Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
2005-ci il ərzində respublikanın xarici ticarətinin vəziyyəti


2005-ci il ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 137 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 8547276,0 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 4346879,8 min ABŞ dolları dəyərində 2102 adda mal ixrac, 4200396,2 min ABŞ dolları dəyərində 5740 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 146483,6 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
- respublikaya 44222,2 min ABŞ dolları dəyərində 17890,4 ton əmtəə dövlət, hökümət və beynalxalq təşkilatların xəttilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2004-cü ilə nisbətən 2005-ci ildə ixrac əməliyyatlarının həcmi 20,23% (731261,3 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 19,46% (684222,1 min ABŞ dolları) artmışdır. İdxal əməliyyatlarının həcmi əsasən təbii qazın, avadanlıqlar, texniki qurğuların və onların hissələrinin, quru nəqliyyat vasitələri, mebel, tütün məmulatları və başqa malların idxalı hesabına artmışdır.
Müvəqqəti ixrac recimində ölkəmizdən 55015,6 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 400027,6 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2005-ci il ərzində 279491 ədəd nəqliyyat vasitəsindən istifadə edilməklə 20846,5 min ton yük daşınmışdır. Bunlardan 10539,2 min tonu (58764 ədəd nəqliyyat vasitəsi) ixrac əməliyyatlarının, 10307,3 min tonu (220727 ədəd nəqliyyat vasitəsi) isə idxal əməliyyatlarının payına düşür. Əsasən dəmir yolu (125567 ədəd vaqon) və avtomobil yolu nəqliyyatından (91777 ədəd) istifadə edilmişdir. Xam neftin və təbii qazın daşınmasında stasionar nəql etmə vasitəsindən (boru kəməri) istifadə edilmişdir.
Göstərilən müddət ərzində gömrük orqanlarında 171073 (əlavə vərəqlə birlikdə 224633) ədəd YGB (Yük Gömrük Bəyannaməsi) rəsmiləşdirilmişdir. Bunlardan 37490 (əlavə vərəqlə birlikdə 42424) ədəd ixrac, 133583 (əlavə vərəqlə birlikdə 182209) ədəd idxal YGB-dir.

Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 7798,0 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İtaliya (2010,2 min t), İsveçrə (1669,5 min t), Gürcüstan (1512,0 min t), Kipr (739,4 min t), Tacikstan (343,7 min t), İran (303,6 min t), Rusiya (248,1 min t), Virgin ada.(Brit) (233,8 min t) və Türkmənistana (218,1 min t) göndərilmişdir.
2005-ci il ərzində ixrac - idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:

- ixrac əməliyyatlarının həcminin yüksək həddi oktyabr ayında (1202710,4 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (109057,8 min ABŞ dolları) olmuşdur;

- idxal əməliyyatlarının həcminin yüksək həddi yanvar ayında (582686,8 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (265298,2 min ABŞ dolları) olmuşdur;

- dekabr ayında noyabr ayı ilə müqayisədə ixrac əməliyyatlarının həcmi 228917,4 min ABŞ dolları həcmində azalmış, idxal əməliyyatlarının həcmi isə 112079,2 min ABŞ dolları həcmində artmışdır.

- ixrac əməliyyatlarında orta aylıq artım 8990,1 min ABŞ dolları, idxal əməliyyatlarında isə orta aylıq azalma 16683,3 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 133161,5 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir.

İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2005-ci il ərzində 01, 21, 41,78 və 80 saziş növlərinə üstünlük verilib.
İxracda:
İdxalda:
01 (milli valyuta ilə hesablaşma)
-0.35%
-0.13%
21 (SDV ilə hesablaşma)
-61.92%
-54.49%
23 (dövlət krediti üzrə hesablaşma)
-0.00%
-0.92%
41 (qapalı dövriyyəli valyuta)
-2.13%
-4.07%
78 (kompen.öhdəliklər hesabına)
-21.38%
-0.00%
80 (digərləri)
-14.22%
-40.38%
İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2004-cü ilə nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 51,04% (2004-cü ilinın ixracına nisbətən 97,99%), meyvə-tərəvəz - 3,97% (375,40%), kimya sənayesi məhsulları - 3,03% (171,36%), neft məhsilları - 25,07% (156,14%), bitki və heyvan mənşəli yağlar - 1,57% (141,82%), alüminium və ondan hazırlanan məmulatlar - 1,23% (109,58%), qara metallar və onlardan hazırlanan məmulatlar - 1,02% (97,34%), pambıq - 0,93% (113,61%), tütün və tütün məmulatları - 0,59% (208,66%), alkoqollu və alkoqolsuz içkilər - 0,22% (219,48%) təşkil edir. Qalan əmtəələrin payına 11,32% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 33,27% (2004-cü ilin idxalına nisbətən 128,81%), qara metallar və onlardan hazırlanan məmulatlar - 10,27% (77,73%), nəqliyyat vasitələri və onların hissələri - 9,97% (173,08%), ərzaq məhsulları - 8,31% (92,26%), neft qazı və diğər qazaoxşar karbohidrogenlər - 6,60% (109,76%), xalq istehlaki malları - 1,64% (111,95%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,22% (132,90%), əczaçılıq məhsulları - 0,75% (114,20%), mebel - 0,70% (101,83%) təşkil edir. Qalan əmtəələrin payına 27,28% düşür.

İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)
2004-cü ilə netto çəki. nisb.%-lə
1. Neft (xam)
6344968,2t
2218812.1
1.1 Boru kəməri ilə 01.01.2006-ci ilə qədər gedən xam neft
(sayğac göstəricilərinə əsasən)
-şimal boru kəməri ilə
4103210.0t
-Supsa boru kəməri ilə
6955678.6t
1,2) Dəmiryolu nəqliyyatı ilə 01.01.2006-ci ilə qədər yola salınan xam neft (müvəqqəti YĞB)
2442119,3t
2. Neft emal məhsulları
2688133.1 t
1089771.1
o cümlədən, saziş növləri üzrə:
-sərbəst dönərli valyutaya
2309145.0t
923158,5
-milli valyutaya
49915.6t
15066,1
-digərləri
329072,5t
151546,5
2.1. 01.01.2006-cı ilə qədər şərti
bəyan. ilə yola salın. rəsmi-
ləşdirilməmiş neft məhsulları
150718.3t
3. Bitki və heyvan mənşəli yağlar
58291.5t
68417.6
148.2%
4. Spirtli içkilər
9617797.7l
9227.9
178.0%
5. Tütün
7554.1t
7301.4
123.9%
6. Tütün məmulatı
3073.45 mln əd.
18512,8
221.9%
7. Qara metallar
117256.3t
37618.7
72.5%
8 Alüminium
32266.6t
53596.1
101.5%
9 Çay
5213.1t
14096.7
77.3%
10. Pambıq mahlıcı
47325.5t
40389.9
131.0%
11. Elektrik enercisi
1393,6mln kvt/s
20756.9
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)
2004-cü ilə netto çəki. nisb.%-lə
1. Ət və ət məhsulları
33115.2t
21428.0
113.2%
-humanitar yardım
49.9t
465,3
2. Buğda
909329.2t
119442,8
80.5%
3. Un
3754.8t
1270,6
60.3%
-humanitar yardım
2425,6t
899,6
4. Şəkər
152082.1t
26747.5
103.5%
-humanitar yardım
219,0t
86,7
5. Yağ
83334.6t
44932.5
107.9%
-kərə yağı
9513.3t
8790,3
-bitki və heyvan mənş. yağlar
73821.2t
36142.2
-humanitar yardım

1089,8t

1004,5
6. Çay
7713.2t
14603.3
81.4%
7. Spirt
1516930.9L
1389.2
110.6%
8. Spirtli içkilər
6562469.0L
9817.3
222.3%
9. Tütün məmulatı
5709.2mln əd
76730.0
478.0%
10. Qara metallar
263120.2 t
123299.2
142.8%
11. Minik avtomobilləri
-YGB əsasında rəsmiləşdirilmiş
27745əd.
149546.8
129.4%
-GMO əsasında rəsmiləşdirilmiş
27517əd.
124655,9
12. Neft məhsulları
354049.4t
161863.0
13. Elektrik enercisi
2370.8min kvt/s
57136.1
14. Neft qazı və digər qazaoxşar karbohidrogenlər
4683401.8min kub.m
277296,5
Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (3387268,4 ton (53,39%)), Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (2880999,4 ton (45,41%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında "Azneftyağ" İstehsalat Birliyi (1156774,3 ton (43,03%)), Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (970875,4 ton (36,12%)), "Middle East Petrol Farm FZE" şirkətinin Azərbaycandakı filialı (311376,6 ton (11,58%)), və "Azal Oil" (48454,5 ton (1,80%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 3441539,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 79,17%) çıxarmışlar, o cümlədən, 2272757,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 66,04%) və 929448,5 min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 27,01 %), 230398,0 min ABŞ dolları dəyərində əmtəə diğər sazişlər hesabına (ixraca nisbətən 6,69%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 2752909,6 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 65,54%) gətirilmişdir. Onlardan 1207036,4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 43,85%), 1497334,6 min ABŞ dolları dəyərində əmtəə diğər sazişlər hesabına (ixraca nisbətən 54,39 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 688629,7 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emaI məhsulları, bitumlu minerallar (ixraca nisbətən 90,51%); meyvə (1,96%); alüminium və alüminium məmulatları (1,54%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (1,42%); qara metallar (1,01%) ixrac edilmişdir.
Xarici ölkələrdən(MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki cihazlar (idxala nisbətən 35,03%); elektrik maşınları və avadanlıqları, onların hissələri (10,26%); qara metallardan məmulatlar (8,36%); mebel (5,66%); quru nəqliyyat vasitələri (4,91%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 905340,6 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 20,83%) çıxarmışlar, o cümlədən, 418768,6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 46,26%), 387674,9 min ABŞ dolları dəyərində diğər sazişlərlə (ixraca nisbətən 42,82%), 92368,6 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 10,20%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 1447486,6 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 34,46%) gətirilmişdir. Onlardan 1081683,9 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 74,73%), 161665,5 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 11,17 %), 198943,3 min ABŞ dolları dəyərində əmtəə diğər sazişlərlə (idxala nisbətən 13,74%) gətirilmişdir.

MDB ölkələri üzrə mənfi saldo 542146,0 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən üzən qurğular (ixraca nisbətən 29,25%), mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (24,54%); qeyri-üzvi kimya məhsulları (8,96%); meyvə (8,70%); heyvan və ya bitki mənşəli piylər və yağlar (7,52%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (idxala nisbətən 31,75%); quru nəqliyyat vasitələri (10,35%); dənli bitkilər (8,73%); avadanlıqlar və mexaniki cihazlar (7,81%); qara metallardan məmulatlar (5,37%) idxal edilmişdir.

Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
İxracda:
İdxalda:
Ölkənin adı
min Abş dolları
ümumi ixraca nisb.%-lə
Ölkənin adı
min ABŞ dolları
ümumi idxala nisb.%-lə
Sinqapur
123094,38
2,83
Rusiya
717079,54
17,07
Fransa
406534,96
9,35
Böyük Britaniya
383620,16
9,13
Rusiya
285370,43
6,56
Türkiyə
312345,98
7,44
Xorvatiya

176909,71

4,07
Sinqapur
384739,11
9,16
İtaliya
1315740.98
30,27
Almaniya

255343,22
6,08
İsrail
195062,74
4,49
Türkmənistan
242484,08
5,77
Gürcüstan
208436,10
4,80
Niderland
160193,41
3,81
Türkiyə
275959,32
6,35
Ukrayna
223300,22
5,32
Tükmənistan
273584,07
6,29
Çin
173676,33
4,13
İran
166468,03
3,83
ABŞ
140977,29
3,36
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 11304 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3578-i hüquqi, 7726-i isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 2499965,2 min ABŞ dolları (57,51%), özəl sektorun payı 1731771,9 min ABŞ dolları (39,84%), fiziki şəxslərin payı isə 115142,7 min ABŞ dolları (2,65%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 940726,0 min ABŞ dolları (22,40%), özəl sektorun payı 3003957,5 min ABŞ dolları (71,52%), fiziki şəxslərin payı isə 255712,7 min ABŞ dolları (6,09%) olmuşdur.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
Rəsmi məlumatlar Arxiv    
24.11.2007
Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük regional qüvvə olan Azərbaycan-Gürcüstan-Türkiyə birliyini daha da möhkəmləndirəcəkdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-dən 21-dək Türkiyə, Fransa və Gürcüstanda səfərdə olmuşdur.
Noyabrın 18-də Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş qaz kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Türkiyənin Ədirnə şəhərinin ərazisində, Yunanıstanla sərhəddə yerləşən İpşala sərhəd-keçid məntəqəsində təşkil edilmiş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və ABŞ-ın energetika naziri Samuel Bodman və digər rəsmi şəxslər iştirak edirdilər.

Daha ətraflı
24.11.2007
Yeni Azərbaycan Partiyasının məqsədi, məramı Azərbaycanın xoşbəxt gələcəyi, əbədi müstəqilliyidir
Noyabrın 22-də “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə ziyafət təşkil olunmuşdur.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı ziyafətdə nitq söylədi və bildirdi ki, Azərbaycan ən ağır şəraitdə yaşadığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası öz üzərinə çox böyük və əhəmiyyətli missiya götürmüşdü. O günləri hamımız yaxşı xatırlayırıq, Azərbaycan dövlət müstəqilliyini təzəcə əldə etmişdi. Ölkədə gedən proseslər o qədər də ürəkaçan deyildi.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb