Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

«Təsdiq edilmişdir»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi

Əmr ¹ 031

«20» 04 2001-ci il

Sədr

K. HEYDƏROV

Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
qeydə alınmışdır.

Qeydiyyat ¹ 2684

Nazir

F. MƏMMƏDOV

Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların bəyan edilmə Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların bəyan edilməsi hallarını müəyyən edir.

1.2. Fiziki şəxslər bu Qaydalarla və Azərbaycan Respublikasının gömrük məsələlərinə aid digər normativ aktlarla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası ərazisindən aparılması və Azərbaycan Respublikası ərazisinə gətirilməsi qadağan olunmuş mallar istisna olmaqla, istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən keçirərkən bəyan etməlidirlər.

2. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların bəyan edilməsi

2.1. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların deklarantı həmin malları keçirən rezident və qeyri-rezident fiziki şəxslər ola bilər.

2.2. Deklarant – nəzərdə tutulmuş bütün tələblərə riayət etməklə, Azərbaycan Respublikası Gömrük Məcəlləsinə uyğun olaraq tam həcmdə məsuliyyət daşıyır.

Mallar bəyan edilərkən deklarant:

  • malların bəyan edilməsini Azərbaycan Respublikası Gömrük Məcəlləsinə və bu Qaydalara uyğun həyata keçirməli;
  • gömrük orqanının tələbi ilə bəyan edilən malları təqdim etməli;
  • gömrük orqanına gömrük məqsədləri üçün lazım olan sənədləri və əlavə məlumatları təqdim etməli;
  • gömrük ödənişlərini ödəməli;
  • gömrük rəsmiləşdirilməsində gömrük orqanlarına yardım göstərməlidir.

2.3. Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların (müşayiət olunmayan baqajda keçirilən və göndərilən mallar istisna olmaqla) bəyan edilməsi yazılı forma tətbiq etmədən (konklyudent) həyata keçirilə bilər. Bu zaman fiziki şəxsin müəyyən edilmiş yazılı forma üzrə bu cür malların mövcudluğu barədə bildirməməsi, fiziki şəxsin 2.4. bəndində göstərilən malların olmadığını bildirməsi kimi qəbul edilir.

2.4. Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxsin keçirmək üçün nəzərdə tutduğu aşağıdakı mallar mütləq yazılı formada bəyan edilməlidir:

a) Azərbaycan Respublikasından aparılan:

  • Azərbaycan Respublikasının valyutası;
  • qanunvericilikdə nəzərdə tutulmuş məbləğdən artıq valyuta sərvətləri;

b) Azərbaycan Respublikası ərazisinə qanunvericilikdə nəzərdə tutulmuş miqdardan artıq gətirilən Azərbaycan Respublikası valyutası;

v) qiymətli metal və daşlardan hazırlanmış məmulatlar;

q) silah—canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitələr;

d) döyüş sursatı – müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalar;

e) partlayıcı maddələr;

ə) narkotik vasitələr (Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə, o cümlədən 1961-ci il tarixli Narkotik Vasitələr haqqında Vahid Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasında nəzarətdən keçməli olan narkotik vasitələr);

j) psixotrop maddələr və onların prekursorlarının siyahısına daxil edilmiş sintetik və ya təbii mənşəli maddələr, preparatlar, bitkilər, (Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə, o cümlədən Psixotrop Maddələr haqqında 1961-ci il tarixli Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasında nəzarətdən keçməli olan, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının siyahısına daxil edilmiş sintetik və ya təbii mənşəli maddələr, preparatlar, təbii materiallar), həmçinin onların analoqları;

z) bədii, tarixi, elmi əhəmiyyət kəsb edən və başqa qiymətli mədəni əşyalar (o cümlədən 1965-ci ilə qədər buraxılmış yerli və xarici seriyalı və kütləvi istehsal məhsulu olmayan əşyalar, əllə toxunmuş xalçalar, xalça və xalça məmulatları, billur, çini və keramika qabları, musiqi alətləri, təsviri sənət əsərləri, 1950-ci ilə qədər olan çap məhsulları və s.)

i) çap məhsulları və başqa informasiya daşıyıcıları, əxlaq pozğunluğunu, zorakılığını, terrorizmi təbliğ və reklam edən materiallar, narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar, xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat, Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri, dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr və s.

ı) zəhərləyici və güclü təsirə malik maddələr və dərmanlar;

y) radioaktiv maddələr;

k) flora və fauna obyektləri, onların hissələri və onlardan alınan məhsullar;

g) yüksək tezlikli radioelektorn qurğular və rabitə vasitələri;

l) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq gömrük sərhədindən gömrük ödənişləri ödənilmədən sadələşdirilmiş, güzəştli qaydada keçirilmələrinə miqdar (çəki) və ya dəyər məhdudiyyətlərindən artıq istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan mallar;

m) istehsalat və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan mallar;

n) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq gətirilməsi və aparılması qadağan olunmuş mallar.

2.5. Azərbaycan Respublikasının gömrük sərhədindən malları keçirən fiziki şəxslər 2.4. bəndində adı çəkilən mallardan başqa, digər malları da yazılı formada bəyan edə bilərlər (müvəqqəti gətirilən xarici valyuta, Azərbaycan Respublikası ərazisinə müvəqqəti gətirilən və müvəqqəti aparılan mallar);

2.6. Fiziki şəxslər tərəfindən aparılan xarici valyuta bəyan edilərkən (istər yazılı, istər konklyudent formada) onun aparılmasına dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş icazə sənədləri deklarant tərəfindən gömrük orqanına təqdim edilməlidir.

2.7. Yazılı formada bəyanetmə zamanı gömrük bəyannaməsi blanklarından istifadə olunur (əlavə ¹ 1).

Gömrük bəyannaməsi (bundan sonra bəyannamə) deklarant tərəfindən bir nüsxədə doldurulur və malların gömrük rəsmiləşdirilməsini aparan gömrük orqanına verilir.

Bəyannamə 16 yaşına çatmış fiziki şəxs tərəfindən doldurulur. 16 yaşına çatmamış fiziki şəxslərin malları haqqında məlumat onları müşayiət edənlərin bəyannaməsində göstərilir.

Malların gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra rəsmiləşdirilmiş bəyannamə müəyyən olunan müddətlərdə malların gömrük rəsmiləşdirilməsini icra etmiş gömrük orqanında saxlanılır.

Gömrük bəyannaməsinin deklaranta qaytarıldığı aşağıdakı hallar istisna təşkil edir:

  • müvəqqəti gətirilən (aparılan) mallar olduqda, bu zaman gömrük bəyannaməsi malların geriyə aparılması (gətirilməsi) zamanı onların müvəqqəti gətirilməsinin (aparılmasının) həyata keçirilməsi təsdiq edildikdə;
  • gömrük bəyannaməsindən sonra aparılmaq üçün nağd xarici valyutanın keçirilməsinin təsdiqi kimi istifadə olunduqda;
  • Azərbaycan Respublikasının gömrük sərhədindən keçən şəxs tərəfindən bu Qaydaların 2.8. bəndində göstərilən hal istisna olmaqla müşayiət olunmayan baqajı olduğu bildirildikdə.

2.8. Azərbaycan Respublikasının gömrük sərhədindən keçərkən fiziki şəxs müşayiət olunmayan baqajda mallar gətirdiyini bildirdiyi və bu cür malların müşayiət olunan baqajla birlikdə güzəştlər, o cümlədən gömrük ödənişlərinin ödənilməsi üzrə güzəştlər verilməsi məqsədləri ilə sadələşdirilmiş, güzəştli qayda tətbiq edilməsi üçün Azərbaycan Respublikasının gömrük qanunvericiliyi ilə qoyulmuş dəyər və miqdar (o cümlədən çəki) məhdudiyyətləri daxilində gətirildiyi halda bəyannamə deklarant tərəfindən müşayiət olunan baqajda gətirilən malların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına iki nüsxədə verilir, onlardan biri rəsmiləşdirmədən sonra gömrük orqanının işlərində qalır, digəri isə müşayiət olunmayan baqajda gətirilən malların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına təqdim edilmək üçün deklaranta qaytarılır.

Göstərilən bəyannamə gömrük orqanına müşayiət olunmayan baqajda gətirilən malların gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilir.

Fiziki şəxs bəyannamənin bir nüsxəsini almaq istəyini bildirsə, bəyannamə deklarantın istəyi ilə iki nüsxədə verilə bilər.

2.9. Müşayiət olunmayan baqajın gömrük rəsmiləşdirilməsi zamanı deklarant gömrük orqanına müşayiət olunmayan baqajda keçirilən mallar barəsində bəyannamənin bir nüsxəsini, habelə müşayiət olunan baqajda gətirilmiş malların gömrük rəsmiləşdirilməsi zamanı bəyannamənin deklaranta qaytarılmış nüsxəsini verir.

Müşayiət olunan baqajda rəsmiləşdirilmiş mallar barədə qeydlər olan bəyannamə itirildikdə və ya o malların müşayiət olunmayan baqajda rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına təqdim edilmədikdə, müşayiət olunmayan baqajda gətirilən malların gömrük rəsmiləşdirilməsi, əgər şəxs əksini sübut etməzsə, ona istinadən icra edilir ki, müşayiət olunan baqajda dəyəri və miqdarı malların sadələşdirilmiş, güzəştli qaydada gətirilməsi üçün ən yüksək normalara uyğun olan mallar gətirilmişdir.

Müşayiət olunmayan baqajda gətirilən malların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına verilmiş müşayiət olunan və müşayiət olunmayan baqajda gətirilən mallara aid bəyannamələr həmin gömrük orqanının işlərində saxlanılır.

2.10. Bütün mallar barədə yazılan məlumatlar bəyannaməyə yerləşmədikdə, əlavə olaraq yeni bəyannamə nüsxəsindən istifadə oluna bilər (bəyannamənin yuxarı sağ küncündə sıra nömrəsi qoyulmaq və müvafiq qaydada təsdiq edilmək şərti ilə).

2.11. Bəyannamə Azərbaycan və ingilis (rus) dillərində doldurulur, gömrük orqanının icazəsi ilə isə gömrük orqanının vəzifəli şəxslərinin bildiyi başqa dillərdə də doldurula bilər. Bəyannamədəki qeydlər diyircəkli, mürəkkəbli qələmlə və ya digər yazı ləvazimatı ilə edilməlidir. Bəyannamədə edilən qeydlər görünən izlər qoymadan adi üsulla pozula və ya düzəldilə bilməməlidir.

2.12. Bəyannamədə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar barədə müəyyən edilmiş qaydada dəqiq məlumatlar göstərilir.

2.13. Azərbaycan Respublikasının gömrük sərhədindən mallar müşayiət olunan baqajda keçirildikdə, bəyannamə malların təqdimi ilə eyni zamanda verilir.

Azərbaycan Respublikasının gömrük sərhədindən müşayiət olunmayan baqajda mallar, habelə göndərilən mallar keçirilərkən fiziki şəxs bəyannaməni, daşıyıcı tərəfindən bu cür malların, fəaliyyəti həmin fiziki şəxsin daimi və ya müvəqqəti yaşadığı yeri əhatə edən gömrük orqanına təqdim edildiyi gündən on gün ərzində verməlidir.

2.14. Bəyannamə itirildiyi halda gömrük orqanları tərəfindən bərpa edilmir, onun dublikatları verilmir.

2.15. Gömrük orqanına bəyannamənin verilməsi gömrük məqsədləri üçün zəruri olan sənədlərin təqdim olunması ilə müşayiət olunmalıdır. Bu cür sənədlərə, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilmənin hallarından və məqsədlərindən asılı olaraq:

  • keçirilən malların gömrük dəyərinin təyin edilməsi üçün zəruri olan sənədlər;
  • nəqliyyat və malı müşayiət edən sənədlər;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun gömrük güzəştləri verilməsi üçün lazım olan sənədlər və məlumatlar, əgər keçirilən mallar Azərbaycan Respublikasına gətirilərkən və Azərbaycan Respublikasından aparılarkən başqa dövlət orqanlarının nəzarətindən keçməlidirsə, həmin orqanların icazələri, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən lazım olan digər sənədlər.

Gömrük orqanları bəyannamədə, təqdim olunmuş sənədlərdə olan məlumatları yoxlamaq, həmçinin gömrük məqsədləri üçün digər əlavə məlumatları tələb etmək hüququna malikdir.

2.16. Deklarant gömrük rəsmiləşdirilməsini icra edən gömrük orqanına gömrük bəyannaməsi ilə eyni zamanda gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti üçün zəruri olan sənədləri və məlumatları təqdim etmirsə, keçirilən mallar müəyyən edilmiş qaydaya uyğun olaraq müvəqqəti saxlanca yerləşdirilir. Bu cür malların saxlanca qəbulu müəyyən olunmuş forma üzrə qəbzlə sənədləşdirilir. Müvəqqəti saxlancın son müddəti bitənədək malları keçirən şəxs onların buraxılmasının və ya Azərbaycan Respublikasının ərazisindən aparılmasının təmini üzrə tədbirlər görməlidir.

2.17. Bəyannamə gömrük orqanına verildiyi andan qəbul edilmiş sayılır.

Bəyannaməni qəbul etmiş vəzifəli şəxs sonradan əlavə yazılar və düzəlişlər edilməsini istisna etmək məqsədi ilə bəyannamənin 3.1. və 4.1. bəndlərində deklarant tərəfindən edilmiş qeydləri bütöv (kəsilməz) xətlə məhdudlaşdırır (haşiyələyir) və həmin qeydləri şəxsi nömrəli möhürü ilə təsdiqləyir.

Bəyannamənin qəbulu, onun «xidməti qeydlər üçün» qrafasında bəyannaməni qəbul etmiş və malların gömrük rəsmiləşdirilməsini icra edən vəzifəli şəxslərin şəxsi nömrəli möhürü vurulmaqla rəsmiləşdirilir.

Bəyannamənin qəbulu rəsmiləşdirildiyi andan o hüquqi əhəmiyyətli faktları təsdiq edən sənəd olur.

Gömrük orqanı bəyannamənin qəbulundan imtina edə bilməz.

2.18. Gömrük orqanının icazəsi ilə bəyannamədə göstərilən məlumatlar dəyişdirilə, ona əlavələr edə və ya verilmiş bəyannayamə isə geri götürülə bilər.

Bəyannamədə olan məlumatların dəyişdirilməsi, tamamlanması və ya onun götürülməsi yalnız:

  • bəyannamənin yoxlanması başlayanadək;
  • mallara və nəqliyyat vasitələrinə baxış başlayanədək:
  • gömrük orqanı tərəfindən göstərilən məlumatların doğru olmadığı müəyyən edilənədək həyata keçirilə bilər.

Bəyannamədə edilən dəyişikliklər və ya əlavələr onun fəaliyyət dairəsini genişləndirə və ya məhdudlaşdıra bilməz.

Bəyannaməyə edilən istənilən dəyişiklik və əlavələr deklarantın imzası və gömrük orqanının gömrük bəyannaməsini qəbul etmiş vəzifəli şəxsin şəxsi nömrəli möhürü ilə təsdiqlənməlidir.

Gömrük orqanlarının vəzifəli şəxsləri, gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş məlumatların daxil edilməsi (yazılması) istisna edilməklə, öz təşəbbüsləri, şəxsin tapşırığı və ya xahişi ilə bəyannaməni doldurmaq, onda göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək, tamamlamaq hüququna malik deyillər.

2.19. Bəyannamədə deklarant, bu bəndlə başqa hal nəzərdə tutulmamışsa, müvafiq kvadratları cızıqlamaq yolu ilə aşağıdakı məlumatları göstərməlidir:

a) «Giriş», «çıxış» və «tranzit» kvadratlarında – Azərbaycan Respublikasının gömrük sərhədindən keçən şəxs tərəfindən malların keçirilmə istiqaməti: mallar tranzitlə keçirilərkən deklarant həm də keçirilmə istiqamətini göstərir, yəni «tranzit» kvadratından başqa bir kvadratı da - «giriş» və ya «çıxış» kvadratını cızıqlayır.

b) bölmə 1-də pasport və ya şəxsiyyəti təsdiq edən digər sənədlərin məlumatları «say» qrafasında belə şəxslər varsa, yetkinlik yaşına çatmış şəxslə birgə gedən on altı yaşına çatmamış şəxslərin sayı.

v) 2.1. bəndində fiziki şəxsin müşayiət olunan baqajının olub-olmaması;

Fiziki şəxsin müşayiət olunmayan əmlakı Azərbaycan Respublikası ərazisinə gətirilərkən, həmin əmlak yerlərinin ümumi sayı bəyannamənin 2.2. bəndinin müvafiq qrafasında rəqəmlərlə göstərilir. Bu məlumatlar həmin şəxs tərəfindən gömrük orqanlarını bu cür əmlakı gətirmək niyyəti barədə xəbərdaretmə hesab edilir, bu cür əmlakın bəyan edilməsi yalnız göstərilən baqaj alındıqdan sonra müəyyən olunmuş qaydaya əsasən icra edilir. Müşayiət olunmayan baqajın tərkibində nəqliyyat vasitələri olduqda, onun barəsində məlumatları deklarant 4.2. bəndində göstərir.

q) bölmə 3-də – beynəlxalq qanunvericiliyə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mütləq bəyan edilməli olan mallar haqqında;

ğ) 3.1. bəndində – Azərbaycan Respublikasının valyutası, xarici valyuta, qiymətli kağızlar, müxtəlif şəkildə qiymətli metal və qiymətli daşlardan hazırlanmış məmulatlar;

d) 3.2 bəndində silah-canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitə.

  • döyüş sursatı—müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalar;
  • partlayıcı maddələr haqqında;

e) 3.3 bəndində narkotik vasitələr (Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə, o cümlədən 1961-ci il tarixli Narkotik Vasitələr haqqında Vahid Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasında nəzarətdən keçməli olan narkotik vasitələrin və onların siyahısına daxil edilmiş sintetik və ya təbii mənşəli maddələr, preparatlar, bitkilər), psixotrop maddələr (Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə, o cümlədən Psixotrop Maddələr haqqında 1971-ci il tarixli Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasında nəzarətdən keçməli olan psixotrop maddələrin və onların siyahısına daxil edilmiş sintetik və ya təbii mənşəli maddələr, preparatlar, təbii materiallar), həmçinin onların analoqları haqqında;

ə) 3.4. bəndində bədii, tarixi, elmi əhəmiyyət kəsb edən və başqa qiymətli mədəni əşyalar (o cümlədən 1965-ci ilə qədər buraxılmış yerli və xarici seriyalı və kütləvi istehsal məhsulu olmayan əşyalar, əllə toxunmuş xalça məmulatları, büllur, çini və keramik qabları, musiqi alətləri, təsviri sənət əsərləri, 1950-ci ilə qədər olan çap məhsulları və s.)

j) 3.5. bəndində əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar, narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar, xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat, Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri, dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr və s.

z) 3.6. bəndində zəhərləyici və güclü təsirə malik maddələr və dərmanlar haqqında.

i) 3.7. – bəndində radioaktiv maddələr haqqında.

ı) 3.8 – bəndində flora və fauna obyektləri, onların hissələri və onlardan alınan məhsullar haqqında.

y) 3.9. bəndində yüksək tezlikli radioelektron qurğular və rabitə vasitələri.

k) 3.10. – bəndində – Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq gömrük sərhədindən gömrük ödənişləri ödənilmədən sadələşdirilmiş, güzəştli qaydada keçirilmələrinə miqdar (çəki) və dəyər məhdudiyyətləri qoyulmuş, istehsal və digər kommersiya fəaliyyəti üçün nəzərədə tutulmayan mallar haqqında, bu cür məhdudiyyətlərdən kənara çıxıldığı halda, həmçinin istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan mallar haqqında

g) 3.11. bəndində – müvəqqəti gətirildikdə, 3.1. – 3.10. bəndlərində göstərilən mallar haqqında;

l) 3.12. bəndində əmtəə kimi gətirilən (aparılan) nəqliyyat vasitəsi haqqında (bu nəqliyyat vasitəsi haqqında məlumatı 4.2. bəndində də göstərirlər).

2.20. 4.1. bəndində imkan daxilində fərqləndirici əlamətləri göstərilməklə (hazırlandıqları materiallar, malın rəngi, forması, markası, çəkisi və s.) 3.2.–3.11. bəndlərində göstərilən mallar haqqında məlumatlar göstərilir, malların dəyərini ABŞ dolları və ya Azərbaycan Respublikasının milli valyutası ilə göstərirlər.

Azərbaycan Respublikası qanunvericiliyi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi (çıxarılması, gətirilməsi) qadağan olunmuş mallar haqqında məlumatları da göstərirlər.

2.21. 4.2. bəndində nəqliyyat vasitəsi haqqında məlumatlar göstərilir, kvadratları nəqliyyat vasitəsinin keçirilmə istiqamətini və məqsədini göstərmək üçün doldururlar.

2.22. «Xidməti qeydlər» üçün qrafada gömrük orqanının vəzifəli şəxsi:

  • fiziki şəxsin müşayiət olunmayan baqajda Azərbaycan Respublikasının ərazisinə gətirilməsi üçün hərəkətlər etdiyi əmlakı olduğu barədə gömrük orqanının xəbərdar etməsi barədə məlumatları göstərir, göstərilən qrafada «MY» qeydi edilir və daşınma haqqında müqavilənin (baqaj qəbzinin, qaimənin, konosamentin və s.) tarix və qeydiyyat nömrəsi göstərilir.
  • gömrük məqsədləri üçün lazım olan digər məlumatları göstərir.
  • «Xidməti qeydlər üçün» qrafasında aşağıdakılar göstərilə bilər:
  • malların və predmetlərin nəqli zamanı gömrük istiqamətləndirici ştampının vurulması;
  • gömrük qaydalarının pozulması halları (protokolun tarixi və nömrəsi);
  • gömrük tərəfindən verilən sənədlərin (qəbz, vəsiqə və s.) rekvizitləri (adı, nömrəsi, tarixi və s.);
  • zəruri hallarda digər nəzarət xidmətlərinin (fitosanitar, baytar və s.) ştamplarının vurulması.

İstehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulmuş mallar haqqında məlumatlar bəyannamənin 3.10. bəndində müvafiq qeydlər edilməsi yolu ilə göstərilir, bu cür malların bəyan edilməsi isə gömrük məqsədləri üçün tətbiq edilən başqa sənədlər istifadə olunmaqla icra edilir.

2.23. Göndərilən mallar gömrük orqanına ərizə verilməsi yolu ilə bəyan edilir, ərizədə malları olan şəxs, malı müşayiət edən sənəd, malların adı, miqdarı və dəyəri, həmçinin onların təyinatı haqqında məlumatlar göstərilir.

2.24. Malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi, düzgün bəyan edilməməsi, eləcə də gömrük qaydalarının digər pozuntuları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə səbəb olur.


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

«Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların bəyan edilmə Qaydaları»nın təsdiq edilməsi barədə

Əmr ¹ 031

20 aprel 2001-ci il

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9-cu maddəsinə müvafiq olaraq əmr edirəm:

1. «Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların bəyan edilmə Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. «Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların bəyan edilmə Qaydaları» normativ-hüquqi akt kimi qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.

3. Bu Qaydalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındığı gündən qüvvəyə minsin.

4. İşlər İdarəsi (R.Zalov) Qaydaların Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alındıqdan sonra gömrük orqanlarına göndərilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət Komitə Sədrinin birinci müavini A.Əliyevə həvalə edilsin.

Komitənin sədri

K.Q. HEYDƏROV


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb