Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Qrup 79 Sink və ondan hazırlanan məmulatlar

Qeyd:

1.Bu qrupda istifadə olunan terminlər aşağıdakı mənaları bildirir:

a) Çubuqlar yayılmış, preslənmiş və ya döyülmüş və bütün uzunluğu boyu en kəsiyinin forması dairə, oval, düzbucaqlı (kvadratlar daxil olmaqla), bərabərtərəfli üçbucaq və ya düzgün qabarıq çoxbucaqlı (yastı dairələr və iki əks tərəfi qabarıq qövslər, digər iki tərəfi isə bərabər uzunluqlu və paralel düzxətli olan şəkildəyişmiş düzbucaqlılar daxil olmaqla) şəklində olan məmulatlar. En kəsiyi düzbucaqlı (kvadrat daxil olmaqla), üçbucaq və çoxbucaqlı şəklində olan məmulatların bütün uzunluğu boyu dəyirmilənmiş bucaqları ola bilər. En kəsiyi düzbucaqlı (şəkildəyişmiş düzbucaqlılar daxil olmaqla) şəklində olan belə məmulatların qalınlığı onların eninin 0,1-dən artıq olmalıdır. Bu termin həmçinin tökmə və bişmə yolu ilə hazırlanmış, eyni forma və ölçülü, hazırlandıqdan sonra emal olunmuş (qırıntıların və oksid qalıqlarının təmizlənməsindən başqa) məmulatlara da aid edilir, bir şərtlə ki, bu zaman onlar başqa mal mövqelərində təsnif olunmuş malların xarakterik xassələrini qəbul etməsinlər.

b) Profillər- yayılmış, preslənmiş, dartılmış və ya döyülmüş, buxtalara sarınmış və ya sarınmamış və bütün uzunluğu boyu sabit en kəsiyi olan və çubuq, məftil, təbəqə (vərəq), plitə, zolaq və ya lent, folqa, boru və ya borucuq anlayışlarına uyğun gəlməyən məmulatlar. Bu termin həmçinin tökmə və bişmə yolu ilə hazırlanmış, eyni formalı, hazırlandıqdan sonra emal olunmuş (qırıntıların və oksid qalıqlarının təmizlənməsindən başqa) məmulatlara da aid edilir, bir şərtlə ki, bu zaman onlar başqa mal mövqelərində təsnif olunmuş malların xarakterik xassələrini qəbul etməsinlər.

v) Məftil- buxtalara sarınmış, yayılmış, preslənmiş və ya döyülmüş və bütün uzunluğu boyu en kəsiyinin forması dairə, oval, düzbucaqlı (kvadratlar daxil olmaqla), bərabərtərəfli üçbucaq və ya düzgün qabarıq çoxbucaqlı (yastı dairələr və iki əks tərəfi qabarıq qövslər, digər iki tərəfi isə bərabər uzunluqlu və paralel düzxətli olan şəkildəyişmiş düzbucaqlılar daxil olmaqla) şəklində olan məmulatlar. En kəsiyi düzbucaqlı (kvadrat daxil olmaqla), üçbucaq və çoxbucaqlı şəklində olan məmulatların bütün uzunluğu boyu dəyirmilənmiş bucaqları ola bilər. En kəsiyi düzbucaqlı (şəkildəyişmiş düzbucaqlılar daxil olmaqla) şəklində olan belə məmulatların qalınlığı onların eninin 0,1-dən artıq olmalıdır.

q) Plitələr, təbəqələr (vərəqlər), zolaqlar və ya lentlər və folqa - yastı məmulatlar (7901 mal mövqeyində təsnif olunan emal olunmamış məmulatlardan başqa), rulonlara bükülmüş və ya bükülməmiş və tam düzbucaqdı (kvadratdan başqa) en kəsiyi olan, dəyirmilənmiş və ya dəyirmilənməmiş bucaqlarla (yastı dairələr və iki əks tərəfi qabarıq qövslər, digər iki tərəfi isə bərabər uzunluqlu və paralel düzxətli olan şəkildəyişmiş düzbucaqlılar daxil olmaqla), sabit qalınlıqlı:

  • düzbucaqlı (kvadrat daxil olmaqla) formalı, qalınlığı eninin 0,1-dən artıq olmayan;
  • düzbucaqlı və kvadratdan fərqli, istənilən ölçülü formalarda, bir şərtlə ki, bu zaman onlar başqa mal mövqelərində təsnif olunmuş malların xarakterik xassələrini qəbul etməsinlər.

7905 mal mövqeyinə, inter alia, səthi relyefli olan (məsələn, çöküklər, çıxıntılar, məsalmələr (damalar), romblar) plitələr, təbəqələr, zolaqlar və ya lentlər və folqa, eləcə də perforasiya olunmuş, büzməli, cilalanmış və ya üzlüklü, bir şərtlə ki, bu zaman onlar başqa mal mövqelərində təsnif olunmuş malların xarakterik xassələrini qəbul etməsinlər.

d) Borular və borucuqlar buxtalara sarınmış və ya sarınmamış, bütün uzunluğu boyu, dairə, oval, düzbucaqlı (kvadrat daxil olmaqla) , bərabərtərəfli üçbucaqlı və ya divarının qalınlığı sabit olan, düzgün qabarıq çoxbucaqlı formasında, yalnız bir qapalı sabit en kəsikli, içiboş məmulatlar. En kəsiyi düzbucaqdı (kvadrat daxil olmaqla), bərabərtərəfli üçbucaq və ya düzgün qabarıq çoxbucaqlı şəklində olan, bucaqları bütün uzunluğu boyu dəyirmilənmiş məmulatlar da borulara və borucuqlara aid edilir, bir şərtlə ki, onların daxili və xarici en kəsikləri konsentrik, eyni formalı və eyni oriyentasiyalı olsun. Yuxarıda göstərilən en kəsikli borular və borucuqlar cilalanmış, üzlüklü, əyilmiş, kəsikli, deşilmiş, daraldılmış, genişləndirilmiş, konus şəklinə salınmış və ya flans, manjet və ya halqa şəkilli sonluğu olan.

Yarımmövqelərə dair qeyd:

1. Bu qrupda istifadə olunan terminlər aşağıdakıları bildirir:

a) Aşqarlanmamış sink tərkibində ən azı 97,5 kütlə % sink olan metallar.

b) Sink ərintiləri tərkibində sink kütləsinə görə ərintinin tərkibində digər elementlərin hər birindən üstün olan, tərkibindəki digər elementlərin ümumi miqdarı 2,5 kütlə %-dən artıq olan metal ərintiləri.

v) Sink tozu sink buxarının kondensləşməsi nəticəsində alınan və sink tozunun (poroşok) hissəciklərindən kiçik sferik hissəciklərdən ibarət olan toz. Toz hissəciklərinin ən azı 80 kütlə %-i, deşiklərinin ölçüsü 63 mkm (mikron) olan ələkdən keçir. Sink tozunun tərkibində ən azı 85 kütlə % metallik sink olmalıdır.

XİF ƏN-ın kodu

Mal mövqelərinin adları

Əlavə ölçü vahidi

Tarif dərəcəsi (Gömrük dəyərinə %-lə və ya ölçü vahidinə görə ABŞ dol. ilə)

 7901  Emal olunmamış sink:    
   - aşqarlanmamış sink:    
 7901 11 000 0  -- tərkibində 99,99 kütlə % və ya daha çox sink olan  -  0.5
 7901 12  -- tərkibində 99,99 kütlə %-dən az sink olan:    
 7901 12 100 0  --- tərkibində 99,95 kütlə % və ya daha çox, lakin 99,99 kütlə %-dən az sink olan  -  0.5
 7901 12 300 0  --- tərkibində 98,5 kütlə % və ya daha çox, lakin 99,95 kütlə %-dən az sink olan  -  0.5
 7901 12 900 0  --- tərkibində 97,5 kütlə % və ya daha çox, lakin 98,5 kütlə %-dən az sink olan  -  0.5
 7901 20 000 0  - sink ərintiləri  -  0.5
 7902 00 000 0  Sink tullantıları və qırıntıları  -  0.5
 7903  Sink tozları, ovuntuları və pulcuqları:    
 7903 10 000 0  - sink tozları  -  0.5
 7903 90 000 0  - digərləri  -  0.5
 7904 00 000 0  Sink çubuqlar, profillər və məftillər  -  0.5
 7905 00 000 0  Sink plitələr, təbəqələr, zolaqlar və ya lentlər və folqalar  -  0.5
 7906 00 000 0  Sinkdən borular və borucuqlar və onlar üçün fitinqlər (məsələn, muftalar, dirsəklər, flanslar)  -  0.5
 7907 00 000 0  Sinkdən olan digər məmulatlar  -  0.5
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
     2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb