Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
«Qeydiyyata alınmışdır»
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi
Qeydiyyat ¹ 2778
Azərbaycan Respublikası
Milli Bankı İdarə Heyətinin
«18» mart 2002-ci il tarixli qərarı ilə təsdiq edilmişdir
«Razılaşdırılmışdır»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
«02» 04 2002-ci il Protokol ¹ 06 «26» 03 2002-ci il
Nazir
____________F.F.Məmmədov
İdərə Heyətinin sədri
___________E.S.Rüstəmov
Komitənin sədri
____________K.F.Heydərov


Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması

QAYDALARI


1. Ümumi müddəalar.

  1.1. Bu Qaydalar «Valyuta tənzimi haqqında» və «Valyuta tənzimi haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə müvafiq olaraq hazırlanmış və fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına nağd gətirilməsi və Azərbaycan Respublikasından nağd çıxarılması qaydalarını müəyyən edir.
  1.2. Bu Qaydaların məqsədləri üçün istifadə olunmuş «fiziki şəxs olan rezidentlər» (bundan sonra rezidentlər), «fiziki şəxs olan qeyri-rezidentlər» (bundan sonra qeyri-rezidentlər), «müvəkkil banklar», «valyuta sərvətləri», o cümlədən, «xarici valyuta», «xarici valyutada qiymətli kağızlar» və «qiymətli metallar» anlayışları «Valyuta tənzimi haqqında» Azərbaycan Respublikası Qanununda şərh edildiyi kimi başa düşülür.


2. Rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması

  2.1. Rezidentlər valyuta sərvətlərini gömrük orqanlarında bəyan etməklə məhdudiyyət qoyulmadan Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilərlər.
  2.2. Rezidentlər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentinədək olduqda onların gətirilməsi gömrük orqanları tərəfindən «Sərnişin gömrük bəyannaməsi» (Əlavə ¹ 1) ilə, 10.000 (on min) ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə olduqda isə «Sərnişin gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi» (GA – 5 ¹-li forma, Əlavə ¹ 2 ) ilə rəsmiləşdirilir.
  2.3. Rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50.000 (əlli min) ABŞ dolları ekvivalentinədək məbləği heç bir rüsüm ödənilmədən gömrük orqanlarında bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər. Rezidentlər tərəfindən Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətləri ölkə ərazisindən nağd çıxarılarkən gömrük orqanlarına «Sərnişin gömrük bəyannaməsi» (nağd gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentinədək olduqda) və «Sərnişin gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi» (nağd gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentindən çox olduqda) təqdim edilməlidir.
  2.4. Rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş 50.000 (əlli min) ABŞ dolları ekvivalentindən artıq məbləğdə valyuta sərvətlərini valyuta gətirilən ölkənin bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitlərin həmin rezidentə nağd verilməsini təsdiq edən arayışı təqdim etməklə Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi qaydada müvəkkil banklar vasitəsi ilə Azərbaycan Respublikasından kənara köçürə bilərlər.
  2.5. Rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş valyuta sərvətlərindən yalnız 50.000 (əlli min) ABŞ dolları ekvivalentinədək məbləği müvəkkil banklar tərəfindən verilmiş «Azərbaycan Respublikasına əvvəllər köçürülmüş xarici valyuta sərvətlərinin verilməsi haqqında» bank arayışı (Əlavə ¹ 3) əsasında, heç bir rüsum ödənilmədən gömrük orqanlarında bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
  2.6. Rezidentlər tərəfindən adambaşına 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğində valyuta sərvətləri (fond sərvətləri istisna olmaqla) sənəd təqdim edilmədən, gömrük orqanlarında bəyan edilməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxarıla bilər. Həmin məbləğdən 1.000 (bir min) ABŞ dolları ekvivalentinədək gömrük rüsumu ödənilmədən, 1.000 (bir min) ABŞ dolları ekvivalentindən əlavə 9.000 (doqquz min) ABŞ dolları ekvivalentinədək isə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş məbləğdə gömrük rüsumu ödənilməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxarıla bilər.
  2.7. xarici ölkələrə xidməti ezamiyyətə gedən rezidentlər, həmin şəxsləri ezamiyyətə göndərən təşkilatlara xidmət göstərən müvəkkil bankların təsdiqedici sənədlərində (ezamiyyə xərclərinin ödənilməsi barədə bank arayışı, Əlavə ¹ 4) göstərilən məbləğlərdə ezamiyyə və nümayəndəlik xərclərinin ödənilməsi üçün xarici valyuta sərvətlərini gömrük rüsumu ödənilmədən Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilər.


3. Qeyri-rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması


  3.1. Qeyri-rezidentlər valyuta sərvətlərini gömrük orqanlarında bəyan etməklə məhdudiyyət qoyulmadan Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilərlər.
  3.2. Qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentinədək olduqda onların gətirilməsi gömrük orqanları tərəfindən «Sərnişin gömrük bəyannaməsi» (Əlavə ¹ 1) ilə, 10.000 (on min) ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə olduqda isə «Sərnişin gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi» (GA – 5 ¹-li forma, Əlavə ¹ 2) ilə rəsmiləşdirilir.
  3.3. Qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50.000 (əlli min) ABŞ dolları ekvivalentinədək məbləği heç bir rüsum ödənilmədən gömrük orqanlarında bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər. Qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətləri ölkə ərazisindən nağd çıxarılarkən gömrük orqanlarına «Sərnişin gömrük bəyannaməsi» (nağd gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentinədək olduqda) və «Sərnişin gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi» (nağd gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentindən çox olduqda) təqdim edilməlidir.
  3.4. Qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş 50.000 (əlli min) ABŞ dolları ekvivalentindən artıq məbləğdə valyuta sərvətlərini valyuta gətirilən ölkənin bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitlərin həmin qeyri-rezidentə nağd verilməsini təsdiq edən arayış təqdim etməklə Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi qaydada müvəkkil banklar vasitəsi ilə Azərbaycan Respublikasından kənara köçürə bilərlər.
  3.5. Qeyri-rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş valyuta sərvətlərindən yalnız 50.000 (əlli min) ABŞ dolları ekvivalentinədək məbləği müvəkkil banklar tərəfindən verilmiş «Azərbaycan Respublikasına əvvəllər köçürülmüş xarici valyuta sərvətlərinin verilməsi haqqında» bank arayışı (Əlavə ¹ 3) əsasında, heç bir rüsum ödənilmədən gömrük orqanlarında bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
  3.6. Qeyri-rezidentlər, onları ezamiyyətə göndərən təşkilatın təsdiqedici sənədlərində (ezam olunma barədə əmrdən çıxarış və ya ezamiyyə vəsiqəsi və ezamiyyə haqqının verilməsi barədə kassa məxaric orderinin qəbzi) göstərilən məbləğdə valyuta sərvətlərini gömrük rüsumu ödənilmədən Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
  3.7. Qeyri-rezidentlər bu Qaydaların 3.3, 3.4, 3.5 və 3.6 yarımbəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, sənəd təqdim edilmədən 1.000 (bir min) ABŞ dolları ekvivalentinədək valyuta sərvətlərini gömrük rüsumu ödənilmədən Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.


4. Yekun müddəalar


  4.1. Gömrük orqanlarının məsul şəxsləri rezident və qeyri-rezidentlərə bu Qaydaların tələblərindən irəli gələn şərtlərin qeyri-qanuni yollarla əldə edilmiş vəsaitlərin ölkə ərazisindən tranzit daşınmasının məhdudlaşdırılması məqsədi ilə tətbiq olunduğunu izah edirlər.
  4.2. Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası ərazisinə gətirilən valyuta sərvətləri haqqında aylıq məlumatları növbəti ayın 20-dək, gömrük orqanları isə 50.000 (əlli min) ABŞ dolları ekvivalentindən artıq məbləğdə gətirilən valyuta sərvətləri barədə məlumatları 7 gün müddətində müəyyən olunmuş qaydada Milli Banka göndərir.
  4.3. Valyuta sərvətlərinin ölkə ərazisindən çıxarılması üçün gömrük rüsumları müvafiq ərazi gömrük orqanlarına ödənilir.
  4.4. Bu Qaydaların müddəalarını pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyət daşıyırlar.
  4.5. Bu Qaydalar «10» aprel 2002-ci il tarixdən qüvvəyə minir.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb