Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
2006-cı ilin 10 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti

2006-cı ilin 10 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 136 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 9420701,5 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 5210321,7 min ABŞ dolları  dəyərində 2087 adda mal ixrac, 4210379,8 min ABŞ dolları dəyərində 5666 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyatları üzrə müsbət saldo 999941,9 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
- respublikaya 32460,9 min ABŞ dolları dəyərində 20311,6 ton əmtəə dövlət, hökumət  və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2005-ci ilin 10 ayına nisbətən 2006-cı ilin 10 ayında ixrac əməliyyatlarının həcmi 40,74% (1508209,6 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 19,69% (692562,1 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 31543,5 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 297885,7 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2006-cı ilin 10 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 20409,1 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 116,02% təşkil etmişdir. Bunlardan 11610,0 min ton ixrac, 8799,1 min ton isə  idxal əməliyyatlarının payına düşur. İxrac əməliyyatlarında əsasən dəniz (5888,2 min ton), dəmiryolu (1116,5 min ton), avtomobil (405,5 min ton), hava (3,0 min ton) və stasionar nəql etmə (boru kəməri) (4190,3 min ton) nəqliyyatından istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (234,5 min ton), dəmiryolu (4943,4 min ton), avtomobil (918,9 min ton), hava (21,8 min ton) və stasionar nəql etmə (boru kəməri) (2646,3 min ton) nəqliyyatına üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri əsasında rəsmiləşdirilməsi nəzərə alınmışdır.
Göstərilən müddət ərzində gömrük orqanlarında 152347 (əlavə vərəqlə birlikdə 204013) ədəd YGB (Yük Gömrük Bəyannaməsi) rəsmiləşdirilmişdir. Bunlardan 32932 (əlavə vərəqlə birlikdə 38103) ədəd ixrac, 119415 (əlavə vərəqlə birlikdə 165910) ədəd idxal YGB-dir. 2006-cı ilin ilk 10 ayında YGB-lərin ümumi sayı 2005-ci ilin müvafiq dövrünə nisbətən 111,11% təşkil etmiş və ya 15228 ədəd bəyannamə çox olmuşdur. O cümlədən ixracda artım 3807(113,07%) ədəd, idxalda isə 11421(110,58%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 5596,7 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (1769,1 min ton), İtaliya (1488,1 min ton), Gürcüstan (1014,9 min ton), Tacikistan (333,6 min ton), Rusiya (184,1 min ton), Türkmənistan (154,8 min ton), Türkiyə (150,1 min ton), İran (144,0 min ton) və Kipr (112,0 min ton)  ölkələrinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 82,98% olmuş və ya 1147,7 min ton azalmışdır.
2006-cı ilin 10 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi sentyabr ayında (1189283,6 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (236625,9 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi avqust ayında (737520,2 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (253189,4 min ABŞ dolları) olmuşdur;
- oktyabr ayında ixrac əməliyyatlarının həcmi sentyabr ayı ilə müqayisədə 826473,2 min ABŞ dolları həcmində, idxal əməliyyatlarının həcmi isə 2340,3 min ABŞ dolları həcmində azalmışdır.
- orta aylıq artım ixrac əməliyyatlarında 14020,5 min ABŞ dolları, idxal əməliyyatlarında isə  19775,8 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 134226,4 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 130,97% təşkil etmiş və ya 31736,5 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2006-cı ilin ilk 10 ayı ərzində 01, 21, 41, 78  və 80 saziş növlərinə üstünlük verilib.

 İxracdaİdxalda
01 (milli valyuta ilə hesablaşma) -0,01% -0,37%
21 (SDV ilə hesablaşma) -62,35,43% -59,91%
23 (dövlət krediti üzrə hesablaşma)-0,00% -3,34%
41 (qapalı dövriyyəli valyuta) -1,21% -3,42%
51 (barter sazişi) -0,01% -0,00%
78 (kompen.öhdəliklər hesabına) -30,77% -0,00%
80 (digərləri) -5,65% -32,96%

İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2005-ci ilin 10 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 59,69% (2005-ci ilin 10 ayının ixracına nisbətən 158,12%), neft məhsulları - 24,80% (147,89%), kimya sənayesi məhsulları - 3,11% (155,46%), meyvə-tərəvəz - 1,79% (84,04%), alüminium və ondan hazırlanan məmulatlar - 1,16% (140,64%), bitki və heyvan mənşəli yağlar - 0,95% (83,44%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,93% (124,46%), pambıq - 0,63% (116,24%), tütün və tütün məmulatları - 0,35% (115,61%), alkoqollu və alkoqolsuz içkilər - 0,27% (203,60%) təşkil edir. Qalan əmtəələrin payına 6,32% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 30,99% (2005-ci ilin 10 ayının idxalına nisbətən 109,46%), nəqliyyat vasitələri və onların hissələri - 15,47% (194,76%), qara metallar və onlardan hazırlanan məmulatlar - 9,25% (111,47%), neft qazı və digər qazaoxşar karbohidrogenlər - 9,22% (163,71%), ərzaq məhsulları - 7,67% (112,61%), xalq istehlakı malları - 1,10% (83,27%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,08% (110,89%), əczaçılıq məhsulları - 0,95% (176,52%), mebel - 0,48% (82,84%) təşkil edir. Qalan əmtəələrin payına 23,80% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

 MiqdarıDəyəri (min ABŞ dolları) 2005-ci ilin 10 ayına netto çəki nisb.%-lə
1) Neft (xam)

1.1) Boru kəməri ilə
01.11.2006-cı ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
7477270,9 t 3109971,6  
-Şimal boru kəməri ilə 3813266,0 t   
-Supsa boru kəməri ilə 5615560,2 t   
-Bakı-Tbilisi-Ceyhan 5523811,0 t   
1.2) Dəmiryolu nəqliyyatı

01.06.2006-cı ilə qədər
yola   salınan xam neft(şərti YGB)
4911674,9 t   
2) Neft emal məhsulları 2723056,7 t 1292310,1  
o cümlədən, saziş növləri üzrə:   
- sərbəst dönərli valyuta ilə  2622305,5 t 1241941,3  
- digərləri

100751,1 t

50368,9  
2.1) 01.06.2006-cı ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları
99135,6 t   
3) Bitki və heyvan mənş.yağ 40813,8 t 49410,4 81,2 %
4) Spirtli içkilər 10740069,1 L 13847,4 141,7 %
ё 4495,4 t 3278,9 72,2 %
6) Tütün məmulatı 2518,3 mln.əd 14728,8 149,3 %
7) Qara metallar 66634,4 t 21205,9 61,7 %
8) Alüminium 27819,7 t 60514,6 105,4 %
9) Çay 5138,6 t 14411,9 121,9 %
10) Pambıq mahlıcı 38714,9 t 32949,0 115,5 %
11) Elektrik enerjisi 771,4 mln kvt*s 12455,8  

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

 MiqdarıDəyəri (min ABŞ dolları) 2005-ci ilin 10 ayına netto çəki nisb.%-lə
1) Ət və ət məhsulları 16315,0 t 11923,0 56,0%
   - humanitar yardım 187,3 t 457,8  
2) Buğda 758045,6 t 103461,4 103,9%
3) Un  3457,4 t 930,9 95,4%
   - humanitar yardım 2992,8 t 782,0  
4) Şəkər 116180,4 t     36585,5 83,1%
   - humanitar yardım  399,5 t 352,6  
5) Yağ 73238,0 t 41985,9 96,7%
 - kərə yağı 5999,3 t 7192,0  
 - bitki və heyvan mən.yağ 67238,7 t 34793,9  
 - humanitar yardım 301,0 t 366,2  
6) Çay 5487,7 t 10295,1 95,5 %
7) Spirt 708521,6 L 615,9 55,2 %
8) Spirtli içkilər 8081814,9 L 11080,8 157,3 %
9) Tütün məmulatı 5665,2 mln. əd. 77046,5 119,5 %
10) Qara metallar 288884,4 t 84260,7 137,2 %
11) Minik avtomobilləri   
 -YGB əsasında 22083əd.   160270,5 96,1%
 -GMO əsasında 25488əd. 127867,6  
12) Neft məhsulları 115497,2 t 69018,1  
13) Elektrik enerjisi  1925,3 mln. kvt*s 53037,8  
14) Neft qazı və digər qazaoxşar karbohidrogenlər 3730527,7 min kub.m 388291,6  

Xam neft əsasən Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti (4142382,8 ton (55,40%)) və Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi (3305012,3 ton (44,20%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi (2438991,1 ton (89,57%)), "Azneftyağ" İstehsalat Birliyi (86194,8 tonu (3,17%)), "Middle East Petrol Farm FZE" şirkətinin Azərbaycandakı filialı (64876,0 ton (2,38%)), "Aztrans Reil" MMC (35872,1 ton (1,32%)) və "Monolit-D" firması  (28325,6 ton (1,04%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 4490242,7 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 86,18%) çıxarmışlar, o cümlədən, 2778559,9 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 61,88%) və 1603468,9 min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 35,71 %), 107690,2 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 2,40%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 2545413,1 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 60,46%) gətirilmişdir. Onlardan 1374749,4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 54,01%), 1017995,3 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (idxala nisbətən 39,99 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 1944829,6 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 93,58%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (1,37%); alüminium və alüminium məmulatları (1,34%); qeyri-üzvi kimya məhsulları (0,50%); meyvə və qoz-fındıq (0,47%); qara metallar (0,43%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və texniki qurğular (idxala nisbətən 33,04%); elektrik maşınları və avadanlıqları, onların hissələri (13,05%); qara metallardan hazırlanan məmulatlar (9,99%); quru nəqliyyat vasitələri (6,98%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (2,82%); mebel (2,81%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 720079,0 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 13,82%) çıxarmışlar, o cümlədən, 470327,1 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 65,32%), 186758,1 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 25,94%), 62778,1 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 8,72%)  çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 1664966,7 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 39,54%) gətirilmişdir. Onlardan 1147511,7 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 68,92%), 139822,5 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 8,40%), 369820,6 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 22,20%) gətirilmişdir.
MDB ölkələri  üzrə mənfi saldo 944887,7 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən, mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 31,51%), qeyri-üzvi kimya məhsulları (15,07%); gəmilər, qayıqlar və digər üzən vasitələr (10,11%); heyvan və ya bitki mənşəli piylər və yağlar (6,66%); meyvə (5,61%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində mineral yanacaq (idxala nisbətən 28,00%); gəmilər, qayıqlar və digər üzən vasitələr (17,94%); quru nəqliyyat vasitələri (7,20%); dənli bitkilər (6,41%); avadanlıqlar və texniki qurğular (5,11%); qara metallar (3,76%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
 
İxracdaİdxalda
   
Ölkənin adıDəyəri (min ABŞ dol.)Ümumi ixraca nisb.%-lə
İtaliya 2412770,59 46,31
İsrail 522165,66 10,02
Türkiyə 312667,74 6,00
Fransa 312192,00 5,99
Rusiya 238764,04 4,58
Gürcüstan 224301,53 4,30
İran 211945,12 4,07
Yunanistan 160485,40 3,08
Tacikistan 108290,90 2,08
Qazaxıstan 99199,93 1,90
   
Ölkənin adıDəyəri (min ABŞ dol.)Ümumi ixraca nisb.%-lə
Rusiya 908997,66 21,59
B.Britaniya 385621,53 9,16
Almaniya 319973,96 7,60
Türkiyə 304385,78 7,23
Ukrayna 222575,46 5,29
Çin 178881,35 4,25
ABŞ 159627,60 3,79
Finlandiya 151192,03 3,59
Yaponiya 116362,61 2,76
İtaliya 101728,69 2,42


Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 10003 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3484-ü hüquqi, 6519-u isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 3042018,3 min ABŞ dolları (58,38%), özəl sektorun 2105188,4 min ABŞ dolları (40,40%),  fiziki şəxslərin payı isə 63115,0 min ABŞ dolları (1,21%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 1228709,2 min ABŞ dolları (29,18%), özəl sektorun payı 2754984,2 min ABŞ dolları (65,43%), fiziki şəxslərin payı isə 226686,4 min ABŞ dolları (5,38%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.

DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi


Rəsmi məlumatlar Arxiv    
24.11.2007
Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük regional qüvvə olan Azərbaycan-Gürcüstan-Türkiyə birliyini daha da möhkəmləndirəcəkdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-dən 21-dək Türkiyə, Fransa və Gürcüstanda səfərdə olmuşdur.
Noyabrın 18-də Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş qaz kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Türkiyənin Ədirnə şəhərinin ərazisində, Yunanıstanla sərhəddə yerləşən İpşala sərhəd-keçid məntəqəsində təşkil edilmiş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və ABŞ-ın energetika naziri Samuel Bodman və digər rəsmi şəxslər iştirak edirdilər.

Daha ətraflı
24.11.2007
Yeni Azərbaycan Partiyasının məqsədi, məramı Azərbaycanın xoşbəxt gələcəyi, əbədi müstəqilliyidir
Noyabrın 22-də “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə ziyafət təşkil olunmuşdur.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı ziyafətdə nitq söylədi və bildirdi ki, Azərbaycan ən ağır şəraitdə yaşadığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası öz üzərinə çox böyük və əhəmiyyətli missiya götürmüşdü. O günləri hamımız yaxşı xatırlayırıq, Azərbaycan dövlət müstəqilliyini təzəcə əldə etmişdi. Ölkədə gedən proseslər o qədər də ürəkaçan deyildi.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb