Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Qrup 12. Yağlı toxum və meyvələr; digər toxum, meyvələr və taxıl; dərman bitkiləri və texniki məqsədlər üçün bitkilər; saman və yem

Qeydlər:

1. 1207 mal mövqeyinə, inter alia, palma qozları və ləpələri, çiyid, gənəgərçək, küncüt, xardal, xaşxaş toxumları və şi qozu (karite qozu) daxil edilir. Bu mal mövqeyinə 0801 və ya 0802 mal mövqelərindəki mallar və ya zeytunlar (qrup 07 və ya 20) daxil deyil.

2. 1208 mal mövqeyinə nəinki yağsızlaşdırılmamış qaba və narın üyüdülmüş un, həmçinin qaba və narın üyüdülmüş və qismən yağsızlaşdırılmış, yağsızlaşdırılmış və çıxardılmış yağın sonradan əlavə olunması ilə yağ tərkibi qismən və ya tam bərpa olunmuş qaba və narın üyüdülmüş un da daxildir. Bu mal mövqeyinə 2304-2306 mal mövqelərindəki tullantılar daxil edilmir.

3. 1209 mal mövqeyinə çuğundurun, otların, bağ güllərinin, tərəvəzlərin, meşə və bar ağaclarının, çöl noxudunun müxtəlif növləri ((Vicia faba növündən başqa) və ya acıpaxlanın əkin üçün nəzərdə tutulmuş toxumları daxil edilir.

Lakin aşağıdakı məhsullar 1209 mal mövqeyinə daxil edilmir (əkin üçün nəzərdə tutulsa belə):

a) paxlalı tərəvəz bitkilər və ya şəkər qarğıdalısı (qrup 07);

b) ədviyyatlar və ya 09-cu qrupun digər məhsulları;

v) taxıllar (qrup 10); və ya

q) 1201-1207 və ya 1211 mal mövqelərindəki məhsullar.

4. 1211 mal mövqeyinə, inter alia, aşağıdakı bitkilər və ya onların hissələri daxil olunur: reyhan, xiyar otu, jen-şen, issop, biyan, nanənin bütün növləri, rozmarin, sədəfotu, şalfey və acı yovşan.

1211 mal mövqeyinə aşağıdakılar daxil edilmir:

a) 30-cu qrupun dərman vasitələri;

b) 33-cü qrupun ətriyyat, kosmetika və ya tualet vasitələri; və ya

v) 3808 mal mövqeyindəki insektisidlər, funqisidlər, herbisidlər, dezinfeksiya edici vasitələr və ya analoji məhsullar.

5. 1212 mal mövqeyindəki «dəniz və digər yosunlar» termini aşağıdakılara aid edilmir:

a) 2102 mal mövqeyindəki ölü birhüceyrəli mikroorqanizmlərə;

b) 3002 mal mövqeyindəki mikroorqanizmlərin kulturalarına; və ya

v) 3101 və 3105 mal mövqelərindəki gübrələrə.

Yarımmövqelərə dair qeydlər:

1. 1205 10 mal mövqeyindəki « raps, və ya kolza toxumu, aşağı eruk turşusu tərkibli» termini tərkibində 2 kütlə %-dən az eruk turşusu və 30 mkmol/q qryukozinolat tərkibli bərk komponent olan, buxarlanmayan yağ verən raps (kolza) toxumlarını bildirir.

XİF ƏN-ın kodu

Mal mövqelərinin adları

Əlavə ölçü vahidi

Tarif dərəcəsi (Gömrük dəyərinə %-lə və ya ölçü vahidinə görə ABŞ dol. ilə)

 1201 00  Soya paxlalı bitkiləri, xırdalanmış və ya xırdalanmamış:    
 1201 00 100 0  - əkin üçün  -  0.5
 1201 00 900 0  - digərləri  -  3
 1202  Yer fıstığı , qovrulmamış və hər hansı başqa üsulla hazırlanmamış, qabığı təmizlənmiş və ya təmizlənməmiş, xırdalanmış və ya xırdalanmamış:    
 1202 10  - qabığı təmizlənmiş:    
 1202 10 100 0  -- əkin üçün  -  10
 1202 10 900 0  -- digəri  -  10
 1202 20 000 0  - təmizlənmiş, xırdalanmış və ya xırdalanmamış  -  10
 1203 00 000 0  Kopra  -  10
 1204 00  Kətan toxumu, doğranmış və ya doğranmamış:    
 1204 00 100 0  - əkin üçün  -  3
 1204 00 900 0  - digərləri  -  3
 1205  Raps toxumu (Kolza), doğranmış və ya doğranmamış:    
 1205 10  -tərkibində az miqdarda eruk turşusu olan raps toxumu:    
 1205 10 100 0  -- əkin üçün  -  0.5
 1205 10 900 0  -- digərləri  -  3
 1205 90 000 0  - digərləri  -  3
 1206 00   Günəbaxan toxumu, doğranmış və ya doğranmamış:    
 1206 00 100 0  - əkin üçün  -  0.5
   - digərləri:    
 1206 00 910 0  -- qabığı təmizlənmiş; boz rəngli və ağ zolaqlı toxum qabığında  -  15
 1206 00 990 0  -- digərləri  -  15
 1207  Digər yağlı bitkilərin toxumları və meyvələri, doğranmış və ya doğranmamış:    
 1207 10  - palma qozları və ləpələri:    
 1207 10 100 0  -- əkin üçün  -  0.5
 1207 10 900 0  -- digərləri  -  3
 1207 20  - pambıq toxumu (çiyidi):    
 1207 20 100 0  -- əkin üçün  -  0.5
 1207 20 900 0  -- digərləri  -  3
 1207 30  - gənəgərçək toxumu:    
 1207 30 100 0  -- əkin üçün  -  0.5
 1207 30 900 0  -- digərləri  -  3
 1207 40  - küncüt toxumu:    
 1207 40 100 0  -- əkin üçün  -  0.5
 1207 40 900 0  -- digərləri  -  3
 1207 50  - xardal toxumu:    
 1207 50 100 0  -- əkin üçün  -  0.5
 1207 50 900 0  -- digərləri  -  3
 1207 60  - saflor toxumu:    
 1207 60 100 0  -- əkin üçün  -  0.5
 1207 60 900 0  -- digərləri  -  3
   - digərləri:    
 1207 91  -- xaşxaş toxumu:    
 1207 91 100 0  --- əkin üçün  -  0.5
 1207 91 900 0  --- digərləri  -  3
 1207 99  -- digərləri:    
 1207 99 200 0  --- əkin üçün  -  0.5
   --- digərləri:    
 1207 99 910 0  ---- çətənə toxumu  -  3
 1207 99 980 0  ---- digərləri  -  3
 1208  Yağlı bitkilərin toxum və meyvələrindən, xardal toxumlarından başqa, hazırlanan narın və qaba üyütmə un:    
 1208 10 000 0  - soya paxlalarından  -  3
 1208 90 000 0  - digəri  -  3
 1209  Əkin üçün toxumlar, meyvələr və sporlar:    
 1209 10 000 0  - şəkər çuğunduru toxumu  -  0.5
   - yem bitkilərinin toxumları:    
 1209 21 000 0  -- qarayonca toxumu  -  0.5
 1209 22  -- üçyarpaq yonca toxumu (Trifolium spp):    
 1209 22 100 0  --- qırmızı üçyarpaq yoncanın (Trifolium pratense L.)  -  3
 1209 22 800 0  --- digərləri  -  3
 1209 23  -- cır yulafın toxumu:    
 1209 23 110 0  --- çəmən cır yulafın (Festuca pratensis Huds)  -  0.5
 1209 23 150 0  --- qırmızı cır yulafın (Festuca rubra L.)  -  0.5
 1209 23 800 0  --- digərləri  -  0.5
 1209 24 000 0  -- çəmən qırtıcının toxumları (Poa pratensis L.)  -  0.5
 1209 25  -- dəlicə buğdanın (rayqrasın) toxumları (Lolium multiflorum Lam., Lolium perenne L.):    
 1209 25 100 0  --- italiya dəlicə buğdasının (rayqrasın) (vestervold rayqras toxumu daxil olmaqla) (Lolium multiflorum Lam.)  -  0.5
 1209 25 900 0  --- otlaq dəlicə buğdanın (Lolium perenne L.)  -  0.5
 1209 26 000 0  -- çəmən pişikquyruğunun toxumları  -  0.5
 1209 29  -- digərlərin:    
 1209 29 100 0  --- çölnoxudu toxumları; Poa növlü bitkilərin toxumları (Poa palustris L., Poa trivialis L.); Dactylis glomerata L. toxumları; çölbuğdası toxumları (Agrostis)  -  0.5
 1209 29 500 0  --- acıpaxla toxumu  -  0.5
 1209 29 600 0  --- çuğundur toxumu (şəkər çuğundur toxumundan başqa)  -  0.5
 1209 29 800 0  --- digərləri  -  3
 1209 30 000 0  - əsasən çiçəklərin alınması üçün becərilən ot bitkilərinin toxumları  -  3
   - digərləri:    
 1209 91  -- tərəvəz bitkilərinin toxumları:    
 1209 91 100 0  --- kolrabi (daşkələm) toxumu (Brassica oleracea L var caulorapa və gongylodes L)  -  0.5
 1209 91 900 0  --- digəri  -  3
 1209 99  -- digərləri:    
 1209 99 10  --- meşə ağaclarının toxumları:    
 1209 99 101 0  ---- Qafkaz ağ şamının (Abies nordmanniana(stev.) Spach)  -  0.5
 1209 99 109 0  ---- digərləri  -  3
   --- digərləri:    
 1209 99 910 0  ---- əsasən çiçəklərin alınması üçün becərilən bitkilərin toxumları, 1209 30 000 0 alt yarımmövqeyində adları çəkilənlərdən başqa  -  0.5
 1209 99 990 0  ---- digərləri  -  3
 1210  Mayaotu qozaları, təzə və ya qurudulmuş, xırdalanmış və ya xırdalanmamış, tozaoxşar şəkildə və ya qranullar (dənəvərlər) halında; lupulin:    
 1210 10 000 0  - mayaotu qozaları, xırdalanmış, tozaoxşar olmayan şəkildə və ya qranula(dənə) formasında olmayan  -  3
 1210 20  - xırdalanmış mayaotu qozaları, tozaoxşar şəkildə və ya qranula(dənə) formasında; lupulin:    
 1210 20 100 0  -- xırdalanmış mayaotu qozaları, tozaoxşar şəkildə və ya qranula(dənə) formasında, yüksək lupulin tərkibli; lupulin  -  3
 1210 20 900 0  -- digərləri  -  3
 1211  Ətriyyat, əczaçılıq, insektisid, funqisid və analoji məqsədlər üçün istifadə edilən bitkilər və onların hissələri (toxumlar və meyvələr daxil olmaqla), təzə və ya qurudulmuş, bütöv və ya xırdalanmış, doğranmış və ya döyülmüş:    
 1211 10 000 0  - biyan kökləri  -  15
 1211 20 000 0  - jenşen kökləri  -  3
 1211 30 000 0  - koka yarpağı  -  3
 1211 40 000 0  - xaş-xaş çöpü  -  3
 1211 90  - digərləri:    
 1211 90 300 0  -- tonka paxlası (ingilis paxlası)  -  3
 1211 90 700 0  -- qaraqınıq (çöl mərzəsi) (Opiganum vulgare) (budaqları, gövdəsi və yarpaqları)  -  3
 1211 90 750 0  -- aptek şalfeyi (Salvia officinalis) (yarpaqları və çiçəkləri)  -  0.5
 1211 90 980 0  -- digərləri  -  3
 1212  Rojkovo(keçibuynuzu) ağacının meyvələri, dəniz və digər yosunlar, şəkər çuğunduru və şəkər qamışı, təzə, soyudulmuş, dondurulmuş və ya qurudulmuş, doğranmış və ya doğranmamış, meyvələrin çəyirdəkləri və içləri, əsasən qida kimi istifadə edilən, bitki mənşəli digər məhsullar («Cichorium intybus sativum» növlü kasnının qovrulmamış kökləri daxil olmaqla), başqa yerdə adı çəkilməyən;    
 1212 10  - keçibuynuzu ağacının meyvələri, toxumları daxil olmaqla:    
 1212 10 100 0  -- keçibuynuzu ağacının meyvələri  -  3
   -- keçibuynuzu ağacının toxumları:    
 1212 10 910 0  --- təmizlənməmiş, doğranmamış və ya döyülməmiş  -  3
 1212 10 990 0  --- digərləri  -  3
 1212 20 000 0  - dəniz yosunları və digər yosunlar  -  3
 1212 30 000 0  - ərik, şaftalı (nektarin daxil olmaqla) və ya gavalı çəyirdəkləri və özəkləri (içi)  -  3
   - digərləri:    
 1212 91  -- şəkər çuğunduru:    
 1212 91 200 0  --- qurudulmuş, xırdalanmış və ya xırdalanmamış  -  15
 1212 91 800 0  --- digəri  -  15
 1212 99  -- digərləri:    
 1212 99 200 0  --- şəkər qamışı  -  15
 1212 99 800 0  --- digərləri  -  15
 1213 00 000 0  Dənli bitkilərin küləş və püfəsi, emal olunmamış, xırdalanmış və ya xırdalanmamış, döyülmüş və ya döyülməmiş, preslənmiş və ya qranul (dənəvər) formasında  -  15
 1214  Şalğam, yem çuğunduru (manqold), yem meyvəkökləri, ot, qarayonca, yonca(üçyarpaq), qəpikotu, yem kələmi, acı paxla, çölnoxudu və analoji yem məhsulları, dənəvərləşdirilmiş və ya dənəvərləşdirilməmiş:    
 1214 10 000 0  - qarayoncadan hazırlanmış qaba un və dənəvərlər (qranullar)  -  3
 1214 90  - digərləri:    
 1214 90 100 0  -- yem çuğunduru (manqold), şalğam və digər yem meyvəkökləri  -  3
   -- digərləri:    
 1214 90 910 0  --- dənəvərlər (qranullar) formasında  -  3
 1214 90 990 0  --- digərləri  -  3

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb