Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli, 311-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 6, maddə 447; 1999-cu il, 10, maddə 570; 2000-ci il, 12, maddə 835; 2001-ci il, 11, maddələr 676, 686, 695, 12, maddə 736; 2002-ci il, 1, maddə 4, 8, maddə 463; 2003-cü il, 1, maddələr 3, 16, 23; 2004-cü il, 2, maddə 57, 3, maddə 133, 6, maddə 400, 7, maddə 505) 410-cu maddəsinin birinci hissəsindən xalq sözü çıxarılsın.

II. Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 9, maddə 565; 2000-ci il, 12, maddə 833) 8-ci maddəsinin ikinci hissəsinin dördüncü abzasında İqtisad Məhkəməsi sözləri apellyasiya məhkəmələri sözləri ilə əvəz edilsin.

III. Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli, 690-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Hakimlərin xüsusi geyimi haqqında Əsasnamənin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, 7, maddə 402) 1-ci maddəsində Ali Məhkəməsi və İqtisad Məhkəməsi və İqtisad Məhkəməsinin sədri sözləri müvafiq olaraq Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin və apellyasiya məhkəmələrinin sədrləri sözləri ilə əvəz edilsin.

IV. Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli, 691-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamənin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, 7, maddə 403) 1-ci və 4-cü maddələrində İqtisad Məhkəməsi sözləri apellyasiya məhkəmələri sözləri ilə əvəz edilsin.

V. Prokurorluq haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, 12, maddə 688; 2000-ci il, 7, maddə 494; 2002-ci il, 8, maddə 464; 2004-cü il, 1, maddə 10, 2, maddə 57, 3, maddə 133, 4, maddə 202) 10-cu maddəsinin üçüncü hissəsinin on altıncı abzasında hakimlərin həbs edilməsinə dair qərar verilməsi üçün müvafiq məhkəməyə müraciət edir, sözləri hakimlər barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi üçün Məhkəmə-Hüquq Şurasına təqdimat verir, sözləri ilə əvəz edilsin.

VI. Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 3, maddə 125) 10.4.4-cü maddəsi aşağıdakı redaksiyada verilsin:

  10.4.4. Hakimlər bu qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan intizam tənbehinin tətbiqi məsələsinə baxılması üçün bu barədə Məhkəmə-Hüquq Şurasına məlumat verir..

VII. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 1 sentyabr 2005-ci il
982-IIQD

Azərbaycan qəzetində dərc edilmişdir (25 oktyabr 2005-ci il, 247) (VneshExpertService)
VneshExpertService
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
     2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb