Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Müvəqqəti idxal (ixrac) gömrük rejimi haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Əmr 64

29 sentyabr 2000-ci il

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9-cu maddəsinə əsasən əmr edirəm:

1. Müvəqqəti idxal (ixrac) gömrük rejimi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Əsasnamə normativ-hüquqi akt kimi qeydiyyata alınmaqdan ötrü Ədliyyə Nazirliyinə təqdim edilsin.

3. İşlər İdarəsi (R.Zalov) Ədliyyə Nazirliyində qeydiyyata alındıqdan sonra Əsasnamənin Komitənin bütün idarə, müstəqil şöbə və yerli gömrük orqanlarına göndərilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət Komitə Sədrinin birinci müavini A.Əliyevə tapşırılsın.

Komitənin sədri

K.F.HEYDƏROV.


Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
qeydə alınmışdır.

Qeydiyyat -si 2076

05 oktyabr 2000-ci il

Nazir

F.MƏMMƏDOV

Təsdiq edilmişdir
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi

Əmr 64

29 sentyabr 2000-ci il

Sədr

K.HEYDƏROV

Müvəqqəti idxal (ixrac) gömrük rejimi haqqında Əsasnamə

1. Ümumi müddəalar

Bu Əsasnamə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 11-ci fəslinin müddəalarına uyğun olaraq işlənib hazırlanmışdır və müvəqqəti idxal (ixrac) gömrük rejimi altında malların yerləşdirilməsi, onların müddətlərinin uzadılması qaydalarını müəyyən edir.

1.1. Müvəqqəti idxal (ixrac) gömrük rejimi müvəqqəti idxal (ixrac) olunan malların Azərbaycan Respublikasının gömrük ərazisində və ya onun hüdudlarından kənarda gömrük rüsumlarından, vergilərindən tam və ya qismən azad edilməklə və iqtisadi siyasət tədbirləri tətbiq etmədən onlardan istifadəyə yol verilməsindən ibarətdir.

Təbii aşınma və ya mallardan istifadə edilməsi nəticəsində dəyişikliklər, habelə normal şəraitdə daşınma və saxlanc itkiləri istisna edilməklə, müvəqqəti idxal (ixrac) edilən mallar dəyişməz halda geri qaytarılmalıdır.

1.2. Malların müvəqqəti idxal (ixrac) gömrük rejimində yerləşdirilməsi bu Əsasnamə ilə nəzərdə tutulmuş qaydalara uyğun həyata keçirilir.

1.3. Bu Əsasnamədə istifadə olunan terminlər:

1) Müvəqqəti idxal (ixrac) malları müvəqqəti idxal (ixrac) gömrük rejimi altında rəsmiləşdirilmiş mallar.

2) Müvəqqəti idxal (ixrac) müddəti malların müvəqqəti idxal (ixrac) gömrük rejimində rəsmiləşdirildiyi andan həmin malların digər gömrük rejimində rəsmiləşdirildiyi anadək və ya mallar geri aparılarkən (gətirilərkən) onların müvəqqəti idxal (ixrac) gömrük rejimində gömrük nəzarəti altında olduğu müddət.

3) Bəyan edən şəxs malların müvəqqəti idxal (ixrac) gömrük rejimi altında bəyan edən və rejimin şərtlərinə əməl edilməsinə görə Azərbaycan Respublikası gömrük orqanları qarşısında məsuliyyət daşıyan Azərbaycan şəxsi.

4) Müvəqqəti gətirilmiş malların özgəninkiləşdirilməsi malları müvəqqəti idxal gömrük rejimi altında yerləşdirmiş şəxs tərəfindən bu Əsasnaməyə və müvəqqəti idxal rejiminin şərtlərinə uyğun bəyan edən digər şəxsə verilməsi.

5) Rəsmiləşdirmə gömrük orqanı müvəqqəti idxal (ixrac) gömrük rejiminə uyğun malların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı.

2. Malların müvəqqəti idxal (ixrac) gömrük rejimi altında yerləşdirilməsinin şərtləri

2.1. Mallar aşağıdakı şərtlər daxilində müvəqqəti idxal (ixrac) gömrük rejimində rəsmiləşdirilə bilər:

  • mallar müvəqqəti idxal (ixrac) gömrük rejimi altında yerləşdirilməsinə yol verilməyən mal kateqoriyaları siyahısına daxil deyilsə;
  • mallar geri aparılma (gətirilmə) barədə öhdəlik altında gətirildikdə (aparıldıqda);
  • təbii aşınma və ya mallardan istifadə edilməsi nəticəsində dəyişikliklər, habelə normal şəraitdə daşınma və saxlanc itkiləri istisna edilməklə, müvəqqəti idxal (ixrac) edilən malların dəyişilməz halda geri qaytarılması mümkündürsə;
  • malların eyniləşdirilməsinin təmin edilməsi mümkündürsə.

2.2. Müəyyən kateqoriyalı malların müvəqqəti idxal (ixrac) gömrük rejimi altında yerləşdirilməsinə bəyan edən şəxs tərəfindən gömrük ödənişlərinin ödənməsinin təmin edilməsi şərti ilə və yaxud qanunvericilikdə müəyyən edilmiş digər şərtlər əsasında yol verilir.

3. Malların müvəqqəti idxal (ixrac) gömrük rejimi altında yerləşdirilməsinə icazə verilməsi və müvəqqəti idxal (ixrac) edilən malların gömrük rəsmiləşdirilməsi

3.1. Malların müvəqqəti idxal (ixrac) gömrük rejimi altında yerləşdirilməsinə icazə almaq üçün bəyan edən şəxs (deklarant) rəsmiləşdirmə gömrük orqanına aşağıdakı sənədləri təqdim edir:

  • malların müvəqqəti idxal (ixrac) gömrük rejimi altında yerləşdirilməsinə dair ərizə (öhdəlik) (Əlavə 1);
  • müvəqqəti idxal (ixrac) edilən malların müvəqqəti istifadə edilməsinə dair sənədlərin surətləri;
  • mal müşayiət sənədləri;
  • digər dövlət orqanlarının icazə sənədi (tələb olunduqda).

3.1.1. Təqdim edilmiş sənədlər əsasında gömrük rəsmiləşdirilməsini həyata keçirən struktur bölmə bu Əsasnaməyə uyğun olaraq gətirilən (aparılan) malların müvəqqəti idxal (ixrac) gömrük rejimi altında yerləşdirilməsinin mümkünlüyü və şərtləri barədə öz rəyini bildirir.

3.2. Gömrük orqanından malların müvəqqəti idxal (ixrac) rejimi altında yerləşdirilməsinə icazə alındığı halda bəyan edən şəxs rəsmiləşdirmə gömrük orqanına müvafiq qaydada doldurulmuş yük gömrük bəyannaməsini təqdim edir.

3.3. Müvəqqəti idxal (ixrac) edilən malların rəsmiləşdirmə gömrük orqanının fəaliyyət zonasından kənarda müvəqqəti idxal (ixrac) gömrük rejimi altında yerləşdirilməsi Azərbaycan Respublikası DGK-si tərəfindən müəyyən edilir.

4. Malların müvəqqəti idxal (ixrac) müddətlərinin müəyyən edilməsi və uzadılması

4.1. Malların müvəqqəti idxal (ixrac) gömrük rejimi altında yerləşdirilərkən müvəqqəti idxal (ixrac) müddətləri rəsmiləşdirmə gömrük orqanı tərəfindən gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

Hər bir konkret halda müvəqqəti idxal (ixrac) müddətləri bu cür idxalın (ixracın) məqsəd və hallarına əsaslanaraq müəyyən edilir və bir neçə günlə və ya yol verilən son müddətlərlə məhdudlaşdırıla bilər.

4.2. Bəzi mal kateqoriyaları üçün daha qısa və ya uzun müvəqqəti idxal (ixrac) müddətləri müəyyən edilə bilər.

4.3. Müvəqqəti idxal (ixrac) müddətlərinin uzadılması bəyan edən şəxsin əsaslandırılmış yazılı müraciəti əsasında gömrük orqanı tərəfindən həyata keçirilir (Əlavə 2).

Ərizə gömrük orqanına müəyyən edilmiş müvəqqəti idxal (ixrac) müddətinin bitməsinə 1 ay qalmış verilir.

4.4. Zərurət olduqda, gömrük orqanı əlavə sənədlər və məlumatlar tələb edə bilər. Bu halda ərizəyə baxılma müddəti bu cür sənəd və məlumatların təqdim edildiyi gündən hesablanır.

Ərizənin verilmə müddətlərinin ötürülməsi səbəbi üzürlü olduqda rəsmiləşdirmə gömrük orqanı ərizəni baxılma üçün qəbul edə bilər.

Müvəqqəti idxal (ixrac) müddətlərinin uzadılmasına dair ərizənin rəsmiləşdirmə gömrük orqanına verilməsi müvəqqəti idxalın (ixracın) müəyyən edilmiş müddətlərinin axınını kəsmir və dayandırmır.

Gömrük qaydalarının pozulması halında müvəqqəti idxal (ixrac) müddətinin uzadılması yalnız bəyan edən şəxsin məsuliyyətə cəlb edilməsinə dair iş üzrə qərar qəbul edildikdən və gömrük qaydalarının pozulmasına dair iş üzrə tənbeh verilməsinə dair qərar icra edildikdən sonra həyata keçirilir.

5. Gömrük ödənişlərinin ödənilməsi

5.1. Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları mallar müvəqqəti idxal (ixrac) gömrük rejimi altında yerləşdirilərkən, eləcə də onların geriyə aparılması (gətirilməsi) və digər gömrük rejimi altında yerləşdirilən zaman ödənilir.

5.1.1. Gömrük rəsmiləşdirməsinə gömrük yığımları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və digər normativ-hüquqi aktları ilə nəzərdə tutulmuş məbləğdə və qaydada ödənilir.

5.1.2. Qanunvericiliklə müəyyən edilmiş hallarda malların müvəqqəti idxalı (ixracı) zamanı gömrük rüsumu, əlavə dəyər vergisi və aksiz vergisinin ödənilməsindən tamamilə azadetmə tətbiq edilir.

5.2. Malların müvəqqəti idxal (ixrac) müddəti uzadılmadıqda və ya müvəqqəti idxal (ixrac) müddəti başa çatmadan idxalçının (ixracatçının) arzusu ilə sərbəst dövriyyə üçün buraxılış və ya ixrac gömrük rejimi altında bəyan edildikdə, müvəqqəti idxal (ixrac) rejimi ilə bəyan olunduğu gündən qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş gömrük rüsumlarının və vergilərinin dərəcələri və gömrük dəyəri əsas götürülür.

5.3. Gömrük rüsumlarının və vergilərinin ödənilməsindən qismən azad olma hallarında hər bir ay üçün müvəqqəti idxal (ixrac) rejimində bəyan edilən günə sərbəst dövriyyə üçün buraxılış rejimində ödənilməli olan gömrük rüsumlarının və vergilərinin məbləğlərinin 3 faizi həcmində (sonralar dövrü gömrük ödənişləri) ödənilir.

Dövrü gömrük ödənişləri müvəqqəti idxal (ixrac) rejimi ilə bəyan olunmaqla yük gömrük bəyannaməsi qəbul olunan günə qüvvədə olan gömrük rüsumlarının və vergilərinin dərəcələri, gömrük dəyəri əsas götürülməklə ABŞ dolları ilə hesablanır və ödənilmə tarixinə Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla ödənilir.

5.3.1. Dövrü gömrük ödənişlərinin hesablanmış məbləğləri Dövlət Gömrük Komitəsinin müvəqqəti idxala (ixraca) icazə vermiş müvafiq gömrük orqanı tərəfindən müəyyən edilmiş müddətlərdə ödənilir.

5.3.2. Dövrü gömrük ödənişlərinin uçotu və ödənilməsinə nəzarət gömrük vergi və rüsumları üçün müəyyən edilmiş qaydada aparılır.

Ödənilməli olan dövrü gömrük ödənişləri məbləğlərinin hesablanması yük gömrük bəyannaməsinin nəzarət nüsxəsinin arxa tərəfində aparılır. Bu zaman hökmən xarici valyutanın həmin günə Milli Bank tərəfindən müəyyən edilmiş məzənnəsi və gömrük ödənişlərinin ödənilməsini təsdiq edən sənədin rekvizitləri göstərilir. Göstərilən qeydlər rəsmiləşdirmə aparan gömrük orqanının gömrük tədiyələri üzrə struktur bölmənin vəzifəli şəxsi tərəfindən təsdiq edilir.

5.3.3. Malların geri aparılması, yaxud digər gömrük rejiminə keçirilməsi hallarında dövrü gömrük ödənişlərinin ödənilmiş məbləğləri geri qaytarılmır.

5.4. Gömrük rüsumları və vergilərinin ödənilməsindən qismən azad edilməklə müvəqqəti gətirilmiş (aparılmış) mallar sərbəst dövriyyə üçün buraxılış və ya ixrac gömrük rejiminə keçirilməsi hallarında dövrü gömrük ödəmələrinin ödənilmiş məbləğləri malların sərbəst dövriyyə üçün buraxılış və ya ixrac gömrük rejiminə hesablanmış gömrük rüsumlarının və vergilərinin məbləğinə daxil edilir.

5.5. Gömrük rüsumlarının, vergilərinin ödənilməsindən qismən azad edilməklə malların müvəqqəti idxalı (ixracı) zamanı tutulan gömrük rüsumları və vergilərinin ümumi məbləği, mallar sərbəst dövriyyə üçün buraxıldığı və ya ixrac gömrük rejiminə uyğun aparıldığı halda aparılma (gətirilmə) anında ödənilməli olan gömrük rüsumları və vergilərinin məbləğindən artıq olmamalıdır.

5.6. Gömrük rüsumları və vergilərin ödənişindən qismən azad olunmaqla müvəqqəti idxal (ixrac) rejimində gömrük rüsumları və vergilərinin ödənişindən faktiki istifadə olunmuş və ya uzadılmış möhlət müddətinə görə Respublika Milli Bankının verdiyi kreditlər üzrə həmin bankın müəyyən etdiyi dərəcələrə uyğun olaraq borc məbləğindən faizlər və hər bir gecikdirilən gün üçün borc məbləğinin müəyyən edilmiş miqdarında penya alınmalı və dövlət büdcəsinə köçürülməlidir.

5.7. Gömrük rüsumları və vergilərin ödənilməsindən azad olunmaqla gömrük güzəştləri əldə etmiş şəxslər tərəfindən müvəqqəti idxal gömrük rejimində rəsmiləşdirilmiş mallar üçün həmin güzəştlərin qüvvədə olduğu dövrdə gömrük rüsumları və vergilərin ödənilməsindən qismən azadetmə tətbiq edilmir.

5.8. Malları bəyan edən şəxs gömrük ödənişlərinin ödənilməsinə görə məsuliyyət daşıyır.

5.9. Malların müvəqqəti idxalının (ixracının) son müddəti uzadıldığı halda və bunun nəticəsində bu Əsasnamənin 5.5 bəndində göstərilən məbləğlər bərabər olduqda müvəqqəti idxal (ixrac) edilmiş mal sərbəst dövriyyə üçün buraxılmış və ya ixrac gömrük rejiminə uyğun aparılmış hesab edilir və gömrük rəsmiləşdirilməsi aparılır (Əlavə 4).

6. Gömrük rüsumları və vergilərin ödənilməsindən tamamilə azadetmə tətbiq edilən müvəqqəti idxal (ixrac) mallarının məqsədli istifadəsinə nəzarət

6.1. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 23, 181 və 189-cu maddələrinə uyğun olaraq gömrük rüsumları və vergilərin ödənilməsindən tamamilə azadetmə tətbiq edilən müvəqqəti idxal mallarından məqsədli istifadəyə nəzarət rəsmiləşdirməni aparan gömrük orqanı tərəfindən həyata keçirilir.

6.2. Yuxarıda göstərilən nəzarətin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə nəzərdə tutulmuş gömrük nəzarətinin bütün forma və metodlarından istifadə olunur.

6.3. Bu Əsasnamənin 6.1 bəndində göstərilən nəzarət aşağıdakı üsullarla həyata keçirilir:

  • yerləşdirildiyi yerdə mallara baxış keçirilməsi;
  • həmin malların Azərbaycan Respublikasının gömrük ərazisində istifadə qaydasını təsdiq edən sənədlərin yoxlanılması;
  • rəsmiləşdirməni aparan gömrük orqanına bəyan edən şəxs tərəfindən həmin malların məqsədli istifadəsinə dair yazılı hesabatın təqdim edilməsi.

6.3.1. Mallara faktiki baxışın hər bir halı üzrə yazılı hesabat tərtib olunur.

Rəsmiləşdirməni aparan gömrük orqanına təqdim olunan, gömrük rüsumlarının və vergilərinin ödənilməsindən tamamilə azadetmə tətbiq edilən müvəqqəti idxal mallarından məqsədli istifadəyə nəzarət üçün tərtib olunan bütün sənədlər həmin gömrük orqanında iş qovluğunun materiallarına tikilir.

6.4. Barələrində gömrük ödənişləri üzrə güzəştlər verilmiş mallardan bu cür güzəştlərin verildiyi məqsədlər üçün istifadə edilməməsi faktları müəyyən edildikdə, rəsmiləşdirməni aparan gömrük orqanı gömrük qanunvericiliyində müəyyən olunmuş qaydada müvafiq tədbirləri həyata keçirir.

7. Rəsmiləşdirmə gömrük orqanı tərəfindən müvəqqəti idxal (ixrac) edilmiş mallar barəsində sənədləşdirilmənin və nəzarətin həyata keçirilməsi

7.1. Müvəqqəti idxal (ixrac) rejiminin şərtlərinə və müddətlərinə əməl edilməsinə, dövrü gömrük ödənişlərinin hesablanması və tam məbləğdə tutulmasına, gömrük ödənişləri ödənilməsindən tam azad edilməklə rəsmiləşdirilən malların məqsədli istifadəsinə nəzarət həmin malların rəsmiləşdirildiyi gömrük orqanı tərəfindən həyata keçirilir.

7.2. Müvəqqəti idxal (ixrac) rejiminin şərtlərinə əməl edilməsinə, yaxud həmin rejimin başqa rejimə dəyişdirilməsinə nəzarət məqsədləri üçün rəsmiləşdirmə gömrük orqanının gömrük rəsmiləşdirilməsini həyata keçirən struktur bölməsində malların müvəqqəti idxalının (ixracının) hər bir halı üzrə işçi qovluqlar formalaşdırılır və müvəqqəti idxala (ixraca) nəzarət jurnalı (bundan sonra jurnal Əlavə 5) aparılır.

7.2.1. İşçi qovluq aşağıdakı sənədlərdən formalaşdırılır:

  • malların geriyə aparılması (gətirilməsi) barədə öhdəlik daxil olmaqla, həmin malların müvəqqəti idxal (ixrac) gömrük rejimi altında yerləşdirilməsinə dair ərizə;
  • müvəqqəti idxal (ixrac) gömrük rejiminə uyğun rəsmiləşdirilmiş yük gömrük bəyannamələrinin nüsxələrinin surəti;
  • malların gömrük baxışı aktı (zərurət olduqda);
  • malların müvəqqəti idxalının (ixracının) həmin halı üzrə rəsmiləşdirmə gömrük orqanına təqdim edilən bütün sənədlər.

7.2.2. İşçi qovluqlar xronoloji qaydada jurnalda qeydiyyata alınır (Əlavə 5).

Jurnalın qrafalarına müvəqqəti idxal (ixrac) rejimində rəsmiləşdirilmiş yük gömrük bəyannaməsinin məlumatları daxil edilir.

Jurnalın səhifələri nömrələnməli, qaytanlanmalı və gömrükxananın möhürü ilə möhürlənməlidir.

7.2.3. Hər bir işçi qovluğa jurnal üzrə müvafiq qeydiyyat nömrəsinə uyğun nömrə verilir.

7.3. Gömrük rəsmiləşdirilməsini həyata keçirən şöbənin əməkdaşı jurnala və işçi qovluğuna daxil edilən məlumatların tamlığına və uyğunluğuna görə məsuliyyət daşıyır.

7.4. Müvəqqəti idxal (ixrac) rejiminin fəaliyyəti başa çatdıqdan və müvafiq qeydlər jurnala yazıldıqdan sonra işçi qovluq icra olunmuş hesab edilir.

İcra olunmuş və formalaşdırılmış işçi qovluqlar və jurnallar gömrük rəsmiləşdirilməsi üzrə struktur bölməsinin rəisi tərəfindən vizalanır və müvafiq qaydada saxlanılması üçün arxivə verilir.

8. Müvəqqəti idxal edilən malların Azərbaycan Respublikasının gömrük ərazisində özgəninkiləşdirilməsi və hərəkəti

8.1. Müvəqqəti idxal edilmiş malların özgəninkiləşdirilməsi, həmçinin barələrində gömrük rüsumları, vergilərdən tam azadedilmə tətbiq edilən müvəqqəti idxal edilmiş malların rəsmiləşdirmə gömrük orqanının fəaliyyət zonasından başqa yerə aparılması yalnız bəyan edən şəxs tərəfindən qabaqcadan rəsmiləşdirmə gömrük orqanının məlumatlandırılması ilə həyata keçirilir.

8.2. Bəyan edən şəxs və malların özgəninkiləşdirildiyi şəxs eyni gömrük orqanının fəaliyyəti zonasındadırlarsa, gömrük rəsmiləşdirməsi aşağıdakı qaydada aparılır:

a) bəyan edən şəxs müvəqqəti idxal edilmiş malları faktiki olaraq mütləq gömrük anbarı gömrük rejimi altında yerləşdirir;

b) malların özgəninkiləşdirildiyi şəxs həmin malları bu Əsasnamənin 3-cü bəndinə uyğun olaraq müvəqqəti idxal gömrük rejimi altında yerləşdirir.

8.3. Bəyan edən şəxs malları başqa gömrük orqanının fəaliyyət zonasında olan şəxsə özgəninkiləşdirirsə, gömrük rəsmiləşdirməsi aşağıdakı qaydada aparılır:

a) bəyan edən şəxs müvəqqəti idxal edilmiş malları faktiki olaraq mütləq gömrük anbarına yerləşdirməklə onları gömrük anbarı gömrük rejimi altında yerləşdirir;

b) mallar gömrük anbarı gömrük rejimi altında yerləşdirildikdən sonra onlar gömrük nəzarəti altında malların özgəninkiləşdirildiyi şəxsin olduğu rəsmiləşdirmə gömrük orqanının fəaliyyəti zonasında yerləşən gömrük anbarına keçirilir;

v) malların özgəninkiləşdirildiyi şəxs həmin malları bu Əsasnamənin 3-cü bəndinə uyğun olaraq müvəqqəti idxal gömrük rejimi altında yerləşdirir.

8.4. Bəyan edən şəxs tərəfindən barələrində gömrük rüsumları, vergilərinin ödənilməsindən tam azadedilmə tətbiq edilən müvəqqəti idxal edilmiş malların rəsmiləşdirmə gömrük orqanının fəaliyyəti zonasından başqa yerə keçirilməsi bu Əsasnamənin 8.3 bəndinə əsasən həyata keçirilir.

8.5. Müstəsna hallarda müvafiq normativ hüquqi sənədlər qüvvəyə minənə qədər müvəqqəti idxal edilmiş malların özgəninkiləşdirilməsi DGK-nin müəyyən etdiyi qaydada həyata keçirilə bilər.

9. Malların müvəqqəti idxal (ixrac) müddətlərinin uzadılması

9.1. Malların müvəqqəti idxal (ixrac) müddətlərinin uzadılması Azərbaycan Respublikası DGK-si tərəfindən icazə verilməklə həyata keçirilir.

9.2. Göstərilən müddətlərin uzadılması hər bir konkret halda malların müvəqqəti idxalının (ixracının) məqsəd və hallarına istinad olunmaqla əsaslandırılmış yazılı ərizə əsasında həyata keçirilir (Əlavə 6).

Müvəqqəti idxal (ixrac) müddətlərinin uzadılmasına icazə verilməsinə dair ərizə bəyan edən şəxs tərəfindən malların müvəqqəti idxalının (ixracının) son müddətlərinin bitməsinə bir ay qalmış verilməlidir.

9.3. Ərizə ilə birlikdə şəxs aşağıdakıları təqdim etməlidir:

a) gömrük orqanının malların müvəqqəti idxal (ixrac) müddətinin sonrakı uzadılmasının məqsədəuyğunluğuna dair rəyini (Əlavə 7);

b) müvəqqəti idxal (ixrac) gömrük rejimində bəyan edilmiş mallara dair yük gömrük bəyannamələrinin gömrük orqanı tərəfindən təsdiqlənmiş surətini və onlara dair sənədləri.

9.4. Ərizəyə qanunvericiliklə müəyyən olunmuş müddətdə baxılır. Lazım gəldikdə Azərbaycan Respublikası DGK-si əlavə sənəd və məlumatlar tələb edə bilər. Bu halda ərizəyə baxılma müddəti bu cür məlumat və sənədlərin təqdim edildiyi gündən hesablanır.

Ərizənin verilmə müddətləri üzrlü səbəblərə görə ötürüldükdə, Azərbaycan Respublikası DGK-si ərizəni baxılma üçün qəbul edə bilər.

9.5. Ərizənin DGK-ya verilməsi müvəqqəti idxal (ixrac) müddətlərini dayandırmır.

9.6. Gömrük qaydalarının pozulmasına dair iş başlandıqda (Əsasnamənin 12.2 bəndinə bax) müvəqqəti idxal (ixrac) müddətlərinin uzadılması barədə ərizəyə yalnız gömrük qaydalarının pozulmasına dair işə baxıldıqdan və gömrük qaydalarının pozulmasına dair iş üzrə tənbeh verilməsinə dair qərar icra olunduqdan sonra baxılır.

9.7. Müvəqqəti idxal (ixrac) müddətləri gömrük orqanı tərəfindən uzadıldıqda, yük gömrük bəyannaməsinin arxasında gömrük rəsmiləşdirməsi üzrə struktur bölmənin səlahiyyətli əməkdaşının imzası və şəxsi nömrəli möhürü ilə təsdiq edilən aşağıdakı qeyd yazılır:

Müddət __________________-dək uzadılmışdır..

10. Müvəqqəti idxal (ixrac) rejiminin fəaliyyətinin başa çatması

10.1. Müvəqqəti idxal (ixrac) rejiminin fəaliyyəti aşağıdakı hallarda başa çatır:

a) müvəqqəti idxal (ixrac) gömrük rejiminə yerləşdirilmiş mallar geriyə aparıldıqda (gətirildikdə);

b) müvəqqəti idxal (ixrac) edilmiş mallar digər gömrük rejimində rəsmiləşdirildikdə (Əlavə 8);

v) bu Əsasnamənin 5.9, 12.3 və 13-cü bəndlərində göstərilən hallarda.

10.2. Müvəqqəti idxal (ixrac) edilmiş malları geri aparmaq (gətirmək) və ya müvəqqəti idxal (ixrac) rejimini başqa rejimə dəyişdirmək niyyəti olduqda bəyan edən şəxs tərəfindən rəsmiləşdirmə gömrük orqanına aşağıdakı sənədlər təqdim edilir:

  • malların geriyə aparılmasına (gətirilməsinə) və ya müvəqqəti idxal (ixrac) rejiminin başqa rejimə dəyişdirilməsinə dair ərizə (Əlavə 9);
  • malların geriyə aparılmasına (gətirilməsinə), yaxud da müvəqqəti idxal (ixrac) rejiminin dəyişdiriləcəyi gömrük rejiminə dair tərtib olunmuş yük gömrük bəyannaməsi;
  • müvəqqəti idxal (ixrac) rejimində ilkin rəsmiləşdirilmiş yük gömrük bəyannaməsinin surəti.

10.3. Müvəqqəti idxal (ixrac) edilmiş mallar geriyə aparılarkən (gətirilərkən) və ya müvəqqəti idxal rejimi başqa rejimə dəyişdirilərkən mallara gömrük baxışı keçirilir və müvafiq qaydada rəsmiləşdirilir.

10.4. Gömrük orqanının gömrük rəsmiləşdirməsi üzrə struktur bölməsi bu Əsasnaməyə uyğun olaraq işçi qovluğun materialları əsasında malların geriyə aparılmasının (gətirilməsinin) və ya müvəqqəti idxal (ixrac) rejiminin başqa gömrük rejiminə dəyişdirilməsinin mümkünlüyü barədə öz rəyini bildirir.

10.4.1. Malların geriyə aparılmasına (geriyə gətirilməsinə) və ya müvəqqəti idxal (ixrac) rejiminin başqa gömrük rejiminə dəyişdirilməsinə icazə gömrük rəsmiləşdirməsini həyata keçirən gömrük orqanı tərəfindən verilir.

10.5. Malların geriyə aparılmasına (gətirilməsinə) və ya digər gömrük rejiminə uyğun yük gömrük bəyannaməsinin rəsmiləşdirilməsi başa çatdıqdan sonra onun surəti işçi qovluğa tikilir.

10.6. Müvəqqəti ixrac edilmiş malların geriyə gətirilməsinə rəsmiləşdirilmiş yük gömrük bəyannaməsi qəbul edildikdən və ya müvəqqəti idxal (ixrac) edilmiş mallara digər gömrük rejiminə uyğun rəsmiləşdirilmiş bəyannamə qəbul edildikdən sonra həmin mallar barəsində müvəqqəti idxal (ixrac) rejiminin fəaliyyəti başa çatmış hesab edilir.

10.7. Geriyə aparılma prosedurası üzrə rəsmiləşdirilmiş müvəqqəti idxal edilmiş mallar rəsmiləşdirmə gömrük orqanı tərəfindən malların gömrük nəzarəti altında daşınma qaydalarına uyğun olaraq Azərbaycan Respublikasının sərhəd gömrük məntəqələrinə göndərilir.

10.7.1. Bu halda mallar, Azərbaycan Respublikasının gömrük ərazisindən malların faktiki aparılması haqda sərhəd gömrük orqanının təsdiqi alınanadək rəsmiləşdirmə gömrük orqanında nəzarətdə qalırlar.

Malların faktiki aparıldığını təsdiq edən sənədlər alındıqdan sonra müvəqqəti idxal gömrük rejiminin fəaliyyəti başa çatmış sayılır.

Həmin sənədlər işçi qovluğa tikilir, onların rekvizitləri müvəqqəti idxal (ixrac) üzrə jurnalın 10-cu qrafasına daxil edilir.

11. Müəyyən edilmiş müvəqqəti idxal (ixrac) müddətləri bitdikdən sonra mallarla görülən tədbirlər

11.1. Müəyyən edilmiş müddətlər bitən gün müvəqqəti idxal (ixrac) edilmiş mallar geri qaytarılmadıqda, onlar digər gömrük rejimi üçün bəyan edilməli, yaxud sahibi Azərbaycan Respublikasının gömrük orqanları ilə müvəqqəti saxlanc anbarlarına və ya Azərbaycan Respublikası gömrük orqanları tərəfindən müəyyən edilən digər yerlərə yerləşdirilməlidir.

11.2. Müvəqqəti idxal edilmiş malların müvəqqəti saxlanc anbarına yerləşdirilməsi müvəqqəti idxal gömrük rejiminin fəaliyyətinin başa çatması üçün əsas ola bilməz.

11.3. Malların Azərbaycan Respublikası gömrük orqanlarının sahibliyində olan müvəqqəti saxlanc anbarlarında saxlanması dövrü malların müvəqqəti idxal rejimi altında olması dövrünə daxil edilmir.

11.4. Gömrük rüsumlarının, vergilərinin ödənilməsindən qismən azad edilmə tətbiq edilən mallar gömrük orqanının sahibliyində olan müvəqqəti saxlanc anbarına yerləşdirildikdə, onlar barəsində dövrü gömrük ödənişləri aşağıdakı hallarda tutulmur:

a) Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 72-ci maddəsinə uyğun olaraq;

b) rəsmiləşdirmə gömrük orqanının tələbi ilə, gömrük qaydalarının pozulmasına dair iş açıldığı halda.

12. Müvəqqəti idxal (ixrac) edilən mallar barəsində gömrük qaydalarının pozulması aşkar edildiyi zaman gömrük orqanlarının hərəkətləri

12.1. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən müvəqqəti idxal (ixrac) rejiminin şərtlərinin pozulması, həmçinin müvəqqəti idxal (ixrac) edilən mallarla Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə görə qanunsuz əməliyyatlar aparılması faktları aşkar edildikdə, gömrük qaydalarının pozulmasına dair iş başlanılaraq qanuna müvafiq tədbirlər görülür.

12.2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 72-ci maddəsi ilə müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə, müvəqqəti idxal (ixrac) müddətləri gecikdirildikdə, gömrük qaydalarının pozulmasına dair sənədləşmə işi həyata keçirilir.

12.3. Bəyan edən şəxs tərəfindən müvəqqəti idxal rejiminin şərtlərinin pozulması ilə bağlı qaldırılmış gömrük qaydalarının pozulmasına dair iş üzrə qərar çıxarılması yalnız o halda həmin rejimin fəaliyyətinin başa çatması üçün əsas ola bilər ki, gömrük qaydalarının pozulmasına dair iş üzrə qərara uyğun olaraq müvəqqəti idxal edilmiş mallar müsadirə olunsun.

12.4. Bu zaman malların müvəqqəti idxalı zamanı rəsmiləşdirilmiş yük gömrük bəyannaməsinin arxasında gömrük rəsmiləşdirməsini həyata keçirən struktur bölmənin səlahiyyətli əməkdaşı tərəfindən aşağıdakı qeyd edilir:

Müvəqqəti idxal rejimi müvəqqəti idxal (ixrac) haqqında Əsasnamənin 12.3 bəndinə uyğun olaraq başa çatmışdır. GQP-na dair iş üzrə ___________ -li qərar. Malların __________-li təhvil-təslim aktı.

Bu qeyd rəsmiləşdirmə gömrük orqanının rəisi və ya rəis müavini tərəfindən təsdiqlənir.

12.5. Gömrük qaydalarının pozulmasına dair iş üzrə protokolların və qərarların, həmçinin qərarların icrasını təmin edən sənədlərin surətləri işçi qovluğa tikilir.

13. Məhv etmələr, itirilmələr, çatışmazlıqlar və ya xarici dövlət orqanlarının və ya vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində müvəqqəti ixrac edilmiş malların qaytarılmaması

13.1. Malları müvəqqəti ixrac etmiş və müəyyən edilmiş müddətlərdə qaytarmamış şəxs, təbii aşınma və ya mallardan istifadə edilməsi nəticəsində dəyişikliklər, habelə normal şəraitdə daşıma və saxlanc itkiləri, həmçinin malların qəza və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində məhv olması və ya həmişəlik itirilməsi, yaxud da xarici dövlət orqanlarının və ya vəzifəli şəxslərinin Azərbaycan Respublikasının qanunvericiliyi baxımından qanunsuz hərəkətləri nəticəsində sahiblikdən çıxması faktı Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri tərəfindən təsdiq olunduğu hallarda Azərbaycan Respublikası gömrük orqanları qarşısında məsuliyyət daşımır.

13.2. Rəsmiləşdirmə gömrük orqanı təsdiqləmə kimi, Azərbaycan Respublikasının xaricdəki konsulluq idarəsi tərəfindən, konsul idarəsinin səlahiyyətli şəxsinin imzası ilə təsdiqlənmiş və konsul idarəsinin möhürü ilə möhürlənmiş ixtiyari formalı yazılı ərizəni qəbul edə bilər.

Göstərilən təsdiqləmə birmənalı şəkildə ona dəlalət etməlidir ki, xarici dövlətin rəsmi orqanlarının göstərilən faktları təsdiq edən sənədlərinə istinad etməklə, baş vermiş hadisələr müvəqqəti aparılmış malların məhv olmasına, həmçinin itirilməsinə və ya sahiblikdən çıxmasına səbəb olmuşdur.

13.3. Normal daşınma və saxlanma şəraitində təbii aşınma və ya saxlanc itkiləri üzündən müvəqqəti ixrac edilmiş mallarda çatışmazlıq olduqda konsulluq idarələrinin təsdiqi xarici dövlətin müstəqil ekspertlərinin həmin təsdiqə əlavə edilən rəylərinə əsaslana bilər.

13.4. Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələrinin təsdiq sənədinin rəsmiləşdirmə gömrük orqanına təqdim edilməsi vəzifəsi bəyan edən şəxsin üzərinə qoyulur.

13.5. Gömrük orqanının gömrük rəsmiləşdirilməsi üzrə struktur bölməsi təqdim edilmiş sənədlər əsasında yük gömrük bəyannaməsinin nəzarət nüsxəsində müvafiq qeydlər edir.

Bundan sonra müvəqqəti ixrac rejiminin fəaliyyəti başa çatır.

13.6. Rəsmiləşdirmə gömrük orqanına təqdim edilmiş sənədlər işçi qovluğa tikilir.

14. Hesabat

Müvəqqəti idxal (ixrac) gömrük rejiminə uyğun olaraq malları rəsmiləşdirmiş gömrük orqanları Azərbaycan Respublikası DGK-nin əmrləri ilə müəyyən edilən hesabat formaları üzrə müvəqqəti idxal (ixrac) gömrük rejimi altında yerləşdirilən malların uçotunu aparır və onlar barədə hesabatlar hazırlayır.

15. Yekun müddəalar

Bu Əsasnamədə nəzərdə tutulmuş müddəaların və tələblərin pozulmasına görə məsuliyyət Azərbaycan Respublikası Gömrük Məcəlləsi ilə müəyyən edilir.


Müvəqqəti idxal (ixrac)
gömrük rejimi haqqında Əsasnaməyə
Əlavə 1

Geriyə gətirilmə (aparılma) barədə öhdəliklə malların müvəqqəti idxal (ixrac) gömrük rejimi altında yerləşdirilməsinə dair
Ərizə

__________________________________ rəisinə

(rəsmiləşdirmə gömrük orqanının adı)

_______________________________ tərəfindən

(bəyan edən şəxs göstərilir)

1. Aşağıdakı malların müvəqqəti idxal (ixrac) gömrük rejimi altına yerləşdirməyinizi xahiş edirəm:

____________________________________________________________________________

____________________________________________________________________________

(malların adları, XİF ƏN kodları, təsirləri, miqdarı, dəyərləri göstərilir)

Mallar aşağıdakı məqsədlər üçün gətirilir (aparılır):

____________________________________________________________________________

__________________________________________________________ müqavilə (kontrakt, saziş) üzrə

2. Göstərilən malları ___________________-dək aparmağı (gətirməyi) öhdəmə götürürəm.

3. Bəyan edən şəxs barədə məlumatlar:

  • tam və qısa adı, MTÜT kodu;
  • poçt indeksi göstərilməklə dəqiq poçt/hüquq ünvanı;
  • telefon;
  • bank müəssisələri göstərilməklə hesablanma hesablarının nömrələri və hər bank üzrə FAD.

4. Müvəqqəti idxal (ixrac) gömrük rejiminin tələblərini yerinə yetirməyi öhdəmə götürürəm.

Bəyan edən şəxsin imzası

_______________________

M.Y.

_______________________ tarix _______________________


Müvəqqəti idxal (ixrac)
gömrük rejimi haqqında Əsasnaməyə
Əlavə 2

Müvəqqəti idxal (ixrac) müddətlərinin uzadılmasına dair
Ərizə

__________________________________ rəisinə

(gömrük orqanının adı)

_______________________________ tərəfindən

(bəyan edən şəxs göstərilir)

1. __________________________________________________________________  əlaqədar aşağıdakı YGB-lər üzrə müvəqqəti idxal (ixrac) müddətnin uzadılmasını xahiş edirəm:

____________________________________________________________________________

____________________________________________________________________________

(YGB-lərin soraq nömrələri göstərilir)

2. Göstərilən malları ____________________-dək aparmağı (gətirməyi) öhdəmə götürürəm.

3. Bəyan edən şəxs haqqında məlumatlar:

  • tam və qısa adı, MTÜT kodu;
  • indeks göstərilməklə dəqiq poçt və / və ya hüquqi ünvanı;
  • telefon;
  • hesablaşma hesablarının nömrələri və hesabların açıldığı banklar və hər bank üzrə FAD.

4. Müvəqqəti idxal (ixrac) gömrük rejimi haqqında Əsasnamə müəyyən edilmiş tələbləri yerinə yetirməyi öhdəmə götürürəm.

Bəyan edən şəxsin imzası

________________________ (rəhbər)

________________________ (baş mühasib)

M.Y.


5. Rəsmiləşdirmə gömrük orqanının müvəqqəti idxal (ixrac) müddətinin uzadılmasına dair qərarı.

* 3-cü bənd bəyan edən şəxsin onda göstərilən rekvizitləri dəyişdikdə doldurulur.


Müvəqqəti idxal (ixrac)
gömrük rejimi haqqında Əsasnaməyə
Əlavə 3

Dövrü gömrük ödənişlərinin ödənilməsinin hesablanması və ona nəzarət üzrə yük gömrük bəyannaməsinin arxa tərəfinin doldurulma forması

_______________________________ (mal) ___________________________________ (XİFƏN kodu)

gömrük dəyəri ___________________________________ _______________-dən _______________-dək müvəqqəti idxal şərti hesablanmış gömrük rüsumlarının və vergilərinin ABŞ dollarında məbləği ________________________________

Dövrü gömrük ödənişinin ödənilmə müddəti ____________________________________________

1. Ödəniş ______________-dən _______________-dək dövr üçün ________________________ tarixli ______________ -li ö/t ilə ______________ bir ABŞ dolları üçün ___________________ manat məzənnəsi ilə ______________________ məbləğdə aparılmışdır.

_____________________ (şəxsi imza)

_____________________ (nömrəli möhür)

2. Ödəniş _____________________________ dövr üçün aparılmışdır və s.


Müvəqqəti idxal (ixrac)
gömrük rejimi haqqında Əsasnaməyə
Əlavə 4

Dövrü gömrük ödənişlərinin məbləğinin sərbəst dövriyyə üçün buraxılış zamanı və ya ixrac gömrük rejiminə uyğun aparıldığı halda idxal (ixrac) anında ödənilməli olan gömrük rüsumları, vergilərinin məbləği ilə bərabərləşdiyi halda müvəqqəti idxal (ixrac) edilmiş malların gömrük rəsmiləşdirməsi

1. Bu Əsasnamənin 5.9 bəndində göstərilən şərtlər yerinə yetirildikdə mal o şərtlə sərbəst dövriyyə üçün buraxılış və ya ixrac gömrük rejimlərinə uyğun olaraq aparılmış hesab edilir ki, həmin mal barəsində iqtisadi siyasət tədbirləri tətbiq edilmir.

Bu zaman yük gömrük bəyannaməsinin təkrar rəsmiləşdirilməsi tələb olunmur.

2. Malları müvəqqəti idxal (ixrac) etmiş şəxs malların sərbəst dövriyyə üçün buraxılış (ixrac) gömrük rejimi altına yerləşdirilməsi üçün gömrük qanunvericiliyinə uyğun olaraq zəruri olan icazə sənədlərini (məsələn, sertifikatları, lisenziyaları, sövdələşmə pasportunu və s.) rəsmiləşdirmə gömrük orqanına təqdim etməlidir.

3. Həmin sənədlər və məlumatlar rəsmiləşdirmə gömrük orqanına təqdim edildikdən sonra malların müvəqqəti idxalı (ixracı) zamanı rəsmiləşdirilmiş yük gömrük bəyannaməsinin birinci və üçüncü nüsxələrinin arxa tərəflərində aşağıdakı qeyd yazılır:

Müvəqqəti idxal müddəti Azərbaycan Respublikası DGK-nin ________________ tarixli __________ saylı məktubuna əsasən 2 ildən artıq uzadılmışdır. Dövri gömrük ödənişlərinin məbləği _______________________ (məbləğ sözlə) mal sərbəst dövriyyə üçün buraxılmış olduğu halda idxal anında ödənilməli olan gömrük rüsumları, vergilərinin məbləğinə _______________________ (məbləğ sözlə) bərabərdir.

Bu qeydlər gömrük ödənişləri şöbəsinin (bölməsinin) vəzifəli şəxsinin imzası və şəxsi nömrəli möhürü ilə təsdiqlənir.

3.1. Malların müvəqqəti idxalı (ixracı) zamanı rəsmiləşdirilmiş yük gömrük bəyannaməsinin birinci və üçüncü nüsxələrinin arxasında aşağıdakı qeyd edilir:

___________________________ tarixdən (ayın tarixi, il) Azərbaycan Respublikası GM-nin 71-ci maddəsinə uyğun olaraq mal sərbəst dövriyyə üçün buraxılmışdır.

Bu qeydlər gömrük rəsmiləşdirməsi üzrə struktur bölmənin vəzifəli şəxsinin imzası və şəxsi nömrəli möhürü ilə təsdiqlənir.

3.2. Bütün qeydlər gömrük orqanının rəisinin imzası ilə A.A.a.S. və tarix göstərilməklə gömrük orqanının möhürü ilə təsdiqlənir.

3.3. Bu tarixdən müvəqqəti idxal rejiminin fəaliyyəti başa çatmış hesab edilir.


 

Müvəqqəti idxal (ixrac)
gömrük rejimi haqqında Əsasnaməyə
Əlavə 5

Müvəqqəti idxal (ixrac) üzrə nəzarət jurnalının forması

Sıra -si

İdxal-ixrac

Bəyan edən şəxs

YGB -si (əlavə vərəqlərin sayı)

Mal barədə qısa məlumat

Tam (qismən) azad edilmə

1

2

3

4

5

6

 

Müvəqqəti idxal/ixrac müddətləri və onların uzadılması

Müddətlərin Azərbaycan Respublikası DGK-si tərəfindən uzadılması

GQP-na dair iş başlanması barədə informasiya

Rejimin başa çatması

Əlavə informasiya

7

8

9

10

11

Jurnalın ayrı-ayrı qrafalarının doldurulma qaydası və xüsusiyyətləri:

4. Jurnalın hər bir sətrinə bir YGB daxil edilir. Jurnalın bütün sonrakı qrafaları hər bir YGB-yə tətbiqən doldurulur.

5. Malın adı XİFƏN kodu, miqdarı göstərilir.

7. Malın müvəqqəti idxal müddəti uzadıldıqda müəyyən edilmiş müddət / işarəsi ilə göstərilir.

8. Respublika DGK-nin müvəqqəti idxal (ixrac) müddətinin uzadılması haqqında məktubunun nömrəsi və müəyyən edilmiş müddət göstərilir.

9. Protokolun nömrəsi və tarixi, hansı maddə üzrə tərtib olunduğu göstərilir. Qərar çıxarıldıqdan sonra verilmiş tənbeh tədbirləri və qərarın icrası göstərilir.

10. Rejimin başa çatma tarixi və rejimin əsasnamənin hansı bəndinə uyğun başa çatdığı göstərilir.

Rejimin fəaliyyəti geriyə aparılma (gətirilmə) və ya müvəqqəti idxal (ixrac) gömrük rejiminin başqa rejimə dəyişdirilməsi ilə başa çatdığı təqdirdə, müvafiq YGB-nin nömrəsi göstərilir.

Müvəqqəti gətirilmiş mallar geriyə aparılarkən malların Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmasını təsdiq edən sənədlərin rekvizitləri də göstərilir.


 

Müvəqqəti idxal (ixrac)
gömrük rejimi haqqında Əsasnaməyə
Əlavə 6

Malların müvəqqəti idxal (ixrac) müddətlərinin uzadılmasına dair
Ərizə

Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinə

______________________________ tərəfindən

(bəyən edən şəxs)

1. _______________________________________________________

______________________________________________________ əlaqədar aşağıdakı YGB-lər üzrə müvəqqəti idxal (ixrac) son müddətinin uzadılmasını xahiş edirəm:

_____________________________________________________________

_____________________________________________________________

(YGB-lərin soraq nömrələri göstərilir)

2. Göstərilən malları _______________________-dək aparmağı (gətirməyi) öhdəmə götürürəm.

3. Bəyan edən şəxs haqqında məlumatlar:

  • tam və qısa adı, MTÜT kodu (Azərbaycan şəxsinin);
  • indeks göstərilməklə dəqiq poçt və hüquqi ünvanı;
  • telefon.

Bəyan edən şəxsin imzası

________________________________ (rəhbər)

tarix

M.Y.


Müvəqqəti idxal (ixrac)
gömrük rejimi haqqında Əsasnaməyə
Əlavə 7

Malların müvəqqəti idxal (ixrac) müddətinin sonrakı uzadılmasının məqsədəuyğunluğuna dair gömrükxananın rəyi

_________________________________________________________________

(bəyan edən şəxsin adı göstərilir)

____________________________________________________________

(YGB-lərin nömrələri göstərilir)

___________________________________________________________ YGB-lər üzrə

1. Dövrü gömrük ödənişlərinin ödənilməsi barədə məlumat:

________________________________________________________________

(borcun məbləği və hansı dövr üçün olduğu göstərilir, əgər varsa)

2. Gömrük qaydalarının pozulmasına dair iş üzrə çıxarılmış qərarın məzmunu __________

_________________________________________________________________

_________________________________________________________________

(əgər çıxarılıbsa, göstərilir)

3. Uzadılma artıq Azərbaycan Respublikası DGK-si tərəfindən həyata keçirilmişdir: _____

________________________________________________________________

________________________________________________________________

(sənədin tarixi və xaric olma nömrəsi göstərilir)

4. Gömrükxananın rəyi:

_________________________________________________________________

_________________________________________________________________

_________________________________________________________________

_________________________________________________________________

_________________________________________________________________

_________________________________________________________________

Gömrük orqanının vəzifəli şəxsinin adı, atasının adı, soyadı

__________________________________________

(gömrükxananın möhürü ilə təsdiqlənmiş imzası)


Müvəqqəti idxal (ixrac)
gömrük rejimi haqqında Əsasnaməyə
Əlavə 8

Müvəqqəti idxal (ixrac) gömrük rejiminin başqa gömrük rejimləri ilə əvəz edilməsi

Müvəqqəti idxal (ixrac) edilən mallar rəsmiləşdirmə gömrük orqanının icazəsi ilə aşağıdakı gömrük rejimləri altına yerləşdirilə bilər:

1) müvəqqəti idxal rejimindən sonra:

  • sərbəst dövriyyə üçün buraxılış;
  • gömrük ərazisində emal;
  • gömrük nəzarəti altında emal;
  • rüsumsuz ticarət mağazası;
  • sərbəst gömrük zonası;
  • sərbəst anbar;
  • təkrar ixrac;
  • məhv edilmə;
  • dövlət xeyrinə imtina;

2) müvəqqəti ixrac rejimindən sonra:

  • ixrac;
  • gömrük ərazisindən kənarda emal;
  • malların Azərbaycan Respublikasının xaricdəki nümayəndəlikləri üçün ixracı.

Müvəqqəti idxal (ixrac)
gömrük rejimi haqqında Əsasnaməyə
Əlavə 9

Müvəqqəti idxal (ixrac) edilmiş malların geriyə aparılmasına (gətirilməsinə) və ya digər gömrük rejimi altında yerləşdirilməsinə dair
Ərizə

________________________________________________________________ gömrükxanasının rəisi

(rəsmiləşdirmə gömrük orqanı göstərilir)

___________________________________________________________________________ tərəfindən

(bəyan edən şəxs göstərilir)

1. __________________________________________________________________________

(YGB-lərin soraq nömrələri göstərilir)

___________________________________________________________________________

YGB-lər üzrə müvəqqəti idxal (ixrac) edilmiş malların ____________________________ gömrük rejimi altında yerləşdirməyə icazə verməyinizi xahiş edirəm.

2. Dövrü gömrük ödənişləri __________________________-dən __________________________-dək ödənilmişdir.

3. Bəyan edən şəxs haqqında məlumat:

  • tam və qısa adı, MTÜT kodu;
  • indeks göstərilməklə dəqiq poçt və / və ya hüquqi ünvanı;
  • telefon;
  • hesablaşma hesablarının nömrələri, bu hesabların açıldığı banklar və hər bank üzrə FAD.

4. Bəyan edən şəxsin imzası

_______________________________ (rəhbər)

_______________________________ (baş mühasib)

tarix

M.Y.

5. Gömrük rəsmiləşdirməsi şöbəsinin rəyi:

6. Rəsmiləşdirmə gömrük orqanı rəisinin qərarı.

AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
     2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb