Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Qrup 80 Qalay və ondan hazırlanan məmulatlar

Qeyd:

1. Bu qrupda istifadə olunan terminlər aşağıdakı mənaları bildirir:

a) Çubuqlar yayılmış, preslənmiş və ya döyülmüş və bütün uzunluğu boyu en kəsiyinin forması dairə, oval, düzbucaqlı (kvadratlar daxil olmaqla), bərabərtərəfli üçbucaq və ya düzgün qabarıq çoxbucaqlı (yastı dairələr və iki əks tərəfi qabarıq qövslər, digər iki tərəfi isə bərabər uzunluqlu və paralel düzxətli olan şəkildəyişmiş düzbucaqlılar daxil olmaqla) şəklində olan məmulatlar. En kəsiyi düzbucaqlı (kvadrat daxil olmaqla), üçbucaq və çoxbucaqlı şəklində olan məmulatların bütün uzunluğu boyu dəyirmilənmiş bucaqları ola bilər. En kəsiyi düzbucaqlı (şəkildəyişmiş düzbucaqlılar daxil olmaqla) şəklində olan belə məmulatların qalınlığı onların eninin 0,1-dən artıq olmalıdır. Bu termin həmçinin tökmə və bişmə yolu ilə hazırlanmış, eyni forma və ölçülü, hazırlandıqdan sonra emal olunmuş (qırıntıların və oksid qalıqlarının təmizlənməsindən başqa) məmulatlara da aid edilir, bir şərtlə ki, bu zaman onlar başqa mal mövqelərində təsnif olunmuş malların xarakterik xassələrini qəbul etməsinlər.

b) Profillər- yayılmış, preslənmiş, dartılmış və ya döyülmüş, buxtalara sarınmış və ya sarınmamış və bütün uzunluğu boyu sabit en kəsiyi olan və çubuq, məftil, təbəqə (vərəq), plitə, zolaq və ya lent, folqa, boru və ya borucuq anlayışlarına uyğun gəlməyən məmulatlar. Bu termin həmçinin tökmə və bişmə yolu ilə hazırlanmış, eyni formalı, hazırlandıqdan sonra emal olunmuş (qırıntıların və oksid qalıqlarının təmizlənməsindən başqa) məmulatlara da aid edilir, bir şərtlə ki, bu zaman onlar başqa mal mövqelərində təsnif olunmuş malların xarakterik xassələrini qəbul etməsinlər.

v) Məftil- buxtalara sarınmış, yayılmış, preslənmiş və ya döyülmüş və bütün uzunluğu boyu en kəsiyinin forması dairə, oval, düzbucaqlı (kvadratlar daxil olmaqla), bərabərtərəfli üçbucaq və ya düzgün qabarıq çoxbucaqlı (yastı dairələr və iki əks tərəfi qabarıq qövslər, digər iki tərəfi isə bərabər uzunluqlu və paralel düzxətli olan şəkildəyişmiş düzbucaqlılar daxil olmaqla) şəklində olan məmulatlar. En kəsiyi düzbucaqlı (kvadrat daxil olmaqla), üçbucaq və çoxbucaqlı şəklində olan məmulatların bütün uzunluğu boyu dəyirmilənmiş bucaqları ola bilər. En kəsiyi düzbucaqlı (şəkildəyişmiş düzbucaqlılar daxil olmaqla) şəklində olan belə məmulatların qalınlığı onların eninin 0,1-dən artıq olmalıdır.

q) Plitələr, təbəqələr (vərəqlər), zolaqlar və ya lentlər və folqa - yastı məmulatlar (7901 mal mövqeyində təsnif olunan emal olunmamış məmulatlardan başqa), rulonlara bükülmüş və ya bükülməmiş və tam düzbucaqdı (kvadratdan başqa) en kəsiyi olan, dəyirmilənmiş və ya dəyirmilənməmiş bucaqlarla (yastı dairələr və iki əks tərəfi qabarıq qövslər, digər iki tərəfi isə bərabər uzunluqlu və paralel düzxətli olan şəkildəyişmiş düzbucaqlılar daxil olmaqla), sabit qalınlıqlı:

  • düzbucaqlı (kvadrat daxil olmaqla) formalı, qalınlığı eninin 0,1-dən artıq olmayan;
  • düzbucaqlı və kvadratdan fərqli, istənilən ölçülü formalarda, bir şərtlə ki, bu zaman onlar başqa mal mövqelərində təsnif olunmuş malların xarakterik xassələrini qəbul etməsinlər.

8004 və 8005 mal mövqelərinə, inter alia, səthi relyefli olan (məsələn, çöküklər, çıxıntılar, məsalmələr (damalar), romblar) plitələr, təbəqələr, zolaqlar və ya lentlər və folqa, eləcə də perforasiya olunmuş, büzməli, cilalanmış və ya üzlüklü, bir şərtlə ki, bu zaman onlar başqa mal mövqelərində təsnif olunmuş malların xarakterik xassələrini qəbul etməsinlər.

d) Borular və borucuqlar buxtalara sarınmış və ya sarınmamış, bütün uzunluğu boyu, dairə, oval, düzbucaqlı (kvadrat daxil olmaqla) , bərabərtərəfli üçbucaqlı və ya divarının qalınlığı sabit olan, düzgün qabarıq çoxbucaqlı formasında, yalnız bir qapalı sabit en kəsikli, içiboş məmulatlar. En kəsiyi düzbucaqdı (kvadrat daxil olmaqla), bərabərtərəfli üçbucaq və ya düzgün qabarıq çoxbucaqlı şəklində olan, bucaqları bütün uzunluğu boyu dəyirmilənmiş məmulatlar da borulara və borucuqlara aid edilir, bir şərtlə ki, onların daxili və xarici en kəsikləri konsentrik, eyni formalı və eyni oriyentasiyalı olsun. Yuxarıda göstərilən en kəsikli borular və borucuqlar cilalanmış, üzlüklü, əyilmiş, kəsikli, deşilmiş, daraldılmış, genişləndirilmiş, konus şəklinə salınmış və ya flans, manjet və ya halqa şəkilli sonluğu olan.

Yarımmövqelərə dair qeyd:

1. Bu qrupda istifadə olunan terminlər aşağıdakıları bildirir:

a) Aşqarlanmamış sink tərkibində ən azı 99 kütlə % qalay olan metal,bir şərtlə ki, metalın tərkibindəki vismut və mis aşağıdakı cədvəldəkindən artıq olmasın:

Digər elementlər

Element

Kütlə % həddi

Bi

vismut

0,1

Cu

mis

0,4

b) Qalay ərintiləri tərkibində qalay, kütləsinə görə ərintinin tərkibində digər elementlərin hər birindən üstün olan metal ərintiləri, bir şərtlə ki:

i) digər elementlərin ümumi miqdarı 1 kütlə %-dən artıq olsun;

ii) tərkibində vismut və mis yuxarıda cədvəldə göstərilən həddə bərabər və ya ondan artıq olsun.

XİF ƏN-ın kodu

Mal mövqelərinin adları

Əlavə ölçü vahidi

Tarif dərəcəsi (Gömrük dəyərinə %-lə və ya ölçü vahidinə görə ABŞ dol. ilə)

 8001   Qalay, emal olunmamış:    
 8001 10 000 0  - aşqarlanmamış qalay  -  0.5
 8001 20 000 0  - qalay ərintiləri  -  0.5
 8002 00 000 0  Qalay tullantıları və qırıntıları  -  0.5
 8003 00 000 0  Qalay çubuqlar, profillər və məftillər  -  0.5
 8004 00 000 0  Qalınlığı 0,20 mm-dən çox olan qalay plitələr, təbəqələr, zolaqlar və ya lentlər  -  0.5
 8005 00 000 0  Qalay folqalar (kağızdan, kartondan, plastik kütlədən və ya analoji materiallardan əsasla və ya əsassı olmayan), qalınlığı (əsas nəzərə alınmadan) 0,20 mm-dən çox olmayan; qalay tozları və pulcuqları  -  0.5
 8006 00 000 0  Qalaydan borular, borucuqlar və onlar üçün fitinqlər (məsələn, muftalar, dirsəklər, flanslar)  -  0.5
 8007 00 000 0  Qalaydan olan digər məmulatlar  -  0.5
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
     2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb