Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
2004-cü ilin birinci yarımili ərzində respublikanın xarici ticarətinin vəziyyəti


2004-cü ilin birinci yarımili ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 119 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 2827538,1 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 1314204,2 min ABŞ dolları dəyərində 907 adda mal ixrac, 1513333,9 min ABŞ dolları dəyərində 4422 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə mənfi saldo 199129,7 min ABŞ dolları təşkil etmişdir.

O cümlədən,
-respublikaya 20111,3 min ABŞ dolları dəyərində 8452,4 ton dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmannasız kömək, humanitar yük və texniki yardım daxil olmuşdur.

2003-cü ilin I yarımilinə nisbətən 2004-cü ilin I  yarımilində ixrac əməliyyatlarının həcmi 33,86% (332433,0 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 33,71% (381572,6 min ABŞ dolları) artmışdır. İdxal əməliyyatlarının həcmi əsasən təbii qazın, dənli bitkilərin, avadanlıqlar və texniki qurğuların, elektrik maşınları və onların hissələrinin, poliqrafiya sənayesinin məmulatlarının, qara metallar, mebel, plastik kütlələr və onlardan hazırlanan məmulatlar və başqa malların idxalı hesabına artmışdır.

Müvəqqəti ixrac rejimində ölkəmizdən 19522,3 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 133503,3 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal olunmuşdur.

2004-cü ilin I yarımilində 102360 ədəd nəqliyyat vasitəsindən istifadə edilməklə 9446,6 min ton yük daşınmışdır. Bunlardan 4754,3 min tonu (18918 ədəd nəqliyyat vasitəsi) ixrac əməliyyatlarının, 4692,4 min tonu (83442 ədəd nəqliyyat vasitəsi) isə idxal əməliyyatlarının payına düşür. Əsasən dəmir yolu (47123 ədəd vaqon) və avtomobil yolu nəqliyyatından (33627 ədəd) istifadə edilmişdir. Xam neftin və təbii qazın daşınmasında stasionar nəql etmə vasitəsindən (boru kəməri) istifadə edilmişdir.

Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 3764392,2 ton yük keçirilmişdir. Tranzit yüklər əsasən Gürcüstan (1514053,4t), İtaliya (856751,6t) Respublikalarına, İsveçrəyə (599029,0t), Kipr (187320,9t), Türkmənistan (158268,3t), Tacikistan (112753,5t), Türkiyə (90674,7t) Respublikalarına və Rusiya Federasiyasına (91039,3t) göndərilmişdir.

2004-cü ilin I yarımili ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:

-ixrac əməliyyatlarının həcminin yüksək həddi mart ayında (442087.8 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (120065.1 min ABŞ dolları) olmuşdur;

-idxal əməliyyatlarının həcminin yüksək həddi iyun ayında (296922,6 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (203037.1 min ABŞ dolları) olmuşdur;

-iyun ayında ixrac əməliyyatlarının həcmi may ayı ilə müqayisədə 18585,1 min ABŞ dolları həcmində artmışdır;

-iyun ayında idxal əməliyyatlarının həcmi may ayı ilə müqayisədə 39688,4 min ABŞ dolları həcmində artmışdır.

-ixrac əməliyyatlarında orta aylıq artım 10299,5 min ABŞ dolları, idxal əməliyyatlarında isə orta aylıq artım 18777,1 min ABŞ dolları olmuşdur.

Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 22460,5 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir.

İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2004-cü ilin ilk 4 ayında 21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.
İxracda:
İdxalda:
01 (milli valyuta ilə hesablaşma)
  -1,15%
-0,05%
21 (SD ilə hesablaşma)
  -58,29%
-53,84%
23 (dövlət krediti üzrə hesablaşma)
-0.00%
-0,27%
41 (qapalı dövriyyəli valyuta)
-1,04%
-3,40%
51 (barter sazişi)
-0,07%
  -0.01%
78(kompensiasialı öhdəlik. hesab.)
-20,82%
  -0.00%
80 (digərləri)
-18,63%
-42,43%
İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2003-cü ilin I yarımili ilə müqayisə statistik dəyərə görə aparılmışdır):

İxracda: xam neft-48,51% (2003-cü ilin I yarımilinə nisbətən 99,24%), neft məhsulları-21,51% (148,10%), qara metallar və onlardan hazırlanan məmulatlar-1,69% (158,40%), alkoqollu və alkoqolsuz içkilər-0,17% (86,90%), kimya məhsulları-2,97% (165,19%), pambıq-1,35% (156,52%), tütün və tütün məmulatları-0,40% (137,99%), alüminium və ondan hazırlanan məmulatlar-1,84% (397,28%), meyvə-tərəvəz məhsulları-1,42% (197,14%), bitki və heyvan mənşəli yağlar-2,58% (184,77%) təşkil edir. Qalan əmtəələrin payına 17,55% düşür.

İdxalda: ərzaq məhsulları-13,00% (2003-cü ilin I yarımilinə nisbətən 150,05%), neft qazı və digər qazaoxşar karbohidrogenlər-9,21% (112,22%), maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri-27,78% (153,67%), qara metallar və onlardan hazırlanan məmulatlar-17,01% (118, 66%), nəqliyyat vasitələri və onların hissələri-6,07% (80,08%), mebel-1,00% (167,63%), oduncaq və ondan hazırlanan məmulatlar-1,41% (156,35%), xalq istehlak malları-1,60% (156,94%), əczaçılıq məhsulları-1,05% (120,43%) təşkil edir. Qalan əmtəələrin payına 21,87% düşür.

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)
2003-cü ilin I yarımilinə netto çəki nisb.%-lə
1. Ət və ət məhsulları
16688.7 t  
8664.3  
150.7%
-o cümlədən hum. yardım
4.7t
2.7
2. Buğda
509956.0 t
97540.4
  133.6%
3. Un
4952.7 t
1499.5
200.5%
-o cümlədən hum. yardım
3957.1 t
1264.2
4. Şəkər
56445.7 t
11655.9
134.2%
5. Yağ
44116.6 t
23681.4
129.7%
-kərə yağı
8322.6 t
6860.8
-bitki və heyvan mənş. yağlar
35794.0 t
16820.6
-o cümlədən hum. yardım
485.4 t
  493.2
6. Çay
  5390.3 t  
10289.3  
220.0%
7. Spirt
645831.4 L
  585.4
112.7%
8. Spirtli içkilər
1077546.6 L
1890.4
  105.6%
9. Tütün məmulatı
513868.0 min əd.
 8495.9
  96.3%
10. Qara metallar
  92603.8 t
  40659.8
  118.8%
11. Minik avtomobilləri      
-YGB əsasında rəsmiləşdirilmiş
  9473 əd.

  42200.4
  142.6%
-GMO əsasında rəsmiləşdirilmiş
  4439 əd.
  19049.2
12. Gübrə
33468.2 t  
  3276.3
  3276.3
12. Neft məhsulları
   98696.6 t
  30999.9

13. Elektrik enerjisi  
1232875.9  min kvt/s  

32110.9

14. Neft qazı və digər
qazaoxşar karbohidrogenlər  

2657830.7 min kub.m
  139365.9
 

İxracın strukturunda əsas yer tutan əmtələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)
2003-cü ilin I yarımilinə netto çəki nisb.%-lə
1. Neft (xam)
2924063,9 t  
 637544,1
.1. Boru kəməri ilə 01.07.2004-cü

ilə qədər gedən xam neft

(sayğac göstəricilərinə əsasən)
-Şimal boru kəməri ilə
1251049,0 t
-Supsa boru kəməri ilə
3115989,0 t
2. Neft emal məhsulları
1133045,9 t
282651,7
o cümlədən, saziş növləri üzrə:
-sərbəst dönərli valyutaya
994659,6 t
245803,3
-milli valyutaya
60235,2 t
14971,3

-digərləri  
78151,1 t
  21877,2
2.1. 01.07.2004-cü ilə qədər şərti

bəyan. ilə yola salın. rəsmi-

ləşdirilməmiş neft məhsulları

  159511,6 t
   

3. Bitki və heyvan mənş. yağlar

  26441.2 t  
33917.7
  120.5%
4. Spirtli içkilər

  2714228.0 L  
2150.6
  65.2%
5. Tütün
  3269.9 t  
3186.1  
80.2%

6. Tütün məmulatı
  686340.0 min əd.
  3464.3  
285.4%
7. Qara metallar  
82040.9 t
  21049.3  
145.0%
8. Alüminium
  15848.5 t  
24179.7

   326.3%
9. Çay  
3774.6 t  
10163.3  
407.1%
10. Pambıq mahlıcı və tullantıları
  15766.0 t
  17783.9  
 117.2%
11. Elektrik enerjisi  
252844.1 min kvt/s
  3748.8
 

Xam neft Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti (1267609.9 ton (43,35%)), Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (1626557,6 ton (55,63%)) və "Şirvan OİL" BMMM (29895,4 ton (1,02%))  tərəfindən ixrac edilmişdir.

Neft məhsullarının ixracında "Azneftyağ" İstehsalat Birliyi (535915,6 ton (47,30%)), Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (424001,4 ton (37,42%)), "Azal Oil" (59482,4 ton (5,25%) və "Azərneftyanacaq" NEZ (40971,2 ton (3,62%)) üstünlük təşkil edir.

Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB ölkələrindən başqa) 966243,6 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 73,52%) çıxarmışlar, o cümlədən, 644689,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 66,72%), 273613,60 min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 28,32%) və 40581,8 min ABŞ dolları dəyərində mal digər sazişlər hesabına (ixraca nisbətən 4,20%) çıxarılmışdır.

Eyni zamanda respublikaya xarici ölkələrdən 958875,5 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 63,36%) gətirilmişdir. Onlardan 352650,6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 36,78%) və 600010,4 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (idxala nisbətən 62,57%) gətirilmişdir.

Xarici ölkələr üzrə müsbət saldo 7368,2 min ABŞ dolları təşkil edir.

Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 347960,6 min ABŞ dolları dəyərində məhsul (ümumi ixraca nisbətən 26,48%) çıxarmışlar, o cümlədən, 121388,8 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 34,89%), 204227,4 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 58,69%) və 13688,7 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 3,93%) çıxarılmışdır. Eyni zamanda, respublikaya MDB ölkələrindən 554458,4 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 36,64%) gətirilmişdir. Onlardan 462129,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 83,35%), 49700,5 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 8,96%) gətirilmişdir.

MDB ölkələri üzrə mənfi saldo 206497,86 min ABŞ dolları təşkil edir.

Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
İxracda:
İdxalda:
Ölkənin adı
min Abş dolları
ümumi ixraca nisb.%-lə
Ölkənin adı
min ABŞ dolları
ümumi idxala nisb.%-lə
İtaliya
491982,91
37,44
Rusiya
219385,34

14,50
Türkmənstan
142777,52

10,86
Qazaxstan

180396,05
11,92
İsrail
113298,78
8,62

B/Britaniya

167411,03
11,06
Rusiya
97077,56
7,39
Türkiyə

102874,60
6,80

İran
76196,31
5,80
Almaniya

88804,68
5,87

Gürcüstan
72858,00
5,54
Ukrayna
71095,25
4,70
Türkiyə
67448,96
5,13
Çin
71048,36
4,69

Xorvatiya
36190,80
2,75
ABŞ
67687,51
4,47
Çin
27142,33

2,07
Malayziya
59060,04
3,90
Tacikistan
24411,70
1,86
Yaponiya
57978,51
3,83
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.

Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici-iqtisadi əlaqələrlə 4954 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2296 dövlət və özəl müəssisə, 2658 isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 736296,6 min ABŞ dolları (56,03%), özəl sektorun payı 556529,0 min ABŞ dolları (42,35%), fiziki şəxslərin payı isə 15062,2 min ABŞ dolları (1,15%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 333259,8 min ABŞ dolları (22,02%), özəl sektorun payı 1057057,7 min ABŞ dolları (69,85%), fiziki şəxslərin payı isə 103147,6 min ABŞ dolları (6,82%) olmuşdur.

DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
Rəsmi məlumatlar Arxiv    
24.11.2007
Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük regional qüvvə olan Azərbaycan-Gürcüstan-Türkiyə birliyini daha da möhkəmləndirəcəkdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-dən 21-dək Türkiyə, Fransa və Gürcüstanda səfərdə olmuşdur.
Noyabrın 18-də Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş qaz kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Türkiyənin Ədirnə şəhərinin ərazisində, Yunanıstanla sərhəddə yerləşən İpşala sərhəd-keçid məntəqəsində təşkil edilmiş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və ABŞ-ın energetika naziri Samuel Bodman və digər rəsmi şəxslər iştirak edirdilər.

Daha ətraflı
24.11.2007
Yeni Azərbaycan Partiyasının məqsədi, məramı Azərbaycanın xoşbəxt gələcəyi, əbədi müstəqilliyidir
Noyabrın 22-də “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə ziyafət təşkil olunmuşdur.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı ziyafətdə nitq söylədi və bildirdi ki, Azərbaycan ən ağır şəraitdə yaşadığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası öz üzərinə çox böyük və əhəmiyyətli missiya götürmüşdü. O günləri hamımız yaxşı xatırlayırıq, Azərbaycan dövlət müstəqilliyini təzəcə əldə etmişdi. Ölkədə gedən proseslər o qədər də ürəkaçan deyildi.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb