Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Qrup 75 Nikel və ondan hazırlanan məmulatlar

Qeyd:

1. Bu qrupda işlədilən terminlər aşağıdakı mənaları daşıyır:

a) Çubuqlar yayılmış, preslənmiş, dartılmış və ya döyülmüş məmulatlar, buxtalara sarınmamış və bütün uzunluğu boyu en kəsiyinin forması dairə, aval, düzbucaqlı (kvadratlar daxil olmaqla), bərabərtərəfli üçbucaqlı və ya düzgün qabarıq çoxbucaqlı (yastı dairələr və iki əks tərəfi qabarıq qövslər, digər iki tərəfi isə bərabər uzunluqlu və paralel düzxətli olan şəkildəyişmiş düzbucaqlılar daxil olmaqla) şəklində olan. En kəsiyi düzbucaqlı (kvadrat daxil olmaqla), üçbucaqlı və çoxbucaqlı şəklində olan məmulatların bütün uzunluğu boyu dəyirmilənmiş bucaqları ola bilər. En kəsiyi düzbucaqlı (şəkildəyişmiş düzbucaqlılar daxil olmaqla) şəklində olan belə məmulatların qalınlığı onların eninin 0,1-dən artıq olmalıdır. Bu termin həmçinin tökmə və bişmə yolu ilə hazırlanmış, eyni forma və ölçülü, hazırlandıqdan sonra emal olunmuş (qırıntıların və oksid qalıqlarının təmizlənməsindən başqa) məmulatlara da aid edilir, bir şərtlə ki, bu zaman onlar başqa mal mövqelərində təsnif olunmuş malların xarakterik xassələrini qəbul etməsinlər.

b) Profillər- yayılmış, preslənmiş, dartılmış, döyülmüş və ya formalanmış məmulatlar, buxtalara sarınmış və ya sarınmamış, bütün uzunluğu boyu sabit en kəsiyi olan və məftil, çubuq, plitə, təbəqə (vərəq), zolaq və ya lent, folqa, boru və ya borucuqlar anlayışına uyğun gəlməyən. Bu termin həmçinin tökmə və bişmə yolu ilə hazırlanmış, eyni formalı, hazırlandıqdan sonra emal olunmuş (qırıntıların və oksid qalıqlarının təmizlənməsindən başqa) məmulatlara da aid edilir, bir şərtlə ki, bu zaman onlar başqa mal mövqelərində təsnif olunmuş malların xarakterik xassələrini qəbul etməsinlər.

v) Məftil yayılmış, preslənmiş və ya dartılmış və bütün uzunluğu boyu en kəsiyinin forması dairə, oval, düzbucaqlı (kvadratlar daxil olmaqla), bərabərtərəfli üçbucaq və ya düzgün qabarıq çoxbucaqlı (yastı dairələr və iki əks tərəfi qabarıq qövslər, digər iki tərəfi isə bərabər uzunluqlu və paralel düzxətli olan şəkildəyişmiş düzbucaqlılar daxil olmaqla) şəklində olan məmulatlar. En kəsiyi düzbucaqlı (kvadrat daxil olmaqla), üçbucaqlı və çoxbucaqlı şəklində olan məmulatların bütün uzunluğu boyu dəyirmilənmiş bucaqları ola bilər. En kəsiyi düzbucaqlı (şəkildəyişmiş düzbucaqlılar daxil olmaqla) şəklində olan belə məmulatların qalınlığı onların eninin 0,1-dən artıq olmalıdır.

q) Plitələr, təbəqələr, zolaqlar və ya lentlər və folqa- yastı məmulatlar (7502 mal mövqeyində təsnif olunan emal olunmamış məmulatlardan başqa), rulonlara bükülmüş və ya bükülməmiş və tam düzbucaqdı (kvadratdan başqa) en kəsiyi olan, dəyirmilənmiş və ya dəyirmilənməmiş bucaqlarla (yastı dairələr və iki əks tərəfi qabarıq qövslər, digər iki tərəfi isə bərabər uzunluqlu və paralel düzxətli olan şəkildəyişmiş düzbucaqlılar daxil olmaqla), sabit qalınlıqlı:

düzbucaqlı (kvadrat daxil olmaqla) formalı, qalınlığı eninin 0,1-dən artıq olmayan;

düzbucaqlı və kvadratdan fərqli, istənilən ölçülü formalarda, bir şərtlə ki, bu zaman onlar başqa mal mövqelərində təsnif olunmuş malların xarakterik xassələrini qəbul etməsinlər.

7506 mal mövqeyinə, inter alia, səthi relyefli olan (məsələn, çöküklər, çıxıntılar, məsalmələr (damalar), romblar) plitələr, təbəqələr, zolaqlar və ya lentlər və folqa, eləcə də perforasiya olunmuş, büzməli, cilalanmış və ya üzlüklü, bir şərtlə ki, bu zaman onlar başqa mal mövqelərində təsnif olunmuş malların xarakterik xassələrini qəbul etməsinlər.

d) Borular və borucuqlar buxtalara sarınmış və ya sarınmamış, bütün uzunluğu boyu, dairə, oval, düzbucaqlı (kvadrat daxil olmaqla) , bərabərtərəfli üçbucaqlı və ya divarının qalınlığı sabit olan, düzgün qabarıq çoxbucaqlı formasında, yalnız bir qapalı sabit en kəsikli, içiboş məmulatlar. En kəsiyi düzbucaqdı (kvadrat daxil olmaqla), bərabərtərəfli üçbucaqlı və ya düzgün qabarıq çoxbucaqlı şəklində olan, bucaqları bütün uzunluğu boyu dəyirmilənmiş məmulatlar da borulara və borucuqlara aid edilir, bir şərtlə ki, onların daxili və xarici en kəsikləri konsentrik, eyni formalı və eyni oriyentasiyalı olsun. Yuxarıda göstərilən en kəsikli borular və borucuqlar cilalanmış, üzlüklü, əyilmiş, kəsikli, deşilmiş, daraldılmış, genişləndirilmiş, konus şəklinə salınmış və ya flans, manjet və ya halqa şəkilli sonluğu olan.

Yarımmövqelərə dair qeydlər:

1. Bu qrupda istifadə olunan terminlər aşağıdakıları bildirir:

a) Aşqarlanmamış nikel tərkibində cəmi 99 kütlə % nikelli kobalt olan metallar, bir şərtlə ki:

i) kobalt 1,5 kütlə % -dən artıq olmasın;

ii) tərkibində digər elementlər aşağıdakı cədvəldə göstərilən həddən artıq olmasın:

Digər elementlər

Element

Tərkib həddi, kütlə %-i

Fe dəmir

0,5

O oksigen

0,4

Digər elementlər (onların hər biri üçün)

0,3

b) Nikel ərintiləri- tərkibində nikel kütləsinə görə, bütün digər elementlərdən artıq olan, bir şərtlə ki:

i) tərkibində kobalt 1,5 kütlə %-dən artıq olsun;

ii) digər elementlərin heç olmasa birinin kütləsi yuxarıdakı cədvəldə göstərilən həddən artıq olsun; və ya

iii) nikel və kobaltdan başqa digər elementlərin kütləsi 1 kütlə %-dən artıq olsun.

1. Bu qrupa 1v qeydinin şərtlərinə baxmayaraq, 7508 10 yarımmövqeyinin daxilində məftil termini yalnız buxtalara sarınmış və ya sarınmamış, ölçüsü 6 mm-dən artıq olmayan istənilən formalı en kəsiyi olan məmulatları bildirir.

XİF ƏN-ın kodu

Mal mövqelərinin adları

Əlavə ölçü vahidi

Tarif dərəcəsi (Gömrük dəyərinə %-lə və ya ölçü vahidinə görə ABŞ dol. ilə)

 7501  Nikel şteyni, nikel oksidləri aqlomeratları və nikel metallurgiyasının digər aralıq məhsulları;    
 7501 10 000 0  - nikel şteyni  -  0.5
 7501 20 000 0  - nikel oksidləri aqlomeratı və nikel metallurgiyasının digər aralıq məhsulları  -  0.5
 7502  Emal olunmamış nikel:    
 7502 10 000 0  - aşqarlanmamış nikel  -  0.5
 7502 20 000 0  - nikel ərintiləri  -  0.5
 7503 00   Nikel tullantıları və qırıntıları:    
 7503 00 100 0  - aşqarlanmamış nikeldən  -  0.5
 7503 00 900 0  - nikel ərintilərindən  -  0.5
 7504 00 000 0  Nikel tozları və pulcuqları  -  0.5
 7505  Nikel çubuqlar, profillər və məftillər:    
   - çubuqlar və profillər:    
 7505 11 000 0  -- aşqarlanmamış nikeldən  -  0.5
 7505 12 000 0  -- nikel ərintilərindən  -  0.5
   - məftil:    
 7505 21 000 0  -- aşqarlanmamış nikeldən  -  0.5
 7505 22 000 0  -- nikel ərintilərindən  -  0.5
 7506  Nikel plitələr, təbəqələr, zolaqlar və ya lentlər və folqalar:    
 7506 10 000 0  - aşqarlanmamış nikeldən  -  0.5
 7506 20 000 0  - nikel ərintilərindən  -  0.5
 7507  Nikeldən boru və borucuqlar və onlar üçün fitinqlər (məsələn, muftalar, dirsəklər, flanslar):    
   - boru və borucuqlar:    
 7507 11 000 0  -- aşqarlanmamış nikeldən  -  0.5
 7507 12 000 0  -- nikel ərintilərindən  -  0.5
 7507 20 000 0  - boru və ya borucuqlar üçün fitinqlər  -  0.5
 7508  Nikeldən olan digər məmulatlar:    
 7508 10 000 0  - nikel tellərindən parça, şəbəkə və torlar  -  0.5
 7508 90 000 0  - digərləri  -  0.5
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
     2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb