər və ya səlahiyyətli şəxsin imzası,
fiziki şəxsin imzası)

M.Y.

_________________________ 199____ il


AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
     2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb