Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Bölmə XIV. Təbii və ya becərilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar; bijuteriya; sikkələr

Qrup 71 Təbii və ya becərilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar; bijuteriya; sikkələr

Qeydlər:

1. VI bölməyə 1a qeydini və aşağıda göstərilən istisnalar nəzərə alınmaqla, bu qrupa qismən və ya tamamilə aşağıdakılardan ibarət olan bütün məmulatlar daxil olunur:

a) təbii və ya becərilmiş mirvaridən, qiymətli və azqiymətli daşlardan (təbii, süni və ya rekonstruksiya olunmuş); və ya

b) qiymətli metallardan və ya üzəri qiymətli metalla örtülmüş metallardan.

2a. 7113, 7114 və 7115 mal mövqelərinə tərkibində qiymətli metal və ya qiymətli metalla üzlənmiş metallardan ikinci dərəcəli komponent olan, kiçik furnitura və ya ikncidərəcəli bəzək kimi (məsələn, monoqrammalar, halqalar və kantlar), məmulatlar daxil olunmur və 1-ci qeydin (b) bəndi bu məmulatlara şamil edilmir.

2b. 7116 mal mövqeyinə tərkibində qiymətli metallar və ya qiymətli metalla örtülmüş metallar olan məmulatlar daxil olunmur (kiçik tərkib hissələrindən başqa).

3. Bu qrupa aşağıdakılar daxil olunmur:

a) qiymətli metalların amalqamaları və ya kolloid vəziyyətində olan qiymətli metallar(2843 mal mövqeyi);

b) cərrahiyyə tikişlərinin qoyulması üçün steril materiallar, diş plomblamaq üçün materiallar və ya 30-cu qrupun digər məmulatları;

v) 32-ci qrupun malları (məsələn, cilalar);

q) daşıyıcılarda katalizatorlar (3815 mal mövqeyi);

d) 4202 və ya 4203 mal mövqeyinin malları (bax. 42-ci qrupa 2B qeydi);

e) 4303 və ya 4304 mal mövqeyinin məmulatları;

j) XI bölmənin malları (tekstil materiallar və tekstil məmulatlar);

z) ayaqqabılar, baş geyimləri və ya 64 və ya 65-ci qrupun digər məmulatları;

i) çətirlər, çəliklər və ya 66-cı qrupun digər məmulatları;

k) tərkibində qiymətli və ya azqiymətli (təbii və ya süni) daşların qırıntıları və ya tozu olan, 6804 və ya 6805 mal mövqelərinin və ya 82-ci qrupun abraziv materialları; işlək hissəsi qiymətli və ya azqiymətli daşlardan (təbii, süni və ya rekonstruksiya olunmuş) olan, 82-ci qrupda təsnif olunan məmulatlar; XVI bölmədə təsnif olunan mexanizmlər, mexaniki qurğular, elektrik malları və ya onların hissələri. Eləcə də tamamilə qiymətli və azqiymətli daşlardan ibarət olan (təbii, süni və ya rekonstruksiya edilmiş) məmulatlar və onların hissələri bu qrupa aid edilir, səsləndiricilərin iynələri üçün emal olunmuş, bərkidilməmiş sapfir və almazlardan başqa (8522 mal mövqeyi);

l) 90, 91 və 92-ci qrupun məmulatlarından başqa (elmi cihazlar, hər növ saatlar, musiqi alətləri);

m) silahlar və onların hissələri (qrup 93);

n) 95-ci qrupa 2-ci qeyddə göstərilmiş məmulatlar;

o) 96-cı qrupun məmulatları, 96-cı qrupa 4-cü qeydin şərtləri nəzərə alınmaqla; və ya

p) heykəl və statuetkaların əslləri (9703 mal mövqeyi), kolleksiya ləvazimatları (9705 mal mövqeyi) və ya yaşı 100-dən artıq olan əntiq mallar (9706 mal mövqeyi), təbii və ya becərilmiş mirvaridən və qiymətli və ya azqiymətli daşlardan başqa.

4a. Qiymətli metal termini qızıl, gümüş və platini bildirir;

4b. Platin termini platin, iridium, osmium, palladium, rodium və ruteniumu bildirir.

4v. qiymətli və azqiymətli daşlar termini 96-cı qrupa 2b qeydində göstərilən materiallara şamil edilmir.

5. Bu qrupda tərkibində qiymətli metal olan istənilən ərintini yalnız o zaman qiymətli metal ərintisi hesab etmək olar ki, onun (qiymətli metalın) ərinti tərkibindəki payı 2 kütlə%-dən az olmasın. Qiymətli metal ərintilərini aşağıdakılara kimi təsnif etmək lazımdır:

a) tərkibində 2 kütlə % və daha artıq platin olan ərintini, platin ərintisi kimi;

b) tərkibində 2 kütlə % və daha çox qızıl olan, amma platin olmayan və ya 2 kütlə %-dən az olan ərintiləri, qızıl ərintisi kimi;

v) tərkibində 2 kütlə % və daha çox gümüş olan digər ərintiləri isə gümüş ərintisi kimi.

6. Əgər mətndə başqa şərt qoyulmayıbsa, Nomenklaturada qiymətli metallara və ya istənilən konkret qiymətli metala hər bir istinad, yuxarıdakı 5-ci qeydə uyğun olaraq qiymətli metal ərintilərinə və ya konkret qiymətli metalın ərintisinə istinadı da ehtiva edir. Lakin bu qayda üzəri qiymətli metalla örtülmüş metallara və üzəri qalvanik üsulla qiymətli metalla örtülmüş qiymətsiz metallara və qeyri-metallara şamil edilmir.

7. Bütün Nomenklaturada qiymətli metalla örtülmüş metal termini üzərinə qaynaq, lehimləmə, isti prokat və ya analoji mexaniki üsullarla qiymətli metal qatı çəkilmiş metal əsasında hazırlanan materialları bildirir. Əgər kontekstdə başqa şərt qoyulmayıbsa, bu termin həmçinin qiymətli metalla inkrustasiya olunmuş qiymətsiz metalı bildirir.

8. VI bölməyə 1a qeydinin şərtlərini nəzərə alaraq, 7112 mal mövqeyindəki təsnifata uyğun gələn mallar, Nomenklaturanın məhz həmin mal mövqeyinə aid edilir.

9. 7113 mal mövqeyində zərgərlik məmulatları termini aşağıdakıları bildirir:

a) istənilən kiçik şəxsi bəzək əşyaları (qiymətli daşlarla və ya onlarsız) (məsələn, üzük, bilərzik, boyunbağılar, sancaqlar, sırğalar, saat zəncirləri, breloklar, kulonlar, qalstuk üçün sancaqlar, qol düymələri, dini və ya digər medallar və nişanlar); və

b) şəxsi istifadə üçün əşyalar, adətən cibdə, qadınların əl çantalarında və ya üzərlərində gəzdirilə bilən (məsələn, portsiqar, pudra qabları, pul qabları, zəncirli pul qabları, həblər üçün qutular).

10. 7114 qızıl və gümüş işləri ustalarının məmulatları bəzək əşyalarını, qabları, tualet ləvazimatını, siqaret çəkmək üçün zəvazimatı və digər ev, idarə əşyalarını və ya dini əşyaları bildirir.

11. 7117 mal mövqeyində bijuteriya termini yuxarıda 9a qeydində təsnif olunan zinət əşyalarını ( 9606 mal mövqeyindəki düymələr və digər məmulatlardan və ya 9615 mal mövqeyində daraqlar, saç sancaqdları və şpilkalardan başqa), təbii və ya becərilmiş mirvaridən, qiymətli və azqiymətli daşlardan (təbii, süni və ya rekonstruksiya olunmuş), qiymətli metal və ya üzəri qiymətli metalla örtülmüş metallarsız (qalvanik örtülər və qiymətli metaldan və ya qiymətli metal örtüklü metaldan hazırlanmış ikinci dərəcəli detallar istisna olmaqla).

Yarımmövqelərə dair qeydlər:

1. 7106 10, 7108 11, 7110 11, 7110 21, 7110 31 və 7110 41 yarımmövqelərində toz termini və tozşəkilli ifadəsi 90 kütlə % və daha artıq hissəsi, deşiyinin ölçüsü 0,5 mm-lik ələkdən keçən məhsulları bildirir.

2. Bu qrupa 4b qeydinə baxmayaraq, 7110 11 və 7110 19 yarımmövqelərində platin termini iridium, osmium, palladium, rodium və ya ruteniumu bildirmir.

3. 7110 mal mövqeyindəki hər bir ərinti tərkibində kütləsinə görə üstünlük təşkil edən metala görə təsnif olunur, platin, palladium, rodium, iridium, osmium və ya rutenium olmasından asılı olmayaraq.

XİF ƏN-ın kodu

Mal mövqelərinin adları

Əlavə ölçü vahidi

Tarif dərəcəsi (Gömrük dəyərinə %-lə və ya ölçü vahidinə görə ABŞ dol. ilə)

   I TƏBİİ VƏ YA SÜNİ YETİŞDİRİLMİŞ MİRVARİ, QİYMƏTLİ VƏ YA AZQİYMƏTLİ DAŞLAR    
 7101  Təbii və ya becərilmiş mirvari, emal olunmuş və ya olunmamış çeşidlənmiş və ya çeşidlənməmiş, lakin düzülməmiş və çərçivəyə salınmamış; daşınmanın rahatlığı üçün müvəqqəti düzülmüş, çeşidlənməmiş təbii və ya becərilmiş mirvari:    
 7101 10 000 0  - təbii mirvari  q  15
   - becərilmiş mirvari:    
 7101 21 000 0  -- emal olunmamış  q  15
 7101 22 000 0  -- emal olunmuş  q  15
 7102  Emal olunmuş və ya olunmamış, lakin çərçivəyə salınmamış və bərkidilməmiş almazlar:    
 7102 10 000 0  - çeşidlənməmiş  kar  15
   - sənaye:    
 7102 21 000 0  -- emal olunmamış və ya sadəcə mişarlanmış, doğranmış və ya ilkin emala məruz qalmış  kar  15
 7102 29 000 0  -- digərləri  kar  15
   - sənaye olmayan:    
 7102 31 000 0  -- emal olunmamış və ya sadəcə mişarlanmış, doğranmış və ya ilkin emala məruz qalmış  kar  15
 7102 39 000 0  -- digərləri  kar  15
 7103  Qiymətli daşlar (almazdan başqa) və azqiymətli daşlar, emal olunmuş və ya emal olunmamış, çeşidlənmiş və ya çeşidlənməmiş, lakin düzülməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş; daşınmanın rahatlığı üçün müvəqqəti düzülmüş(məsələn, sapa və s.) qiymətli daşlar (almazdan başqa) və azqiymətli daşlar:    
 7103 10 000 0  - emal olunmamış və ya sadəcə mişarlanmış, doğranmış və ya ilkin emala məruz qalmış  -  15
   - başqa üsullarla işlənmiş:    
 7103 91 000 0  -- yaqutlar, sapfirlər və zümrüdlər  kar  15
 7103 99 000 0  -- digərləri  kar  15
 7104  Qiymətli və azqiymətli daşlar, süni və ya rekonstruksiya olunmuş, emal olunmuş və olunmamış, çeşidlənmiş və ya çeşidlənməmiş, lakin düzülməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş; daşınmanın rahatlığı üçün müvəqqəti düzülmüş, çeşidlənməmiş süni və ya rekonstruksiya olunmuş qiymətli və ya azqiymətli daşlar:    
 7104 10 000 0  - pyezoelektrik kvars  q  15
 7104 20 000 0  - digərləri, emal olunmamış və ya sadəcə mişarlanmış və ya ilkin emala məruz qalmış  q  15
 7104 90 000 0  - digərləri  q  15
 7105  Təbii və ya süni qiymətli və ya azqiymətli daşların qırıntıları və tozu:    
 7105 10 000 0  - almazdan  kar  15
 7105 90 000 0  - digərləri  q  15
   II QİYMƏTLİ METALLAR; QİYMƏTLİ METALLARLA ÖRTÜLMÜŞ METALLAR    
 7106  Gümüş (qızıl və ya platinlə qalvanik örtüklü gümüş də daxil olmaqla), emal olunmamış və ya yarımişlənmiş, və ya toz şəkilli:    
 7106 10 000 0  - toz  q  15
   - digərləri:    
 7106 91  -- emal olunmamış şəkildə:    
 7106 91 100 0  --- tərkibində 1000 hissə ərintidə gümüşün payı 999 hissədən az olmamaqla  q  15
 7106 91 900 0  --- tərkibində 1000 hissə ərintidə gümüşün payı 999 hissədən az olmaqla  q  15
 7106 92  -- yarımişlənmiş şəkildə:    
 7106 92 200 0  --- tərkibində 1000 hissə ərintidə gümüşün payı 750 hissədən az olmamaqla  q  15
 7106 92 800 0  --- tərkibində 1000 hissə ərintidə gümüşün payı 750 hissədən az olmaqla  q  15
 7107 00 000 0  Gümüşlə örtülmüş qiymətsiz metallar, yarımişlənmiş  -  15
 7108  Qızıl (platinlə qalvanik örtüklü qızıl daxil edilməklə), emal olunmamış, yarımişlənmiş və ya toz şəkilli;    
   - sikkə (pul) döyülməsində istifadə olunmayan:    
 7108 11 000 0  -- toz  q  15
 7108 12 000 0  -- digər emal olunmamış formalarda  q  15
 7108 13  -- digər yarımişlənmiş formalarda:    
 7108 13 100 0  --- tellər(millər), simlər (məftillər) və profillər; lövhələr; təbəqələr və zolaqlar (qalınlığı 0,15 mm-dən yuxarı olan, istənilən əsas nəzərə alınmadan)  q  15
 7108 13 800 0  --- digərləri  q  15
 7108 20 000 0  - sikkə kəsilməsi üçün istifadə olunanlar  q  15
 7109 00 000 0  Qızılala örtülmüş gümüş və ya qiymətsiz metallar, emal olunmamış və ya yarımişlənmiş  q  15
 7110  Platin, emal olunmamış, yarımişlənmiş və ya tozşəkilli;    
   - platin:    
 7110 11 000 0  -- emal olunmamış və ya tozşəkilli  q  15
 7110 19  -- digərləri:    
 7110 19 100 0  --- tellər(millər), simlər (məftillər) və profillər; lövhələr; təbəqələr və zolaqlar (qalınlığı 0,15 mm-dən yuxarı, istənilən əsas nəzərə alınmadan)  q  15
 7110 19 800 0  --- digərləri  q  15
   - palladium:    
 7110 21 000 0  -- emal olunmamış və ya tozşəkilli  q  15
 7110 29 000 0  -- digərləri  q  15
   - rodium:    
 7110 31 000 0  -- emal olunmamış və ya tozşəkilli  q  15
 7110 39 000 0  -- digərləri  q  15
   - iridium, osmium və rutenium:    
 7110 41 000 0  -- emal olunmamış və ya tozşəkilli  q  15
 7110 49 000 0  -- digərləri  q  15
 7111 00 000 0  Qiymətsiz metallar, gümüş və ya qızıl, platinlə örtülmüş emal olunmamış və ya yarımişlənmiş  -  15
 7112  Qiymətli metalların və ya qiymətli metallarla örtülmüş metalların tullantıları və qırıntıları; tərkibində qiymətli metal və ya qiymətli metal birləşmələri olan, əsasən qiymətli metalların çıxarılması üçün istifadə olunan digər tullantı və qırıqlar:    
 7112 30 000 0  - tərkibində qiymətli metal və ya qiymətli metal birləşmələri olan kül  -  15
   - digərləri:    
 7112 91 000 0  -- qızıl, qızılla örtülmüş metal da daxil olmaqla, lakin digər qiymətli metallar tərkibli tullantılar istisna olunmaqla  -  15
 7112 92 000 0  -- platin, platinlə örtülmüş metallar da daxil olmaqla, lakin qiymətli metalların tullantıları istisna edilməklə  -  15
 7112 99 000 0  -- digərləri  -  15
   III. ZƏRGƏRLİK MƏMULATLARI, QIZIL VƏ GÜMÜŞ USTALARININ HAZIRLADIĞI MƏMULATLAR VƏ DİGƏR MƏMULATLAR    
 7113  Zərgərlik məmulatları və onların qiymətli metallardan və qiymətli metallarla örtülmüş metallardan olan hissələri:    
   - qalvanik örtüyü olan və ya olmayan, qiymətli metallardan və ya qiymətli metalla örtülmüş və ya örtülməmiş metallardan:    
 7113 11 000 0  -- qalvanik örtüyü olan və ya olmayan, digər qiymətli metallarla örtülmüş və ya örtülməmiş gümüşdən  -  15
 7113 19 000 0  -- qalvanik örtüyü olan və ya olmayan, qiymətli metallarla örtülmüş və ya örtülməmiş digər qiymətli metallardan  -  15
 7113 20 000 0  - qiymətli metallarla örtülmüş qiymətsiz metallardan  -  15
 7114  Qızıl və gümüş ustalarının hazırladığı məmulatlar və onların qiymətli metallardan və ya qiymətli metallarla örtülmüş metallardan olan hissələri:    
   - qalvanik örtüyü olan və ya olmayan qiymətli metallardan və ya qiymətli metallarla örtülmüş və ya örtülməmiş digər qiymətli metallardan:    
 7114 11 000 0  -- qalvanik örtüyü olan və ya olmayan və ya başqa qiymətli metallarla örtülmüş və ya örtülməmiş gümüşdən  -  15
 7114 19 000 0  -- qalvanik örtüyü olan və ya olmayan, qiymətli metallarla örtülmüş və ya örtülməmiş digər qiymətli metallardan  -  15
 7114 20 000 0  - qiymətli metallara tutulmuş qiymətsiz metallardan  -  15
 7115  Qiymətli metallardan və ya qiymətli metallarla örtülmüş metallardan olan digər məmulatlar:    
 7115 10 000 0  - məftil torlar və ya platin şəbəkələr şəklində katalizatorlar  -  15
 7115 90  - digərləri:    
 7115 90 100 0  -- qiymətli metallardan  -  15
 7115 90 900 0  -- qiymətli metallarla örtülmüş metallardan  -  15
 7116  Təbii və ya becərilmiş mirvaridən, qiymətli və ya azqiymətli daşlardan (təbii, süni və ya rekonstruksiya olunmuş) olan məmulatlar:    
 7116 10 000 0  - təbii və ya becərilmiş mirvaridən  q  15
 7116 20  - təbii, süni və rekonstruksiya olunmuş qiymətli və ya azqiymətli daşlardan:    
   -- tamamilə təbii qiymətli və ya azqiymətli daşlardan hazırlanmış:    
 7116 20 110 0  --- təbii qiymətli və ya azqiymətli daşlardan boyunbağılar, qolbağılarlar və digər məmulatlar, sadəcə düzülmüş, sancaqsız və digər ləvazimatsız  q  15
 7116 20 190 0  --- digərləri  q  15
 7116 20 900 0  -- digərləri  q  15
 7117  Bijuteriya:    
   - qiymətli metallardan qalvanik örtüyü olan və ya olmayan qiymətsiz metallardan:    
 7117 11 000 0  -- qol düymələri (zaponka) və saç sancaqları(zakolka)  -  15
 7117 19  -- digərləri:    
 7117 19 100 0  --- şüşə elementlər ilə  -  15
   --- şüşə elementlərsiz:    
 7117 19 910 0  ---- qızıla örtülmüş, gümüşə örtülmüş və ya qalvanik üsulla platinlə örtülmüş  -  15
 7117 19 990 0  ---- digərləri  -  15
 7117 90 000 0  - digərləri  -  15
 7118  Sikkələr:    
 7118 10  - sikkələr (qızıldan başqa), rəsmi ödəniş vasitəsi olmayan:    
 7118 10 100 0  -- gümüşdən  q  15
 7118 10 900 0  -- digərləri  -  15
 7118 90 000 0  - digərləri  q  15
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
     2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb