Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
2006-cı ilin birinci rübü ərzində respublikanın xarici ticarətinin vəziyyəti

2006-cı ilin I rübü ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 114 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 1943276,9 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 1037796,2 min ABŞ dolları dəyərində 1184 adda mal ixrac, 905480,7 min ABŞ dolları dəyərində 4035 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 132315,6 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,

- respublikaya 10123,0 min ABŞ dolları dəyərində 4129,9 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2005-ci ilin I rübünə nisbətən 2006-cı ilin I rübündə ixrac əməliyyatlarının həcmi 116,43% (558284,4 min ABŞ dolları) artmış, idxal əməliyyatlarının həcmi isə 19,92% (225301,2 min ABŞ dolları) azalmışdır. İdxal əməliyyatlarının həcminin azalmasına səbəb avadanlıqlar, texniki qurğuların və onların hissələrinin, qara metaldan hazırlanan məmulatların respublikaya 2006-cı ilin I rübü ərzində az gətirilməsi olmuşdur.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 12763,3 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 68380,9 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.

2006-cı ilin I rübü ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 5077,2 min ton yük daşınmışdır. Bunlardan 2364,8 min ton ixrac, 2712,5 min ton isə idxal əməliyyatlarının payına düşur. İxrac əməliyyatlarında əsasən dəniz (1994,6 min ton), dəmiryolu (246,8 min ton), avtomobil (94,1 min ton) və hava (1,0 min ton) nəqliyyatından istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəmiryolu (1494,2 min ton), avtomobil (228,8 min ton) və stasionar nəql etmə (boru kəməri) (911,2 min ton) nəqliyyatına üstünlük verilmişdir.
Göstərilən müddət ərzində gömrük orqanlarında 38480 (əlavə vərəqlə birlikdə 51220) ədəd YGB (Yük Gömrük Bəyannaməsi) rəsmiləşdirilmişdir. Bunlardan 7944 (əlavə vərəqlə birlikdə 9021) ədəd ixrac, 30536 (əlavə vərəqlə birlikdə 42199) ədəd idxal YGB-dir.

Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 1472313,3 ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (451119,3t), Gürcüstan (277474,9t), İtaliya (265728,6t), Kipr (103073,5t), Tacikstan (66629,9t), Rusiya (58063,6t), İran (45956,5t), Türkmənistan (43627,4t) və Türkiyəyə (37838,2t) göndərilmişdir.
2006-cı ilin I rübü ərzində ixrac - idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:

- ixrac əməliyyatlarının həcminin yüksək həddi mart ayında (540640,1 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (236601,9 min ABŞ dolları) olmuşdur;

- idxal əməliyyatlarının həcminin yüksək həddi mart ayında (365229,6 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (253173,3 min ABŞ dolları) olmuşdur;

- mart ayında fevral ayı ilə müqayisədə ixrac əməliyyatlarının həcmi 280085,8 min ABŞ dolları, idxal əməliyyatlarının həcmi isə 78151,9 min ABŞ dolları həcmində artmışdır;

- ixrac əməliyyatlarında orta aylıq artım 152019,1 min ABŞ dolları, idxal əməliyyatlarında isə orta aylıq artım 56028,1 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 29717,8 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2006-cı ilin I rübü ərzində 21, 41 və 80 saziş növlərinə üstünlük verilib.
İxracda:
İdxalda:
01 (milli valyuta ilə hesablaşma)
-0.01%
-0.06%
21 (SDV ilə hesablaşma)
-93.46%
-66.38%
23 (dövlət krediti üzrə hesablaşma)
-0.00%
-0.62%
41 (qapalı dövriyyəli valyuta)
-0.45%
-4.43%
51 (barter sazisi)
-0.04%
-0.00%
80 (digərləri)
-6.05%
-28.50%

İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2005-ci ilin I rübünə nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 47,90% (2005-ci ilin I rübünün ixracına nisbətən 243,83%), neft məhsulları - 34,10% (235,23%), kimya sənayesi məhsulları - 4,76% (269,56%), meyvə-tərəvəz - 2,19% (230,18%), alüminium və ondan hazırlanan məmulatlar - 1,75% (148,07%), pambıq - 1,18% (166,16%), bitki və heyvan mənşəli yağlar - 1,08% (76,65%), tütün və tütün məmulatları - 0,65% (200,09%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,64% (55,34%), alkoqollu və alkoqolsuz içkilər - 0,22% (267,76%) təşkil edir. Qalan əmtəələrin payına 5,53% düşür.

İdxalda: maşın və elektrik aparatları,avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 26,98% (2005-ci ilin I rübünün idxalına nisbətən 42,61%), neft qazı və diğər qazaoxşar karbohidrogenlər - 13,39% (158,58%), ərzaq məhsulları - 10,13% (114,28%), qara metallar və onlardan hazırlanan məmulatlar - 10,01% (88,33%), nəqliyyat vasitələri və onların hissələri - 8,24% (123,42%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,56% (141,86%), xalq istehlaki malları - 1,38% (81,75%), əczaçılıq məhsulları - 1,00% (147,57%), mebel - 0,68% (65,84%) təşkil edir. Qalan əmtəələrin payına 26,64% düşür.

İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
Miqdarı
Dəyəri (min ABŞ dol)
2005-ci ilin I rübünə netto çəki. nisb.%-lə
1. Neft (xam)
1218183.4t
497056.6
1.1 Boru kəməri ilə 01.04.2006-ci ilə qədər gedən xam neft
(sayğac göstəricilərinə əsasən)
-şimal boru kəməri ilə
1157371.0t
-Supsa boru kəməri ilə
1728663.1t
1.2) Dəmiryolu nəqliyyatı ilə 01.04.2006-ci ilə qədər yola salınan xam neft (müvəqqəti YĞB)
1644765,0t
2. Neft emal məhsulları
808862.4 t
353882.3
o cümlədən, saziş növləri üzrə:
-sərbəst dönərli valyuta il?
783752.0t
341801,6
-digərləri
25110,5t
12080,7
2.1. 01.04.2006-cı ilə qədər şərti
bəyan. ilə yola salın. rəsmi-
ləşdirilməmiş neft məhsulları
115732.4t
3. Bitki və heyvan mənşəli yağlar
9052.2t
11187.3
70.9%
4. Spirtli içkilər
1705691.0l
2143.6
135.1%
5. Tütün
1905.1t
1485.7
88.3%
6. Tütün məmulatı
803890.4 mln əd.
5238,8
333.7%
7. Qara metallar
6249.8t
1942.5
20.4%
8 Alüminium
8914.8t
18175.4
122.1%
9 Çay
1554.0t
4447.6
75.7%
10. Pambıq mahlıcı
14440.5t
12235.3
156.9%
11. Elektrik enercisi
471,9mln kvt/s
7614.3

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

Miqdarı
Dəyəri (min ABŞ dol)
2005-ci ilin I rübünə netto çəki. nisb.%-lə
1. Ət və ət məhsulları
3696.0t
2499.3
54.7%
2. Buğda
287521.7t
36911,5
150.3%
3. Un
130.4t
40,8
22.4%
4. Şəkər
13945.1t
2867.3
47.8%
-humanitar yardım
398,8t
352,4
5. Yağ
23776.4t
13025.1
110.9%
-kərə yağı
1722.7t
1866,1
-bitki və heyvan mənş. yağlar
22053.7t
11159.0
-humanitar yardım

18,0t

32,0
6. Çay
2506.9t
4544.2
144.4%
7. Spirt
80208.6L
77.3
24.8%
8. Spirtli içkilər
1980970.0L
2762.3
175.1%
9. Tütün məmulatı
1615556.0mln əd
21339.2
159.2%
10. Qara metallar
56784.1 t
21890.4
99.9%
11. Minik avtomobilləri
-YGB əsasında rəsmiləşdirilmiş
6655 əd.
38789.1
97.5%
-GMO əsasında rəsmiləşdirilmiş
6054əd.
28265.4
12. Neft məhsulları
36020.0t
18793.8
13. Elektrik enercisi
470.4min kvt/s
16060.0
14. Neft qazı və digər qazaoxşar karbohidrogenlər
1278255.1min kub.m
121227,2

Xam neft Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi (1188307,6 ton (97,55%)), "Şirvan Oil" birğə məhdud məsuliyyətli müəssisə(29875,8 ton (2,45%)) tərəfindən ixrac edilmişdir.Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi (677524,5 ton (83,76%)), "Azneftyağ" İstehsalat Birliyi (86194,8 ton (10,66%)), "Middle East Petrol Farm FZE" şirkətinin Azərbaycandakı filialı (25107,9 ton (3,10%)), və "Monolit-D" firması (7516,1 ton (0,93%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 886102,4 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 85,38%) çıxarmışlar, o cümlədən, 854088,8 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 96,39%) və 31508,6 min ABŞ dolları dəyərində əmtəə diğər sazişlər hesabına (ixraca nisbətən 3,56%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 530172,0 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 58,55%) gətirilmişdir. Onlardan 301923,7 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 56,95%), 222287,0 min ABŞ dolları dəyərində əmtəə diğər sazişlər hesabına (ixraca nisbətən 41,93 %) gətirilmişdir.
Xarici ölkələr(MDB-dən başqa) üzrə müsbət saldo 355930,4 min ABŞ dolları təşkil edir .

Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 91,60%); alüminium və alüminium məmulatları (2,04%); meyvə (1,42%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (1,29%); qeyri-üzvi kimya məhsulları (0,88%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki cihazlar (idxala nisbətən 28,21%); elektrik maşınları və avadanlıqları, onların hissələri (11,91%); qara metallardan məmulatlar (10,67%); quru nəqliyyat vasitələri (6,05%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (3,30%) idxal edilmişdir.

Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 151693,8 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 14,62%) çıxarmışlar, o cümlədən, 115796,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 76,34%), 31235,4 min ABŞ dolları dəyərində diğər sazişlərlə (ixraca nisbətən 20,59%), 4652,0 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 3,07%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 375308,7 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 41,45%) gətirilmişdir. Onlardan 299159,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 79,71%), 38838,4 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 10,35 %), 35785,0 min ABŞ dolları dəyərində əmtəə diğər sazişlərlə (idxala nisbətən 9,53%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 223614,8 min ABŞ dolları təşkil edir .
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 32,68%), qeyri-üzvi kimya məhsulları (23,02%); heyvan və ya bitki mənşəli piylər və yağlar (7,18%); pambıq (6,40%); meyvə (6,27%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində mineral yanacaq, qaz-neft emal məhsulları, bitumlu minerallar (idxala nisbətən 38,98%); dənli bitkilər (10,19%); quru nəqliyyat vasitələri (8,45%); avadanlıqlar və mexaniki cihazlar (5,56%); duz; kükürd; torpaq və daş, suvaq materialı, əhəng və sement (4,86%) idxal edilmişdir.

Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
İxracda:
İdxalda:
Ölkənin adı
min Abş dolları
ümumi ixraca nisb.%-lə
Ölkənin adı
min ABŞ dolları
ümumi idxala nisb.%-lə
Rum?niya
79430,98
7,65
Rusiya
229464.99
25.34
Tailand
34784.85
3.35
Böyük Britaniya
77184.72
8.52
Rusiya
52130,50
5,02
Türkiyə
60379.09
6.67
Tacikistan

34752,93

3,35
Italiya
29790.07
3.29
İtaliya
445633,06
42,94
Almaniya

62264.79
6.88
İsrail
95398,35
9,19
Türkmənistan
48005.54
5.30
Gürcüstan
46565,23
4,49
Finlandiya
23703.01
2.62
Türkiyə
51153,41
4,93
Ukrayna
45113.45
4.98
Əfqanistan
17744.48
1.71
Çin
40784.22
4.50
İran
69791,36
6,72
ABŞ
35273.47
3.90

Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 4704 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2133-ü hüquqi, 2571-i isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 926625,8 min ABŞ dolları (89,29%), özəl sektorun 104963,3 min ABŞ dolları (10,11%), fiziki şəxslərin payı isə 6207,1 min ABŞ dolları (0,60%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 268127,2 min ABŞ dolları (29,61%), özəl sektorun payı 575777,4 min ABŞ dolları (63,59%), fiziki şəxslərin payı isə 61576,0 min ABŞ dolları (6,80%) olmuşdur.

DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi

Rəsmi məlumatlar Arxiv    
24.11.2007
Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük regional qüvvə olan Azərbaycan-Gürcüstan-Türkiyə birliyini daha da möhkəmləndirəcəkdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-dən 21-dək Türkiyə, Fransa və Gürcüstanda səfərdə olmuşdur.
Noyabrın 18-də Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş qaz kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Türkiyənin Ədirnə şəhərinin ərazisində, Yunanıstanla sərhəddə yerləşən İpşala sərhəd-keçid məntəqəsində təşkil edilmiş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və ABŞ-ın energetika naziri Samuel Bodman və digər rəsmi şəxslər iştirak edirdilər.

Daha ətraflı
24.11.2007
Yeni Azərbaycan Partiyasının məqsədi, məramı Azərbaycanın xoşbəxt gələcəyi, əbədi müstəqilliyidir
Noyabrın 22-də “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə ziyafət təşkil olunmuşdur.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı ziyafətdə nitq söylədi və bildirdi ki, Azərbaycan ən ağır şəraitdə yaşadığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası öz üzərinə çox böyük və əhəmiyyətli missiya götürmüşdü. O günləri hamımız yaxşı xatırlayırıq, Azərbaycan dövlət müstəqilliyini təzəcə əldə etmişdi. Ölkədə gedən proseslər o qədər də ürəkaçan deyildi.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb