Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat ¹ 3180
17 avqust 2005-ci il
Nazir
Fikrət MƏMMƏDOV
Təsdiq edirəm
Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi
Əmr ¹ 074
03 avqust 2005-ci il
Sədr
Kəmaləddin HEYDƏROV
«Razılaşdırılmışdır»
Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi
«_____»____________2005-ci il
Baş direktor
Xalidə MƏMMƏDOVA
«Razılaşdırılmışdır»
Azərbaycan Respublikasının
Müəllif Hüquqları Agentliyi
14 may 2005-ci il
Sədr
Kamran İMANOV

Azərbaycan Respublikasının gömrük sərhədindən tərkibində əqli mülkiyyət obyektləri olan malların keçirilməsi zamanı gömrük nəzarətinin aparılması Qaydaları

1. Ümumi müddəalar

    1.1. Bu Qaydalar Gömrük Məcəlləsinin 9-cu, 19-cu maddələrinin, 10-cu maddəsinin 9-cu bəndi, 27-1, 27-2 fəsillərinin müddəalarının, "Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük nəzarəti Qaydaları haqqında" Qərarın təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 12.02.2002-ci il tarixli, 259-IIQ nömrəli Qanununun tələblərinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının gömrük sərhədindən tərkibində əqli mülkiyyət obyektləri olan mallar keçirilərkən, onlara gömrük nəzarəti qaydalarını müəyyən edir.

    1.2. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları bildirir:

      Əqli mülkiyyət hüquqları — müəlliflik hüququ və əlaqəli hüquqlar, sənaye mülkiyyəti və digər əqli mülkiyyət obyektlərinə olan hüquqların məcmusu;
      Kontrafakt mallar — hüquq sahibinin qanunvericilikdə nəzərdə tutulan hüquqları pozulmaqla yaradılmış (istehsal edilmiş) və (və ya) gömrük sərhədindən keçirilən tərkibində əqli mülkiyyət obyektləri olan mallar;
      Hüquq sahibi — Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, əqli mülkiyyət obyektlərinə hüquqları qorunan şəxs;
      Buraxılışın dayandırılması — seçilmiş gömrük rejiminə uyğun olaraq malların buraxılışına dair qəbul edilmiş qərarın müddətinin gömrük orqanları tərəfindən uzadılması;
      Tərkibində əqli mülkiyyət obyektləri olan malların reyestri (reyestr) — qanunvericiliyə müvafiq olaraq qorunan tərkibində əqli mülkiyyət obyektləri olan malların siyahısı və onlara dair məlumat.


2. Əqli mülkiyyət hüquqlarının qorunması üçün tərkibində əqli mülkiyyət obyektləri olan mallara gömrük nəzarəti

    2.1. Gömrük orqanları Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq reyestrə alınmış tərkibində əqli mülkiyyət obyektləri olan mallar gömrük sərhədindən keçirilərkən, gömrük nəzarəti zamanı hüquq sahibinin əqli mülkiyyət obyektlərinə hüquqlarının qorunması üzrə tədbirlər həyata keçirirlər.

    2.2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (bundan sonra — DGK) gömrük nəzarəti məqsədi ilə müraciət edənlərin qanunvericliklə müəyyən olunmuş qaydada səlahiyyətli dövlət orqanları tərəfindən qeydiyyatdan keçi-rilmiş hüquqlarının müdafiəsi üçün tərkibində əqli mülkiyyət obyektləri olan malların reyestrini aparır.

    2.3. Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük nəzarəti məqsədi ilə aşağıdakılardan istifadə oluna bilər:

      hüquq sahibliyi və əqli mülkiyyət obyektlərinə mənsubiyyəti təsdiq edən sənədlərə dair məlumatlardan;
      üzərində əmtəə nişanı olan malların gömrük sərhədindən keçirilməsinə hüquqi səlahiyyəti olan şəxslər haqqında məlumatlardan;
      audiovizual sahədə müəlliflik və əlaqəli hüquq pozuntularını aşkar etmək məqsədi ilə metodiki təlimatlar, tədqiqat və
      ekspertizaların aparılmasına dair metodologiyalar üzrə vəsaitlərdən;
      mühafizə elementlərinin vizual surətdə tədqiqi və nəticələrin orijinalla (legitimliyi, nümunə ilə) eyniləşdirilməsi vasitəsindən;
      holoqrafik təsvirin aşkarlanması — difraksiya qəfəsi modulunun mikroskopik tədqiqinin aparılmasına imkan verən mikroskoplardan;
      audiovizual tədqiqat üçün audio, videoyazılışları həyata keçirən aparatlar, videopleyerlər, videomonitor, termoprinter, osilloqraf, kompüter, yazılış keyfiyyəti və eyniləşdirməni aparmağa imkan verən kompleks sistemdən;
      digər optiki ləvazimatlar, mini kartoçkalar, maqnit sistemi, biometrik kodlar sistemi, xüsusi mürəkkəb, mikroskopik yarlıklardan və s.

3. Gömrük orqanları tərəfindən əqli mülkiyyət hüquqlarının qorunması

    3.1. Əqli mülkiyyət sahibi və ya onun maraqlarını təmsil edən digər şəxs (bundan sonra — ərizəçi), əqli mülkiyyət obyektlərinə olan hüquqlarının pozulduğunu və ya pozula biləcəyini güman etməyə kifayət qədər əsaslar olduqda, kontrafakt malların buraxılışının dayandırılması xahişi ilə DGK-nə əqli mülkiyyət hüquqlarının müdafiəsi və əqli mülkiyyət obyekti olan malların reyestrə daxil edilməsi barədə ərizə ilə müraciət edir.

Müraciət edənlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyata alınmış müəlliflik hüququ, əlaqəli hüquqlar, sənaye mülkiyyəti obyektləri, digər əqli mülkiyyət obyektlərinin sahibləri və onların maraqlarını təmsil edən şəxslər olmalıdır.

4.Tərkibində əqli mülkiyyət obyekti olan malların reyestrə daxil edilməsi və ondan çıxarılması qaydası

    4.1 Azərbaycan Respublikası DGK-si tərəfindən əqli mülkiyyət hüquqlarının müdafiəsi məqsədilə tərkibində əqli mülkiyyət obyektləri olan malların reyestrə alınması üçün müvafiq qərar qəbul olunur.

    4.2. Ərizənin, lazımi məlumatların və sənədlərin DGK-nə təqdim olunması bu Qaydalarla müəyyən olunur.

    4.2.1. Əqli mülkiyyət hüquqlarının qorunması barədə ərizədə aşağıdakılar göstərilməlidir:
      hüquq sahibi haqqında məlumat;
      əqli mülkiyyət obyektinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüququn olması barədə məlumat;
      tərkibində əqli mülkiyyət obyekti olan malın təsviri;
      əqli mülkiyyət obyektlərinə olan hüquqların qorunması haqqında müraciət;
      malların kontrafakt olmasını aşkar etməyə imkan verən məlumatlar;
      malların kontrafakt olmadığı müəyyən edildiyi halda buraxılışın dayandırılması nəticəsində bəyannaməçiyə, yaxud digər şəxslərə vurulan zərərin, habelə gömrük orqanlarının xərclərinin ödənilməsinə dair ərizəçinin öhdəliyi.


Ərizəyə əqli mülkiyyət obyektinə olan hüququ təsdiq edən sənədlər (əsərin qeydiyyatı haqqında şəhadətnamə, patent, əqli mülkiyyət obyektinin qeydiyyatda olmasını təsdiq edən sənəd, lisenziya müqaviləsi, Azərbaycan Respublikasının əqli mülkiyyət qanunvericiliyinə uyğun olaraq digər sənədlər), zəruri hallarda isə hüquq sahibi tərəfindən onun maraqlarını qoruyan şəxsə verilmiş vəkalətnamə əlavə olunur.

Ərizə ilə birlikdə tərkibində əqli mülkiyyət obyekti olan malın və ya kontrafakt malın nümunələri də təqdim oluna bilər.

Azərbaycan Respublikasının DGK-də reyestrə alınmaq üçün verilən ərizədə tələb olunan zəruri sənədlərin və məlumatların siyahısı Qaydaların 1 nömrəli Əlavəsində göstərilmişdir.

4.3. Əqli mülkiyyət obyektlərinə olan hüquqların qorunmasına və reyestrə alınmasına dair verilmiş ərizəyə Azərbaycan Respublikasının DGK-si tərəfindən 1 ay müddətində baxılır.

Əlavə zəruri sənədlər və məlumatlar, nümunələr tələb olunarsa, ərizəyə baxılma müddəti göstərilənlərin təqdim olunduğu tarixdən hesablanır.

Əqli mülkiyyət obyekti olan malların reyestrə alınması haqqında qərar qəbul edildiyi gündən 5 gün ərzində həmin mallar tərkibində əqli mülkiyyət obyekti olan malların gömrük reyestrinə alınır.

4.4. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:
    əqli mülkiyyət obyektinin qeydiyyat nömrəsi;
    əqli mülkiyyət obyektinin adı (təsviri, şərhi);
    hüquq sahibi haqqında məlumatlar (hüquqi adı göstərilməklə təşkilatın adı və ya fiziki şəxsin adı, soyadı, atasının adı və poçt ünvanı);
    Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əqli mülkiyyət obyektinə hüququn olması barədə məlumat;
    əqli mülkiyyət obyektinin reyestrə alındığı tarix;
    əqli mülkiyyət obyektinə aid olan malların siyahısı (adı, XİF MN üzrə kodu);
    etibarnamə əsasında əqli mülkiyyət obyekti sahibinin maraqlarını təmsil edən şəxslər haqqında məlumatlar (təşkilati hüquqi forması göstərilməklə, təşkilatın adı və ya fiziki şəxsin adı, soyadı və atasının adı, yerləşdiyi poçt ünvanı, telefon, faks nömrəsi, elektron poçt ünvanı və s.);
    DGK-si tərəfindən reyestrə alınmış və gömrük orqanlarına göndərilmiş əqli mülkiyyət obyektləri barədə məktubun nömrəsi və tarixi.


4.5. Əqli mülkiyyət obyektlərinin reyestrə alınmasına dair qeydiyyat nömrəsi aşağıdakı qaydada formalaşdırılır:
    00000 /zzz-/ xx- GAİ
    00000 — əqli mülkiyyət obyektinə verilmiş 5 rəqəmli nömrə;
    zzz — əmrin nömrəsi;
    XX — əqli mülkiyyət obyektinin növü:
    MO — müəllif hüququnun obyekti; MN-mal (əmtəə) nişanı; MİY - malın istehsal olunduğu yerin adı;
    GAİ — reyestrə alınan, tərkibində əqli mülkiyyət obyekti olan malların qeydə alındığı gün, ay və ilin son rəqəmi;
    DOA - digər əqli mülkiyyət obyektinin adı.
.

4.6. Aşağıda sadalanan bir sıra hallarda əqli mülkiyyət obyektləri reyestrdən çıxarıla bilər:
    ərizəçinin yazılı müraciəti əsasında;
    ərizədə qeyd edilənlərin bu Qaydaların 4-cü bəndinin 4.2.1. yarımbəndinin tələblərinə uyğun olmadığı aşkar edildikdə;
    məhkəmə və ya digər səlahiyyətli dövlət orqanları tərəfindən reyestrə alınmış tərkibində əqli mülkiyyət obyekti olan malların hüquqi sahiblərinin həmin mallara olan hüquqlardan məhrum edildiyi və ya hüquqları məhdudlaşdırıldıqda;
    əqli mülkiyyət obyektinə dair hüquq sahibinin dəyişilməsi, lisenziya müqavilələrinin vaxtından əvvəl qüvvədən düşməsi zamanı
    məlumatların verilməməsi;
    əqli mülkiyyət obyektləri reyestrə alındığı zaman yanlış məlumatların verilməsi və ya bu cür məlumatların aşkar edildiyi zaman.


4.7. Azərbaycan Respublikasının DGK-si tərəfindən tərkibində əqli mülkiyyət obyektləri olan malların reyestrə alınması haqqında qəbul olunmuş qərar barədə müvafiq gömrük orqanlarına məlumat göndərilir.

Bu məlumatlarda aşağıdakılar bildirilir:
    hüquq sahibinin rekvizitləri;
    səlahiyyətli nümayəndəsi haqqında məlumatlar;
    əqli mülkiyyət obyektlərinin adı, material daşıyıcısı;
    nişanların qeydiyyatı üçün malların və xidmətlərin Beynəlxalq Təsnifatı üzrə qruplaşdırılmış siyahısı;
    ərizənin qeydiyyat nömrəsini, qeydiyyatın qüvvədə olma müddətini və s.

4.8. Gömrük orqanlarına göndərilən məlumatlar aşağıdakı digər məlumat və sənədlərlə də müşayiət oluna bilər:
    əqli mülkiyyət obyektlərinin eyniləşdirilməsinə imkan verən, leqal və kontrafakt malları bir-birindən fərqləndirən xarakterik xüsusiyyətlərinə dair əlavə məlumat və materiallar;
    əmtəə nişanının şərhi və qrafiki təsviri;
    qanuni və kontrafakt malların fərqləndirici xüsusiyyətləri;
    qanuni malların idxal olunduğu və gömrük rəsmiləşdirilməsinin aparıldığı yer;
    qanuni malları bəyan edənlər - bəyannaməçilər haqqında;
    qanuni malların keçirilməsində istifadə olunan nəqliyyat vasitəsinin növü haqqında;
    idxal olunan qanuni ya da kontrafakt malların istehsalçıları olan ölkələrin siyahısı və s.

5. Gömrük orqanları tərəfindən hüquqların qorunma müddəti


    5.1. Hüquq sahibinin hüquqlarının qorunma müddəti DGK-si tərəfindən obyektin reyestrə daxil olunması haqqında qərar qəbul olunduğu gündən etibarən, ərizəçinin göstərdiyi müddət nəzərə alınmaqla, 2 ilədək müəyyən olunur.

    5.2. Ərizəçi tərəfindən göstərilən müddət onun müraciəti əsasında uzadıla bilər.

    5.3. Hüquqların qorunması ilə əlaqədar tərkibində əqli mülkiyyət obyektləri olan malların reyestrə alındığı ümumi müddət, əqli mülkiyyət obyektlərinə olan hüququn qüvvədə olduğu müddətdən çox ola bilməz.

6. Tərkibində əqli mülkiyyət obyektləri olan malların buraxılışının dayandırılması


    6.1. Malların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti zamanı gömrük orqanları tərəfindən kontrafakt mallar olması əlamətləri müəyyən olunarsa, həmin malların buraxılışı 10 iş günü müddətində dayandırılır və gömrük orqanlarının tələbi ilə həmin mallar müvəqqəti saxlanc anbarında və ya gömrük orqanının müəyyən etdiyi digər yerlərdə (10 iş günü müddətində) yerləşdirilir.

    6.2. Malların buraxılışının 10 iş günü müddətində dayandırılması haqqında qərar gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəisi və ya onu əvəz edən şəxs tərəfindən qəbul olunur. Göstərilən müddət ərizəçinin müraciəti əsasında daha 20 iş günü müddətinə uzadıla bilər.

    6.3. Gömrük orqanı tərəfindən buraxılışın dayandırılması barədə qəbul edilmiş qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə bəyannaməçiyə və ərizəçiyə dərhal yazılı məlumat verilir, habelə bəyannaməçiyə ərizəçinin adı və ünvanı, ərizəçiyə isə bəyannaməçinin adı və ünvanı haqqında məlumat verilir.

    6.4. Dayandırılma müddətində gömrük orqanı öz təşəbbüsü ilə təmənnasız əsasda şübhə olunan malların kontrafakt mallar olduğunu müəyyən etmək məqsədi ilə ərizəçidən bununla əlaqədar əlavə məlumatları və müvafiq avadanlıqları ala bilər.

7.Vurulan zərərin əvəzinin və çəkilən xərclərin ödənilməsi


    7.1. Buraxılışın dayandırılması nəticəsində gömrük orqanlarına vurulan zərərin əvəzi və onlar tərəfindən çəkilən xərclər malların kontrafaktlığı müəyyən edildiyi halda bəyannaməçi, əks halda isə ərizəçi tərəfindən ödənilir.

    7.2. Əqli mülkiyyət hüquqlarının müdafiəsi haqqında müraciət ərizəsi ilə birlikdə gömrük orqanları tərəfindən çəkilən xərcin ödənilməsi və malların əsassız dayandırılması nəticəsində dəyən zərərin və zədənin əvəzinin idxalçılara, yük alana, ixracatçıya və ya mal sahibinə ödənişi ilə əlaqədar ərizəçi tərəfindən zəmanət öhdəliyi təqdim olunur.

    7.3. Gömrük orqanları buraxılışın dayandırılması haqqında məlumatı aldığı gündən etibarən ərizəçidən 5 iş günü müddətində dəyən zərər və çəkilən xərclərin müəyyən olunmuş qaydada kompensasiya olunmasına dair öhdəliyin təmin olunmasını tələb etmək hüququna malikdir.

    7.4. Dəyən zərərin və xərclərin ödənilməsi, gömrük işi sahəsində qüvvədə olan normativ hüquqi sənədlərdə müəyyən olunmuş qaydada həyata keçirilir.

8. Məlumatların verilməsi. Prob və nümunələrin götürülməsi



    8.1. Gömrük orqanı ərizəçiyə və bəyannaməçiyə buraxılışın dayandırılması haqqında qərar qəbul olunmuş malların kontrafakt olub-olmamasının müəyyən edilməsi üçün lazım olan məlumatları verir.

    8.2. Ərizəçi və ya bəyannaməçi tərəfindən alınmış məlumatlar Gömrük Məcəlləsinin tələblərinə (maddə 16) və Qaydaların bu bəndinə müvafiq olaraq konfidensial xarakter daşıyır, onlar yayılmamalı və üçüncü şəxsə, habelə qanunvericilikdə istisna olunan hallar nəzərə alınmaqla, dövlət orqanlarına verilməməlidir.

    8.3. Gömrük orqanlarının icazəsi ilə ərizəçi, bəyannaməçi və ya onların səlahiyyətli nümayəndəsi buraxılışı dayandırılmış mallardan qanunvericiliyin tələblərinə uyğun olaraq gömrük nəzarəti altında prob və nümunələr götürə bilər və götürülmüş nümunələrin tədqiqatını (eksper-tizasını) apara bilər.


9. Buraxılışın dayandırılması haqqında qəbul edilmiş qərarın ləğv edilməsi


    9.1. Buraxılışın dayandırılması qərarı onun qüvvədə olduğu müddət ərzində aşağıdakı hallarda ləğv oluna bilər:

    9.1.1. Əgər ərizəçi buraxılışın dayandırılmasına dair barəsində qərar vermiş gömrük orqanına həmin qərarın ləğv olunması barədə müraciət edərsə;

    9.1.2. Tərkibində əqli mülkiyyət obyekti olan mallar reyestrdən çıxarıldıqda;

    9.1.3. Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq səlahiyyətli orqan tərəfindən malların götürülməsi, onlara həbs qoyulması və ya onların müsadirəsi haqqında qərar daxil olmadıqda.

    9.2. Buraxılışın dayandırılması haqqında qərar, bu qərarı qəbul etmiş gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən ləğv edilir.

    9.3. Buraxılışın dayandırılması haqqında ləğvetmə qərarı qəbul olunmuş mallar isə müvafiq qaydada gömrük rəsmiləşdirilməsi aparılmaqla, onların buraxılışı təmin olunur.

    9.4. Malların buraxılışının dayandırılması haqqında qərarın ləğv edilməsi və malların buraxılması hüquq sahibinin, onun əqli mülkiyyət obyektlərinə olan hüquqlarının qorunması ilə bağlı digər səlahiyyətli dövlət orqanlarına hüquqlarının qorunmasının təmin olunması haqqında müraciətinə mane olmur.

    9.5. Qanunvericiliklə müəyyən olunmuş qaydada kontrafakt mallar məhv edilir və ya onlar üzərində müəyyən tədbirlərin tətbiqinə sərəncam verilir.


10. Tərkibində əqli mülkiyyət obyektləri olan mallara nəzarət üzrə gömrük orqanlarının əlavə səlahiyyətləri

    10.1. Gömrük orqanları reyestrə alınmamış, eləcə də hüquq sahibi tərəfindən ərizədə göstərilməmiş tərkibində əqli mülkiyyət obyektləri olan malların kontrafaktlığı haqqında kifayət qədər əsas olduqda, mövcud qanunvericilikdə müəyyən olunmuş qaydada onların buraxılışını dayandıra, onları götürə, habelə bu mallara münasibətdə digər tədbirləri həyata keçirə bilərlər.

    10.2. Gömrük orqanları hüquq sahibindən malların kontrafakt olmasını təsdiq etmək üçün lazım olan məlumatları tələb edə bilər.

    Bu bəndin tələblərinə uyğun olaraq malların buraxılışının dayandırılması zamanı gömrük orqanları bir iş günündən gec olmayaraq, hüquq sahibini və bəyannaməçini məlumatlandırmalıdırlar.

    10.3. Bağlanmış Sazişlər (müqavilələr) əsasında müvafiq dövlətlərin gömrük xidmətləri ilə razılaşdırılmaqla, Tərəflərin gömrük orqanları öz səlahiyyətləri daxilində qeydiyyata alınmış malların tərkibindəki əqli mülkiyyət obyektlərinə olan hüquqlarını müdafiə edə bilərlər.

    10.4. Gömrük orqanları sərhədyanı tədbirlərin həyata keçirilməsində texniki nəzarət vasitələri dəstindən, habelə ekspertlərin, mütəxəssislərin xidmətindən istifadə etməyə səlahiyyətlidirlər.


11. Tərkibində əqli mülkiyyət obyektləri olan istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara gömrük nəzarətinin xüsusiyyətləri

    11.1. Bu Qaydalarda nəzərdə tutulan müddəalar tərkibində əqli mülkiyyət obyektləri olan və fiziki şəxslər tərəfindən, yaxud "tranzit" gömrük rejiminə uyğun olaraq sərhəddən keçirilən, beynəlxalq poçt göndərişləri ilə göndərilən, hüquq sahibinin razılığı əsasında dövriyyəyə buraxılmış, istehsal və digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan və hüquq sahibinin özü tərəfindən qanuni əsaslarla gömrük sərhədindən keçirilən mallara tətbiq olunmur.


12. Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük rəsmiləşdirilməsinin xüsusiyyətləri


    12.1. Reyestrə alınmış tərkibində əqli mülkiyyət obyekti olan mallar bəyannaməçinin arzusu ilə başqa mallardan ayrıca yük gömrük bəyannaməsində (YGB), yaxud YGB-nin əsas vərəqinə edilmiş əlavə vərəqdə göstərilməklə bəyan edilir.

    12.2. DGK-si Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq tərkibində əqli mülkiyyət obyekti olan malların ayrı-ayrı növlərinin bəyan edilməsinin xüsusiyyətlərini müəyyən edə bilər.

    12.3. Buraxılışı dayandırılmış mallar barədə YGB-nin əsas və ya əlavə vərəqlərdə "Buraxılışı dayandırılmışdır" qeydiyyatı aparılır, buraxılışın dayandırılması barədə qərarın tarixi göstərilir, malların buraxılışına dair gömrük orqanının məsul əməkdaşı tərəfindən imza qoyulur və şəxsi nömrəli möhürlə təsdiqlənir.

    12.4. Kontrafakt mallar barədə buraxılışın dayandırılması haqqında qərar qəbul edilməsinə baxmayaraq, bir bəyannamə ilə rəsmiləşdirilmiş digər malların buraxılışı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

    Bu zaman YGB-nin əsas vərəqinin "D" nəzarət qrafasında malların buraxılışını təsdiq edən buraxılış ştampı vurulur və burada əlavə vərəqlərdən hər hansı birində göstərilmiş kontrafakt malların istisna edilməsi barədə qeydiyyat aparılır.

    12.5. Buraxılışı dayandırılmış mallara dair qəbul edilmiş qərarın müddəti uzadıldığı təqdirdə YGB-nin nəzarət qrafasında buraxılışın dayandırılması müddətinin uzadılması tarixi göstərilməklə, "Buraxılışı uzadılmışdır_____tarixədək" qeydiyyatı aparılır. Qeydiyyat gömrük rəsmiləşdirilməsini aparan gömrük əməkdaşı tərəfindən tarix və imza qeyd edilməklə şəxsi nömrəli möhürlə təsdiqlənir.


13. Qaydaların müddəalarının pozulmasına görə məsuliyyət

    13.1. Bu Qaydaların müddəalarının tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər, o cümlədən gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.


«Azərbaycan Respublikasının gömrük sərhədindən tərkibində əqli mülkiyyət obyektləri olan malların keçirilməsi zamanı gömrük nəzarətinin aparılması Qaydaları»na 1 nömrəli Əlavə

Ərizə ilə birlikdə gömrük orqanına aşağıdakı məlumatlar təqdim olunur:
    qanuni istehsalçılar və ixracatçılar haqqında məlumat (rekvizitlər);
    leqal məhsulun aparıldığı və gömrük rəsmiləşdirilməsinin həyata keçirildiyi yer haqqında məlumat (gömrük orqanı, gömrük postu, gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti şöbələri, gömrük anbarı, müvəqqəti saxlanc anbarı);
    qanuni istehsal edilmiş məhsulları bəyan edən şəxsin rekvizitləri;
    kontrafakt məhsulların idxalçıları və istehsalçıları, ixracatçıları haqqında məlumat;
    kontrafakt məhsulların əsas mal dövriyyəsi haqqında məlumat (istehsal yeri, istifadə olunan yer, daşınma marşrutu və nəqliyyat növləri, Azərbaycan Respublikasına idxal olunduğu, gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və s.);
    qanuni istehsal edilmiş məhsul haqqında məlumat (müfəssəl təsviri, fərqləndirici xüsusiyyətləri, istehsal və satış qiyməti, gömrük dəyəri və s.);
    qanuni istehsal edilmiş və kontrafakt məhsulların nümunələri (zəruri hallarda);


Müəllif hüquqları obyektlərinə aid:
    əsərin forması (yazılı, səsli və ya videoyazı, təsviri və s);
    əsərin növü (bədii, elektron hesablama maşınları (EHM) üçün proqram, musiqili, audiovizual, rəssamlıq, heykəltaraşlıq, qrafika, dizayn, fotoşəkil və s.);
    bəyan olunan hər bir obyektin adı;
    bəyan olunan hər bir obyektin təsviri (zəruri hallarda);
    hüququn olmasını təsdiq edən sənədlər haqqında məlumatlar;
    hüququn digər şəxslərə verilməsi, yaxud keçməsi haqqında məlumatlar;
    bilavasitə hüquq sahibi və ya onun razılığı ilə tərkibində müəlliflik hüququ olan malların Azərbaycan Respublikasının ərazisində
    dövriyyəyə buraxılmasını təsdiq edən sənədlər haqqında məlumatlar;
    kompüter proqramı və ya məlumat bazasının adı və növü;
    kompüter proqramının və ya məlumat bazasının hüquq sahibinin adı;
    hüquqların olmasını təsdiq edən sənədlər və kompüter proqramını, yaxud məlumat bazasını eyniləşdirməyə imkan verən materiallar haqqında məlumatlar;
    kompüter proqramı və ya məlumat bazasının yaranma tarixi və yeri;
    kompüter proqramının proqramlaşdırma dili haqqında məlumat da daxil olmaqla texniki xarakteristikası və proqramın surəti köçürülmüş maddi daşıyıcının təsviri (zəruri hallarda);
    kompüter videooyunları (audiovizual əsərlər və s.) daxil edilmişdirsə, həmin materiallar və onların hüquq sahibləri barədə məlumatlar.


Əlaqəli hüquqlar obyektlərinə aid:
    əsərin forması (səsyazma, videoyazı və s.)
    bəyan olunan hər bir malın adı;
    bəyan olunan hər bir malın təsviri;
    hüquqların olmasını təsdiq edən sənədlər haqqında məlumatlar;
    hüququn digər şəxslərə verilməsi haqqında məlumatlar;
    bilavasitə hüquq sahibi və ya onun razılığı ilə tərkibində əlaqəli hüquqların obyektləri olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılmasını təsdiq edən sənədlər haqqında məlumatlar.


Folklor nümunələrinə aid:
    folklor nümunəsinin adı və istifadə üsulu;
    folklor nümunəsinin növü;
    folklor nümunəsinin mənbəyi;
    folklor nümunəsinin yarandığı yerin coğrafi adı və hər hansı xalqa mənsub olması barədə məlumat (təhrif olunmamaq şərti ilə);
    folklor nümunəsindən istifadə formaları (ənənəvi, adi, ənənəvi və adi olmayan, kommersiya məqsədi ilə istifadə);
    folklor nümunəsinin köçürüldüyü maddi daşıyıcının təsviri (zəruri hallarda).
İnteqral sxem topologiyalarına aid:
    inteqral sxem topologiyasının adı;
    müstəsna hüquq sahibinin adı;
    inteqral sxem topologiyasının qeydiyyat tarixi;
    inteqral sxem topologiyasının istifadə olunduğu ilk tarix və yer.
Xüsusi qorunma hüququ ilə qorunan məlumat toplularına aid:
    xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusunun adı;
    məlumat toplusunun istehsalçısı və ya hüquq sahibi barədə məlumatlar;
    dövlət ehtiyacları üçün yaradıldığı halda məlumat toplusunun sifarişçisi, istehsalçısı və bu cür toplulara hüquq sahibliyini təsdiq edən sənədlər barədə məlumatlar;
    təqdim edilmiş məlumat toplusunun köçürüldüyü maddi daşıyıcının təsviri (zəruri hallarda)
Sənaye mülkiyyəti obyektlərinə aid:
    əmtəə nişanlarının nümunələri;
    əmtəə nişanlarının təsviri;
    qeydiyyata alınmış əmtəə nişanlarına aid malların (əmtəələrin) və ya xidmətlərin siyahısı;
    Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə uyğun olaraq əmtəə nişanlarının qeydiyyata alınmasını təsdiq edən sənədlər;
    müqavilə əsasında əmtəə nişanına dair hüquqların verilməsini təsdiq edən məlumatlar;
    lisenziya müqavilələri və lisenziya almış şəxslər barədə məlumatlar;
    əmtəə nişanına dair şəhadətnamə (əmtəə nişanları dövlət reyestrindən çıxarış);
    əmtəə nişanı sahibinin nümayəndəsinə verilən vəkalətnamə;
    üzərində əmtəə nişanı olan malların gömrük sərhədindən keçirilməsinə hüquqi səlahiyyəti olan şəxslər haqqında məlumat (tam adı, ünvanı, eyniləşdirmə kodu və s.);
    digər sənaye mülkiyyət obyektlərinə aid olan məlumatlar.
Malların mənşə yerlərinin adları (coğrafi göstəriciləri) haqqında:
    malın mənşə yerinin adı;
    mənşə yeri qeydiyyata alınmış (malların və xidmətlərin beynəlxalq təsnifatına uyğun adları göstərilməklə) malların və xidmətlərin siyahısı;
    Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə uyğun olaraq malın mənşə yerinin qeydiyyata alınmasını və mənşə yerinin adından istifadə etmək hüququnu təsdiq edən sənədlər haqqında məlumatlar;
    bilavasitə hüquq sahibi və ya onun razılığı əsasında üzərində mənşə yerinin adını əks etdirən malların Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılmasını təsdiq edən sənədlər haqqında məlumatlar.


© VneshExpertService
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb