Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
2006-cı ilin yanvar ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti


2006-cı ilin yanvar ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 92 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 489752,3 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 236601,9 min ABŞ dolları dəyərində 509 adda mal ixrac, 253150,4 min ABŞ dolları dəyərində 2532 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə mənfi saldo 16548,5 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,

- respublikaya 4155,0 min ABŞ dolları dəyərində 738,5 ton dövlət, hökümət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,humanitar yük və texniki yardım daxil olmuşdur.
2005-ci ilin yanvar ayına nisbətən 2006-cı ilin yanvar ayında ixrac əməliyyatlarının həcmi 116,95% (127544,1 min ABŞ dolları) artmış, idxal əməliyyatlarının həcmi isə 56,63% (330582,0 min ABŞ dolları) azalmışdır. İdxal əməliyyatlarının həcminin azalmasına səbəb kimyəvi ştapel liflərin, avadanlıqların, texniki qurğuların və dəmiryol nəqliyyat vasitələrinin respublikaya 2006-cı ilin yanvar ayında az gətirilməsi olmuşdur.

Müvəqqəti ixrac recimində ölkəmizdən 6314,4 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 14267,8 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2006-cı ilin yanvar ayı ərzində müxtəlif növ nəqliyyat vasitəsindən istifadə edilməklə 1363,8 min ton yük daşınmışdır. Bunlardan 552,4 min tonu ixrac əməliyyatlarının, 811,4 min tonu isə idxal əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (468497,5 t) və dəmiryolu (60241,2) nəqliyyatından istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəmiryolu (447490,2 t) və avtomobil (63813,3t) nəqliyyatına üstünlük verilmişdir. Xam neftin və təbii qazın daşınmasında stasionar nəql etmə vasitəsindən (boru kəməri) istifadə edilmişdir.

Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 489184,9 ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (132799,4t), Gürcüstan (125205,4t), İtaliya (60528,8t), Kipr (34888,0t), İran (22428,2t), Türkmənistan (19013,9t), Rumıniya (18006,4t), Rusiya (17598,8t) və Türkiyəyə (13462,4t) göndərilmişdir.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 9293,4 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir.

İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2006-cı ilin yanvar ayında 21, 41 və 80 saziş növlərinə üstünlük verilib.

İxracda:
İdxalda:
21 (SDV ilə hesablaşma)
-92.46%  
-71.60%
23 (dövlət krediti üzrə hesablaşma)
-0.00%
-0.43%
41 (qapalı dövriyyəli valyuta)
  -0.61%
-5.43%
80 (digərləri)
-6.93%
-22.54%

İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2005-ci ilin yanvar ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 51,85% (2005-ci ilin yanvar ayının ixracına nisbətən 7871,48 dəfə), kimya sənayesi məhsulları - 5,84% (328,43%), bitki və heyvan mənşəli yağlar - 5,38% (2,48%), meyvə-tərəvəz - 3,34% (276,02%), neft məhsulları - 28,65% (91,66%), pambıq - 1,48% (299,08%), tütün və tütün məmulatları - 1,41% (554,00%), qara metallar və onlardan hazırlanan məmulatlar - 1,26% (86,18%), alüminium və ondan hazırlanan məmulatlar - 1,20% (105,63%), alkoqollu və alkoqolsuz içkilər - 0,14% (139,76%) təşkil edir. Qalan əmtəələrin payına 4,77% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 30,15% (2005-ci ilin yanvar ayının idxalına nisbətən 18,25%), ərzaq məhsulları - 10,56% (122,41%), nəqliyyat vasitələri və onların hissələri - 9,74% (169,85%), neft qazı və diğər qazaoxşar karbohidrogenlər - 9,15% (82,93%), qara metallar və onlardan hazırlanan məmulatlar - 7,36% (67,22%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,87% (159,50%), xalq istehlaki malları - 1,25% (75,48%), əczaçılıq məhsulları - 0,97% (123,12%), mebel - 0,69% (55,97%) təşkil edir. Qalan əmtəələrin payına 28,26% düşür.

İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

Miqdarı
Dəyəri (min ABŞ dol)
2005-ci il yanvar netto çəki. nisb.%-lə
1. Neft (xam)
312586,3t
122684.6
1.1 Boru kəməri ilə 01.02.2006-ci ilə qədər gedən xam neft
(sayğac göstəricilərinə əsasən)
-şimal boru kəməri ilə
399121.0t
-Supsa boru kəməri ilə
599249.8t
1,2) Dəmiryolu nəqliyyatı ilə 01.02.2006-ci ilə qədər yola salınan xam neft (müvəqqəti YĞB)
492963,9t
   
2. Neft emal məhsulları
156930.8 t
67793.1
o cümlədən, saziş növləri üzrə:
-sərbəst dönərli valyutaya
146122.4t
62799,6
-milli valyutaya
146122.4t
62799,6
-digərləri
10808,4t
4993,4
 
2.1. 01.02.2006-cı ilə qədər şərti
bəyan. ilə yola salın. rəsmi-
ləşdirilməmiş neft məhsulları
195548.4t
3. Bitki və heyvan mənşəli yağlar
309.7t
127.4
7.0%
4. Spirtli içkilər
411756.0l
283.4 
151.4%
5. Tütün
518.1t
379.8
90.2%
6. Tütün məmulatı
380550.0 min əd.
2967,2
2455.2%
7. Qara metallar
635.0t
190.5
7.5%
8 Alüminium
1577.8t
2839.0
 97.4%
9 Çay
554.0t
1655.9
 82.0%
10. Pambıq mahlıcı
4070.6t
3510.7 
 281.9%
11. Elektrik enerjisi
52031,8min kvt/s
1076.4

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

Miqdarı
Dəyəri (min ABŞ dol)
2005-ci il yanvar netto çəki. nisb.%-lə
1. Ət və ət məhsulları
1582.9t
1024.7
84.6%
2. Buğda
79634.6t
10107,2
147.2%
3. Un
2.4t
0,6
1.3%
4. Şəkər
 360.7t
151.1
4.8%
5. Yağ
11397.2t
5962.0
 258.8%
-kərə yağı
549.9t
647,6
-bitki və heyvan mənş. yağlar
10847.3t  
5314.4
-humanitar yardım

18,0t

32,0
6. Çay
307.8t  
577.8
114.2%
7. Spirtli içkilər
963398.6L
1231.5
298.6%
8. Tütün məmulatı
463884.0min əd
6855.2
3474.8%
9. Qara metallar
17479.5 t  
7934.1
73.3%
10. Minik avtomobilləri
-YGB əsasında rəsmiləşdirilmiş
2386əd.
13928.7
149.1%
-GMO əsasında rəsmiləşdirilmiş
2247əd.
8836,9
11. Neft məhsulları
5959.1t  
2827.3
12. Elektrik enerjisi
291068.7min kvt/s
9560.7
14. Neft qazı və digər qazaoxşar karbohidrogenlər
386084.2min kub.m
23165,9
qazaoxşar karbohidrogenlər 386084,2min kub.m 23165,9

Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (312586,3 ton (100,00%)) tərəfindən ixrac edilmişdir.Neft məhsullarının ixracında "Azneftyağ" İstehsalat Birliyi (70703,2 ton (45,05%)), Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (65793,9 tonu (41,93%)), "Middle East Petrol Farm FZE" şirkətinin Azərbaycandakı filialı (10808,4 ton (6,89%)) və "İlqar Ltd" şirkəti (3314,1 ton (2,11%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 194295,2 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 82,12%) çıxarmışlar, o cümlədən, 185199,6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 95,32%) və 9095,6 min ABŞ dolları dəyərində əmtəə diğər sazişlər hesabına (ixraca nisbətən 4,68%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 156888,8 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 61,97%) gətirilmişdir. Onlardan 107921,5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 68,79%), 47679,3 min ABŞ dolları dəyərində əmtəə diğər sazişlər hesabına (ixraca nisbətən 30,39 %) gətirilmişdir.

Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 37406,4 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 91,41%); meyvə (2,29%); tütün və tütünün sənaye əvəzediciləri (1,56%); alüminium və alüminium məmulatları (1,45%); qeyri-üzvi kimya məhsulları (1,26%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki cihazlar (idxala nisbətən 29,08%); elektrik maşınları və avadanlıqları, onların hissələri (14,50%); quru nəqliyyat vasitələri (6,67%); qara metallardan məmulatlar (5,25%); mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (4,69%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 42306,7 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 17,88%) çıxarmışlar, o cümlədən, 33574,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 79,36%), 7291,5 min ABŞ dolları dəyərində diğər sazişlərlə (ixraca nisbətən 17,23%), 1441,1 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 3,41%) çıxarılmışdır.

Eyni zamanda respublikaya MDB ölkələrindən 96261,7 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 38,03%) gətirilmişdir. Onlardan 73328,1 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 76,18%), 13389,3 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 13,91 %), 9377,2 min ABŞ dolları dəyərində əmtəə diğər sazişlərlə (idxala nisbətən 9,74%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 53955,0 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 34,89%), qeyri-üzvi kimya məhsulları (24,42%); meyvə (7,76%); pambıq (7,72%); qara metallardan məmulatlar (6,57%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (idxala nisbətən 29,57%); quru nəqliyyat vasitələri (12,06%); dənli bitkilər (11,23%); avadanlıqlar və mexaniki cihazlar (5,30%); duz; kükürd; torpaq və daş, suvaq materialı, əhəng və sement (4,93%) idxal edilmişdir.

Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.

İxracda:
İdxalda:
Ölkənin adı
min Abş dolları
ümumi ixraca nisb.%-lə
Ölkənin adı
min ABŞ dolları
ümumi idxala nisb.%-lə
Sinqapur
4993,44
2,11
Rusiya
47213.23
18.65
Fransa
12443,08
5,26
Böyük Britaniya
10297.52
4.07
Rusiya
12790,65
5,41
Türkiyə
20995.01
8.29
Rum?niya

22722.74

9.60
Finlyandiya
13536.21
5.35
İtaliya
55429,18
23,43
Almaniya

14152.70
5.59
İsrail
60852.09
25.72
Türkmənistan
14256.44
5.63
Tacikistan
10357.93
4.38
Isvec
11089.16
4.38
Yunan?stan
6845.18
2.89
Ukrayna
12729.76
5.03
Gurcustan
12526.16
5.29
Çin
16421.36
6.49
Qazax?stan
442716
1.87
ABŞ
10552.57
4.17

Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 2260 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 1218-i hüquqi, 1042-i isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 208903,7 min ABŞ dolları (88,29%), özəl sektorun 26015,3 min ABŞ dolları (11,00%), fiziki şəxslərin payı isə 1682,8 min ABŞ dolları (0,71%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 82041,8 min ABŞ dolları (32,41%), özəl sektorun payı 151518,6 min ABŞ dolları (59,85%), fiziki şəxslərin payı isə 19590,0 min ABŞ dolları (7,74%) olmuşdur.

DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
Rəsmi məlumatlar Arxiv    
24.11.2007
Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük regional qüvvə olan Azərbaycan-Gürcüstan-Türkiyə birliyini daha da möhkəmləndirəcəkdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-dən 21-dək Türkiyə, Fransa və Gürcüstanda səfərdə olmuşdur.
Noyabrın 18-də Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş qaz kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Türkiyənin Ədirnə şəhərinin ərazisində, Yunanıstanla sərhəddə yerləşən İpşala sərhəd-keçid məntəqəsində təşkil edilmiş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və ABŞ-ın energetika naziri Samuel Bodman və digər rəsmi şəxslər iştirak edirdilər.

Daha ətraflı
24.11.2007
Yeni Azərbaycan Partiyasının məqsədi, məramı Azərbaycanın xoşbəxt gələcəyi, əbədi müstəqilliyidir
Noyabrın 22-də “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə ziyafət təşkil olunmuşdur.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı ziyafətdə nitq söylədi və bildirdi ki, Azərbaycan ən ağır şəraitdə yaşadığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası öz üzərinə çox böyük və əhəmiyyətli missiya götürmüşdü. O günləri hamımız yaxşı xatırlayırıq, Azərbaycan dövlət müstəqilliyini təzəcə əldə etmişdi. Ölkədə gedən proseslər o qədər də ürəkaçan deyildi.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb