Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
2001-ci il ərzində respublikanın xarici iqtisadi fəaliyyətinin vəziyyəti haqqında


2001-ci il ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 124 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 3751910.2 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 2318213.9 min ABŞ dolları dəyərində mal ixrac, 1433696.3 min ABŞ dolları dəyərində mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 884517.6 min ABŞ dolları təşkil etmişdir (əlavə 1). O cümlədən,
- elektrik enerjisinin Rusiya Federasiyasına və Gürcüstan Respublikasına qarşılıqlı ötürülməsi ilə ixracı 4463.6 min ABŞ dolları və idxalı isə 5586.6 min ABŞ dolları təşkil etmişdir;
- respublikaya 50217.8 min ABŞ dolları dəyərində 26595.5 ton humanitar yük daxil olmuşdur (əlavə 5).

2001-ci ilin dekabr ayında idxal əməliyyatlarının həcmi 131054.0 min ABŞ dolları olmuşdur və 2000-ci ilin dekabr ayı ilə müqayisədə 3.20% və ya 4036.4 min ABŞ dolları artmışdır.

Əmlak şəklində ölkəmizə 58049.1 min ABŞ dolları dəyərində mal idxal olunmuş, 21825.3 min ABŞ dolları dəyərində mal isə ixrac edilmişdir.

2001-ci il ərzində 126253 ədəd nəqliyyat vasitəsindən istifadə edilməklə 14402.7 min ton yük daşınmışdır. Bunlardan 11984.8 min tonu (45600 ədəd nəqliyyat vasitəsi) ixrac əməliyyatlarının, 2417.9 min tonu (80653 ədəd nəqliyyat vasitəsi) isə idxal əməliyyatlarının payına düşür. Əsasən dəmir yolu (63870 ədəd vaqon) və avtomobil yolu nəqliyyatından (43599 ədəd) istifadə edilmişdir. Xam neftin daşınmasında stasionar nəql etmə vasitəsindən (boru kəməri) istifadə edilmişdir (əlavə 11).

Tranzit rejimində Azərbaycan Respublikası ərazisindən 6946806.3 ton yük keçirilmişdir. Tranzit yüklər əsasən Gürcüstan (6126051.8t), Türkmənistan (123194.3t), Tacikistan (196154.4t), Özbəkistan (178578.9t), Türkiyə Respublikalarına (36054.8t), Rusiya Federasiyasına (168705.2t), İsveçrəyə (39826.5t) və İran İslam Respublikasına (43623.2t) göndərilmişdir.

Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 35241.9 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir.

2000-ci ilə nisbətən 2001-ci ildə ixrac və idxal əməliyyatlarının həcmi müvafiq olaraq 32.28% (565746.8 min ABŞ dolları) və 22.40% (262382.1 min ABŞ dolları) artmışdır (əlavə 6, 7).

2001-ci ildə ixrac - idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdaki kimi olmuşdur:

- ixrac əməliyyatlarının həcminin yüksək həddi oktyabr ayında (381840.9 min ABŞ dolları), aşağı həddi isə may ayında (73031.7 min ABŞ dolları) olmuşdur;
-idxal əməliyyatlarının həcminin yüksək həddi oktyabr ayinda 262062.4 min ABŞ dolları), aşağı həddi isə fevral ayinda (82575.5 min ABŞ dolları) olmuşdur;
- dekabr ayında ixrac əməliyyatlarının həcmi noyabr ayına nisbətən 231300.6 min ABŞ dolları həcmində artmışdır;
- dekabr ayında idxal əməliyyatlarının həcmi noyabr ayına nisbətən 20415.1 min ABŞ dolları həcmində artmışdır;
- ixracda orta aylıq azalma 3232.6 min ABŞ dolları, idxalda isə orta aylıq artım 3629.5 min ABŞ dolları olmuşdur (əlavə 1).
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2001-ci il ərzində 21, 23, 41, 51 və 78 saziş növlərinə üstünlük verilib.

İxracda: İdxalda:
01 (milli valyuta ilə hesablaşma) - 0.56 % - 0.05 %
21 (sərbəst dönərli valyuta) - 46.48 % - 58.47 %
23 (dövlət krediti üzrə) - 0.00 % - 18.07 %
41 (qapalı dövriyyəli valyuta) - 0.29 % - 3.79 %
51 (barter sazişi) - 0.19 % - 0.39 %
78 (kompens. öhdəliklər hesabına) - 49.23 % - 0.00 %

Qalan saziş növləri birlikdə ixracda 3.25% və idxalda isə 19.23% təşkil edir.

Saziş növlərinin təhlili qöstərir ki, keçən illə müqayisədə ixrac əməliyyatlarında kompensasiyalı öhdəliklər hesabına sərbəst dönərli valyuta ilə hesablaşmalar əsasında malların keçirilməsinə (78), ixrac və idxal əməliyatlarinda isə sərbəst dönərli valyutaya (21) daha çox üstünlük verilmişdir. Qapalı dövriyyəli valyuta (41) və barter sazişinin (51) xüsusi çəkisi aşaği düşmüşdür (əlavə 2).

Barter əməliyyatlarının təhlili qöstərir ki, 2001-ci il ərzində ixrac əməliyyatlarının həcmi idxaldan 1087.8 min ABŞ dolları az olmuşdur. Barter əməliyyatlari üzrə ixracda orta aylıq artım 10.1 min ABŞ dolları olmuş, idxalda isə orta aylıq artım 59.8 min ABŞ dolları təşkil etmişdir (əlavə 9).

Uzaq xarici ölkələr üzrə ixracda barter əməliyyatları 3281.2 min ABŞ dolları (ümümi ixraca nisbətən 0.14%), idxalda isə 3700.4 min ABŞ dolları (ümümi idxala nisbətən 0.26% ) təşkil etmişdir. MDB dövlətləri üzrə ixracda barter əməliyyatları 1238.3 min ABŞ dolları (ümümi ixraca nisbətən 0.05%), idxalda isə 1906.9 min ABŞ dolları (ümümi idxala nisbətən 0.13%) olmuşdur (əlavə 2, 2a, 2B,9).
İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin miqdari (%-lə) aşağıdaki kimidir (2000-ci illə müqayisə statistik dəyərə görə aparılmışdır):

İdxalda: ərzaq məhsullari - 14.47% (2000-ci ilə nisbətən 99.65%), neft qazı və digər qazaoxşar karbohidrogenlər - 12.02% (37.4 dəfə), xalq istehlak malları - 2.35% (169.49%), maşin və elektrik aparatları, avadanliqlar, elektrotexniki avadanliqlar və onlarin ehtiyat hissələri - 24.78% (97.95%), nəqliyyat vasitələri və onlarin hissələri - 13.85% (198.16%), qara metallar və onlardan hazırlanan mə'mulatlar - 7.98% (105.61%), mebel - 0.81% (118.00%), meşə materiallari - 1.44% (90.19%), toxum - 0.07% (72.56%), kübrə - 0.30% (112.44%) təşkil edir. Qalan əmtəələrin payına 21.92% düşür (əlavə 3a).

İxracda: xam neft - 74.43% (2000-ci ilə nisbətən 175.10%), neft məhsullari - 16.57% (80.01%), qara metallar və onlardan hazırlanan mə'mulatlar - 0.35% (103.18%), spirtli və spirtsiz içkilər - 0.15% (55.45%), kimya məhsullari - 0.94% (60.06%), pambıq- 0.65% (41.01%), tütün və tütün məmulatları - 1.06% (210.24%), əlvan metallar - 0.47% (45.07%), çay - 0.14% (119.61%) təşkil edir. Qalan əmtəələrin payına 5.25% düşür (əlavə 3b).

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdaki kimidir:

Miqdarı Dəyəri 2000-ci ilə
(min ABŞ dol.) netto çəki.nisb.%-lə

1. Ət və ət məhsulları 20397.9 t 17759.1 72.1%
-o cümlədən hum. yardım 72.3 t 483.2

2. Buğda 615668.8 t 69466.7 87.1%
-o cümlədən hum. yardım 620.0 t 49.6

3. Un 18174.5 t 4149.5 82.1%
-o cümlədən hum. yardım 10351.5 t 2546.8

4. Şəkər 94508.1 t 19596.9 124.6%

5. Yağ 39573.7 t 22974.3 152.3%
- kərə yağı 7931.5 t 9998.7
- bitki və heyvan mənş. yağlar 31642.2 t 12975.5
- o cümlədən hum. yardım 1135.3 t 841.3

6. Çay 6540.5 t 22090.7 242.0%

7.Spirt 520686.4 l 499.3 24.5%

8. Spirtli içkilər 1017.8 t 702.4 11.0%

9.Tütün məmulatı 963923.2min əd. 4345.9 85.1%

10. Minik avtomobilləri -
-YGB əsasinda rəsmiləşdirilmiş 6385 əd. 26089.6 111.6%
-GMO əsasında rəsmiləşdirilmiş 3814 əd. 16720.0

11. Toxum 699.7 t 1058.1 93.4%

12.Gübrə 34190.8 t 4324.6 84.4%

13.Neft məhsullari 13625.5 t 15682.3

14. Elektrik enerjisi 1425.1 mln kvt/s 27609.2
- o cümlədən, elektrik enerjisinin qarşılıqlı ötürülməsi 717.5 mln kvt/s 5586.6

15. Neft qazı və digər qazaoxşar karbohidrogenlər 3336.7 mln kub.m 170732.7 9755.1 t 1652.0

İxracin strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağidaki kimidir:

Miqdarı Dəyəri 2000-ci il
(min ABŞ dol) netto çəki.nisb.%-lə

1.Neft (xam) 9142508.0 t 1725478.8
1.1.Boru kəməri ilə 01.01.2002-ci ilə qədər qedən neft (xam)
- şimal boru kəməri ilə 2500606.7 t
- supsa boru kəməri ilə 5847041.3 t

2.Neft e'mal məhsullari o cümlədən, saciş növləri üzrə: 2350427.6 t 384066.1
- sərbəst dönərli valyutaya 2285648.7 t 372081.6
- milli valyuta ilə hesablaşmaqla malların keçirilməsi 64776.5 t 11979.2

2.1 01.01.2002-ci ilə qədər şərti bəyan. ilə yola salın. rəsmilləşdirilməmiş neft məhsulları 129918.8 t

3. Spirtli içkilər 9193.2 t 3083.6 61.8 % 4

4. Tütün 14228.4 t 14304.8 141.6%

5.Tütün məmulatı 1779996.0 min əd. 10298.5 583.2%

6. Qara metallar 40741.1 t 5423.1 26.8%

7. Alüminium 9760.9 t 6147.5 38.6%

8.Çay 1570.8 t 3143.8 127.8%

9. Pambıq mahlıcı və tullantilari 20274.1 t 14959.1 48.6%

10. Elektrik enerjisinin qarşılıqlı ötürülməsi 608.9 mln kvt/s 4463.6

Neft məhsullarının ixracinda sərbəst dönərli valyutaya satiş 372081.6 min ABŞ dolları (ümumi məhsulun 96.88% həcmində) və milli valyuta ilə hesablaşmaqla malların keçirilməsində 11979.2 min ABŞ dolları (3.12%) təşkil etmişdir (əlavə 10). İxrac edilmiş neft məhsullarının 910491.3 tonu (38.74%) Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsinin, 1351428.1 tonu (57.50%) "Azneftyağ" İstehsalat Birliyinin, 88508.2 tonu (3.76%) qalanlarının payına düşür.

Respublikanin rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB ölkələrindən başqa) 2092956.3 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 90.28%) çixarmişlar, o cümlədən 3281.2 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (ixraca nisbətən 0.16%), 909034.1 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 43.43%) və 1141297.1 min ABŞ dolları dəyərində əmtəə isə kompensasiyalı öhdəliklər hesabına (54.53%) çıxarılmişdir.

Eyni zamanda respublikaya xarici ölkələrdən 988348.2 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 68.94%) gətirilmişdir. Onlardan 3700.4 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (idxala nisbətən 0.37%), 465923.0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 47.14%) və 259577.0 min ABŞ dolları dəyərində əmtəə isə dövlət krediti üzrə (idxala nisbətən 26.26%) qətirilmişdir.

Xarici ölkələr üzrə müsbət saldo 1104608.1 min ABŞ dolları təşkil edir (əlavə 2a).

Respublikanin rezident və qeyri-rezidentləri MDB ölkələrinə 225257.5 min ABŞ dolları dəyərində məhsul (ümumi ixraca nisbətən 9.72%) çixarmişlar, o cümlədən, 1238.3 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (ixraca nisbətən 0.55%), 168522.5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 74.81%), 6615.8 min ABŞ dolları dəyərində əmtəə qapali valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 2.94%) çixarilmişdir.

Eyni zamanda, respublikaya MDB ölkələrindən 445348.1 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 31.06%) qətirilmişdir. Onlardan 1906.9 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (idxala nisbətən 0.43%), 372329.0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 83.60%) və 53675.8 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 12.05%) qətirilmişdir.

MDB ölkələri üzrə mənfi saldo 220090.5 min ABŞ dolları təşkil edir (əlavə 2b).

Azərbaycan Respublikasının ticarət əlaqələrində xüsusi çəkisi böyük olan ölkələrdən aşağidakıları qöstərmək olar:

İtaliya: İxrac - 1324065.4 min ABŞ dolları
(ümumi ixraca nisbətən 57.12%);

İdxal - 24670.7 min ABŞ dolları
(ümumi idxala nisbətən 1.72%);

Saldo - 1299394.7 min ABŞ dolları.

ABŞ: İxrac - 13610.4 min ABŞ dolları
(ümumi ixraca nisbətən 0.59%);

İdxal - 231427.5 min ABŞ dolları
(ümumi idxala nisbətən 16.14%);

Saldo - - 217817.1 min ABŞ dolları.

Rusiya: İxrac - 76432.0 min ABŞ dolları
(ümumi ixraca nisbətən 3.30%);

İdxal - 152926.4 min ABŞ dolları
(ümumi idxala nisbətən 10.67%);

Saldo - - 76494.4 min ABŞ dolları.

Türkiyə: İxrac - 67617.5 min ABŞ dolları
(ümumi ixraca nisbətən 2.92%);

İdxal - 148159.9 min ABŞ dolları
(ümumi idxala nisbətən 10.33%);

Saldo - - 80542.4 min ABŞ dolları.


Sonraki yerləri Türkmənistan (İxracda 0.52%, idxalda 9.42%), İsrail (7.08%, 0.42%), Qazaxıstan(0.28%, 6.95%), Almaniya (0.56%, 5.09%), Gürcüstan(4.45%, 0.34%), Fransa (2.87%, 1.83%), Böyük Britaniya (1.53%, 3.87%), İspaniya (4.39%, 0.23%) və İran (0.39%, 3.87%) tuturlar (əlavə 4, 4a, 4b) .
Yuxarida qöstərilən bütün qöstəricilər cari valyuta məzənnəsi əsasinda hesablanmişdir.

Qeyd etmək lazimdir ki, hesabat dövründə xarici-iqtisadi əlaqələrlə 6025 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2609 dövlət və özəl müəssisə, 3416 isə fiziki şəxslərdir.

Qoşma: 33 səhifə.

Statistika və İnformasiya Texnologiyaları İdarəsinin rəisi A.D.Əliyev
Rəsmi məlumatlar Arxiv    
24.11.2007
Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük regional qüvvə olan Azərbaycan-Gürcüstan-Türkiyə birliyini daha da möhkəmləndirəcəkdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-dən 21-dək Türkiyə, Fransa və Gürcüstanda səfərdə olmuşdur.
Noyabrın 18-də Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş qaz kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Türkiyənin Ədirnə şəhərinin ərazisində, Yunanıstanla sərhəddə yerləşən İpşala sərhəd-keçid məntəqəsində təşkil edilmiş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və ABŞ-ın energetika naziri Samuel Bodman və digər rəsmi şəxslər iştirak edirdilər.

Daha ətraflı
24.11.2007
Yeni Azərbaycan Partiyasının məqsədi, məramı Azərbaycanın xoşbəxt gələcəyi, əbədi müstəqilliyidir
Noyabrın 22-də “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə ziyafət təşkil olunmuşdur.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı ziyafətdə nitq söylədi və bildirdi ki, Azərbaycan ən ağır şəraitdə yaşadığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası öz üzərinə çox böyük və əhəmiyyətli missiya götürmüşdü. O günləri hamımız yaxşı xatırlayırıq, Azərbaycan dövlət müstəqilliyini təzəcə əldə etmişdi. Ölkədə gedən proseslər o qədər də ürəkaçan deyildi.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb