Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Qrup 05. Başqa yerdə adı çəkilməyən və ya təsnif olunmayan heyvan mənşəli məhsullar

Qeyd:

1. Bu qrupa daxil olunmur:

a) qida məhsulları (heyvanların bütöv və ya doğranmış şəkildə bağırsaqları, kisəcikləri və mədələrindən başqa, həmçinin heyvanların duru və ya quru qanı);

b) gön və dərilər (xəz daxil olmaqla) , 0505 mal mövqeyində göstərilən, eləcə də 0511 mal

mövqeyinə daxil olan aşılanmamış dəri və gön kəsikləri və tullantılarından başqa, (41 və 43-cü qruplar);

v) heyvan mənşəli tekstil materialları, at tükü və onun tullantılarından başqa (XI bölmə); və ya

q) süpürgə və fırça məmulatlarının hazırlanması üçün istifadə olunan düyünlər və bağlamalar (9603-cü mal mövqeyi)

2. 0501-ci mal mövqeyində göstərilən uzunluğuna görə çeşidlənmiş tük (əgər tükün kökü və ucu lazımi qaydada yerləşdirilməyibsə) emal olunmamış sayılır.

3. Bütün nomenklaturada fil sümüyü termini filin,begemotun, morjun, narvalın və qabanın dişləri, gərgədanın buynuzu və bütün heyvanların dişlərini bildirir.

4. Bütün nomenklaturada at tükü termini atın və ya iribuynuzlu heyvanın quyruq və ya yal tükünü bildirir.

XİF ƏN-ın kodu

Mal mövqelərinin adları

Əlavə ölçü vahidi

Tarif dərəcəsi (Gömrük dəyərinə %-lə və ya ölçü vahidinə görə ABŞ dol. ilə)

 0501 00 000 0  İnsan tükü, emal olunmamış, yuyulmuş və ya yuyulmamış, təmizlənmiş və ya təmizlənməmiş; onların tullantıları  -  15
 0502  Donuz və ya qaban tükü; porsuq tükü və ya şotka məmulatı istehsalı üçün istifadə edilən başqa tük; onların tullantıları:    
 0502 10 000 0  - donuz və ya qaban tükü və bu tükün tullantıları  -  15
 0502 90 000 0  - digərləri  -  15
 0503 00 000 0  At tükü və onun tullantıları, o cümlədən astarlıq parça şəklində və ya onsuz  -  15
 0504 00 000 0  Heyvanların bağırsaqları, kisəcikləri və mədələri (balıqlarınkından başqa), bütöv və ya hissələrlə, təzə, soyudulmuş, dondurulmuş, duzlu, duzlu suda, qurudulmuş və ya hisə verilmiş  -  15
 0505  Lələklərlə və ya tüklə birlikdə quşların dərisi və başqa hissələri; lələklər, onların hissələri (kəsilmiş və kəsilməmiş) və pərğu, təmizlənmiş, dezinfeksiya edilmiş və ya saxlanma üçün emal olunmuş, lakin sonrakı emala məruz qalmamış; lələklərin və onların hissələrinin tozu və tullantısı:    
 0505 10  - içlik üçün işlədilən quş lələyi; pərğu:    
 0505 10 100 0  -- emal edilməmiş  -  15
 0505 10 900 0  -- digərləri  -  15
 0505 90 000 0  - digərləri  -  15
 0506  Sümüklər və buynuz özəyi, emal olunmamış, yağsızlaşdırılmış, ilkin emal olunmuş (lakin forma üzrə kəsilməmiş), turşu ilə emal edilmiş və ya jelatinləşdirilməmiş; bu məhsulların tozu və tullantıları:    
 0506 10 000 0  - ossein və sümüklər, turşu ilə emal edilmiş  -  15
 0506 90 000 0  - digərləri  -  15
 0507  Fil sümüyü, bağa qını, balina və ya digər dəniz məməlilərinin bığları, buynuzlar, maral buynuzları, dırnaqları, caynaqlar, dimdiklər, emal olunmamış və ya ilkin emal olunmuş (forma üzrə kəsilməmiş); bu məhsulların tozu və qalıqları:    
 0507 10 000 0  - fil sümüyü; tozu və tullantısı  -  15
 0507 90 000 0  - digərləri  -  15
 0508 00 000 0  Mərcanlar və oxşar maddələr, emal olunmamış və ya ilkin emal olunmuş; molyuskların, xərçəng-kimilərin və ya dərisi tikanlıların çanaqları və qınları, mürəkkəbböcəyin skelet bığcıqları, emal olunmamış və ya ilkin emal olunmuş (forma üzrə kəsilməmiş); bu məhsulların tozu və tullantıları  -  15
 0509 00   Heyvan mənşəli təbii süngərlər:    
 0509 00 100 0  - emal olunmamış  -  15
 0509 00 900 0  - digərləri  -  15
 0510 00 000 0  Boz ənbər, qunduz ifrazatları, sivetta və muskus; şpanka; öd, o cümlədən quru öd; əczaçılıqda istifadə edilən vəzilər və heyvan mənşəli digər maddələr, təzə soyudulmuş, dondurulmuş və ya qısa müddətli saxlanma üçün başqa üsulla emal olunmuş  -  0.5
 0511  Başqa yerdə adı çəkilməyən, heyvan mənşəli məhsullar, 01 və ya 03-cü qruplarda göstərilən ölmüş heyvanlar, yeməkdə istifadəyə yararsız:    
 0511 10 000 0  - öküz sperması  -  0.5
   - digərləri:    
 0511 91  --balıqlardan, xərçəngkimilərdən, molyusklardan və başqa su onurğasızlarından hazırlanan məhsullar, 03-cü qrupda göstərilən ölmüş heyvanlar:    
 0511 91 100 0  --- balıq tullantıları  -  15
 0511 91 90  --- digərləri:    
 0511 91 901 0  ---- döllənmiş balıq kürüsü  -  15
 0511 91 902 0  ---- kriokonservləşdirilmiş balıq mənisi  -  15
 0511 91 909 0  ---- digərləri  -  15
 0511 99  -- digərləri:    
 0511 99 100 0  --- damarlar və vətərlər; aşılanmamış dəri və ya gönlərdən kəsiklər və oxşar tullantılar  -  15
 0511 99 80  --- digərləri:    
 0511 99 801 0  ---- barama qurdunun toxumu  -  0
 0511 99 802 0  ---- embrionlar  -  0.5
 0511 99 803 0  ---- məni  -  15
 0511 99 809 0  ---- digərləri  -  15

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
     2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb