Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Gömrük orqanlarının tanınma nişanı haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanı haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

II. Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanının təsviri təsdiq edilsin (əlavə olunur).

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 1 iyun 2001-ci il.

134-IIQ.

Azərbaycan qəzetində dərc edilmişdir (20 iyun 2001-ci il, 137).

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (30 iyun 2001-ci il, 6, maddə 388).


Azərbaycan Respublikası
Gömrük orqanlarının tanınma nişanı haqqında
Azərbaycan Respublikasının
1 iyun 2001-ci il tarixli Qanunu ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikası Gömrük orqanlarının tanınma nişanı haqqında
Əsasnamə

1. Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanı respublika gömrük orqanlarının şərəf və şöhrət rəmzidir. O, Azərbaycan Respublikası gömrük orqanlarının hər bir əməkdaşına Azərbaycan Respublikasının iqtisadi suverenliyini və təhlükəsizliyini müdafiə etmək, öz xidməti vəzifələrini vicdanla yerinə yetirmək və gömrük xidməti intizamının tələblərinə əməl etmək borcunu xatırlatmaq üçündür.

2. Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanından gömrük orqanlarının sərəncamında olan avtonəqliyyat vasitələrində, hava gəmilərində, gömrük orqanları əməkdaşlarının xüsusi geyim formalarında, gömrük orqanlarının bütün növ blanklarında və inzibati binalarının girəcəyində, eləcə də digər yerlərdə istifadə olunur.


Azərbaycan Respublikası
gömrük orqanlarının tanınma nişanı haqqında
Azərbaycan Respublikasının
1 iyun 2001-ci il tarixli,
134-IIQ saylı Qanunu ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanının
Təsviri

Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanı kənarları Rənglərin standart nümunələri atlasının 9/4 saylı rəng nümunəsinə uyğun tünd yaşıl rəngli xətlə haşiyələnmiş, ortasında xüsusi kompozisiya təsvir olunmuş səkkizguşəli 5 saylı rəng nümunəsinə uyğun qızılı rəngli ulduz şəklindədir.

Nişanın ortasında elementləri 11/8 və 0/12 saylı rəng nümunəsinə uyğun mavi və boz rəngli olan qalxan, onun arasında elementləri qara və bürünc rəngli olan qılınc təsvir edilmişdir.

Qalxanı əhatə edən ağ rəngli lentdə 9/4 saylı rəng nümunəsinə uyğun tünd yaşıl rəngdə Azərbaycan Respublikası gömrük xidməti sözləri əks etdirilmişdir. Ulduzun aşağı hissəsində, sağ və sol istiqamətlərinə yönəldilmiş 9/4 saylı rəng nümunəsinə uyğun yaşıl rəngli dəfnə çələngləri təsvir edilmişdir. Dəfnə çələnglərinin üstündə ağ rəngli açar şəkli əks etdirilmişdir.

Gömrük orqanlarının inzibati binalarının girəcəyində və eləcə də xüsusi geyim formasında istifadə olunan tanınma nişanının üstündə olan təsvir və yazılar qabarıqdır.


AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
     2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb