Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Qrup 36. Partlayıcı maddələr; pirotexnika məmulatları; kibritlər; pirofor ərintilər; bəzi alışqan maddələr

Qeydlər:

1. Aşağıda 2(a) və 2 (b) qeydlərində göstərilənlərdən başqa, müəyyən kimyəvi tərkibli ayrı-ayrı birləşmələr bu qrupa daxil edilmir.

2. 3006 mal mövqeyindəki alışqan materiallardan məmulatlar termini yalnız aşağıdakı maddələrə tətbiq edilir:

a. metaldehid, heksametilentetramin və yanacaq kimi istifadə üçün qablaşdırılan formalarda (məsələn, həblər, çubuqlar və sair formalar) anoloji maddələr; spirt əsaslı yanacaq və anoloji bərk və ya yarıbərk hazır yanacaq;

b. maye yanacaq və ya sıxılmış qaz şəkilli yanacaq, siqaret alışqanları və digər anoloji alışqanların doldurması üçün, tutumu 300 sm3-dən çox olmayan konteynerlərdə;

v. qətranlı məşəllər, fitillər və anoloji məhsullar.

XİF ƏN-ın kodu

Mal mövqelərinin adları

Əlavə ölçü vahidi

Tarif dərəcəsi (Gömrük dəyərinə %-lə və ya ölçü vahidinə görə ABŞ dol. ilə)

 3601 00 000 1  Barıt, hərbi məqsədlər üçün  -  0
 3601 00 000 9  Barıt  -  3
 3602 00 000 0  Hazır partlayıcı maddələr, barıtdan başqa  -  3
 3603 00  Bikford fitili; detonasiya fitilləri; zərbə və ya detonasiya kapsulları; zapallar; elektrodetonatorlar:    
 3603 00 100 0  - bikford fitili ; detonasiya fitilləri  m  3
 3603 00 900 0  - digərləri  əd  3
 3604  Fişənglər; siqnal raketləri, yağış raketləri, dumanaqarşı siqnallar və digər pirotexnika məmulatları:    
 3604 10 000 0  - fişənglər  əd  15
 3604 90 000 1  - hərbi məqsədlər üçün  əd  0
 3604 90 000 9  - digərləri  əd  15
 3605 00 000 0  kibrit, 3604 mal mövqeyinin pirotexnika məmulatlarından başqa  -  15
 3606  Ferroserium və digər hər hansı formada pirofor ərintiləri; bu qrupun 2-ci qeydində göstərilən alışqan materiallardan hazırlanan məhsullar:    
 3606 10 000 0  - siqaret alışqanları və digər anoloji alışqanların doldurması üçün, tutumu 300 sm3-dən çox olmayan konteynerlərdə maye yanacaq və ya sıxılmış qaz şəkilli yanacaq  -  15
 3606 90  - digərləri:    
 3606 90 100 0  -- ferroserium və hər hansı formada digər pirofor ərintilər  -  15
 3606 90 900 0  -- digərləri  -  15
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
     2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb