Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Mallar tranzit gömrük rejimi altında yerləşdirilərkən yük-gömrük bəyannaməsinin doldurulmasının müvəqqəti Qaydasının təsdiq edilməsi haqqında

Əmr 46

15 iyul 1999-cu il

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9-cu və 166-cı maddələrinə əsasən əmr edirəm:

1. Mallar tranzit gömrük rejimi altında yerləşdirilərkən yük-gömrük bəyannaməsinin doldurulmasının müvəqqəti Qaydası təsdiq edilsin (əlavə olunur).

2. İşlər İdarəsi (R.Zalov) Qaydanın bütün gömrük orqanlarına çatdırılmasını təmin etsin.

3. Əmrin icrasına nəzarət Gömrük Nəzarəti Baş İdarəsinə (Ş.Bağırov), Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinə (E.Mirzəyev), Statistika və Təhlil İdarəsinə (A.Əliyev) tapşırılsın.

Komitənin sədri

K.F.HEYDƏROV.


Təsdiq edirəm
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
Əmr 46
Komitənin Sədri K.F.Heydərov

Mallar tranzit gömrük rejimi altında yerləşdirilərkən yük gömrük bəyannaməsinin doldurulmasının müvəqqəti
Qaydası

Deklarant tərəfindən yük gömrük bəyannaməsinin aşağıdakı qrafaları doldurulur:

  • 1, 2, 3, 4, 5, 6, 8, 9, 12, 14, 15, 15a, 16, 17, 17a, 18, 19, 21, 22, 23, 25, 26, 28, 29, 31, 32, 33, 34, 35, 37, 38, 40, 44, 45, 47, 51, 53, 54, A, V, S və D qrafaları

Gömrük orqanlarının vəzifəli şəxsi tərəfindən 7, S və D qrafaları doldurulur.

3, 4, 5, 6, 7, 12, 14, 15, 15a, 16, 17, 17a, 19, 23, 25, 26, 29, 32, 33, 34, 35, 37, 38, 45, 47, 54, V, S, D qrafaları Azərbaycan Respublikası DGK-nın 17 iyun 1998-ci il tarixli 27 nömrəli əmrilə təsdiq edilmiş Yük gömrük bəyannamələrinin doldurulma Qaydalarına uyğun doldurulur.

1, 2, 8, 9, 18, 21, 22, 28, 31, 40, 44, 51, 53 və A qrafalarının doldurulması aşağıdakı xüsusiyyətlərə malikdir:

Qrafa 1. Bəyannamənin tipi

Qrafanın birinci yarımbəndində malların və nəqliyyat vasitələrinin keçirilmə istiqamətləri göstərilir:

  • Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilən mallar üçün ID;
  • xarici dövlətin ərazisindən keçirilən mallar üçün IX;
  • Qrafanın ikinci yarımbəndində gömrük rejiminin ikirəqəmli kodu göstərilir. 80.

Qrafanın üçüncü yarımbəndi doldurulmur.

Qrafa 2. Mal göndərən

Qrafada nəqliyyat sənədlərinə görə tranzit gömrük rejimi altında yerləşdirilən malları göndərən şəxsin adı və poçt ünvanı göstərilir.

Qrafa 8. Mal alan

Qrafada nəqliyyat sənədlərinə görə tranzit gömrük rejimi altında yerləşdirilən malları alan şəxsin adı və poçt ünvanı göstərilir.

Qrafa 9. Maliyyə tənzimləməsi üçün cavabdeh şəxs

Qrafada malların daşıyıcısı barədə məlumatlar göstərilir.

Daşıyıcı dedikdə, tranzit malların daşınmasına dair müqavilə bağlamış həmin malları göndərən gömrük orqanından təyinat gömrük orqanına aparılmasına görə məsul olan şəxs başa düşülür. Qrafada daşıyıcının ünvanı, telefon nömrəsi, adı, familiyası, atasının adı, fiziki şəxsin ünvanı və telefon nömrəsi göstərilir.

Qrafa 18. Göndəriş zamanı nəqliyyat vasitəsi

Qrafanın sol yarımbəndində tranzit malları göndərən gömrük orqanından təyinat gömrük orqanınadək daşınması həyata keçirilən nəqliyyat vasitəsi barədə məlumatlar göstərilir (dəniz və ya çay gəmisinin adı, hava gəmisinin reys nömrəsi və bort nömrəsi, dəmiryol vaqonunun nömrəsi, yol nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi və buna bənzər məlumatlar).

Sağ yarımbənddə dünya ölkələrinin təsnifatına uyğun olaraq nəqliyyat vasitəsinin mənsub olduğu ölkənin rəqəmli kodu göstərilir.

Qrafa 21. Sərhəddəki nəqliyyat vasitəsi

Qrafanın sol yarımbəndində tranzit malların, Azərbaycan Respublikasının ərazisindən `təyinat gömrük orqanınadək daşındığı nəqliyyat vasitəsi barədə məlumatlar göstərilir (dəniz və ya çay gəmisinin adı, hava gəmisinin reys nömrəsi və bort nömrəsi, dəmiryol vaqonunun nömrəsi və buna bənzər məlumatlar).

Sağ yarımbənddə nəqliyyat vasitəsinin mənsub olduğu ölkənin rəqəmli kodu göstərilir. Kod dünya ölkələrinin təsnifatına uyğun göstərilir.

Əgər mal Azərbaycan Respublikasının ərazisinə hansı nəqliyyat vasitəsilə gətirilmişsə, həmin nəqliyyat vasitəsində aparılarsa, onda 18-ci qrafaya bax qeydi edilir.

Qrafa 22. Valyuta və ümumi faktura dəyəri

Qrafanın sol yarımbəndində valyutaların təsnifatına uyğun olaraq hesab qaimədə malların dəyərinin göstərildiyi valyutanın rəqəmli kodu göstərilir.

Qrafanın sağ yarımbəndi doldurulmur.

Qrafa 28. Maliyyə və bank məlumatları

Qrafada rekvizitlərin hər birini yeni sətirdən başlamaqla və onların hər birinin qarşısında növbəti sıra nömrəsi qoyulmaqla aşağıdakılar göstərilir:

1 manatla hesablaşma hesabının nömrəsi, MTÜT kodu və 9-cu qrafada göstərilən şəxsin hesablaşma hesabının açıldığı bankın qısa adı:

2 xarici valyutada hesabın nömrəsi, MTÜT kodu və 9-cu qrafada göstərilən şəxsin hesablaşma hesabının açıldığı bankın qısa adı.

Qrafa 31. Yük yerləri və malların təsviri

Qrafada aşağıdakılar göstərilir:

a) yuxarı sağ küncdə konteynerlərdə daşınan malların konteynerinin nömrələri;

b) malı müşayiət edən sənədlərə uyğun olaraq malların təsviri;

v) qablaşdırmanın, yük yerlərinin təsviri və onların sayı.

Qrafa 40. Ümumi bəyannamə/əvvəlki sənəd

Yeni bəyannamə rəsmiləşdirildiyi halda doldurulur (daşıyıcı dəyişdikdə və ya mal partiyaları yenidən formalaşdırıldıqda).

Qrafada əvvəlki bəyannamənin nömrəsi göstərilir.

Qrafa 44. Əlavə məlumat/təqdim edilən sənədlər

Rekvizitlərin hər birini yeni sətirdən başlayaraq və onların hər birinin qarşısında sıra nömrəsi qoyulmaqla aşağıdakılar göstərilir:

2 nəqliyyat vasitəsinin nömrəsi.

3 daşıma müqaviləsinin nömrəsi və tarixi.

4 hesab qaimənin nömrəsi və tarixi, habelə təyinat gömrük orqanına təqdim edilməli olan mallara aid digər sənədlərin adları, nömrələri və tarixləri.

Qrafa 51. Tranzit ölkəsinin gömrük orqanı

Qrafa, tranzit gömrük rejimi altında yerləşdirilmiş mallarla gömrük orqanının icazə verdiyi yük əməliyyatları aparılacağı hallarda doldurulur.

Qrafanın birinci iki yarımbəndində tranzit mallarla yük əməliyyatlarının aparılmasını həyata keçirən və ona nəzarət etməli olan aralıq gömrük orqanlarının kodları göstərilir.

Qrala 53. Gömrük orqanı və təyinat ölkəsi

Qrafada təyinat gömrük orqanının adı və kodu göstərilir.

Qrafa A

Qrafada tranzit mallar, gömrük brokeri və ya daşıyıcının təmsilçisi olmayan malların müşayiətçisi tərəfindən bəyan edildikdə doldurulur.

Qrafada göstərilir:

1 manat hesablaşma hesabının nömrəsi, deklarantın hesablaşma hesabının açıldığı bankın adı və poçt ünvanı.


AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
     2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb