Balakən Gömrük İdarəsinin «Mazımçay» gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə gələn, Laqodex-Qabal-Balakən marşrutu ilə hərəkət edən «LAZ 4969» markalı, RGİ 076 qeydiyyat nişanlı sərnişin avtobusuna gömrük baxışı keçirilmişdir. Bu zaman avtobusun pilləkənləri ilə döşəməsinin arasında olan gizli saxlanc yerindən, gömrük nəzarətindən gizlədilmiş, sürücü, Gürcüstan Respublikasının vətəndaşı Mextarov Ələddin Hüseyn oğluna məxsus hər biri 100 qram olmaqla 100 ədəd, üzərində «GOLD ORİGİNAL CHOCOLATE» sözləri yazılmış, Ermənistan Respublikasının istehsalı olan kofe məmulatı aşkar edilərək götürülmüşdür.
Qeyd edək ki, ekspert rəyinə görə, həmin məmulatın əmtəə göstəricilərinin olmaması, istehsal tarixi və yararlılıq müddətinin göstərilməməsi, eləcə də keyfiyyət göstəricilərinin mövcud standartlara uyğun olmaması müəyyənləşdirilmiş və bu səbəbdən onlar insan qidası üçün yararsız hesab edilmişdir.
Faktla bağlı təhqiqat aparılır.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.