Qrup 59 Hopdurulmuş, üzlüklü, təkrarlanmış 
              toxuculuq (tekstil) materialları; texniki təyinatlı toxuculuq məmulatları
             
              Qeydlər:
              Əgər kontekstdə başqa şərt qoyulmayıbsa, 
                bu qrupda toxuculuq materialları termini yalnız 50-55-ci qrupların 
                və 5803 və 5806 mal mövqelərinin parçalarına, 5808 mal mövqeyindəki 
                tesma və bəzək materiallarına və 6002-6006 mal mövqelərindəki 
                maşınla və ya əllə toxunmuş trikotaj kətana şamil edilir.
              5903 mal mövqeyinə aşağıdakılar 
                daxil edilir:
               
                a) üzəri istənilən səthi sıxlıqlı 
                  və istənilən xassəli (sıx və ya məsaməli) plastik kütlə ilə 
                  örtülmüş, hopdurulmuş və ya təkrarlanmış toxuculuq materiallar, 
                  aşağıdakılardan başqa:
                 
                  1) üst örtüyü adi gözlə görünməyən 
                    materiallar (adətən 50-55, 58 və ya 60-cı qruplar); bu zaman 
                    hər hansı bir rəng dəyişməsi nəzərə alınmır;
                  2) 15-300 C temperaturda 
                    diametri 7 mm olan silindrin ətrafına sınmadan sarımaq mümkün 
                    olmayan məmulatlar (adətən qrup 39);
                  3) tamamilə plastik kütlənin 
                    içərisinə yeridilmiş və ya hər iki uçu plastik kütlə ilə örtülmüş 
                    məmulatlar, bir şərtlə ki, bu cür örtük adi gözlə görünsün; 
                    bu zaman hər hansı bir rəng dəyişməsi nəzərə alınmır (qrup 
                    39);
                  4) qismən plastik kütlə ilə 
                    örtülmüş, və belə emal nəticəsində üzərinə şəkil əks olunmuş 
                    materiallar (adətən 50-55, 58 və ya 60-cı qruplar);
                  5) məsaməli plastmass qarışıq 
                    (plastik kütlədən) toxuculuq materialından (toxuculuq materialı 
                    yalnız armaturlaşdırma (möhkəmlənmə) üçün istifadə olunacaq) 
                    plitələr, vərəqlər və ya zolaqlar və ya lentlər (qrup 39); 
                    və ya
                  6) 5811 mal mövqeyinin toxuculuq 
                    məmulatları;
                
                b) saplardan, yastı və ya 5604 
                  mal mövqeyinin plastik kütlə ilə örtülmüş, hopdurulmuş və ya 
                  üzlüklü analoji saplarından hazırlanmış məmulatlar.
              
              3. 5905 mal mövqeyində toxuculuq 
                materialından divar örtükləri termini eni ən azı 45 sm olan, 
                divar və tavanların bəzədilməsi üçün nəzərdə tutulmuş və toxuculuq 
                materialından ibarət olan, astar üzərinə bərkidilmiş və ya astar 
                tərəfdən emal olunmuş (yapışqanlı maddə hopdurulmuş və ya yapışqanlı 
                qatla örtülmüş), rulonlarda olan məmulatları bildirir.
              Lakin bu mal mövqeyinə birbaşa 
                parça (5907 mal mövqeyi) və ya kağız (4814 mal mövqeyi) astar 
                üzərinə yapışdırılmış və ya astar tərəfi emal olunmuş, toxuculuq 
                tiftiyindən və ya tozundan hazırlanmış məmulatlar aid edilmir.
              4. 5906 mal mövqeyində rezinləşmiş 
                toxuculuq materialları termini aşağıdakıları bildirir:
               
                a) rezin hopdurulmuş, üzlənmiş 
                  və ya təkrarlanmış toxuculuq materialları:
                 
                  i) səthi sıxlığı ən çoxu 1500 
                    q/m2; və ya
                  ii) səthi sıxlığı 1500 q/m2 
                    dan çox və tərkibində toxuculuq materialı 50 kütlə %-dən 
                    çox olan;
                
                b) sapdan, yastı və 5604 mal 
                  mövqeyinin rezinlə hopdurulmuş, üzlənmiş və ya rezin örtüklü 
                  analoji saplarından hazırlanan məmulatlar; və
                v) səthi sıxlığından asılı olmayaraq, 
                  rezinlə aqlomerasiya olunmuş paralel saplardan hazırlanmış məmulatlar.
              
              Lakin, toxuculuq materialları 
                ilə qarışdırılmış məsaməli rezindən hazırlanmış, tərkibində toxuculuq 
                materialı yalnız armaturlaşmaya xidmət edən, plitələr, vərəqlər 
                və ya zolaqlar və ya lentlər (qrup 40) və ya 5811 mal mövqeyinin 
                toxuculuq məmulatları daxil olunmur.
              5. 5907 mal mövqeyinə aşağıdakılar 
                daxil deyil:
               
                a) hopdurulmuş maddə (propitka) 
                  və ya üst qat adi gözlə görünməyən materiallar ( adətən 50-55, 
                  58 və ya 60-cı qruplar); hər hansı rəng dəyişməsi nəzərə alınmır;
                b) üzərinə naxış çəkilmiş materiallar 
                  ( teatr dekorasiyası, bədii studiyalarda arxa fon kimi və ya 
                  analoji məqsədlərlə istifadə olunan, üzərinə şəkil çəkilmiş 
                  kətanlar istisna olmaqla);
                v) üzəri qismən tiftik, toz 
                  və ya toz şəkilli mantarla örtülmüş və ya analoji, belə emal 
                  nəticəsində üzərinə şəkil əks olunmuş materiallar; lakin xov 
                  imitasiyalı materiallar bu mal mövqeyinə daxildir;
                q) nişasta və analoji maddə 
                  əsaslı tərkiblə emal olunmuş materiallar;
                d) fanerlənmiş oduncaq, toxuculuq 
                  materiallarından astar üzərində (4408 mal mövqeyi);
                e) təbii və ya süni abraziv 
                  toz və ya dənələr, toxuculuq materialından astar üzərində (6805 
                  mal mövqeyi);
                j) aqlomerasiya və ya regenerasiya 
                  olunmuş slüda, toxuculuq materialından astar üzərində (6814 
                  mal mövqeyi); və ya
                z) metallik folqa, toxuculuq 
                  materialından astar üzərində (XV bölmə).
              
              6. 5910 mal mövqeyinə aşağıdakılar 
                daxil olunmur:
               
                a) qalınlığı 3 mm-dən az olan 
                  toxuculuq materialından ötürücü və ya konveyer beltinqi; və 
                  ya
                b) konveyer lentləri və ya ötürücü 
                  qayışlar, və ya üzəri rezinlə örtülmüş, hopdurulmuş və ya təkrarlanmış 
                  toxuculuq materialından, üzəri rezinlə örtülmüş, hopdurulmuş 
                  və ya rezin üzlüklü toxuculuq liflərindən və ya korddan hazırlanmış 
                  beltinq (4010 mal mövqeyi).
              
              7. XI bölmənin heç bir digər mal 
                mövqelərinə daxil edilməyən aşağıdakı mallar 5911 mal mövqeyinə 
                daxildir:
               
                a) lazım olan ölçüdə və ya sadəcə 
                  düzbucaqlı (kvadrat daxil olmaqla) şəklində kəsilmiş toxuculuq 
                  məmulatları, 5908-5910 mal mövqeyinin mallarından başqa:
                 
                  i) toxuculuq materialları, 
                    keçə və ya fetr və keçə astarlı parçalar, üzəri rezinlə, dəri 
                    ilə və ya digər analoji materiallar ilə örtülmüş və təkrarlanan, 
                    adətən iynəli lentlərin istehsalı üçün və əsasən digər texniki 
                    məqsədlərlə istifadə olunan analoji materiallar, toxuculuq 
                    sarğıları üçün rezin hopdurulmuş ensiz velvet parçalar daxil 
                    olmaqla;
                  ii) süzgəc parça;
                  iii) yağ sıxmaq üçün preslərdə 
                    və ya analoji məqsədlərlə istifadə olunan, toxuculuq materialından 
                    və ya insan saçından hazırlanmış filtr parçalar;
                  iv) çoxsaylı altlıq və arğac 
                    saplardan ibarət olan yastı parçalar, basılmış və ya basılmamış, 
                    hopdurulmuş və ya hopdurulmamış, üzlüklü və ya üzlüksüz, maşınqayırmada 
                    və ya digər texniki məqsədlərlə istifadə olunan;
                  v) texniki məqsədlərlə istifadə 
                    olunan, metalla armaturlaşdırılmış toxuculuq materialları;
                  vi) qaytanlar (bağlar), tesmalar 
                    və anoloji məmulatlar, üzlüklü və ya üzlüksüz, hopdurulmuş 
                    və ya hopdurulmamış, metalla armaturlaşdırılmış və ya armaturlaşdırılmamış, 
                    sənayedə qablaşdırılma və ya aralıq materialı kimi istifadə 
                    olunan;
                
                b) texniki məqsədlərlə istifadə 
                  olunan toxuculuq materialları (5908-5910 mal mövqeyinin mallarından 
                  başqa). Məsələn, kağızdüzəldən və analoji maşınlarda (məsələn, 
                  sellüloz və ya asbestsement üçün) istifadə olunan sonsuz və 
                  ya birləşmə qabiliyyətinə malik toxuculuq materialları, aralıq 
                  materialı, bərkidicilər, cilalayıcı disklər və maşınların digər 
                  hissələri).
              
            
            
              
                
                   
                    | XİF 
                        ƏN-ın kodu
                     | Mal 
                        mövqelərinin adları
                     | Əlavə 
                        ölçü vahidi
                     | Tarif 
                        dərəcəsi (Gömrük dəyərinə %-lə və ya ölçü vahidinə görə 
                        ABŞ dol. ilə)
                     | 
| 5901 | Cildlərin hazırlanması və analoji məqsədlər üçün istifadə olunan qətranlanmış və ya nişastalanmış tekstil (toxuculuq) materiallar; kalka; şəkil çəkmək üçün qruntlaşmış (astar lifləri rənglənmiş) kətan; şlyapaların karkası üçün bortovka (yaxalığın altı) və analoji cod tekstil (toxuculuq)  materiallar; |  |  | 
	| 5901 10 000 0 | - cildlər və ya analoji məqsədlər üçün istifadə olunan qətranlanmış və ya nişastalanmış tekstil (toxuculuq)  materiallar | m2 | 5 | 
	| 5901 90 000 0 | - digərləri | m2 | 5 | 
	| 5902 | Şinlər üçün yüksəkdavamlı naylon və digər poliamid, poliefir və viskoz saplardan kord materiallar: |  |  | 
	| 5902 10 | - naylon və ya digər poliamid saplardan: |  |  | 
	| 5902 10 100 0 | -- rezin hopdurulmuş | m2 | 5 | 
	| 5902 10 900 0 | -- digərləri | m2 | 5 | 
	| 5902 20 | -  poliefir saplardan: |  |  | 
	| 5902 20 100 0 | -- rezin hopdurulmuş | m2 | 5 | 
	| 5902 20 900 0 | -- digərləri | m2 | 5 | 
	| 5902 90 | - digərləri: |  |  | 
	| 5902 90 100 0 | -- rezin hopdurulmuş | m2 | 5 | 
	| 5902 90 900 0 | -- digərləri | m2 | 5 | 
	| 5903 | 5902 mal mövqeyində göstərilmiş materiallardan başqa, hopdurulmuş, plastmass material ilə örtülmüş, və ya təkrarlanmış materiallar: |  |  | 
	| 5903 10 | - polivinilxloridlə: |  |  | 
	| 5903 10 100 0 | -- hopdurulmuş | m2 | 5 | 
	| 5903 10 900 0 | -- örtülmüş və ya təkrarlanmış | m2 | 5 | 
	| 5903 20 | - poliuretanla: |  |  | 
	| 5903 20 100 0 | -- hopdurulmuş | m2 | 5 | 
	| 5903 20 900 0 | -- örtülmüş və ya təkrarlanmış | m2 | 5 | 
	| 5903 90 | - digərləri: |  |  | 
	| 5903 90 100 0 | -- hopdurulmuş | m2 | 5 | 
	|  | -- örtülmüş və ya təkrarlanmış: |  |  | 
	| 5903 90 910 0 | --- sellüloza törəmələri və ya digər plastmass materiallarla, üzlük əmələ gətirən materiallarla | m2 | 5 | 
	| 5903 90 990 0 | --- digərləri | m2 | 5 | 
	| 5904 | Linoleum, forma üzrə biçilmiş və ya biçilməmiş, tekstil əsaslı, forma üzrə biçilmiş və ya biçilməmiş döşəmə örtükləri: |  |  | 
	| 5904 10 000 0 | - linoleum | m2 | 15 | 
	| 5904 90 000 0 | - digərləri | m2 | 15 | 
	| 5905 00 | Tekstil materiallardan divar örtükləri: |  |  | 
	| 5905 00 100 0 | - istənilən materialdan olan astar üzərində bərkidilmiş paralel saplardan ibarət | m2 | 15 | 
	|  | - digərləri: |  |  | 
	| 5905 00 300 0 | -- kətandan | m2 | 15 | 
	| 5905 00 500 0 | -- cut lifindən | m2 | 15 | 
	| 5905 00 700 0 | -- kimyəvi saplardan | m2 | 15 | 
	| 5905 00 900 0 | -- digərləri | m2 | 15 | 
	| 5906 | Rezinləşmiş toxuculuq materialları, 5902 mal mövqeyində təsnif edilən parçalardan başqa: |  |  | 
	| 5906 10 000 0 | - eni 20 sm-dən çox olmayan yapışqanlı lentlər | - | 15 | 
	|  | - digərləri: |  |  | 
	| 5906 91 000 0 | -- trikotaj, maşınla və ya əllə toxunma | - | 15 | 
	| 5906 99 | -- digərləri: |  |  | 
	| 5906 99 100 0 | --- bu qrupun 4v qeydində adı çəkilən materiallar | - | 15 | 
	| 5906 99 900 0 | --- digərləri | - | 15 | 
	| 5907 00 | Toxuculuq materialları, əvvəllər adı çəkilmiş üsullarla örtülmüş və ya hopdurulmuş; teatr dekorasiyaları, bədii studiyalarda arxa fon kimi və ya analoji məqsədlər üçün bəzədilmiş kətanlar: |  |  | 
	| 5907 00 100 0 | - quruyan yağ əsaslı preparatlarla örtülmüş yağlı kətan və digər tekstil (toxuculuq) materiallar | m2 | 15 | 
	| 5907 00 900 0 | - digərləri | m2 | 15 | 
	| 5908 00 000 0 | Lampa, kerosin, alışqan, şam və analoji məmulatlar üçün, toxunmuş, hörülmüş və ya trikotaj tekstil (toxuculuq) piltələr (fitillər); qaz lampaları üçün közərən torlar və qaz lampaların közərən torları üçün boruşəkilli trikotaj kətan, hopdurulmuş və ya hopdurulmamış | - | 15 | 
	| 5909 00 | Tekstil şlanqlar və analoji tekstil trubkalar, aralıqla, örtüklə və ya digər materiallardan olan ləvazimatlarla və ya onlarsız: |  |  | 
	| 5909 00 100 0 | - sintetik liflərdən | - | 15 | 
	| 5909 00 900 0 | - digər tekstil (toxuculuq) materiallarından | - | 15 | 
	| 5910 00 000 0 | Tekstil (toxuculuq) materiallarından ötürücü qayışlar və ya konveyer lentləri və ya beltinq, hopdurulmuş və ya  hopdurulmamış, üzlənmiş və ya üzlənməmiş, polimer materiallarla  və ya armaturlaşdırılmış metallarla və ya digər metallarla təkrarlanmış və ya təkrarlanmamış | - | 15 | 
	| 5911 | Bu qrupun 7-ci qeydində adı çəkilən toxuculuq materialları və texniki məqsədlər üçün məmulatlar; |  |  | 
	| 5911 10 000 0 | - iynəli lentlərin və ya digər texniki məqsədlər üçün analoji parçaların hazırlanmasında istifadə olunan keçə, keçə altlıqlı, rezin dəri və ya başqa materiallarla  təkrarlanmış parça toxuculuq materialları, toxuculuqda istifadə olunan rezin hopdurulmuş  velvetdən hazırlanmış ensiz parçalar da daxil edilməklə | - | 15 | 
	| 5911 20 000 0 | - süzgəc parçalar, hazır və tamamlanmamış şəkildə | - | 15 | 
	|  | - kağızdüzəldən maşınlarda və ya analoji maşınlarda (sellüloza, asbestsementli və s.) istifadə olunan, fasiləsiz və ya birləşmələrlə  olan tekstil (toxuculuq) materiallar və keçə və ya fetr: |  |  | 
	| 5911 31 | --  səthi sıxlıgı 650 q/m2-dan az: |  |  | 
	|  | --- ipəkdən və ya kimyəvi liflərdən: |  |  | 
	| 5911 31 110 0 | ---- kağızdüzəldən maşınlarda istifadə olunan tipli, sintetik liflərdən, toxunma materiallar, basılmış və ya basılmamış | m2 | 15 | 
	| 5911 31 190 0 | ---- digərləri | - | 15 | 
	| 5911 31 900 0 | --- digər toxuculuq materiallarından | - | 15 | 
	| 5911 32 | -- səthi sıxlıgı 650 q/ m2 və ya ondan artıq: |  |  | 
	| 5911 32 100 0 | --- ipəkdən və ya kimyəvi liflərdən | - | 15 | 
	| 5911 32 900 0 | --- digər tekstil (toxuculuq) materiallarından | - | 15 | 
	| 5911 40 000 0 | - yağsıxıcı preslərdə və ya analoji texniki məqsədlərlə istifadə olunan, insan tükündən hazırlanmış parçalar da daxil olmaqla, süzgəc parçalar | - | 0.5 | 
	| 5911 90 | - digərləri: |  |  | 
	| 5911 90 100 0 | -- keçədən və fetirdən | - | 15 | 
	| 5911 90 900 0 | -- digərləri | - | 15 |