İƏT Gömrük Xidməti Rəhbərləri Şurasının iclası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilmişdir
Xəbər verdiyimiz kimi, sentyabrın 26-28 tarixlərində Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərləri Şurasının 6-cı iclası keçirilmişdir. Xatırladaq ki, iclasda Azərbaycan da daxil olmaqla, Türkiyə, Qazaxıstan, Qırğız, Türkmənistan respublikalarının, eləcə də İran, Pakistan və Əfqanıstan İslam respublikalarının nümayəndə heyətləri iştirak etmişlər.
Sentyabrın 29-da iclasa qatılan bəzi ölkələrin nümayəndə heyətləri ilə Dövlət Gömrük Komitəsinin rəhbərliyi arasında ikitərəfli görüşlər keçirilmişdir.
İlk olaraq İran İslam Respublikası maliyyə və iqtisadiyyat nazirinin müavini, gömrük adminstrasiyasının prezidenti Məhəmməd Haşem Rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iki qonşu dövlət arasındakı münasibətlərdən məmnunluqla söhbət açmış, o cümlədən, gömrük xidməti sahəsində qarşılıqlı əlaqələrin hazırkı səviyyəsindən razılığını ifadə etmişdir. Əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyinə toxunan Komitə sədri keçirilən iclasda İran Gömrük Xidməti rəhbərinin iştirakını yüksək qiymətləndirmişdir.
Səmimi qəbula və Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərləri Şurasının 6-cı iclasının yuksək səviyyədə təşkilinə görə DGK sədri Aydın Əliyevə təşəkkür edən İran İslam Respublikası maliyyə və iqtisadiyyat nazirinin müavini, gömrük adminstrasiyasının prezidenti Məhəmməd Haşem Rəhbəri ölkələrimiz arasında mövcud münasibətlərdən razılıqla bəhs etmiş, Azərbaycan və İran gömrük orqanlarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsinin vacibliyinə toxunmuşdur.
***
Həmin gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Əfqanıstan Gömrük Departamentinin direktor müavini Məhəmməd Ənvər Əkbərin rəhbərlik etdiyi nümayəndə heyətini də qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafı üçün gələcək perspektivlər müzakirə edilmiş, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ələqələrin daha da intensivləşdirilməsinin vacibliyi önə çəkilmiş, gömrük sferasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, ikitərəfli görüşlərin, təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanmışdır.
Azərbaycan Gömrük Xidmətinin hazırkı inkişaf strategiyasını yüksək qiymətləndirən qonaq Bakıda yerləşən Regional Tədris Mərkəzində keçirilən seminarlara, treninqlərə ölkəsinin gömrük əməkdaşlarının da cəlb olunmasını Azərbaycan tərəfindən xahiş etmiş, ümumiyyətlə, beynəlxalq standartlara cavab verən Azərbaycan gömrük sisteminin təcrübəsindən yararlanmağın Əfqanıstan gömrüyünün inkişafına müsbət təsirindən danışmışdır.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.