Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Bölmə IV. Hazır ərzaq məhsulları; spirtli və spirtsiz içkilər və sirkə; tütün və tütün əvəzediciləri

Qeyd:

1. Bu bölmədə qranullar (dənəvərlər) termini bilavasitə presləşmə, yaxud 3 kütlə %-dən çox olmayan nisbətə birləşdirici maddə əlavə etməklə aqlomerasiya olunmuş məhsulları bildirir.

Qrup 16. Ətdən, balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından alınan hazır məhsullar

Qeydlər:

1. Bu qrupa 02 və ya 03 qruplarında və ya 0504 mal mövqeyində göstərilən üsullarla hazırlanmış və ya konservləşdirilmiş ət, ət məhsulları, balıq, xərçəngkimilər, molyusklar və digər su onurğasızları daxil edilmir.

2. Bu qrupa hazır məhsullar daxil edilir, bir şərtlə ki, onların tərkibində 20 kütlə %-dən çox kolbasa, ət, ət məhsulları, qan, balıq və ya xərçəngkimilər, molyusklar və ya digər su onurğasızları və ya bu məhsulların istənilən kombinasiyası daxil olsun. Əgər hazır məhsulların tərkibinə yuxarıda sadalanan komponentlərin iki və ya daha artığı daxildirsə, onlar 16-cı bölmənin mal mövqelərinə çəkisi artıq olan komponentə və ya komponentlərə görə daxil edilir. Bu qayda 1902 mal mövqeyinin içli məhsullarına və ya 2103 və ya 2104 mal mövqelərinin hazır məhsullarına şamil edilmir.

Yarımmövqelərə dair qeydlər:

1. 1602 10 yarımmövqeyindəki homogenləşdirilmiş hazır məhsullar termini ətdən, ət məhsullarından və ya qandan hazırlanmış, xırda doğranmış, uşaq qidası və ya dietik qida kimi pərakəndə satış üçün netto çəkisi 250q-dan artıq olmayan qutulara qablaşdırılmış məhsulları bildirir. Bu zaman hazır məhsullara konservant, ədviyyat kimi və ya başqa məqsədlərlə kiçik miqdarda əlavə olunmuş hər hansı bir inqrediyent nəzərə alınmır. Bu məhsulların tərkibində gözlə görünən, kiçik miqdarda ət və ya ət məhsullarının tikələri ola bilər. 1602 mal mövqeyində 1602 10 yarımmövqeyi birinci dərəcəlidir.

2. 1604 və 1605 mal mövqelərindəki balıq və xərçəngkimilər öz adi adları ilə təsnif olunub və 03-cü qrupda eyni adla adlandırılmış balıq və xərçəngkimilər növlərinin eynidirlər.

Əlavə qeydlər:

1. 1602 31 110 0, 1602 32 110 0, 1602 39 210 0, 1602 50 100 0, 1602 90 610 0, 1602 90 720 0 və 1602 90 740 0 alt yarımmövqelərindəki çiy termini o məhsullara tətbiq edilməlidir ki, onlar termik emal olunmamış olsun, və ya bütün məhsulda ət proteinlərinin yığılması üçün kifayət etməyən termik emala məruz qalmış olsun, necə ki, 1602 50 100 0, 1602 90 610 0, 1602 90 720 0 və 1602 90 740 0 alt yarımmövqelərində məhsul ən qalın hissəsindən keçən xətt boyunca kəsildikdə kəsiyin səthində çəhrayı maye izləri aşkar olunur.

2. 1602 41 100 0, 1602 42 100 0 və 1602 49 110 0 -1602 49 150 0 alt yarımmövqelərindəki onların parçaları (kəsiklər) termini yalnız hazır və konservləşdirilmiş ətə aid edilir ki, onlar ölçülərinə və əzələ toxumalarının xüsusiyyətlərinə görə ev donuzlarının bud, kürək, file və ya boyun hissələrindən kəsildiyi aydın olsun.

XİF ƏN-ın kodu

Mal mövqelərinin adları

Əlavə ölçü vahidi

Tarif dərəcəsi (Gömrük dəyərinə %-lə və ya ölçü vahidinə görə ABŞ dol. ilə)

 1601 00  Ətdən, əlavə ət məhsullarından və ya qandan hazırlanan kolbasalar və analoji məhsullar; onların əsasında hazırlanan hazır qida məhsulları:    
 1601 00 100 0  - qara ciyərdən hazırlananlar  -  15
   - digərləri:    
 1601 00 910 0  -- kolbasalar, quru və ya pastayaoxşar, çiy  -  15
 1601 00 990 0  -- digərləri  -  15
 1602  Ətdən, əlavə ət məhsullarından və ya qandan hazırlanan hazır və ya konservləşdirilmiş digər məhsullar:    
 1602 10 00  - homogenləşdirilmiş hazır məhsullar:    
 1602 10 001 0  -- uşaq qidasıüçün  -  0.5
 1602 10 009 0  -- digərləri  -  15
 1602 20  - hər hansı heyvanın qaraciyərindən:    
   -- qaz və ördək qaraciyərindən:    
 1602 20 110 0  --- 75 kütlə% və ya daha çox yağlı qaraciyərdən ibarət olan  -  15
 1602 20 190 0  --- digərləri  -  15
 1602 20 900 0  -- digərləri  -  15
   - 0105 mal mövqeyindəki ev quşlarının:    
 1602 31  -- hindtoyuğunun:    
   --- 57kütlə % və ya daha artıq ətdən və ya əlavə ət məhsullarından ibarət olan:    
 1602 31 110 0  ---- tamamilə çiy hindtoyuğu ətindən ibarət olan  -  15
 1602 31 190 0  ---- digərləri  -  15
 1602 31 300 0  --- 25 kütlə % və ya daha artıq, lakin 57kütlə %-dən az ətdən və ya əlavə ət məhsullarından ibarət olan  -  15
 1602 31 900 0  --- digərləri  -  15
 1602 32  -- ev toyuğunun (Gallus domesticus):    
   --- 57 kütlə % və ya daha artıq ev quşu ətindən və ya əlavə ət məhsullarından ibarət olan:    
 1602 32 110 0  ---- çiy  -  15
 1602 32 190 0  ---- digəri  -  15
 1602 32 300 0  ---25 kütlə % və ya daha artıq, lakin 57 kütlə %-dən az ev quşunun ətindən və ya əlavə ət məhsullarından ibarət olan  -  15
 1602 32 900 0  --- digərləri  -  15
 1602 39  -- digərləri:    
   --- 57 kütlə % və ya daha çox ev quşunun ətindən və ya əlavə ət məhsullarından ibarət olan :    
 1602 39 210 0  ---- çiy  -  15
 1602 39 290 0  ---- digəri  -  15
 1602 39 400 0  --- 25 kütlə % və ya daha çox, lakin 57 kütlə %-dən az ev quşunun ətindən və ya əlavə ət məhsullarından ibarət olan  -  15
 1602 39 800 0  --- digərləri  -  15
   - donuz ətindən:    
 1602 41  -- budlardan və onların parçalarından:    
 1602 41 100 0  --- ev donuzlarının  -  15
 1602 41 900 0  --- digərləri  -  15
 1602 42  -- kürək hissə və onun parçaları:    
 1602 42 100 0  --- ev donuzlarının  -  15
 1602 42 900 0  --- digərləri  -  15
 1602 49  -- digərləri, qarışıqlar daxil olmaqla:    
   --- ev donuzlarının:    
   ---- 80 kütlə % və ya daha çox hər hansı növ ətdən və əlavə ət məhsullarından ibarət olan, hər hansı növ və mənşəli piylər daxil olmaqla:    
 1602 49 110 0  ----- file hissələri (boyun hissələri istisna olmaqla) və onların parçaları, file hissələrinin və ya budların qarışıqları daxil olmaqla  -  15
 1602 49 130 0  ----- boyun hissələr və onların parçaları, boyun və kürək hissələrinin qarışıqları daxil olmaqla  -  15
 1602 49 150 0  ----- budlardan, kürək hissələrindən, file hissələrindən və ya boyun hissələrindən və ya onların parçalarından ibarət olan digər qarışıqlar  -  15
 1602 49 190 0  ----- digərləri  -  15
 1602 49 300 0  ---- 40 kütlə % və ya daha çox, lakin 80 kütlə %-dən az hər hansı növ ətdən və ya əlavə məhsullardan ibarət olan, hər hansı növ və mənşəli piylər daxil olmaqla  -  15
 1602 49 500 0  ---- 40 kütlə %-dən az hər hansı növ ətdən və ya əlavə məhsullardan ibarət olan, hər hansı növ və mənşəli piylər daxil olmaqla  -  15
 1602 49 900 0  --- digərləri  -  15
 1602 50  - iribuynuzlu heyvan ətindən:    
 1602 50 100 0  -- çiy; suda bişirilmiş ətin və ya əlavə məhsulların və çiy ətin və ya əlavə məhsulların qarışıqları  -  15
   -- digərləri:    
   --- hermetik konteynerlərdə:    
 1602 50 310 0  ---- duzlanmış ət  -  15
 1602 50 390 0  ---- digərləri  -  15
 1602 50 800 0  --- digərləri  -  15
 1602 90  - digərləri, hər hansı heyvanın qanından hasil edilən hazır məhsullar daxil olmaqla:    
 1602 90 100 0  -- hər hansı heyvanın qanından hazırlanan məhsullar  -  15
   -- digərləri:    
 1602 90 310 0  --- ov quşunun və ya krolikin  -  15
 1602 90 410 0  --- şimal maralının  -  15
   --- digərləri:    
 1602 90 510 0  ---- tərkibində ev donuzlarının əti və ya əlavə ət məhsulları olan  -  15
   ---- digərləri:    
   ----- tərkibində iribuynuzlu heyvan əti və ya əlavə ət məhsulları olan:    
 1602 90 610 0  ------ çiy; suda bişirilmiş ətin və ya əlavə məhsulların və çiy ətin və ya əlavə məhsulların qarışıqları  -  15
 1602 90 690 0  ------ digərləri  -  15
   ----- digərləri:    
   ------ qoyun ətindən və ya keçi ətindən:    
   ------- çiy; suda bişirilmiş ət, yaxud əlavə məhsulların və çiy ət, yaxud əlavə məhsulların qarışıqları:    
 1602 90 720 0  -------- qoyun ətindən  -  15
 1602 90 740 0  -------- keçi ətindən  -  15
   ------- digərləri:    
 1602 90 760 0  -------- qoyun ətindən  -  15
 1602 90 780 0  -------- keçi ətindən  -  15
 1602 90 980 0  ------ digərləri  -  15
 1603 00  Ətdən, balıqlardan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından hasil edilən ekstraktlar və şirələr:    
 1603 00 100 0  - netto çəkisi 1 kq və ya az olan ilkin bağlamalarda  -  15
 1603 00 800 0  - digərləri  -  15
 1604  Hazır və ya konservləşdirilən balıq; nərə balığı kürüsü (qara kürü) və onun balığ kürüsü dənəciklərindən hazırlanmış əvəzediciləri:    
   -bütöv və ya parça halında balıq, balıq qiyməsi (farşı) istisna olmaqla:    
 1604 11 000 0  -- qızılbalıq  -  15
 1604 12  -- siyənək:    
 1604 12 100 0  --- file, xam, xəmir və ya un üzlüklü, əvvəlcədən yağda qovrulmuş və ya qovrulmamış, çox dondurulmuş  -  15
   --- digərləri:    
 1604 12 910 0  ---- hermetik bağlamalarda  -  15
 1604 12 990 0  ---- digərləri  -  15
 1604 13  -- sardinalar, sardinella, kilkələr və ya şprotlar:    
   --- sardinalar:    
 1604 13 110 0  ---- zeytun yağında  -  15
 1604 13 190 0  ---- digərləri  -  15
 1604 13 900 0  --- digərləri  -  15
 1604 14  -- tunes, skipcek (zolaqlı tunes) və pelamida (Sarda spp.):    
   --- tunes və skipcek(zolaqlı tunes):    
 1604 14 110 0  ---- bitki yağında  -  15
   ---- digərləri:    
 1604 14 160 0  ----- korda (balık) kimi tanınan file  -  15
 1604 14 180 0  ----- digərləri  -  15
 1604 14 900 0  --- pelamida (Sarda spp.)  -  15
 1604 15  -- skumbriya:    
   --- Scomber scombrus və Scomber japonicus növlü:    
 1604 15 110 0  ---- file  -  15
 1604 15 190 0  ---- digərləri  -  15
 1604 15 900 0  --- Scomber australasicus növlü  -  15
 1604 16 000 0  -- ançouslar  -  15
 1604 19  -- digərləri:    
 1604 19 100 0  --- qızılbalıqkimilər, qızılbalıqdan başqa  -  15
   --- Euthynnus növlü balıq, skipcekdən (zolaqlı tunes) (Euthynnus (Katsuwonus) pelamis) başqa:    
 1604 19 310 0  ---- korda (balık) kimi tanınan file  -  15
 1604 19 390 0  ---- digəri  -  15
 1604 19 500 0  --- Orcynopsis unicolor növlü balıq  -  15
   --- digərləri:    
 1604 19 910 0  ---- file, çiy, xəmirlə və ya un üzlüklü, əvvəlcədən yağda qovrulmuş və ya qovrulmamış, çox dondurulmuş  -  15
   ---- digərləri:    
 1604 19 920 0  ----- treska (Gadus morhua, Gadus ogac, Gadus macrocephalus)  -  15
 1604 19 930 0  ----- sayda (Pollachius virens)  -  15
 1604 19 940 0  ----- merluza (Merluccius spp, Urophycis spp)  -  15
 1604 19 950 0  ----- mintay (Theragra chalcogramma), gümüşü sayda (Pollachius pollachius)  -  15
 1604 19 98  ----- digərləri    
 1604 19 981 0  ------ nərə balığı  -  15
 1604 19 989 0  ------ digəri  -  15
 1604 20  - digər hazır və ya konservləşdirilmiş balıq:    
 1604 20 050 0  -- surimdən hazır məhsullar  -  15
   -- digərləri:    
 1604 20 100 0  --- qızılbalıqdan  -  15
 1604 20 300 0  --- qızılbalıqkimilərdən, qızılbalıqdan başqa  -  15
 1604 20 400 0  --- ançouslardan  -  15
 1604 20 500 0  --- sardinalardan, pelamidlərdən, Scomber scombrus və Scomber japonicus növlü skumbriyadan, Orcynopsis unicolor növlü balıqdan  -  15
 1604 20 700 0  --- tunesdən, skipcekdən(zolaqlı tunes) və ya Euthynnus növlü digər balıqdan  -  15
 1604 20 90  --- digər balıqdan:    
 1604 20 901 0  ---- nərə balığından  -  15
 1604 20 909 0  ---- digər balıqdan  -  15
 1604 30  - nərə balıqlarının kürüsü (qara kürü) və onun əvəzləyiciləri:    
 1604 30 100 0  -- nərə balıqlarının kürüsü  -  15
 1604 30 90  -- kürü əvəzləyiciləri:    
 1604 30 901 0  --- qızıl balıq kürüsü(qırmızı kürü)  -  15
 1604 30 909 0  --- digərləri  -  15
 1605  Hazır və konservləşdirilmiş xərçəngkimilər, molyusklar və digər su onurğasızları:    
 1605 10 000 0  - krablar  -  15
 1605 20  - krevetlər və mişarvari krevetlər:    
 1605 20 100 0  -- hermetik bağlamalarda  -  15
   -- digərləri:    
 1605 20 910 0  --- netto çəkisi 2 kq-dan çox olmayan ilkin bağlamalarda  -  15
 1605 20 990 0  --- digərləri  -  15
 1605 30  - omarlar:    
 1605 30 100 0  -- şorba(sup) və ya sous, pasta, omar paşteti və ya omar yağı hazırlamaq üçün isti emal olunmuş omar əti  -  15
 1605 30 900 0  -- digərləri  -  15
 1605 40 000 0  - digər xərçəngkimilər  -  15
 1605 90  - digərləri:    
   -- molyusklar:    
   --- midilər (Mytilus spp., Perna spp.):    
 1605 90 110 0  ---- hermetik bağlamalarda  -  15
 1605 90 190 0  ---- digərləri  -  15
 1605 90 300 0  --- digərləri  -  15
 1605 90 900 0  -- digər su onurğasızları  -  15

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
     2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb