Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmışdır

Qeydiyyat -si 2680

16.04.2001-ci il

Nazir

F.F.MƏMMƏDOV

Razılaşdırılmışdır Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

28 02 2001-ci il

Nazir

N.N.NƏSRULLAYEV

Təsdiq edilmişdir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Əmr 025

12 aprel 2001-ci il

Sədr

K.F. HEYDƏROV

Gömrük Ərazisində Malların Emalı Gömrük Rejimi haqqında Əsasnamə

1. Ümumi müddəalar

Bu Əsasnamə Gömrük Məcəlləsinin 9-cu fəslinin müddəalarına uyğun olaraq işlənib hazırlanmışdır.

1.1. Rejimin məzmunu

Gömrük ərazisində malların emalı ixrac gömrük rejiminə uyğun olaraq emal məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisi hüdudlarından aparılması şərti ilə, iqtisadi siyasət tədbirləri tətbiq edilmədən və idxal gömrük rüsumları və vergilər qaytarılmaqla, xarici malların Azərbaycan Respublikası gömrük ərazisində müəyyən olunmuş qaydada emal üçün istifadə edilməsindən ibarət gömrük rejimidir.

1.2. Anlayışlar və ifadələr

Bu Əsasnamədə istifadə olunan əsas anlayışlar aşağıdakı mənalarda işlənilir:

a) emal obyekti emal üçün mallar və emala məruz qalacaq istifadə olunan Azərbaycan malları;

b) istehsal prosesi mal məhsulunun istehsalı və ya təmiri üçün zəruri olan bütün insan fəaliyyətinin və əmək vasitələrinin məcmusu;

v) texnoloji proses istehsal prosesinin bir hissəsi olub, emal obyektinin dəyişdirilməsi və sonrakı vəziyyətinin təyin edilməsi üzrə məqsədyönlü təsirlər;

q) Azərbaycan malları Azərbaycan Respublikası mənşəli mallar, yaxud Azərbaycan Respublikasının gömrük ərazisində sərbəst dövriyyəyə buraxılmış mallar;

d) xarici mallar bu bəndin q yarımbəndində nəzərdə tutulmayan mallar;

e) mal məhsulu istifadə olunan istehsal prosesi üzrə ixrac gömrük rejiminə uyğun aparılma məqsədi üçün emal obyektlərindən (emal üçün mallardan, başlanğıc xammaldan, materiallardan, yarım fabrikatlardan və Azərbaycan mallarından) tam istehsal olunmuş mallar;

ə) istehsal tullantıları mal məhsullarının istehsalı prosesində əmələ gəlməsi labüd olan və bəyannaməçi tərəfindən tətbiqini tapmayan (materiallar, maddələr, məmulatlar və s. ) mallar;

j) qalıqlar emal üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, mal məhsulu hazırlanması üçün istifadə olunmamış və emal üçün mallarla Müstəqil Dövlətlər Birliyi Xarici İqtisadi Fəaliyyətinin mal nomenklaturası (MDB XİF MN) üzrə eyni 9 rəqəmli mal mövqeyində təsnif olunan emal üçün malların qalan hissəsi;

z) istehsal itkiləri mal məhsulu istehsalı prosesində əmələ gələn və ya həmişəlik itirilən materiallar, maddələr və s.;

y) emal məhsulları emal üçün gətirilmiş malların və bu prosesdə istifadə olunan Azərbaycan mallarının emalı nəticəsində alınmış mal məhsulu, istehsal tullantıları və istehsal itkilərindən ibarət olan mallar;

g) gömrük məqsədləri üçün emal məhsullarının çıxım miqdarı rejimi bəyan edən tərəfindən göstərilən istehsal prosesi üzrə emal üçün malların və istifadə olunan Azərbaycan mallarının emalı nəticəsində əmələ gələn emal məhsullarının miqdarı;

k) bəyan edən emal üçün malları keçirən, gömrük orqanlarına gömrük ərazisində emal gömrük rejimindən istifadəyə dair ərizə verən, gömrük ərazisində emala lisenziya alan və bu rejimin şərtlərinin düzgün və vaxtında yerinə yetirilməsi, onun başa çatması üçün məsuliyyət daşıyan Azərbaycan şəxsi;

l) emalçı Azərbaycan Respublikasının gömrük ərazisində emal obyektlərindən bilavasitə istifadəni həyata keçirən Azərbaycan şəxsi;

m) qeyri-tarif tənzimlənməsi tədbirləri malların və nəqliyyət vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən keçirilməsinin icazəsi qaydasına əməl edilməsini təmin edən tədbirlər.

1.3. Gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilən xarici mallara, həmçinin ixrac gömrük rejimi altında yerləşdirilən emal məhsullarına qeyri-tarif tənzimlənməsi tədbirləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarına uyğun olaraq tətbiq edilir.

1.4. Azərbaycan Respublikasına gətirilməsi qadağan olunan xarici mallar gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilə bilməz.

1.5. Eyniləşdirilməsi mümkün olmadığına görə elektrik, istilik və digər enerji növləri, habelə emal məhsulları elektrik, istilik və digər enerji növləri olan mallar gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilə bilməz.

1.6. Mal məhsulunun ixtiyarı vahidinin istehsalı üçün hökmən emal məqsədilə gətirilmiş mallar istifadə olunmalı və onlara əlavə olaraq Azərbaycan mallarından da istifadə oluna bilər.

1.7. İstehsal tullantıları sərbəst dövriyyə üçün buraxılış və ya ixrac gömrük rejimləri altında yerləşdirilməlidir.

1.8. Qalıqlar qüvvədə olan gömrük qanunvericiliyində nəzərdə tutulan gömrük rejimlərinə uyğun gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinə məruz qalmalıdır.

1.9. İstehsalat itkiləri həmişəlik Azərbaycan Respublikasının ərazisində qalır, gömrük nəzarətinə məruz qalmaqla onların gömrük rəsmiləşdirilməsi aparılmır.

1.10. Emal Azərbaycan Respublikasının ətraf təbii mühitin qorunmasına dair qanunvericiliyin tələblərinin gözlənilməsi şərtilə həyata keçirilməlidir.

1.11. Aksiz markaları və xüsusi markalarla markalanmış mallar gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilə bilməz.

İstisna hal kimi bu cür malların gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilərkən aksiz markaları və xüsusi markalar onlardan təkrar istifadəyə imkan verməmək üçün zədələnməli və zədələnmiş markalar, həmin markaları vermiş gömrük orqanlarına təhvil verilməlidir.

1.12. Bəyan edən şəxs emal obyektlərinin emalı qaydasının pozulmasına, gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilmiş mallarla qeyri-qanuni əməliyyatlara, gömrük ödənilməsi də daxil olmaqla, bu gömrük rejiminin şərtlərinə əməl edilməməsinə görə məsuliyyət daşıyır.

2. Malların emalı üzrə əməliyyatlar

2.1. Malların emalı üzrə əməliyyatlara aşağıdakılar daxildir:

  • emalın özü və emal obyektlərinin işlənməsi.

Bu əməliyyatın fərqləndirici əlaməti emal üçün malların və istifadə olunan Azərbaycan mallarının fərdi xüsusiyyətlərinin itməsi və həmin xüsusiyyətlərin mal məhsullarında saxlanmasıdır;

  • quraşdırma, yığılma (sökülmə) və digər mal şəklinə gətirilmə də daxil olmaqla mal məhsulunun hazırlanması.

Bu əməliyyatın fərqləndirici əlaməti emal üçün malların və Azərbaycan mallarının mal məhsullarında öz əsas xüsusiyyətlərini saxlamasıdır;

  • emal üçün malların bərpası və saz vəziyyətə gətirilməsi də daxil olmaqla, onların təmiri.

Əməliyyatın fərqləndirici əlaməti zədələnmiş və ya aşınmış emal üçün malların bərpası və ya dəyişdirilməsi, reglamasiya üzrə qüsurların aradan qaldırılmasıdır;

  • emal prosesində tam və ya qismən işlənib tükənərək emal məhsullarının istehsalına kömək edən və ya onu yungülləşdirən bəzi mallardan istifadə olunması.

Əməliyyatın fərqləndirici əlaməti mal məhsulunun istehsalına kömək edən və ya onu yüngülləşdirən, emal prosesində qismən və ya tamamilə işlənən xarici mallardan istifadə olunmasıdır. Bu cür mallara katalizatorlar, flyuslar, elektrodlar, aşqarlar aid ola bilər.

2.2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 58-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq malların emalı üzrə əməliyyatlara aşağıdakılar aid edilə bilməz:

  • malların qablaşdırılması, çəkilib bükülməsi və çeşidlənməsi;
  • bala alınması, heyvanların, quşların, balıqların, xərçəngkimilərin və molyuskaların yetişdirilməsi və kökəldilməsi;
  • ağaclar və bitkilərin becərilməsi;
  • faydalı qazıntıların çıxarılmasi;
  • balıq, xərçəngkimilər və molyuskaların tutulması;
  • ov;
  • göbələklər və bitkilərin yığılması;
  • saxlanc müddəti və ya nəql etmə zamanı malların ilkin vəziyyətdə qalmasının təmin edilməsi;
  • malların satışa və daşınma üçün hazırlanması;
  • məlumatların, istənilən informasiya daşıyıcılarında audio və videoyazıların surətlərinin köçürülməsi və çoxaldılması;
  • elektrik, istilik və digər enerji növlərinin alınması;
  • texnoloji prosesdə xarici mallardan köməkçi vasitələr kimi istifadə olunması (məsələn, avadanlıq, dəzgahlar, qurğular və s. ).

2.3. Aşağıdakı malların bərpası və saz vəziyyətə gətirilməsi də daxil olmaqla emal, işlənmə, təmir ilə əlaqədar əməliyyatların özlərinin tətbiqi məhdudlaşdırılır:

  • bərpa edilmiş və ya istifadə olunmuş pnevmatik rezin şinlər (rezin təkər); MDB XİF MN üzrə kodu 4012 olan bütöv və yarımpnevmatik şinlər, bir-biri ilə dəyişdirilə bilən rezin şin protektorları və çənbər lentləri;
  • MDB XİF MN üzrə kodu 3808 olan inteksidlər, rodentisidlər, funqisidlər, herbisidlər, cücərməyə qarşı vasitələr və bitkilərin boy artımı tənzimləyiciləri, pərakəndə satış üçün formalara və ya qablara doldurumuş və ya hazır preparatlar və ya məmulatlar şəklində olan (məsələn, kükürdlə işlənmiş lentlər, fitillər, şamlar, milçəklər üçün yapışqan kağız) dezinfeksiyaedici və onlara bənzər vasitələr;
  • MDB XİF MN üzrə kodları 2612, 2844, 2845, 8401 olan radioaktiv tullantılar.

Hər bir konkret hal üçün bu cür əməliyyatların aparılması şərtləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikası DGK-si tərəfindən müəyyən edilir.

3. Azərbaycan Respublikasının gömrük ərazisində emal zamanı Azərbaycan mallarından istifadə olunması

3.1. Emal olunan mallara əlavə olaraq istehsal prosesində Azərbaycan mallarından da istifadə oluna bilər.

Bu zaman aşağıdakı mallar daxil olmaqla mal məhsulu hazırlanması üçün zəruri olan miqdarda Azərbaycan mallarından istifadəyə icazə verilir: silahlar və hərbi texnika istehsalı məqsədi ilə də tətbiq oluna bilən mallar; yalnız sülh məramlı məqsədlə, lakin raket, nüvə, kimyəvi və digər kütləvi qırğın silahlarının istehsalı zamanı da istifadə oluna bilən materiallar və texnika (ikiqat tətbiq malları); ixracı Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə uyğun həyata keçirilən mallar.

3.2. Bu Əsasnamənin 1 saylı Əlavəsində göstərilən Azərbaycan mallarından istifadə yalnız Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin icazəsi olduqda mümkündür.

4. Mal məhsulunda emal üçün malların eyniləşdirilməsi

4.1. Emal üçün malların mal məhsulu ilə eyniləşdirilməsi məhz emal üçün malların mal məhsulu əldə edilməsi məqsədi ilə emal üzrə əməliyyatlara məruz qalması faktının müəyyən edilməsi üsullarıdır.

4.2. Aşağıdakı eyniləşdirmə üsullarından istifadə oluna bilər:

  • istehsal prosesində gömrük ərazisində emala lisenziyada göstərilməyən mallardan istifadəyə yol verməmək məqsədi ilə anbar tikililərinə, müəyyən texnoloji əməliyyatları yerinə yetirən texnoloji xətt sahələrinə plomblar şəklində gömrük təminatlarının qoyulması;
  • emal üçün başlanğıc mallara və ya Azərbaycan mallarına bəyan edən, emalçı, yaxud gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən möhürlər, ştamplar, rəqəm və ya digər markalanma işarələrinin vurulması;
  • emal üçün malların təsviri;
  • emal üçün malların fotoşəklinin çəkilməsi, həmin malların miqyaslı təsviri;
  • emal üçün mallardan əvvəlcə götürülmüş prob, nümunələrin mal məhsulu ilə tutuşdurulması;
  • emal üçün malların markalanmasında zavod nömrələri şəklində olan (məsələn, mühərriklərin, ban hissələrinin və s. ) işarələrdən istifadə olunması.

Yuxarıda şərh edilən eyniləşdirmə vasitələrindən istifadə etmək mümkün olmadıqda gömrük orqanları emal üçün malların mal məhsulunda eyniləşdirilməsinin mümkün üsulunun təyin edilməsi üzrə ekspert müəssisələrinin və gömrük laboratoriyalarının rəyinin təqdim edilməsini və ya müstəsna hallarda gömrük orqanlarının vəzifəli şəxslərinin istehsal prosesində iştirakını tələb etməyə səlahiyyətlidirlər.

4.3. Əgər emal üzrə əməliyyat bir və ya bir neçə müxtəlif emalçılar tərəfindən müxtəlif texnoloji proseslərdən istifadə edilməklə bir neçə mərhələdə aparılarsa, onda emal üçün başlanğıc malların mal məhsulunda eyniləşdirilməsi, məqsədləri ilə yuxarıda göstərilən üsullar hər bir mərhələ üçün ayrıca tətbiq edilə bilər.

4.4. Emal üçün malların mal məhsulunda eyniləşdirilməsi aşağıdakı hallarda tələb olunmur:

  • emalçı fasiləsiz istehsal tsiklinə aid olan texnoloji prosesdən istifadə etdikdə;
  • emalçı Azərbaycan Respublikasının gömrük ərazisində oxşar və ya eyni mal məhsulunun istehsalını istisna edən unikal texnoloji prosesdən istifadə etdikdə.

5. Gömrük məqsədləri üçün emal məhsullarının çıxım miqdarının müəyyən edilməsi

5.1. Emal üçün malların gömrük ərazisində emalı nəticəsində əmələ gələn emal məhsullarının çıxım miqdarının təyin edilməsi bəyan edən tərəfindən həyata keçirilir.

5.2. Gömrük məqsədləri ilə emal məhsullarının çıxım miqdarının müəyyən edilməsi üçün bəyan edən tərəfindən gömrük orqanına məsarif normnasına və ya emal məhsullarının çıxım normasına əsaslanan emal məhsullarının miqdarının hesablanması təqdim olunmalıdır.

Bu zaman məsarif norması mütləq kəmiyyətdə mal məhsulu vahidinin alınması üçün istehsal prosesində istifadə olunan emal üçün malların və Azərbaycan mallarının miqdarı kimi təyin olunur; çıxım normnası istehsal prosesinə uyğun olaraq emal üçün malların və Azərbaycan mallarının bir kəmiyyət vahidindən alınan emal məhsullarının mütləq kəmiyyətdə və ya faiz nisbətində miqdarı kimi təyin edilir.

Emal məhsullarının çıxım miqdarının hesablanması üçün emal məhsullarının çıxım normasının və ya məsarif normasının tətbiqi hesablamanın asanlılığı ilə müəyyən edilir.

5.3. Çıxım normasından istifadə edildikdə, istehsal prosesində əmələ gələn hər bir emal məhsulunun çıxım miqdarı emal üçün malın miqdarının həmin emal məhsulunun çıxım normasına vurulması yolu ilə hesablanır.

Məsarif normasından istifadə edildikdə, istehsal prosesində əmələ gələn hər bir emal məhsulunun çıxım miqdarı emal üçün malların miqdarının mal məhsulu vahidinin istehsalı üçün istifadə olunan malların məsarif normasına bölünməsi yolu ilə hesablanır.

5.4. Mal məhsulu vahidinə emal məhsullarının çıxım norması və ya emal üçün istifadə olunan malların məsarif norması bəyan edən tərəfindən müəyyən edilir. Normalar həm emal üçün mallar, həm də Azərbaycan malları üçün təyin edilməlidir.

5.5. Çıxım (məsarif) normaları təyin edilərkən emal prosesində alınan tullantıların və istehsal itkilərinin miqdarı göstərilməlidir.

5.6. Gömrük orqanı tərəfindən çıxım (məsarif) normasının müəyyən edilməsi aşağıda göstərilən qaydada həyata keçirilir:

5.6.1. Emal nəticəsində hazırlanacaq mal məhsulunun və bu zaman alınan tullantıların, istehsalat itkilərinin miqdarını təyin etmək məqsədi ilə bəyan edən fəaliyyət bölgəsi gömrük orqanına emal məhsullarının çıxım normalarının və ya mal məhsulu vahidinin hazırlanması üçün istehsal prosesində istifadə olunan emal üçün malların məsarif normalarının hesablanmasını təqdim etməlidir.

Hesablamanın növü emal məhsullarının miqdarı uçotunun aparılmasının asanlığından asılı olaraq bəyan edən tərəfindən müəyyən edilir.

5.6.2. Emal məhsullarının çıxım normaları təqdim edildikdə emal məhsullarının miqdarı emal üçün hər bir mal vahidinə əsasən hesablanmalıdır. Çıxım normaları emal üçün malların kimyəvi tərkibindən və ya emal üçün malların tərkibinə daxil olan komponentlərdən asılı olduqda, hesablama malın tərkibinin orta göstəricilərinə əsaslanaraq aparılmalı və bu orta göstərici hesablamada göstərilməlidir.

5.6.3. Emal üçün malın konkret partiyası haqqında fəaliyyət bölgəsi gömrük orqanları kimyəvi və ya digər analiz növlərinin nəticələrini tələb edə bilər. Emal üçün malın partiyaları üzrə kimyəvi tərkib dəyişərsə, bu halda fəaliyyət bölgəsi gömrük orqanları hər bir mal partiya üzrə analizin nəticələri tələb edə bilər.

5.6.4. Çıxım normalarının hesablanması 1-ci cədvəldəki forma üzrə fəaliyyət bölgəsi gömrük orqanlarına təqdim edilməlidir:

Cədvəl 1

Adı

Malın MDB XİF MN üzrə kodu

Miqdar 1 ölçü vah./1 ölçü vahidindən

1

2

3

Emal obyektləri

   

O cümlədən:

   

Emal üçün mallar:

   

Azərbaycan malları:

   

Emal məhsulları

   

O cümlədən:

   

Mal məhsulu:

   

Tullantılar:

   

İstehsal itkiləri:

   

Miqdar qrafasında komponentlər kimi emal üçün istifadəyə yönəldilmiş emal olunacaq malların və Azərbaycan mallarının ölçü vahidləri üzrə miqdarı göstərilir.

Emal məhsulları üçün Miqdar qrafasında emal üçün malların və Azərbaycan mallarının bir ölçü vahidindən emal prosesində alınacaq emal məhsullarının faiz və ya mütləq kəmiyyətlə miqdarı göstərilir.

Məsarif normaları təqdim edildikdə, mal məhsulu vahidinin hazırlanması üçün istifadə olunacaq emal üçün malların və Azərbaycan mallarının miqdarı göstərilməli və ayrıca olaraq hər bir mal məhsulu vahidi hazırlanarkən alınan tullantıların və istehsal itkilərinin miqdarı hesablanmalıdır.

Bu zaman emal üçün malların və Azərbaycan mallarının miqdarı mütləq kəmiyyətdə (məsələn, ədədlə, metr ilə) və çəki miqdarı göstərilir.

5.6.5. Emal üçün malların və Azərbaycan mallarının mal məhsulu vahidinin alınması üzrə hesablanması 2-ci cədvəldə göstərilən forma üzrə aparılır:

Cədvəl 2

Emal obyektlərinin adları

MDB XİF MN üzrə kodu

Miqdar (m, əd, kq və s.)

1

2

3

Emal üçün mallar

   

O cümlədən:

   

Azərbaycan malları

   

O cümlədən:

   

5.6.6. Mal məhsulu vahidi istehsal edilərkən alınan tullantıların və istehsal itkilərinin hesablanması emal üçün malların və Azərbaycan mallarının istifadəsi nəzərə alınmaqla aparılır. İstehsal itkilərinin hesablanması müəyyən edilmiş texnoloji normalar əsasında aparılır. Tullantıların və istehsal itkilərinin hesablanması müvafiq olaraq 3-cü və 4-cü cədvəllərdə göstərilən forma üzrə aparılır:

Tullantılar

Cədvəl 3

Tullantıların adı

Tullantıların MDB XİF MN üzrə kodu

Tullantıların miqdar
(m, əd, kq və s.)

1

2

3

     
     
     

İstehsal itkiləri

Cədvəl 4

Malın adı

Malın MDB XİF MN üzrə kodu

Miqdar
(ölçü vahidi)

1

2

3

     
     
     

5.7. Azərbaycan Respublikası DGK-si tərəfindən çıxım (məsarif) normalarına şübhə olan hallarda məcburi çıxım normaları və ya məsarif normaları müəyyən edilə bilər.

5.8. Emala lisenziya verən DGK bəyan edənin təqdim etdiyi çıxım (məsarif) normalarının əsaslandırılmamış olduğunu güman etməyə əsaslar olduqda, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəylərini, gömrük laboratoriyalarının ekspertiza və tədqiqatlarını, həmçinin marağı olmayan Azərbaycan və xarici elmi-tədqiqat təşkilatlarının, oxşar və ya eyni malları istehsal edən təşkilatların məlumatlarını nəzərə almaqla gömrük məqsədləri ilə məcburi çıxım (məsarif) normaları müəyyən edə bilər.

6. Emal müddətlərinin müəyyən edilməsi və uzadılması

6.1. Gömrük ərazisində emal mal məhsulunun hazırlanması üzrə istehsal prosesinin davam etməsi nəzərə alınmaqla emala verilən lisenziyada göstərilən müddətlərdə həyata keçirilir.

6.2. Emal müddəti lisenziyada göstərilir və lisenziyanın fəaliyyət müddətini xarakterizə edərək aşağıdakılar üçün zəruri olan müddətlərə aid olunur:

  • Azərbaycan Respublikasının gömrük ərazisində emal üçün malların gömrük rəsmiləşdirilməsi;
  • mal məhsulu tam hazırlananadək istehsal prosesində emal obyektlərinin cəlb olunması və tapılması;
  • bütün emal məhsullarının və qalıqların ixrac gömrük rejiminə uyğun olaraq faktiki aparılması və ya mal məhsulunun ixrac gömrük rejiminə uyğun olaraq faktiki aparılması, tullantıların sərbəst dövriyyə üçün buraxılış gömrük rejimi altında yerləşdirilməsi, həmçinin qalıqların ixrac və gömrük ərazisində emal gömrük rejimlərindən fərqli gömrük rejimləri altında yerləşdirilməsi.

6.3. DGK emal müddətlərinin əsassız artırılması hallarının qarşısını almaq məqsədi ilə təqdim olunmuş məlumatları yoxlayır, lisenziyanın fəaliyyət müddətini və bəyan edilən istehsal prosesindən istifadə olunmaqla bu müddət ərzində emal edilə bilən malların miqdarını müəyyən edir.

6.4. Azərbaycan Respublikası gömrük ərazisində malların emalının son müddətləri aşağıdakı kimi müəyyən edilir:

  • Yeni dəniz və çay gəmilərinin inşaasından başqa istənilən malların son emal müddəti 12 ay.
  • Yeni dəniz və çay gəmilərinin inşaasının son emal müddəti 18 ay.

6.5. Malların emal müddətinin uzadılması aşağıdakı qaydada həyata keçirilir:

6.5.1. Emal müddətinin uzadılması üçün bəyan edən uzadılmanı zəruri edən səbəbləri və emal üçün əlavə müddəti göstərməklə DGK-ya müraciət edir.

Müraciət lisenziyanın qüvvədə olma müddətinin bitməsinə ən azı 10 gün qalmış təqdim edilməlidir.

Müraciətə 10 gündən kec olmayaraq baxılır.

Zəruri hallarda DGK-si əlavə sənədlər və məlumatlar (texniki sənədlər, emal müddətlərinin artırılmasının əsaslandırılmasını və s. ) tələb edə bilər. Bu halda müraciətə baxılma müddəti bu cür sənədlər və məlumatlar təqdim edildiyi gündən hesablanır.

Müraciətə baxılmanın ümumi müddəti iki aydan artıq ola bilməz.

Müraciətin verilmə müddəti gecikdirildikdə DGK-si onu baxılma üçün qəbul edə bilər.

Bəyan edən tərəfindən DGK-ya emal müddətlərinin uzadılması barədə xahişlə müraciət edilməsi emala lisenziyada göstərilən emal müddətini kəsmir və bu müddəti dayandırmır.

6.5.2. Emal müddəti pozulduqda həmin müddətin uzadılması yalnız bəyan edənin məsuliyyətə cəlb olunmasına dair qərar qəbul edildikdən və tənbeh verilməsi barədə gömrük qaydalarının pozulmasına dair iş üzrə qərar icra edildikdən sonra həyata keçirilir.

6.5.3. DGK-si müraciətə baxdıqdan sonra ümumi emal müddəti (uzadılma nəzərə alınmaqla) müəyyən olunmuş son müddətdən artıq olmaması şərti ilə yeni emal müddəti təyin etməklə yazılı formada emal müddətinin uzadılmasına dair qərar qəbul edir.

Emal müddətinin uzadılmasına dair qərar emala lisenziyada dəyişikliklər qeyd edilməklə bəyan edənə çatdırılır.

6.5.4. Emal müddətinin son müddətdən artıq uzadılması barədə məsələyə baxılması üçün DGK-ya bəyan edən tərəfindən emala əlavə vaxtı göstərilməklə əsaslandırılmış müraciətini, emala lisenziyanın surətini və emal üçün malların keçirilməsinin və emal məhsullarının aparılmasının gömrük rəsmiləşdirilməsini həyata keçirmiş gömrük orqanın gömrük ərazisində emal müddətinin bundan sonra da uzadılmasının məqsədəuyğunluğu barədə müəyyən olunmuş forma üzrə rəyi (rəyin forması 2 saylı Əlavədə göstərilir) təqdim edilməlidir.

Müraciət Azərbaycan Respublikası DGK-ya lisenziyanın qüvvədə olma müddəti qurtaran gündən ən azı 45 gün əvvəl verilməlidir.

Bəyan edənin müraciətinə 30 gündən gec olmayaraq baxılır.

Zəruri olduqda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əlavə sənədlər və məlumatlar tələb edə bilər* . Bu halda müraciətə baxılma müddəti bu cür sənədlər və məlumatlar təqdim edildiyi gündən hesablanır. Ümumi baxılma müddəti iki aydan artıq ola bilməz.

Üzürlü səbəblərdən müraciətin verilmə müddəti gecikdirildikdə Azərbaycan Respublikası DGK-si onu baxılma üçün qəbul edə bilər.

Emal müddəti pozulduqda həmin müddətin uzadılması yalnız bəyan edənin məsuliyyətə cəlb olunmasına dair qərar qəbul edildikdən və tənbeh verilməsi barədə gömrük qaydalarının pozulmasına dair qərar icra edildikdən sonra həyata keçirilir.

Emal müddətinin uzadılması xahişi ilə müraciətin DGK-ya göndərilməsi malların emalı müddətlərini dayandırmır.

Bütün hallarda emal müddətlərinin uzadılmasına dair qərar Azərbaycan respublikası Dövlət Gömrük Komitəsinin Sədri və onu əvəz edən vəzifəli şəxs tərəfindən qəbul edilir.

Emal müddətinin uzadılmasına dair qərar bəyan edənə və müvafiq gömrük orqanına göndərilir.

6.5.5. Emal müddətinin uzadılmasına dair qərar qəbul edildikdə lisenziyanın bəyan edənə verilən nüsxəsində və DGK-də qalan nüsxəsində DGK-nın vəzifəli şəxsinin imzası və möhür ilə təsdiq olunmuş ____ ____________ 20_____ il tarixədək uzadılmışdır qeydi edilir.

Emal müddətinin uzadılması üçün əsas olmuş sənədlər və uzadılmaya dair qərar lisenziya üzrə DGK-da saxlanılan işə tikilir.

Emal üçün malların və mal məhsullarının gömrük rəsmiləşdirilməsi həmin lisenziyaya uyğun olaraq bir neçə gömrük orqanında aparılarsa, bəyan edən DGK tərəfindən təsdiq olunmuş uzadılma barədə qeydi olan lisenziyanın surətlərini lisenziyada göstərilmiş bütün gömrük orqanlarına göndərməlidir.

7. Emal üçün malların və emal məhsullarının gömrük rəsmiləşdirilməsi

7.1. Emal üçün malların, emal məhsullarının və qalıqların gömrük rəsmiləşdirilməsi lisenziyanın qüvvədə olma müddətində və yalnız lisenziyada göstərilən gömrük orqanlarında həyata keçirilməlidir.

7.2. Emal zamanı istifadə olunan Azərbaycan malları gömrük rəsmiləşdirilməsindən keçmirlər.

7.3. Emal üçün malların və mal məhsullarının gömrük rəsmiləşdirilməsi emal üçün lisenziyanı alan şəxsin fəaliyyat bölgəsindəki gömrük orqanının möhürü ilə təsdiq edilmiş surəti təqdim edilməklə və yalnız verilmiş lisenziyaya uyğun olaraq həyata keçirilməlidir.

7.4. Emal üçün malların gömrük rəsmiləşdirilməsi.

7.4.1. Gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilən emal üçün malların gömrük rəsmiləşdirilməsi aşağıda göstərilən şərtlərin yerinə yetirilməsi ilə əməliyyatı rəsmiləşdirən gömrük orqanı tərəfindən həyata keçirilir:

    • emal üçün malların gömrük ərazisində emalına verilmiş lisenziyanın rəsmiləşdirməni həyata keçirən gömrük orqanı tərəfindən təsdiq olunmuş surətinin olması;
    • gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının Azərbaycan Respublikasının gömrük qanunvericiliyi ilə müəyyən olunmuş məbləğlərdə ödənilməsi, həmçinin idxal gömrük rüsumlarının və vergilərin həmin mallar Azərbaycan Respublikasının gömrük ərazisində sərbəst dövriyyə üçün buraxıldığı halda ödənilməli olan məbləğdə ödənilməsi;
    • qeyri-tarif tənzimlənməsi tədbirlərinə əməl edilməsi.

Emal üçün mallar gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilərkən gömrük orqanına aşağıdakı sənədlər təqdim edilməlidir:

  • rejimin tələbinə uyğun olaraq doldurulmuş yük gömrük bəyannaməsi və qüvvədə olan normativ sənədlər əsasında doldurulması nəzərdə tutulan hallarda isə gömrük dəyəri bəyannaməsi;
  • emal üçün mallara aid yükləmə və digər mal müşayiət sənədləri (malların Azərbaycan Respublikasının gömrük ərazisindən keçirilməsi və onların emalı üçün əsas verən Sazişlər: emala dair müqavilə, mallar Azərbaycan şəxsi bəyan edən emalçı və ya onların agentləri tərəfindən mülkiyyətə alındıqda alqı-satqı müqaviləsi və ya tərəflərin niyyətlərini təsdiq edən digər sənədlər, həmçinin qaimələr, konosamentlər, spesifikasiyalar, hesab-qaimələr, hesab-proformalar və s. );
  • emal üçün malların digər dövlət orqanlarının nəzarətindən keçirilməsi nəzərdə tutulduqda, həmin dövlət orqanlarının icazələri;
  • bu Əsasnamə ilə nəzərdə tutulan, yaxud ondan irəli gələn digər sənədlər, həmçinin Azərbaycan Respublikası gömrük ərazisində malların emalı gömrük rejiminin tətbiqi xüsusiyyətlərini müəyyən edən digər qanunvericilik aktlarında gömrük rəsmiləşdirilməsinin icraatı və gömrük nəzarəti keçirilməsi üçün nəzərdə tutulan sənədlər.

7.4.2. Emal üçün xaricdən gətirilən bitki və heyvan mənşəli malların gömrük ərazisində emalı gömrük rejimi altında yerləşdirilməsi zamanı müvafiq dövlət orqanlarının nəzarəti həyata keçirilir.

7.4.3. Emal üçün malların gömrük rəsmiləşdirilməsini aparmış gömrük orqanı mütləq qaydada gömrük rəsmiləşdirilməsi qurtardığı gündən etibarən üç gün müddətində rəsmiləşdirilmiş yük gömrük bəyannəmələrinin surətlərini DGK-ya göndərir.

7.5. Emal məhsullarının və qalıqların gömrük rəsmiləşdirilməsi.

7.5.1. Mal məhsulunun, tullantıların və qalıqların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikası DGK-nın müvafiq gömrük rejimləri üçün normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada və eyni zamanda aşağıdakı şərtlərin yerinə yetirilməsi ilə həyata keçirilir:

    • gömrük ərazisində emal lisenziyasının surətinin olması və surətdə göstərilənlərin ona (lisenziyada) uyğun olması;
    • gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının Azərbaycan Respublikasının gömrük qanunvericiliyi ilə müəyyən edilmiş məbləğlərdə ödənilməsi, habelə bəyan edilmiş gömrük rejiminə uyğun olaraq ödənilməsi nəzərdə tutulan idxal gömrük rüsumlarının, vergilərin ödənilməsi;
    • qeyri-tarif tənzimlənməsi tədbirlərinə əməl edilməsi.

Bu yarımbəndin birinci abzasında göstərilən mallar bu Əsasnaməyə uyğun gömrük rejimləri altında yerləşdirilərkən gömrük orqanına aşağıdakı sənədlər təqdim olunur:

  • ixrac gömrük rejiminə uyğun olaraq aparılarkən rejimin tələbinə uyğun nəzərdə tutulmuş qaydada və digər gömrük rejimləri altında yerləşdirmə zamanı isə həmin gömrük rejimləri üçün nəzərdə tutulmuş qaydada doldurulmuş yük gömrük bəyannaməsi, həmçinin qüvvədə olan normativ-hüquqi sənədlər əsasında doldurulması nəzərdə tutulan hallarda gömrük dəyəri bəyannaməsi;
  • Azərbaycan Respublikasının gömrük ərazisindən ixrac zamanı, emal məhsullarına və qalıqlara aid yük və digər mal müşayiət sənədləri (emal məhsullarının və qalıqların bəyan edilmiş rejim altında yerləşdirilməsinə dair Sazişlər: emal üçün müqavilə, emal məhsulları Azərbaycan şəxsi tərəfindən satıldıqda, alqı-satqı müqaviləsi və ya tərəflərin niyyətlərini təsdiq edən digər sənədlər, həmçinin qaimələr, konosamentlər, spesifikasiyalar, hesab-qaimələr, hesab-proformalar və s. );
  • malların digər dövlət orqanlarının nəzarətindən keçirilməsi nəzərdə tutulduqda, həmin orqanların icazələri;
  • bu Əsasnamə ilə nəzərdə tutulmuş və ya ondan irəli gələn digər sənədlər, həmçinin Azərbaycan Respublikasının malların gömrük ərazisində emalı gömrük rejiminin tətbiqinin xüsusiyyətlərini müəyyən edən digər qanunvericilik aktlarında gömrük rəsmiləşdirilməsinin icraatı və gömrük nəzarəti keçirilməsi üçün nəzərdə tutulan sənədlər.

7.5.2. Mal məhsulunun, tullantıların, qalıqların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı sərhəd gömrük orqanından həmin malların Azərbaycan Respublikasının hüdudlarından kənara faktiki aparılmasına dair təsdiqedici məlumat aldıqdan sonra, üç gün ərzində rəsmiləşdirilmiş yük gömrük bəyannamələrinin surətlərini mütləq qaydada DGK-ya göndərməlidir.

7.5.3. Tullantıların sərbəst dövriyyə üçün buraxılış və qalıqların digər gömrük rejimlərinə uyğun olaraq gömrük rəsmiləşdirilməsini aparmış gömrük orqanı rəsmiləşdirilmədən sonra üç gün ərzində rəsmiləşdirilmiş yük gömrük bəyannamələrinin, gömrük dəyəri bəyannamələrinin surətlərini və gömrük dəyərinin təshihi formalarını (əgər onlar doldurulmuşsa) DGK-ya göndərir.

8. Emal üçün malların və e`mal məhsullarının gömrük rüsumlarından və vergilərdən azad edilməsi və bu ödənişlərin qaytarılması

8.1. Gömrük ərazisində emal məqsədi ilə Azərbaycan Respublikasına idxal edilən mallar həmin rejim altında bəyan olunmaqla, bəyan olunduğu günə qüvvədə olan gömrük qanunvericiliyinə uyğun olaraq gömrük rüsumları və vergilərinə cəlb edilir.

8.2. Gömrük ərazisində malların emalı gömrük rejiminin tələblərinə riayət edilməsi şərtilə, emal məhsulları və istehsal prosesində əmələ gələn tullantılar, habelə emal olunmamış mal qalığı ixrac gömrük rejiminə uyğun olaraq malların Azərbaycan Respublikasının gömrük sərhədindən emal məqsədləri üçün keçirildiyi gündən etibarən ən geci iki il ərzində aparılarsa, bu Əsasnamənin 10. 1 bəndinə müvafiq olaraq faktiki alınmış gömrük rüsumları və vergilərin məbləği emal mallarının və istehsal tullantılarının kəmiyyətinə ekvivalent məbləğdə geri qaytarılır.

8.3. Gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilmiş malların emal olunmamış əmtəəlik mal qalığı digər gömrük rejimləri altında yerləşdirilərkən, qalıqlara uyğun miqdarda emal üçün mallar lisenziyanın qüvvədə olduğu müddətdə, lakin emal üçün malların Azərbaycan Respublikasının gömrük sərhədindən emal məqsədləri üçün keçirildiyi gündən iki ildən gec olmayaraq digər gömrük rejimləri altında yerləşdirilərsə, faktiki ödənilmiş gömük rüsumları və vergilərindən bu qalığa ekvivalent ödəniş məbləği seçilmiş rejimə uyğun əvəzləşdirilə və ya qaytarıla bilər.

8.4. İdxal gömrük rüsumlarının, vergilərin faktiki ödənilmiş məbləğinin geri qaytarılması, göstərilən pul vəsaitləri hesabına daxil olmuş gömrük orqanı tərəfindən həyata keçirilir.

Bu məbləğlər müraciət edənin və ya emal üçün malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük tədiyələrini ödəmiş şəxsin yazılı müraciətinə əsasən qaytarılır.

Əgər gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilən emal üçün malların gömrük rəsmiləşdirilməsi lisenziyanı vermiş gömrük orqanında aparılmamışdırsa, onda pul vəsaitlərinin qaytarılmasına dair müraciətə gömrük ərazisində emala lisenziya vermiş gömrük orqanının bu məsələyə dair rəyi və emal üçün malların rəsmiləşdirildiyi yük gömrük bəyannamələrinin surətləri əlavə olunduqdan sonra baxılır.

Emala lisenziya vermiş gömrük orqanının pul vəsaitlərinin qaytarılmasına dair rəyi emal üçün malların, emal məhsullarının, tullantıların və emal üçün mal qalıqların gömrük rəsmiləşdirilməsini aparmış gömrük orqanından alınmış yük gömrük bəyannamələrinin surətləri əsasında tərtib edilir. Rəyin forması bu Əsasnamənin 3 saylı Əlavəsində verilmişdir və rəyin doldurulması qaydası aşağıdakı kimi həyata keçirilir:

8.4.1. Gömrük ərazisində emala lisenziya əsasında pul vəsaitlərinin qaytarılmasına dair rəy gömrük orqanı maliyyə şöbəsi tərəfindən bəyan edənin yazılı müraciətinə əsasən verilir.

Gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilmiş emal üçün mallar, ixrac gömrük rejiminə uyğun olaraq aparılmış mal məhsulları, ixrac gömrük rejiminə uyğun olaraq aparılmış və ya sərbəst dövriyyə üçün buraxılmış tullantılar, ixrac gömrük rejiminə uyğun olaraq aparılmış və ya sərbəst dövriyyə üçün buraxılmış qalıqlar üzrə rəsmiləşdirmə aparılmış yük gömrük bəyannamələrinə əsasən gömrük orqanı maliyyə şöbəsi onlara görə ödənilmiş gömrük rüsumları, vergiləri qaytarılmalı olan emal üçün malların miqdarının hesablanmasını aparır.

8.4.2. Rəydə mütləq gömrük ərazisində emala lisenziyanın verilmə tarixi və nömrəsi, həmçinin onlara görə pul vəsaitləri qaytarılmalı olan emal üçün mallar barədə aşağıdakılar göstərilir:

    • emal üçün malların və mal məhsullarının gömrük rəsmiləşdirilməsinə dair yük gömrük bəyannamələrinin nömrələri;
    • emal üçün malların adları;
    • emal üçün malların MDB XİF MN üzrə kodlarrı;
    • onlara görə ödənilmiş idxal gömrük rüsumlarını, vergiləri qaytarılmalı olan emal üçün malların miqdarı. Emal üçün malın miqdarı, həmin malın təsnif edildiyi MDB XİF MN mal mövqeyinə görə əsas ölçü vahidində göstərilir.

Pul vəsaitlərinin qaytarılmasına dair rəy gömrük orqanının blankında verilir və gömrük orqanı rəisi tərəfindən imzalanır.

Pul vəsaitlərinin qaytarılmasına dair verilmiş rəy gömrük ərazisində malların emalına dair işə tikilir.

8.5. İdxal gömrük rüsumlarının, vergilərin qaytarılması gömrük orqanları tərəfindən artıq ödənilmiş və ya tutulmuş gömrük ödənişlərinin qaytarılması qaydalarına uyğun olaraq həyata keçirilir.

Pul vəsaitlərinin qaytarılmalı olan məbləği müraciət edənin istəyi ilə gələcək xarici iqtisadi fəaliyyətində nəzərə alına bilər.

Ödənilmiş dəbbə pulları (cərimələr), gömrük ödənişlərinin ödənilməsi və ya vaxtının uzadılmasına görə faizlər geri qaytarılmır.

Qaytarılan məbləğlər indeksləşdirilmir, onlardan faizlər alınmır.

8.6. Pul vəsaitlərini qaytarmış və ya həmin vəsaitləri gələcək ödənişlər hesabına daxil etmiş gömrük orqanı, pul vəsaitlərinin qaytarılmasına dair aktı bildirişlə birlikdə lisenziyanı vermiş gömrük orqanına göndərir. Emal zamanı pul vəsaitlərinin qaytarılmasına dair aktın forması bu Əsasnamənin 4 saylı Əlavəsində verilmişdir və onun doldurulması aşağıdakı qaydada aparılır:

8.6.1. Pul vəsaitlərinin qaytarılmasına dair Akt bu proseduranı həyata keçirmiş gömrük orqanının maliyyə şöbəsi tərəfindən doldurulur və pul vəsaitlərinin qaytarılmasına dair akt DGK-ya göndərilir.

8.6.2. Aktda, onun nömrəsi və verilmə tarixi mütləq göstərilməlidir. Aktın nömrəsi aşağıdakı şəkildə olur: XXXXX/NNN, burada XXXXX gömrük orqanının kodu, NNN isə aktın sıra nömrəsidir.

Aktda həmçinin pul vəsaitlərinin qaytarılmasına dair rəyin tarixi, nömrəsi də göstərilir.

Aktda aşağıdakı digər məlumatlar da göstərilməlidir:

  • pul vəsaitləri qaytarılmış şəxsin adı;
  • emal üçün malların gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilməsinə əsas vermiş emal lisenziyasının nömrəsi;
  • bu akt üzrə pul vəsaitlərinin qaytarıldığı malların miqdarı;
  • pul vəsaitlərinin qaytarıldığı emal üçün malların gömrük rəsmiləşdirilməsi aparılmış yük gömrük bəyannaməsinin nömrəsi;
  • qaytarılmış pul vəsaitlərinin ümumi məbləği Azərbaycan Respublikasının valyutasında rəqəmlərlə və mötərizədə söz ilə;
  • ayrıca olaraq idxal gömrük rüsumunun, aksizin və əlavə dəyər vergisinin məbləğləri Azərbaycan Respublikasının valyutasında rəqəmlərlə və mötərizədə söz ilə.

8.6.3. Pul vəsaitlərinin qaytarılmasına dair aktda qaytarma növü: pul vəsaitlərinin ödəyicinin hesabına köçürülməsi, gələcək ödənişlər hesabına daxil edilməsi və hər bir qaytarma növü üzrə pul vəsaitlərinin məbləğləri göstərilir.

Pul vəsaitlərinin qaytarılmasına dair Akt qaytarılan gün onu qaytaran gömrük orqanının rəisi və ya onun müavini tərəfindən imzalanaraq təhvil vermə barədə bildirişlə DGK-ya göndərilir.

8.6.4.Pul vəsaitlərini qaytarmış və ya həmin vəsaitləri gələcək ödənişlər hesabına daxil etmiş gömrük orqanı emal üçün olan malların gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilməsinin həyata keçirildiyi yük gömrük bəyannaməsinin birinci nüsxəsinin S və pul vəsaitlərinin qaytarılmasına dair qrafada qaytarılmış idxal gömrük rüsumlarına, vergilərinə uyğun emal üçün olan malların miqdarını və qaytarılmış məbləğini, həmçinin pul vəsaitlərinin qaytarılması haqqında aktın nömrəsi və tarixini göstərməlidir. Bu qeydlər gömrük orqanının vəzifəli şəxsinin imzası və şəxsi nömrəli möhürü ilə təsdiq edilir.

8.7. İxrac gömrük rejiminə uyğun olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən aparılan emal məhsulları və qalıqlar ixrac gömrük rüsumlarından, vergilərindən azad olunurlar. Bu zaman emal məhsullarına və qalıqlara iqtisadi siyasət tədbirləri tətbiq olunmur.

9. Mallara və emal məhsullarına gömrük nəzarəti və uçot qaydası

9.1. Emal üçün mallara, istifadə olunan Azərbaycan mallarına, emal məhsullarına və qalıqlara nəzarət DGK-si tərəfindən həyata keçirilir. Bu məqsədlə DGK-da hər bir verilmiş lisenziya üzrə iş (qovluq) açılır və ona aşağıdakılar tikilir:

  • lisenziya verilməsinə dair ərizə və lisenziya verilməsi üçün əsas olmuş digər sənədlər;
  • verilmiş lisenziyanın DGK-da olan nüsxəsi;
  • emal üçün malların, emal məhsullarının və qalıqların gömrük rəsmiləşdirilməsinin aparıldığı yük bəyannamələrinin, gömrük dəyəri bəyannamələrinin və gömrük dəyərinin təshihi formalarının surətləri, o cümlədən digər gömrük orqanlarından bu əməliyyata dair alınmış sənədlər;
  • bu lisenziya üzrə pul vəsaitlərinin qaytarılması haqqında rəylərin surətləri;
  • bu lisenziya üzrə emal zamanı pul vəsaitlərinin qaytarılmasına dair Aktlar;
  • verilmiş lisenziyaya aid olan DGK-ya təqdim edilmiş digər sənədlər;
  • verilmiş lisenziyaya dair əmrlərin və gömrük orqanları tərəfindən verilmiş digər sənədlərin surətləri.

9.2. Emal üçün malların bəyan edilmiş gömrük rejiminə uyğun istifadə olunmayacağına gömrük nəzarəti nəticələri üzrə kifayət qədər əsas olduqda, DGK bəyan edənə lisenziyanın qüvvədə olduğu müddətdə nəzarət üçün lazım olan dövri və ya növbədənkənar hesabat təqdim edilməsini bir vəzifə olaraq tapşıra bilər. Hesabat formaları və onun təqdim edilmə müddətləri DGK-si tərəfindən müəyyən edilir.

9.3. Verilmiş lisenziyaya uyğun emal əməliyyatlarını həyata keçirən emalçının yerləşdiyi fəaliyyət bölgəsi gömrük orqanının vəzifəli şəxsi lisenziyanın qüvvədə olduğu müddət ərzində emal üçün malların emal məqsədi ilə istifadəyə və lisenziyada göstərilən emal məhsullarının hazırlanmasına gömrük nəzarətini həyata keçirməyə səlahiyyətlidir.

9.4. Emal üçün mallara, mal məhsullarına və qalıqlara nəzarət və uçot bəyan edən tərəfindən lisenziyanın hər bir bitmiş müddəti üzrə təqdim olunan nəzarət və uçot formulyarına, emal üçün malların, mal məhsullarının və qalıqların rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanından alınmış yük gömrük bəyannamələrinə, gömrük dəyəri bəyannamələrinə və gömrük dəyərinin təshihi formalarına əsasən həyata keçirilir.

9.5. Bu məqsədlə bəyan edən lisenziyanın qüvvədə olma müddəti başa çatan gün və ya onadək DGK-ya nəzarət və uçot formulyarını təqdim etməlidir. Göstərilən formulyar qüvvədə olma müddəti başa çatmış lisenziyaya uyğun rəsmiləşdirilmiş emal üçün mallar və emal məhsullarına dair hesabat məlumatları qeyd olunmaqla dörd cədvəldən ibarət olmalıdır:

  • Cədvəl 1 Emal üçün mallar;
  • Cədvəl 2 Azərbaycan malları (emal zamanı faktiki işlədilmiş);
  • Cədvəl 3 Emal məhsullari;
  • Cədvəl 4 Balans (faktiki olaraq emal gömrük rejimi altında yerləşdirilmiş emal üçün malların gömrük baxımından hazırlanmış və gömrük rəsmiləşdirilməsi aparılmış emal məhsulları və qalıqlarına faktiki uyğunluğu).

Nəzarət və uçot formulyarını təşkil edən cədvəllərin formaları bu əsasnaməyə 5 saylı Əlavədə verilmişdir və onların doldurulması aşağıdakı qaydada aparılır:

9.5.1. Formulyar yük gömrük bəyannamələri əsasında doldurulur:

  • Formulyarın 1 saylı cədvəlində lisenziyaya uyğun rəsmiləşdirilən emal üçün bütün mallar göstərilir.

1-ci cədvəlin qrafalarının doldurulma qaydası:

  • qrafa 1 sıra nömrəsi;
  • qrafa 2 emal üçün malların gömrük rəsmiləşdirilməsinin həyata keçirildiyi yük gömrük bəyannamələrinin nömrələri.

1-ci cədvəlin 2-ci qrafasına yalnız YGB-nin Bəyannamənin tipi bölməsinin 1-ci qrafasında MD51 və 44-cü qrafasının 5 nömrəsi altında isə formulyarın doldurulduğu lisenziyanın nömrəsi ilə eyni olan emal lisenziyasının nömrəsi göstərilən YGB-ləri daxil edilir.

  • qrafa 3 emal üçün malların qısa adı;
  • qrafa 4 malın MDB XİF MN üzrə kodu;
  • qrafa 5 malın miqdarının ölçü vahidi;
  • qrafa 6 emal üçün malların miqdarı;
  • qrafa 7 emal üçün malların gömrük dəyəri;
  • 8, 9 və 10 qrafalarda müvafiq olaraq emal üçün mallara görə ödənilmiş gömrük rüsumlarının, əlavə dəyər vergisinin və aksizin yük gömrük bəyannaməsinin 23-cü qrafasında göstərilən məzənnə üzrə manatla məbləğləri yazılır. Bu gömrük ödənişlərinin hər hansı biri üzrə ödəniş müəyyən edilməmişsə və ya qanunvericilik aktları ilə müəyyən edilən güzəştlər verilmişsə, onda müvafiq qrafada xətt çəkilir.
  • Emal üçün malların gömrük rəsmiləşdirilməsinin həyata keçirildiyi bütün yük gömrük bəyannamələri 1-ci cədvələ daxil edildikdən sonra mallar MDB XİF MN kodları üzrə yekunlaşdırılır. Yekun sətirlərində malın MDB XİF MN üzrə kodu, mal miqdarının ölçü vahidi, XİF MN üzrə eyni kodlu emal üçün malların ümumi miqdarı və gömrük dəyərinin ümumi məbləği gömrük rüsumlarının, əlavə dəyər vergisinin və aksizin manatla ödənilmiş məbləğləri göstərilir.

9.5.2. 2-ci cədvəl lisenziyada müəyyən olunmuş çıxım (məsarif) normalarına və faktiki olaraq aparılmış mal məhsulunun miqdarına əsasən istehsal prosesində istifadə olunmuş Azərbaycan malları üzrə doldurulur.

2-ci cədvəlin qrafalarının doldurulma qaydası:

  • qrafa 1 sıra nömrəsi;
  • qrafa 2 Azərbaycan malının adı;
  • qrafa 3 Azərbaycan malının MDB XİF MN üzrə kodu;
  • qrafa 4 mal miqdarının ölçü vahidi;
  • qrafa 5 istifadə olunmuş Azərbaycan malının miqdarı:

İstifadə olunmuş Azərbaycan malının miqdarı lisenziya üzrə müəyyən olunmuş çıxım (məsarif) normalarına və faktiki olaraq aparılmış mal məhsulunun miqdarına görə hesablanır;

  • qrafa 6 malın dəyəri;

9.5.3. 3-A cədvəli mal məhsulları, 3-B cədvəli tullantılar, 3-V cədvəli isə qalıqlar üzrə doldurulmaqla 3-A, 3-B, 3-V cədvəlləri emal məhsulları üzrə doldurulur.

3-A cədvəlinin qrafalarının doldurulma qaydası:

  • qrafa 1 sıra nömrəsi;
  • qrafa 2 aparılmış mal məhsullarının gömrük rəsmiləşdirilməsinin həyata keçirildiyi yük gömrük bəyannamələrinin nömrələri. 3-A cədvəlinin 2-ci qrafasına yalnız YGB-nin Bəyannamə tipi bölməsinin 1-ci qrafasında İX 51 və 44-cü qrafasının 5 nömrəsi altında isə formulyarın doldurulduğu lisenziyanın nömrəsi ilə eyni olan emal lisenziyasının nömrəsi göstərilən YGB-i daxil edilir.
  • qrafa 3 mal məhsulunun adı;
  • qrafa 4 mal məhsulunun MDB XİF MN üzrə kodu;
  • qrafa 5 mal məhsulunun miqdarının ölçü vahidi;
  • qrafa 6 mal məhsulunun miqdarı;
  • qrafa 7 gömrük dəyəri;
  • qrafa 8 qeydlər.

9.5.4. 3-B və 3-V cədvəlləri də müvafiq olaraq aşağıdakılar istisna olmaqla tullantılar və qalıqlar üzrə doldurulur:

    • qrafa 2 tullantıların və ya müvafiq olaraq qalıqların gömrük rəsmiləşdirilməsinin aparıldığı yük gömrük bəyannamələrinin nömrələri. Bu zaman 2-ci qrafada 94-cü qrafasının 5 nömrəsi altında formulyarın doldurulduğu lisenziyanın nömrəsi ilə emala verilmiş lisenziyanın nömrəsi eyni olan YGB-ləri göstərilir;
    • qrafa 8 tullantıların və ya qalıqların yerləşdirildiyi gömrük rejiminin kodu (YGB-nin 1-ci qrafasından).

9.5.5. 3-A, 3-B, 3-V cədvəllərinə müvafiq olaraq mal məhsullarının, tullantıların və qalıqların gömrük rəsmiləşdirilməsinin aparıldığı bütün yük gömrük bəyannamələri daxil edildikdən sonra mallara MDB XİF MN kodları üzrə yekunlar vurulur. Yekun sətirlərində malın MDB XİF MN üzrə kodu, malın miqdarının ölçü vahidi, malın ümumi miqdarı göstərilir.

9.5.6. 3 cədvəlləri doldurulduqdan sonra emal üçün malların və mal məhsullarının, tullantıların və qalıqların balans hesablanması aparılır.

Balans lisenziyada göstərilən məsarif norması üzrə 4 A-1, 4 A-2, 4 A-3 cədvəllərinə, lisenziyada göstərilən çıxım norması üzrə isə 4 B-1, 4 B-2, 4 B-3 cədvəllərinə uyğun olaraq hesablanır.

9.5.7. Mal məhsulunun hər bir kodu üzrə balansın hesablandığı 4 A-1 cədvəlinin doldurulma qaydası:

    • qrafa 1 sıra nömrəsi;
    • qrafa 2 emal üçün malların adı;
    • qrafa 3 malın MDB XİF MN üzrə kodu;
    • qrafa 4 balansın hesablandığı (cədvəl 1-dən) mal məhsulu hazırlanması üçün faktiki olaraq gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilən MDB XİF MN kodlar üzrə emal üçün olan malların miqdarı;
    • qrafa 5 lisenziyada göstərilmiş məsarif normaları üzrə aparılmış bütün mal məhsulunun (3 A cədvəlindən) hazırlanması üçün istifadə olunmalı olan emal üçün malların miqdarı;
    • qrafa 6 - 4-cü qrafadakı kəmiyyətlə 5-ci qrafadakı kəmiyyətin fərqi:
    • qrafanın qiyməti sıfır olduqda emal üçün bütün mallar mal məhsulu hazırlanması üçün istifadə olunmuşdur;
    • qrafanın qiyməti müsbət kəmiyyət olduqda emala mal məhsulu hazırlanması üçün istifadə olunan emal üçün maldan daha çox mal gətirilmişdir və emal üçün malların istifadə olunmamış qalıqları olmalıdır;
    • qrafanın qiyməti mənfi kəmiyyət olduqda mal məhsulunun bir hissəsi ancaq Azərbaycan mallarından hazırlanmışdır, bu isə gömrük ərazisində emal gömrük rejiminə ziddir.

9.5.8. Tullantılar üzrə balans 4 A-2 cədvəlinin doldurulma qaydası:

    • qrafa 1 sıra nömrəsi;
    • qrafa 2 mal məhsulu hazırlanarkən alınan tullantıların adı;
    • qrafa 3 MDB XİF MN üzrə kodu;
    • qrafa 4 gömrük baxımından rəsmiləşdirilmiş tullantıların ümumi miqdarı (3-B cədvəlindən);
    • qrafa 5 Azərbaycan mallarından istifadə nəzərə alınmaqla faktiki olaraq aparılmış mal məhsulunun hazırlanması zamanı sərf olunma normaları üzrə alınmalı olan tullantıların miqdarı;
    • qrafa 6 4-cü qrafadakı kəmiyyətlə 5-ci qrafadakı kəmiyyətin fərqi:
    • qrafanın qiyməti sıfır olduqda alınmış bütün tullantılar gömrük baxımından rəsmiləşdirilmişdir;
    • qrafanın qiyməti müsbət kəmiyyət olduqda emal zamanı alınmalı olan tullantılardan daha çox tullantı gömrük baxımından rəsmiləşdirilmişdir, bu isə gömrük ərazisində emal gömrük rejiminə ziddir;
    • qrafanın qiyməti mənfi kəmiyyət olduqda bütün alınmış tullantılar gömrük baxımından tam rəsmiləşdirilməmişdir və deməli, bəyan edən pozuntuya yol vermişdir.

9.5.9. Qalıqlar üzrə balans. 4 A-3 cədvəlinin doldurulma qaydası:

    • qrafa 1 sıra nömrəsi;
    • qrafa 2 qalıqların adı;
    • qrafa 3 MDB XİF MN üzrə kodu;
    • qrafa 4 gömrük baxımından rəsmiləşdirilmiş qalıqların miqdarı (3-V cədvəlindən);
    • qrafa 5 mal məhsulu istehsal edilərkən alınmalı olan qalıqların miqdarı. Gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilmiş emal üçün malların miqdarı ilə sərf olunma normaları üzrə alınaraq faktiki aparılmış mal məhsullarının istehsalına istifadə olunmuş emal üçün malların miqdarı arasındakı fərq kimi hesablanır.
    • qrafa 6 4-cü qrafadakı kəmiyyətlə 5-ci qrafadakı kəmiyyətin fərqi:
    • qrafanın qiyməti sıfır olduqda emal zamanı alınmış bütün qalıqlar gömrük baxımından tam rəsmiləşdirilmişdir;
    • qrafanın qiyməti müsbət kəmiyyət olduqda mal məhsulunun hazırlanması zamanı məsarif normaları üzrə alınmalı olan qalıqlardan daha çox qalıq gömrük baxımından rəsmiləşdirilmişdir, bu isə emal rejiminin pozulması deməkdir;
    • qrafanın qiyməti mənfi kəmiyyət olduqda alınmış qalıqların bir hissəsi gömrük baxımından rəsmiləşdirilməmişdir, bu isə emal rejiminin pozulması deməkdir.

9.5.10. 4 B-1, 4 B-2, 4 B-3 cədvəllərinin doldurulma qaydası:

Mal məhsulu üzrə balans. 4 B-1 cədvəlinin doldurulma qaydası:

  • qrafa 1 sıra nömrəsi;
  • qrafa 2 mal məhsulunun adı;
  • qrafa 3 malın MDB XİF MN üzrə kodu;
  • qrafa 4 faktiki olaraq aparılmış mal məhsulunun miqdarı (3-A cədvəlindən).
  • qrafa 5 gömrük ərazisində emal gömrük rejimi altında faktiki yerləşdirilmiş emal üçün mallardan çıxım norması üzrə alınmalı olan mal məhsulunun miqdarı;
  • qrafa 6 4-cü qrafadakı kəmiyyət ilə 5-ci qrafadakı kəmiyyətin fərqi:
  • qrafanın qiyməti sıfır olduqda faktiki aparılmış bütün mal məhsulu gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilmiş bütün emal üçün mallardan hazırlanmışdır;
  • qrafanın qiyməti müsbət kəmiyyət olduqda emal üçün mallardan çıxım norması üzrə alınmalı olan mal məhsulundan çox mal aparılmışdır, bu isə emal gömrük rejiminin pozulması deməkdir;
  • qrafanın qiyməti mənfi kəmiyyət olduqda emal üçün mallardan çıxım norması üzrə alınmalı olan mal məhsullarından az mal aparılmışdır, uyğun olaraq gömrük baxımından qalıqlar rəsmiləşdirilməlidir.

9.5.11. Tullantılar üzrə balans. 4 B-2 cədvəlinin doldurulma qaydası:

    • qrafa 1 sıra nömrəsi;
    • qrafa 2 Azərbaycan mallarından istifadə nəzərə alınmaqla mal məhsulu hazırlanarkən alınmış tullantıların adı;
    • qrafa 3 tullantıların MDB XİF MN üzrə kodu;
    • qrafa 4 gömrük baxımından rəsmiləşdirilmiş tullantıların miqdarı (3-B cədvəlindən);
    • qrafa 5 çıxım normaları üzrə alınmalı olan emal tullantılarının miqdarı;
    • qrafa 6 4-cü qrafadakı kəmiyyət ilə 5-ci qrafadakı kəmiyyətin fərqi:
    • qrafanın qiyməti sıfır olduqda mal məhsulunun hazırlanması zamanı alınmış bütün tullantılar gömrük baxımından tam rəsmiləşdirilmişdir;
    • qrafanın qiyməti müsbət kəmiyyət olduqda mal məhsulunun hazırlanması zamanı alınmalı olan tullantılardan daha çox tullantı gömrük baxımından rəsmiləşdirilmişdir, bu isə emal gömrük rejiminin pozulması deməkdir;
    • qrafanın qiyməti mənfi kəmiyyət olduqda mal məhsulunun hazırlanması zamanı alınmalı olan tullantılardan daha az tullantı gömrük baxımından rəsmiləşdirilmişdir, bu isə emal gömrük rejiminin pozulması deməkdir.

9.5.12. Qalıqlar üzrə balans, 4 B-3 cədvəlinin doldurulma qaydası:

    • qrafa 1 sıra nömrəsi;
    • qrafa 2 qalıqların adı;
    • qrafa 3 MDB XİF MN üzrə kodu;
    • qrafa 4 gömrük baxımından rəsmiləşdirilmiş qalıqların miqdarı (3-V cədvəlindən);
    • qrafa 5 gömrük baxımından rəsmiləşdirilməli olan qalıqların miqdarı. Gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilmiş emal üçün malların miqdarı ilə çıxım normaları üzrə alınaraq faktiki aparılmış mal məhsullarının istehsalı üçün istifadə olunmalı olan emal üçün malların miqdarı arasındakı fərq kimi hesablanır;
    • qrafa 6 4-cü qrafadakı kəmiyyətlə 5-ci qrafadakı kəmiyyətin fərqi:
    • qrafanın qiyməti sıfır olduqda emal zamanı alınmış bütün qalıqlar gömrük baxımından rəsmiləşdirilmişdir;
    • qrafanın qiyməti müsbət kəmiyyət olduqda xarici malların emalı zamanı çıxım normaları üzrə alınmalı olan qalıqlardan daha çox qalıq aparılmışdır, bu isə emal gömrük rejiminin pozulması deməkdir;
    • qrafanın qiyməti mənfi kəmiyyət olduqda alınmış qalıqların bir hissəsi gömrük baxımından rəsmiləşdirilməmişdir, bu isə emal gömrük rejiminin pozulması deməkdir.

9.6. Bəyan edənin nəzarət və uçot formulyarını təqdim etdiyi gündən on beş gün ərzində DGK-si emala lisenziyada, nəzarət və uçot formulyarında olan məlumatların gömrük rəsmiləşdirilməsini aparmış gömrük orqanlarından alınmış yük gömrük bəyannamələrinin, gömrük dəyəri bəyannamələrinin, gömrük dəyərinin təshihi bəyannamələrinin surətlərində olan məlumatlara uyğun gəlməsini, həmçinin nəzarət və uçot formulyarındakı hesablamaları yoxlayır. Bu məqsədlə DGK-si emal üçün malların, mal məhsullarının, tullantıların və qalıqların gömrük rəsmiləşdirilməsinin aparıldığı yük gömrük bəyannamələrinin, gömrük dəyəri bəyannamələrinin və gömrük dəyərinin təshihi bəyannamələrinin surətlərini gömrük orqanlarından almalıdır.

9.7. Nəzarət və uçot formulyarının yoxlanma qaydası DGK-si tərəfindən müəyyən edilir.

Yoxlanılan nəzarət və uçot formulyarının cədvəllərində təqdim olunmuş məlumatlar gömrük orqanlarından alınmış yük gömrük bəyannamələrindəki məlumatlara uyğun gəlməlidir.

Yoxlama nəticəsində müəyyən edilməlidir:

  • emal üçün malların və emal məhsullarının gömrük rəsmiləşdirilməsi lisenziyada göstərilmiş gömrük orqanlarında aparılmışdır;
  • emal üçün malların yük gömrük bəyannamələrində göstərilmiş MDB XİF MN üzrə kodları lisenziyalarda verilmiş kodlara uyğundur;
  • emal üçün malların gömrük ərazisində emal gömrük rejimi altında faktiki olaraq yerləşdirilmiş miqdarı lisenziyada müəyyən olunmuş miqdardan artıq deyildir;
  • mal məhsulunun, tullantıların MDB XİF MN üzrə kodları lisenziyada göstərilənlərə uyğundur;
  • ixrac gömrük rejiminə uyğun olaraq gömrük ərazisindən faktiki aparılmış mal məhsullarının miqdarı çıxım (məsarif) normalarına əsasən, emal üçün malların faktiki rəsmiləşdirilmiş miqdarına uyğundur;
  • tullantılar və qalıqlar lisenziyada göstərilmiş gömrük rejimləri altında yerləşdirilmişlər;
  • tullantıların və qalıqların gömrük baxımından faktiki rəsmiləşdirilmiş miqdarı emal üçün malların və Azərbaycan mallarının emalı zamanı lisenziyada müəyyən olunmuş çıxım (məsarif) normalarına əsasən alınmalı olan tullantı və qalıqların miqdarına uyğundur;
  • emaldan imtina halında qalıqların və emal nəticəsində alınmış mal məhsullarının və tullantıların gömrük ərazisindən faktiki aparılması faktiki olaraq gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilmiş emal üçün mallara müvafiq miqdarlarda həyata keçirilmişdir;
  • mal məhsullarının, tullantıların və qalıqların məcmu gömrük dəyəri istifadə olunmuş emal üçün malların gömrük dəyərindən və Azərbaycan mallarının sərbəst dəyərindən artıqdır.

9.8. Nəzarət və uçot formulyarı yoxlanarkən pozuntular aşkar edilməyibsə, yoxlanmış nəzarət və uçot formulyarının yuxarı sağ küncündə gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının vəzifəli şəxsinin imzası və möhürü ilə təsdiq edilən Formulyar yoxlanmışdır, pozuntular aşkar edilməmişdir. ____ _____________ 20 ______ il., qeydi edilir.

Yoxlanılmış nəzarət və uçot formulyarı yoxlanılan lisenziya üzrə işə tikilir.

Nəzarət və uçot formulyarı yoxlanılarkən pozuntular aşkar edildiyi halda formulyarın yuxarı sağ küncündə rəsmiləşdirməni həyata keçirən gömrük orqanının vəzifəli şəxsinin imzası və möhürü ilə təsdiq edilən Formulyar yoxlanmışdır. Pozuntular aşkar edilmişdir. ___ ___________ 20_____ il, qeydi edilir. Pozuntular vərəqi tərtib edilir və orada yoxlanılan lisenziya üzrə nəzarət və uçot formulyarında yoxlanmanın gedişində aşkar olunmuş bütün pozuntular ixtiyari formada qeyd olunur. Pozuntular vərəqi də fəaliyyət bölgəsi gömrük orqanının vəzifəli şəxsinin imzası və möhürü ilə təsdiq olunur.

Yoxlanmış nəzarət və uçot formulyarı və Pozuntular vərəqi yoxlanılan lisenziya üzrə işə tikilir.

9.8.1. Bəyan edən tərəfindən təqdim edilmiş nəzarət və uçot formulyarı yoxlanıldıqdan sonra pul vəsaitlərinə nəzarət həyata keçirilir. Bu məqsədlə Pul vəsaitlərinə nəzarət cədvəli doldurulur. Həmin cədvəlin forması bu Əsasnamənin 6 saylı Əlavəsində də göstərilmiş və doldurulması aşağıdakı qaydada aparılır:

Pul vəsaitlərinə nəzarət cədvəli üç hissədən ibarətdir: A, B və V.

9.8.2. A hissəsinin doldurulma qaydası:

  • qrafa 1 sıra nömrəsi;
  • qrafa 2 emal üçün malların adı;
  • qrafa 3 malın MDB XİF MN üzrə kodu;
  • qrafa 4 emal üçün malların miqdarının ölçü vahidi;
  • qrafa 5 yoxlanılan lisenziya üzrə gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilmiş emal üçün olan malların miqdarı;
  • 6, 7, 8 qrafaları müvafiq olaraq idxal rüsumu, əlavə dəyər vergisi və aksiz üzrə faktiki ödənilmiş pul vəsaitlərinin ümumi məbləği. Əgər ödəniş olmamışsa, xətt çəkilir.

Pul vəsaitlərinə nəzarət cədvəlinin A hissəsi Nəzarət və uçot formulyarının 1-ci cədvəlinin (Emal üçün olan mallar) yekun sətirləri ilə tamamilə üst-üstə düşməlidir.

9.8.3. B hissəsinin doldurulma qaydası:

    • qrafa 1 sıra nömrəsi;
    • qrafa 2 emal üçün malların adı;
    • qrafa 3 malın MDB XİF MN üzrə kodu;
    • qrafa 4 faktiki aparılmış mal məhsullarının və gömrük baxımından rəsmiləşdirilmiş tullantıların hazırlanmasına istifadə olunmuş emal üçün malların miqdarı;
    • qrafa 5 aparılmış qalıqların miqdarı;
    • 6, 7, 8 qrafaları 4 və 5-ci qrafalarda göstərilmiş, emal üçün malların ümumi miqdarına görə rüsum, əlavə dəyər vergisi və aksizə uyğun qaytarılmalı olan pul vəsaitləri.

Pul vəsaitlərinə nəzarət cədvəlinin B hissəsi gömrük orqanlarından alınmış yük gömrük bəyannamələrinin surətləri əsasında doldurulur.

9.8.4. V hissəsinin doldurulma qaydası:

  • qrafa 1 sıra nömrəsi;
  • qrafa 2 emal üçün malların adı;
  • qrafa 3 malın MDB XİF MN üzrə kodu;
  • qrafa 4 emal zamanı pul vəsaitlərinin qaytarılmasına dair Aktın nömrəsi və tarixi;
  • qrafa 5 pul vəsaitlərinin qaytarılma tarixi;
  • 6, 7, 8 qrafaları idxal rüsumu, əlavə dəyər vergisi və aksizə uyğun faktiki qaytarılmış pul vəsaitləri. Faktiki olaraq qaytarılmış pul vəsaitlərinə ödəyicinin hesabına köçürülmüş pul vəsaitləri, həmçinin ödəyicinin gələcək ödənişləri hesabına daxil edilmiş pul vəsaitləri aiddir.

9.8.5. Pul vəsaitlərinə nəzarət cədvəlinin A və B hissələri doldurulduqdan sonra faktiki ödənilmiş gömrük ödənişlərinin qaytarılmalı olan ödənişlərə uyğunluğu yoxlanılır. Bu zaman qaytarılmalı olan ödənişlər Pul vəsaitlərinə nəzarət cədvəlinin A hissəsindəki faktiki ödənilmiş gömrük ödənişlərinin məbləğindən artıq ola bilməz.

Emal zamanı pul vəsaitlərinin qaytarılmasına dair aktlardan pul vəsaitlərinin faktiki qaytarılması üzrə bütün məlumatlar Pul vəsaitlərinə nəzarət cədvəlinin V hissəsinə daxil edildikdən sonra emal üçün mallar üzrə yekunlar aparılır (MDB XİF MN hər bir doqquz rəqəmli kodu üzrə).

Bundan sonra Pul vəsaitlərinə nəzarət cədvəlinin V hissəsindəki faktiki qaytarılmış pul vəsaitlərinin və Pul vəsaitlərinə nəzarət cədvəlinin B hissəsində hesablanmış qaytarılmalı olan pul vəsaitlərinin bir-birinə uyğun gəlməsi yoxlanılır. Emal üçün mallar üzrə faktiki qaytarılmış pul vəsaitləri (malın MDB XİF MN üzrə doqquz rəqəm səviyyəsində hər bir kodu üzrə) malın həmin MDB XİF MN kodu üzrə qaytarılmalı olan pul vəsaitlərinin məbləğindən artıq olmamalıdır.

Pul vəsaitlərinə nəzarət üzrə pozuntular aşkar olmadıqda Pul vəsaitlərinə nəzarət cədvəlinin yuxarı sağ küncündə gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının vəzifəli şəxsinin imzası və möhürü ilə təsdiq edilən Pozuntular aşkar edilmədi. ____ ____________ 20 ____ il qeydi edilir.

Pozuntular aşkar edilərsə, cədvəlin yuxarı sağ küncündə gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının vəzifəli şəxsinin imzası və möhürü ilə təsdiq edilən Pozuntular aşkar edilmişdir. ____ _________ 20 _____ il və, Pozuntular vərəqi. Pul vəsaitləri üzrə ixtiyari şəkildə aşkar olunmuş pozuntular qeyd olunur. Pozuntular vərəqi gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanları vəzifəli şəxsinin imzası və möhürü ilə təsdiq olunur.

Yoxlanmış Pul vəsaitlərinə nəzarət cədvəli və Pozuntular vərəqi. Pul vəsaitləri yoxlanılan lisenziya üzrə işə tikilir.

9.9. Lisenziya üzrə pozuntular aşkar edilməmişsə, lisenziyanın rəsmiləşdirməni həyata keçirən gömrük orqanında qalan nüsxəsinin yuxarı sağ küncündə həmin gömrük orqanının vəzifəli şəxsinin imzası və möhürü ilə təsdiq olunan Lisenziya bağlanmışdır ____ _____________ 20 _____ il qeydi edilir. Bağlanmış lisenziya, ona əlavə edilmiş, verilməsi üçün əsas olmuş sənədlərlə, nəzarət və uçot formulyarı, Pul vəsaitlərinə nəzarət cədvəli, lisenziyaya uyğun rəsmiləşdirilmiş bütün yük gömrük bəyannamələrinin surətləri və işdəki (qovluqdakı) digər sənədlərlə birlikdə arxivə saxlanca verilir və orada rəsmiləşdirməni həyata keçirən gömrük orqanları tərəfindən bağlanmış lisenziya üzrə emal üçün mallar və emal məhsulları barədə gömrük rejiminin fəaliyyətinin bitməsinə dair qərar qəbul edildikdən sonra 10 il ərzində saxlanılır.

9.10. Gömrük ərazisində emal gömrük rejiminin fəaliyyətinin yoxlanılması gedişində pul vəsaitlərinin əsassız alınması və ya gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilmiş emal üçün mallara görə gömrük ödənişlərinin ödənilməməsi şəklində pozuntular aşkar edildikdə bəyan edəndən pul vəsaitlərinin mübahisəsiz qaydada tutulması təmin olunmalıdır.

Bu zaman:

  • əgər faktiki qaytarılmış pul vəsaitlərinin məbləği qaytarılmalı olan məbləğdən artıqdırsa, onda əlavə qaytarılmış pul vəsaitlərinin məbləği tutulmalıdır;
  • emal üçün malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük rüsumları, vergilər ödənilmədiyi halda əlavə olaraq gömrük mədaxil orderinin blankında tutulmalı olan gömrük ödənişləri məbləğlərinin hesablanması aparılır və gömrük ödənişlərinin ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulu hesablanır.

10. Lisenziyanın ləğvi və geri alınması ilə əlaqədar mallar və emal məhsulları barədə hərəkətlər

10.1. Lisenziya ləğv edildikdə, bəyan edən DGK-nin ləğvə dair qərarını aldığı gündən on gün müddətində:

  • mal məhsulu hazırlanması üçün artıq istifadə olunmuş və istehsal prosesində olan emal üçün mallara uyğun gömrük rejiminin ilkin bəyan edildiyi gün qüvvədə olan idxal gömrük rüsumlarını, vergiləri ümumi qaydada ödəməklə gömrük ərazisində emal gömrük rejimini sərbəst dövriyyə üçün buraxılış gömrük rejiminə dəyişdirməlidir.

Emal üçün mallar barədə gömrük rejimi sərbəst dövriyyə üçün buraxılış gömrük rejiminə dəyişdirilərkən ödənilmiş gömrük rüsumları, vergilər sərbəst dövriyyə üçün buraxılış gömrük rejiminə uyğun idxal gömrük rüsumları, vergilər hesabına daxil edilməlidir. Hazırlanmış və idxal gömrük rüsumları, vergiləri qaytarılaraq aparılmış mal məhsuluna uyğun emal üçün mallara görə gömrük ərazisində emal gömrük rejiminin ilkin bəyan edildiyi gün müəyyən olunmuş qaydada qüvvədə olan idxal gömrük rüsumları, vergiləri ödəməlidir;

  • ləğv olunmuş lisenziya üzrə emal nəticəsində alınmış və Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmış bütün emal məhsulları üçün onların ixrac gömrük rejimi altında yerləşdirildiyi gün qüvvədə olan qaydada gömrük rüsumları və alınması gömrük orqanlarına həvalə olunmuş vergiləri ödəməlidir;

Bu zaman gömrük ödənişlərinin ödənilməsi lisenziyada göstərilən gömrük orqanında həyata keçirilir;

  • gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilmiş emala məruz qalmamış emal üçün malları təkrar gömrük rəsmiləşdirilməsinin aparılması üçün müvvəqəti saxlanc anbarında yerləşdirməlidir. Bu halda bu mallar üçün artıq ödənilmiş və ya alınmış gömrük ödənişlərinin qaytarılması qaydasına uyğun olaraq ödənilmiş gömrük rüsumları, vergiləri qaytarılmalıdır.
  • müvəqqəti saxlanc anbarında yerləşdirilmiş, həmçinin emala lisenziyanın ləğvinə dair qərar qəbul edildiyi gün müvəqqəti saxlanc anbarında saxlanılan emal üçün mallar təkrar ixrac gömrük rejiminə uyğun olaraq aparıla və ya Azərbaycan Respublikasının gömrük ərazisində ümumi qaydada digər gömrük rejimi altında yerləşdirilə bilər.

10.2. Lisenziya ləğv edilərkən DGK-si ləğv etmə barədə əmrin verildiyi tarixdən 20 (iyirmi) gün müddətində emal üçün mallar və mal məhsulları üzərində sərəncam verilməsini yoxlayır.

10.3. Ləğv olunmuş lisenziya barədə bu Əsasnamənin müəyyən etdiyi tələblər yerinə yetirildikdə, lisenziyanın DGK-də qalan nüsxəsinin yuxarı sağ küncündə DGK-nin vəzifəli şəxsinin imzası və möhür ilə təsdiq edilən Lisenziya ləğv edilmişdir ____ ___________ 20 _____ il qeydi edilir. Ləğv olunmuş lisenziya, verilməsi üçün əsas olmuş sənədlərlə, ləğv barədə əmrin surəti, həmin lisenziyaya uyğun olaraq rəsmiləşdirilmiş yük gömrük bəyannamələrinin, həm də lisenziyanın ləğvi ilə bağlı bütün digər yük gömrük bəyannamələrinin surətləri və işdəki (qovluqdakı) bütün digər sənədlərlə arxivə saxlanca verilir və orada yalnız DGK-nin ləğv olunmuş lisenziya üzrə emal üçün mallar və emal məhsulları barədə gömrük rejiminin fəaliyyətinin başa çatdığına dair yazılı qərar qəbul etdiyi tarixdən sonra 10 il ərzində saxlanılır.

10.4. Bəyan edən yuxarıda göstərilən tələbləri yerinə yetirmədiyi halda gömrük qaydalarının pozulmasına dair tədbirlər həyata keçirilir.

10. 5. Lisenziya geri alınarkən bəyan edən gömrük orqanının geri alınmaya dair qərarını aldıqdan on gün müddətində:

  • lisenziya geri alındığı tarixdən etibarən, gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilmiş mal məhsulu hazırlanması üçün artıq istifadə olunmuş və istehsal prosesində olan emal üçün mallar barədə gömrük ərazisində emal gömrük rejimini sərbəst dövriyyə üçün buraxılış gömrük rejiminə dəyişdirilməklə yeni rejimin tətbiq olunduğu gün qüvvədə olan idxal gömrük rüsumlarını, vergiləri ümumi qaydada ödəməlidir.

Emal üçün mallar barədə gömrük rejimi sərbəst dövriyyə üçün buraxılış gömrük rejiminə dəyişdirilərkən ödənilmiş gömrük rüsumları, vergilər sərbəst dövriyyə üçün buraxılış gömrük rejiminə uyğun olan idxal gömrük rüsumları, vergilər hesabına daxil edilməlidir.

  • hazırlanmış və lisenziyanın geri alındığı gündən etibarən onlara görə idxal gömrük rüsumları, vergilər qaytarılaraq aparılmış mal məhsullarına uyğun emal üçün mallara müvafiq yeni rejimin bəyan edildiyi gün qüvvədə olan idxal gömrük rüsumlarını, vergiləri ödəməlidir;
  • geri alınmış lisenziya üzrə ixrac gömrük rejiminə uyğun olaraq lisenziya geri alındığı gündən etibarən rəsmiləşdirilmiş emal məhsulları üçün gömrük rüsumlarını və tutulması gömrük orqanlarına həvalə olunmuş vergiləri ödəməlidir;
  • geri alınmış lisenziyaya uyğun olaraq geri alma barədə əmrin və ya gömrük qaydalarının pozulmasına dair iş üzrə qətnamənin verildiyi günədək keçirilmiş emal üçün malları və emal məhsulları üzrə nəzarət və uçot formulyarını təqdim etməlidir;

Bu zaman gömrük ödənişlərinin ödənilməsi lisenziyada göstərilən gömrük orqanında həyata keçirilir.

  • lisenziyanın geri alındığı gün gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilmiş emal üçün malları təkrar gömrük rəsmiləşdirilməsi aparılması məqsədi ilə müvəqqəti saxlanc anbarında yerləşdirməlidir. Bu halda artıq ödənilmiş və ya alınmış gömrük ödənişlərinin qaytarılması qaydasına uyğun olaraq ödənilmiş idxal gömrük rüsumları, vergilər qaytarılmalıdır.

Müvəqqəti saxlanc anbarlarında yerləşdirilmiş, həmçinin emala lisenziyanın geri alınmasına dair qərar qəbul edildiyi an müvəqqəti saxlanc anbarlarında olan emal üçün mallar təkrar ixrac gömrük rejiminə uyğun olaraq aparıla və ya Azərbaycan Respublikasının gömrük ərazisində ümumi qaydada digər gömrük rejimi altında yerləşdirilə bilərlər.

10.6. Lisenziya geri alınarkən DGK geri alınma barədə əmrin verildiyi tarixdən iyirmi gün müddətində emal üçün mallar və emal məhsulları üzərində sərəncam verilməsini yoxlayır.

10.7. Geri alınmış lisenziya barədə bu Əsasnamənin müəyyən etdiyi tələblər yerinə yetirildikdə, lisenziyanın DGK-da qalan nüsxəsinin yuxarı sağ küncündə DGK-nın müvafiq vəzifəli şəxsinin imzası və möhür ilə təsdiq edilən Lisenziya geri alınmışdır _____ __________ 20 ____ il qeydi edilir. Geri alınmış lisenziya, verilməsi üçün əsas olmuş sənədlərlə, geri alma barədə əmrin surəti, nəzarət və uçot formulyarı, Pul vəsaitlərinə nəzarət cədvəli, lisenziyaya uyğun olaraq rəsmiləşdirilmiş yük gömrük bəyannamələrinin və lisenziyanın geri alınması ilə bağlı digər yük gömrük bəyannamələrinin surətləri və işdəki (qovluqdakı) bütün digər sənədlərlə birgə arxivə verilir və orada yalnız DGK-nın geri alınmış lisenziya üzrə emal üçün olan mallar və emal məhsulları barədə gömrük rejiminin fəaliyyətinin başa çatdığına dair qərar qəbul etdiyi tarixdən etibarən 10 il müddətində saxlanılır.

10.8. Bəyan edən tərəfindən yuxarıda göstərilən tələblər yerinə yetirilmədiyi halda gömrük qaydalarının pozulmasına dair (qanunvericiliyə uyğun protokol tərtib olunur) tədbirlər həyata keçirilir.

11. Hesabat

Gömrük orqanları gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilən mallar və emal məhsulları barədə DGK-nin əmrləri ilə müəyyən edilən qaydada və müddətlərdə operativ statistik hesabat formaları üzrə hesabatlar təqdim edirlər.

12. Yekun müddəalar

12.1. Emal üçün malların və emal məhsullarının gömrük rəsmiləşdirilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun gömrük dəyərinin təyin etmə metodları tətbiq edilir.

12.2. Emal üçün malların və emal məhsullarının gömrük rəsmiləşdirilməsi zamanı valyuta nəzarəti Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin VI bölməsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və DGK-nın normativ-hüquqi aktlarına uyğun şəkildə həyata keçirilir.

12.3. Malların emal üçün gətirilməsi və emal məhsullarının, tullantıların və qalıqların aparılması gömrük nəzarəti altında çatdırılma qaydalarına uyğun olaraq həyata keçirilir.

12.4. Emalın ətraf təbii mühitə əhəmiyyətli ziyan vura biləcəyini güman etməyə kifayət qədər əsas olduqda, gömrük orqanı bəyan edəndən Azərbaycan Respublikasının ətraf təbii mühitin qorunması barədə qanunvericiliyinə uyğun olaraq xüsusi müvəkkil edilmiş ekoloji nəzarət orqanlarının rəyini tələb edə bilər.

12.5. Malların emalı qaydasının pozulmasını törətmiş, gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilmiş mallarla qanunsuz əməliyyatlar aparmış, yaxud da həmin gömrük rejimindən istifadə şərtlərini yerinə yetirməmiş şəxslər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

12. 6. Bu Əsasnamə 16. 04. 2001-ci il tarixdən qüvvəyə minir.


Gömrük ərazisində malların emalı gömrük rejimi haqqında
Əsasnaməyə 1 saylı Əlavə

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin icazəsi ilə istehsal prosesində emal üçün mallara əlavə olunmaqla istifadə olunan Azərbaycan mallarının
Siyahısı

 

Malın qısa adı

XİF MN üzrə malın kodu

1.

Vəhşi heyvanlar, yabanı bitkilər, buynuzlar, dırnaqlar, mərcanlar və oxşar materiallar

010119900*; 010290900*; 010391900*; 010392900*; 010410300*; 010410800*; 010420900*; 010600900*; 040700900; 0507; 050800000; 0604; 070951; 070952000; 071080610; 071080690; 071230000; 080221000; 080000222000; 00810-0812; 121220000; 1301; 1302; (130219300-dən başqa); 1401-1404; 9601

* yalnız vəhşi heyvanlar

2.

Bitki və heyvan mənşəli dərman xammalı

020610100; 020622100; 020629100; 020630100; 020641100; 020649100; 020680100; 020690100; (yalnız vəhşi heyvanlardan olanlar); 0507; (yalnız dərman xammalı); 051000; 1211; 121220000; 1302; (130219300); 3001; 3002; (dərman preparatlarından başqa)

3.

Balıq, xərçəngkimilər, molyuskalar və s. su onurğasızları, inkişaf edən kürü nərə, qızıl balıqların, sıx torla tutulan balıqların südü (sperma)

0301 (yalnız diriləri); 0306 (yalnız canlılar); 0307 (yalnız diriləri); 051191900 (yalnız diriləri);

4.

Barıt, partlayıcı maddələr, partlayıcı və pirotexnika vasitələri

360100000; (ov barıtından başqa); 360200000; 360300; 3604

5.

Şifrləmə vasitələri (şifrləmə texnikası, şifrləmə texnikası üçün hissələr və şifrləmə üçün proqram paketləri də daxil olmaqla); şifrləmə vasitələrinə aid normativ texniki sənədlər (konstruktor və istismar sənədləri daxil olmaqla)

8471 (yalnız şifrləmə texnikası); 847330 (yalnız şifrləmə texnikası üçün); 854389900 (yalnız şifrləmə texnikası); 851390900 (yalnız şifrləmə texnikası üçün)

6.

Nüvə materialları, texnologiyaları, avadanlığı və qurğuları, xüsusi qeyri-nüvə materialları, radioaktiv tullantılar da daxil olmaqla, radioaktiv şüalanma mənbələri

Malların siyahısı Azərbaycan Respublikası Prezidenti və Nazirlər Kabineti tərəfindən müəyyən edilir

7.

Minerologiya və paleolontologiya üzrə kolleksiya materialları, yarımqiymətli daşlar və onlardan məmulatlar

970500000 (yalnız minerologiya və paleontologiya üzrə); 710310000 (yalnız yarımqiymətli daşlar), 710590000, 711620110, 711620190 (yalnız yarımqiymətli daşlardan olanlar)

8.

Qiymətli metallar, ərintilər, onlardan məmulatlar; üzərinə qiymətli metallar çəkilmiş metallar və onlardan hazırlanmış məmulatlar; filizlər; konsentratlar; qırıntı və tullantılar

2616, 2483, 300640000 (yalnız qiymətli metallardan olanlar), 7106-7112, 711311000, 711319000, 711411000, 711419000, 711910000, 711590100, 711590900, 7118 (yalnız qiymətli metallardan olanlar), 8544 (yalnız qiymətli metallar keçiriciləri (!) olanlar), 900319100, 902119100, 91111000 (yalnız qiymətli metallardan olanlar), 911310 (yalnız qiymətli metallardan olanlar), 960810300; 960839100

9.

Qiymətli təbii daşlar və onlardan məmulatlar; qiymətli təbii daşların tullantıları, tozları və rekuperatı; mirvari və ondan olan məmulatlar; kəhraba və ondan olan məmulatlar

253090950 (yalnız kəhraba), 7101, 7102, 7103 (yalnız qiymətli daşlar), 7105 (yalnız təbii qiymətli daşlardan olanlar), 7116 (yalnız mirvaridən və təbii qiymətli daşlardan olanlar) 820551000; 820559900 (yalnız təbii almazdan kəskiləri olan şüşəkəsənlər), 680421000, 820719100, 820720100, 820750100; 820760100; 820790100; (yalnız işlək hissələri kristallardan və ovallaşdırılmış, doğranmış təbii almazlardan olan alətlər), 85229300 (yalnız təbii qiymətli daşlardan və almazlardan olanlar), 960200000 (yalnız işlənmiş kəhraba və ondan məmulatlar)

10.

Narkotik və psixotrop vasitələr, zəhərlər

Azərbaycan Respublikası Prezidenti və NK tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən nəşr olunan siyahılara uyğun olaraq


Gömrük ərazisində malların emalı gömrük rejimi haqqında
Əsasnaməyə 2 saylı Əlavə

Gömrük ərazisində malların emal müddətinin bundan sonra da uzadılmasının məqsədəuyğunluğu haqqında gömrük orqanının
Rəyi

_____________________________________________________________________________

(bəyan edənin adı, ünvanı)

___________________ tarixli ______________________________ -li lisenziya üzrə

(lisenziyanın nömrəsi, tarixi göstərilir)

1. Emal üçün idxal olunan mallar:

Emal üçün malın adı

MDB XİF MN üzrə kodu

Malın dəyəri

Emal üçün malların miqdarı və ölçü vahidi

Lisenziya üzrə

Faktiki

1

2

3

4

5

         
         
         

Malların idxalı üzrə lisenziya ________________ % yerinə yetirilmişdir.

2. Emal məhsullarının aparılması (başqa gömrük rejimi altında yerləşdirilməsi):

Emal məhsullarının adı

MDB XİF MN üzrə kodu

Malın Dəyəri

Emal məhsullarının miqdarı və ölçü vahidi

Lisenziya üzrə*

Faktiki

1

2

3

4

5

         
         
         

Emal məhsullarının faktiki olaraq keçirilmiş emal üçün mallara nisbətdə aparılması (başqa gömrük rejimi altında yerləşdirilməsi) ________________ % yerinə yetirilmişdir.

3. Gömrük qaydalarının pozulmasına dair işin olması, iş üzrə çıxarılmış qərarın (əgər çıxarılmışsa) məzmunu:

_____________________________________________________________________________ _____________________________________________________________________________

4. Uzadılma artıq Azərbaycan Respublikası DGK-si tərəfindən həyata keçirilmişdir:

____________________________________________________________________________

(sənədin tarixi və xaric olma nömrəsi göstərilir)

5. Gömrük orqanın rəyi:

_____________________________________________________________________________ _____________________________________________________________________________

Gömrük orqanının vəzifəli şəxsi ___________________________________________

(gömrük orqanı möhürü ilə təsdiq edilmiş imza)


Gömrük ərazisində malların emalı gömrük rejimi haqqında
Əsasnaməyə 3 saylı Əlavə

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

____________________________________________

gömrük orqanının adı

rəisi ______________________________________

Pul vəsaitlərinin qaytarılması haqqında
Rəy

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq __________________ -li ________________________ tarixli lisenziya əsasında gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilmiş, gömrük rəsmiləşdirilməsi zamanı aşağıda göstərilən miqdarda emal üçün mallara görə ödənilmiş pul vəsaitləri (idxal gömrük rüsumları, vergilər) geri qaytarılmalıdır:

YGB nömrələri

Emal üçün olan mallar

Qaytarılan idxal gömrük rüsumları və vergilərinə uyğun emal üçün malların miqdarı

Adı

MDB XİF MN üzrə kodu

1

2

3

4

       
       
       

___________________________________________

Gömrük orqanının adı

Maliyyə şöbəsinin rəisi ___________________


Gömrük ərazisində malların emalı gömrük rejimi haqqında
Əsasnaməyə 4 saylı Əlavə

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

__________________________________________

gömrük orqanının adı

rəisi _____________________________________

Emal zamanı pul vəsaitlərinin qaytarılmasına dair

Akt ___________

_______________________________

(tarixi)

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq və ____________________________________________________________________________ Tərəfindən verilmiş ___________________________ -li _________________ tarixli pul vəsaitlərinin qaytarılmasına dair rəyə əsasən ______________________________ _____________________________________________________________________ __________________________________________________________________________

(pul vəsaitləri qaytarılan şəxsin adı)

_____________________________________________________________________ _________________ tarixli _____________________ -li yük gömrük bəyannaməsi ilə ____________________ miqdarda _________________ tarixli __________ -li lisenziyaya uyğun gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilmiş emal üçün mallara görə _________________ məbləğdə; o cümlədən:

  • idxal gömrük rüsumu ____________________ manat;
  • aksiz vergisi __________________________ manat;
  • əlavə dəyər vergisi _____________________ manat;

ödənilmiş pul vəsaitləri (idxal gömrük rüsumları, vergilər) geri qaytarılır.

Qaytarma aşağıdakı şəkildə həyata keçirilmişdir:

____________________________________________ məbləğdə pul vəsaitləri ödəyicinin ____________________________________________________________________________

(bankın adı, FAD)

____________________________________________________________________________ bankdakı ________________________________ -li hesabına köçürülmüşdür; _______________________________ məbləğdə pul vəsaitləri gələcək ödənişlər hesabına daxil edilmişdir.

___________________________________

Gömrük orqanının adı

Maliyyə şöbəsinin rəisi ____________________


Gömrük ərazisində malların emalı gömrük rejimi haqqında
Əsasnaməyə 5 saylı Əlavə

_______________ saylı lisenziya üzrə nəzarət və uçot formulyarı

Lisenziyanın qüvvədə olan müddəti ________________ sona çatır

Emal üçün olan mallar
Cədvəl 1

Sıra -si

YGB -si

Malın adı

MDB XİF MN üzrə kodu

Ölçü vahidi

Miqdarı

Gömrük dəyəri

Ödənilmiş ödənişlər (manatla)

Rüsum

ƏDV

Aksiz

1

2

3

4

5

6

7

8

9

10

                   
                   
                   

Cəmi:

MDB XİF MN üzrə kodu

Ölçü vahidi

Miqdarı

Gömrük dəyəri

Rüsum

ƏDV

Aksiz

1

2

3

4

5

6

7

             
             

____________________________________________________ Cəmi ___________________

Azərbaycan Malları
Cədvəl 2

Sıra -si

Malın adı

MDB XİF MN üzrə kodu

Ölçü vahidi

Miqdarı

Dəyəri

1

2

3

4

5

6

           
           
           

Emal məhsulları
Mal məhsulu
Cədvəl 3-A

Sıra -si

YGB -si

Malın adı

MDB XİF MN üzrə kodu

Ölçü vahidi

Miqdarı

Gömrük dəyəri

Qeyd

1

2

3

4

5

6

7

8

               
               
               
   

MDB XİF MN kodları üzrə cəmi

         

Tullantılar
Cədvəl 3-B

Sıra -si

YGB -si

Tullantıların adı

MDB XİF MN üzrə kodu

Ölçü vahidi

Miqdarı

Gömrük dəyəri

Rejimin kodu

Qeyd

1

2

3

4

5

6

7

8

9

                 
                 
                 
   

MDB XİF MN kodları üzrə cəmi

           

Qalıqlar
Cədvəl 3-V

Sıra -si

YGB -si

Qalıqların adı

MDB XİF MN üzrə kodu

Ölçü vahidi

Miqdarı

Gömrük dəyəri

Rejimin kodu

Qeyd

1

2

3

4

5

6

7

8

9

                 
                 
                 
   

MDB XİF MN kodları üzrə cəmi

           

Emal üçün malların emal məhsullarına uyğun gəlməsi balansı (məsarif normalarına görə)
Mal məhsulu üzrə balans
Cədvəl 4 A-1

Sıra -si

Emal üçün malların adı

MDB XİF MN üzrə kodu

Faktik olaraq emal gömrük rejimi altında yerləşdirilmiş emal üçün malların miqdarı

Məsarif normalarına görə istifadə edilməli olan emal üçün malların miqdarı

4 və 5-ci qrafaların balansı

1

2

3

4

5

6

           
           
           

Tullantılar üzrə balans
Cədvəl 4 A-2

Sıra -si

Tullantıların adı

MDB XİF MN üzrə kodu

Tullantıların miqdarı, cəmi

Məsarif normaları üzrə tullantıların miqdarı

4 və 5-ci qrafaların balansı

1

2

3

4

5

6

           
           
           

Qalıqlar üzrə balans
Cədvəl 4 A-3

Sıra -si

Qalıqların adı

MDB XİF MN üzrə kodu

Qalıqların miqdarı, cəmi

Məsarif normaları üzrə qalıqların miqdarı

4 və 5-ci qrafaların balansı

1

2

3

4

5

6

           
           
           

Emal üçün malların emal məhsullarına uyğun gəlməsi balansı (çıxım norması üzrə)
Mal məhsulu üzrə balans
Cədvəl 4 B-1

Sıra -si

Mal məhsulunun adı

MDB XİF MN üzrə kodu

Faktiki aparılmış mal məhsullarının miqdarı

Çıxım normaları üzrə alınmalı olan mal məhsulunun miqdarı

4 və 5-ci qrafaların balansı

1

2

3

4

5

6

           
           
           

Tullantılar üzrə balans
Cədvəl 4 B-2

Sıra -si

Tullantıların adı

MDB XİF MN üzrə kodu

Tullantıların miqdarı, cəmi

Çıxım normaları üzrə tullantıların miqdarı

4 və 5-ci qrafaların balansı

1

2

3

4

5

6

           
           
           

Qalıqlar üzrə balans
Cədvəl 4 B-3

Sıra -si

Qalıqların adı

MDB XİF MN üzrə kodu

Qalıqların miqdarı, cəmi

Çıxım normaları üzrə qalıqların miqdarı

4 və 5-ci qrafaların balansı

1

2

3

4

5

6

           
           
           

Gömrük ərazisində malların emalı gömrük rejimi haqqında
Əsasnaməyə 6 saylı Əlavə

Pul vəsaitlərinə nəzarət
Cədvəl

A. Emal üçün mallara görə ödənilmiş pul vəsaitləri

Sıra -si

Emal üçün malların adı

MDB XİF MN üzrə kodu

Ölçü vahidi

Miqdarı

Ödənilmiş ödənişlər Manatla

rüsum

ƏDV

aksiz

1

2

3

4

5

6

7

8

               
               
               

B. Qaytarılmalı olan pul vəsaitləri

Sıra -si

Emal üçün malların adı

MDB XİF MN üzrə kodu

Aparılmış mal məhsullarının və rəsmiləşdirilmiş tullantıların hazırlanması üçün istifadə olunmuş emal üçün malların miqdarı

Aparılmış qalıqların miqdarı

Qaytarılmalı olan pul vəsaitləri, manatla

rüsum

ƏDV

aksiz

1

2

3

4

5

6

7

8

               
               
               

V. Faktiki olaraq qaytarılmış pul vəsaitləri

Sıra -si

Emal üçün malların adı

MDB XİF MN üzrə kodu

Emal zamanı pul vəsaitlərinin qaytarılmasına dair Aktın -si, tarixi

Qaytarılma müddəti

Qaytarılmış pul vəsaitləri (fakt) manatla

rüsum

ƏDV

aksiz

1

2

3

4

5

6

7

8

               
               
               
 

MDB XİF MN kodu üzrə cəmi

           

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Gömrük ərazisində malların emalı gömrük rejimi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında

Əmr 025

12 aprel 2001-ci il

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9-cu maddəsinə müvafiq olaraq əmr edirəm:

1. Gömrük ərazisində malların emalı gömrük rejimi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Gömrük ərazisində malların emalı gömrük rejimi haqqında Əsasnamə normativ-hüquqi akt kimi qeydiyyata alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim olunsun.

3. Bu Əsasnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındığı gündən qüvvəyə minsin.

4. İşlər İdarəsi (R. Zalov) Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alındıqdan sonra Əsasnamənin bütün gömrük orqanlarına çatdırılmasını təmin etsin.

5. Əmrin icrasına nəzarət Komitə sədrinin 1-ci müavini A.Ə. Əliyevə həvalə edilsin.

Komitənin sədri

K.F. HEYDƏROV


AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
     2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb