Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Bölmə XXI İncəsənət əsərləri, kolleksiya əşyaları və antikvariat

Qrup 97 İncəsənət əsərləri, kolleksiya əşyaları və antikvariat

Qeydlər:

1. Bu qrupa aşağıdakılar daxil olunmur:

a) poçt markaları və ya ödənilməmiş dövlət rüsumu markaları, poçt dəftərxana ləvazimatları (gerbli kağız) və ya 4907 mal mövqeyinin analoji məmulatları;

b) teatr dekorasiyaları, bədii studiyalar üçün arxa fonlar və bəzəkli kətandan analoji əşyalar (5907 mal mövqeyi), 9706 mal mövqeyinə daxil olunanlardan başqa; və ya

v) təbii və ya becərilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar (7101-7103 mal mövqeləri).

2. 9702 mal mövqeyində qravüraların, estampların və litoqrafiyaların əsilləri termini, müəllif tərəfindən əllə hazırlanmış bir və ya bir neçə lövhələrlə yerinə yetirilmiş rəngli və ya ağ-qara basmaları bildirir, müəllif tərəfindən istifadə olunan texnika və ya materialdan asılı olmayaraq (mexaniki və fotomexaniki üsullardan başqa).

3. 9703 mal mövqeyinə böyük seriyalı sənaye reproduksiyaları və ya kommersiya xarakterli sənətkarlıq sənayesi məmulatları daxil olunmur, onlar rəssam tərəfindən yaradılıb və ya çəkilsə belə.

4a. Yuxarıda göstərilən 1-3 qeydlərinin şərtlərinə görə bu qrupun məmulatları Nomenklaturanın başqa qrupuna deyil, məhz bu qrupa daxil olunur.

4b. 9706 mal mövqeyinə bu qrupun əvvəlki mal mövqelərində təsnif olunan məmulatlar aid olunmur.

5. Rəsm, şəkil, pastel, kollajlar və ya digər dekorativ təsvirlər, qravüralar, estamplar və ya litoqrafiyalar üçün çərçivələr həmin sənət əsərləri ilə eyni mal mövqelərində təsnif olunmalıdırlar, bir şərtlə ki, çərçivələrin xüsusiyyətləri və qiymətləri bu əsərlərə uyğun gəlsin. Xüsusiyyətləri və qiymətləri yuxarıda sadalanan əsərlərə uyğun gəlməyən çərçivələr ayrılıqda təsnif olunmalıdırlar.

XİF ƏN-ın kodu

Mal mövqelərinin adları

Əlavə ölçü vahidi

Tarif dərəcəsi (Gömrük dəyərinə %-lə və ya ölçü vahidinə görə ABŞ dol. ilə)

 9701  Tam şəkildə əl ilə yerinə yetirilmiş şəkillər, rəsmlər və pastellər, 4906 mal mövqeyində göstərilmiş rəsmlərdən və digər üzərinə əl ilə şəkil çəkilmiş şəkillər və ya bəzədilmiş hazır məmulatlardan başqa; kollajlar və analoji dekorativ təsvirlər:    
 9701 10 000 0  - şəkillər, rəsmlər və pastellər  əd  0.5
 9701 90 000 0  - digərləri  -  0.5
 9702 00 000 0  Qravüra, estamp və litoqrafiyaların əsilləri  əd  0.5
 9703 00 000 0  İstənilən materialdan olan heykəl və heykəlciklərin əsilləri  əd  0.5
 9704 00 000 0  Poçt markaları və ya dövlət rüsumu markaları poçt ödəniş nişanları (ödənilmiş), həmçinin birinci ödənmə günü üçün, poçt dəftərxana ləvazimatları (gerbli kağız) və analoji əşyalar, istifadə olunmuş və ya istifadə olunmamış, 4907 mal mövqeyinin mallarından başqa  -  0.5
 9705 00 000 0  Kolleksiyalar və zoologiya, botanika, minerologiya, anatomiya, tarix, arxeologiya, paleontologiya, etnoqrafiya və numizmatika üzrə kolleksiya əşyaları  -  0.5
 9706 00 000 0   Yaşı 100 ildən yuxarı olan antikvariat  -  0.5
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
     2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb