Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
2007-ci ilin I rübü ərzində respublikanın xarici ticarətinin vəziyyəti


2007-ci ilin I rübü ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 109 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 2055192,4 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 919062,2 min ABŞ dolları  dəyərində 1258 adda mal ixrac, 1136130,1 min ABŞ dolları dəyərində 4596 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə mənfi saldo 217067,9 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
- respublikaya 12192,1 min ABŞ dolları dəyərində 5980,8 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2006-cı ilin I rübünə nisbətən 2007-ci ilin I rübündə ixrac əməliyyatlarının həcmi 11,44% (118760,9 min ABŞ dolları) azalmış, idxal əməliyyatlarının həcmi isə 25,41% (230216,5 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 33557,1 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 68883,4 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2007-ci ilin I rübü ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 4170,5 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 82,14% təşkil etmişdir. Bunlardan 1897,9 min ton ixrac, 2272,6 min ton isə  idxal əməliyyatlarının payına düşur. İxrac əməliyyatlarında əsasən dəniz (1479,2 min ton), dəmiryolu (221,1 min ton), avtomobil (193,8 min ton) və hava (1,1 min ton) nəqliyyatından istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (32,8 min ton), dəmiryolu (1571,8 min ton), avtomobil (311,7 min ton), hava (4,5 min ton) və stasionar nəqletmə (boru kəməri) (336,1 min ton) nəqliyyatına üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 47447 (əlavə vərəqlə birlikdə 62901) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 9798 (əlavə vərəqlə  birlikdə 10972) ədəd ixrac, 37649 (əlavə vərəqlə birlikdə 51929) ədəd idxal YGB-dir. 2007-ci ilin I rübünda YGB-lərin ümumi sayı 2006-cı ilin müvafiq dövrünə nisbətən 123,2% təşkil etmiş və ya 8943 ədəd bəyannamə çox olmuşdur. O cümlədən, ixracda artım 1852 (123,3%) ədəd, idxalda isə artım 7091 (123,2%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 1195,1 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (385,0 min ton), İtaliya (281,5 min ton), Gürcüstan (246,4 min ton), Tacikistan (106,4 min ton), İran (59,1 min ton), Türkiyə (36,6 min ton), Rusiya (35,1 min ton), Türkmənistan (28,6 min ton) və Qazaxıstan (12,7 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 81,17% olmuş və ya 277,2 min ton azalmışdır.
2007-ci ilin I rübü ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi yanvar ayında (396017,1 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (154386,7 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi fevral ayında (390063,5 min ABŞ dolları), aşağı həddi isə mart ayında (356564,6 min ABŞ dolları) olmuşdur;
- mart ayında ixrac əməliyyatlarının həcmi fevral ayı ilə müqayisədə 214271,7 min ABŞ dolları həcmində artmışdır, idxal əməliyyatlarının həcmi isə 33498,9 min ABŞ dolları həcmində azalmışdır.
- ixrac əməliyyatlarında orta aylıq azalma 13679,3 min ABŞ dolları, idxal əməliyyatlarında isə orta aylıq azalma 16468,8 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 40368,2 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 135,84% təşkil etmiş və ya 10650,4 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2007-ci ilin I rübü ərzində 01, 21, 41  və 80 saziş növlərinə üstünlük verilib.
 İxracdaİdxalda
01 (milli valyuta ilə hesablaşma) -0,01% -0,47%
21 (SDV ilə hesablaşma) -82,42% -70,52%
23 (dövlət krediti üzrə hesablaşma)-0,00% -1,02%
41 (qapalı dövriyyəli valyuta) -1,36% -4,37%
80 (digərləri) -16,21% -23,60%
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2006-cı ilin I rübünə nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 50,62% (2006-cı ilin I rübünün ixracına nisbətən 93,59%), neft məhsulları - 22,17% (57,57%), bitki və heyvan mənşəli yağlar - 2,29% (188,19%), alüminium və ondan hazırlanan məmulatlar - 2,14% (108,43%), qara metallar və onlardan hazırlanan məmulatlar - 1,72% (237,27%), kimya sənayesi məhsulları - 1,53% (28,47%), meyvə-tərəvəz - 1,49% (60,16%), pambıq - 0,82% (61,84%), alkoqollu və alkoqolsuz içkilər - 0,63% (256,96%), tütün və tütün məmulatları - 0,18% (24,72%) təşkil edir. Qalan əmtəələrin payına 16,40% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 27,95% (2006-cı ilin I rübünün idxalına nisbətən 129,98%), qara metallar və onlardan hazırlanan məmulatlar - 15,62% (195,78%), ərzaq məhsulları - 11,67% (144,44%), nəqliyyat vasitələri və onların hissələri - 10,76% (165,06%), neft qazı və digər qazaoxşar karbohidrogenlər - 4,55% (42,66%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,30% (104,55%), əczaçılıq məhsulları - 1,29% (162,64%), mebel - 0,82% (150,32%), xalq istehlakı malları - 0,81% (74,02%) təşkil edir. Qalan əmtəələrin payına 25,22% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

 MiqdarıDəyəri (min ABŞ dolları) 2006-ci ilin 1 ayına netto çəki nisb.%-lə
1) Neft (xam)

1.1) Boru kəməri ilə
01.11.2006-cı ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
1108772,7 t 465206,1  
-Şimal boru kəməri ilə 876356,0 t   
-Bakı-Tbilisi-Ceyhan 5790571,0 t   
1.2) Dəmiryolu nəqliyyatı
01.02.2007-cı ilə qədər
yola   salınan xam neft(şərti YGB)
1646804,7 t   
2) Neft emal məhsulları 419041,0 t 203728,7  
o cümlədən, saziş növləri üzrə:   
- sərbəst dönərli valyuta ilə 404945,1 t 198178,2  
- digərləri

14095,9 t

5550,5  
2.1) 01.02.2007-cı ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları
154415,7 t   
3) Bitki və heyvan mənş.yağ 16010,1 t 21053,9 176,9 %
4) Spirtli içkilər 3827343,3 L 5820,9 224,4 %
5)Tütün 898,9 t 734,2 47,2 %
6) Tütün məmulatı 156300,0 mln.əd 928,0 19,4 %
7) Qara metallar 20222,6t 8535,2 323,6 %
8) Alüminium 7952,5 t 19707,4 89,2 %
9) Çay 1462,8 t 3954,6 94,1 %
10) Pambıq mahlıcı 8483,6 t 7566,2 58,7 %
11) Elektrik enerjisi 72,8 mln kvt*s 1227,3  

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

 MiqdarıDəyəri (min ABŞ dolları) 2006-ci ilin 1 ayına netto çəki nisb.%-lə
1) Ət və ət məhsulları 6430,8 t 4254,5 174,0%
2) Buğda 339128,1 t 50192,0 118,0%
3) Un 169,3 t 55,8 129,8%
4) Şəkər 22917,1 t 7566,9 164,3%
5) Yağ 30292,5 t 16468,9 127,4%
 - kərə yağı 2253,8 t 2547,7  
 - bitki və heyvan mən.yağ 28038,7 t 13921,2  
 - humanitar yardım 39,6 t 75,4  
6) Çay 2814,0 t 4744,8 112,3 %
7) Spirt 91869,0 L 95,8 114,5 %
8) Spirtli içkilər 5935220,7 L 7199,1 299,6 %
9) Tütün məmulatı 1938574,8 mln. əd. 28571,5 120,0 %
10) Qara metallar 119200,4 t 25994,4 209,9 %
11) Minik avtomobilləri   
 -YGB əsasında 6610əd.   48689,0 99,3%
 -GMO əsasında 8270əd. 37303,6  
12) Neft məhsulları 16160,0 t 11909,1  
13) Elektrik enerjisi 349,5 mln. kvt*s 8888,3  
14) Neft qazı və digər qazaoxşar karbohidrogenlər 470062,8 min kub.m 51716,6  

Xam neft əsasən Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (1108772,7 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (395367,8 ton (94,35%)), "Az Trans Reil" MMC (14084,4 ton (3,36%)), "Caspian Petrol-1" firması (5998,0 ton (1,43%)) və "Monolit-D LTD" firması (2527,1 ton (0,60%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 697620,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 75,91%) çıxarmışlar, o cümlədən, 672438,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 96,39%) və 25115,1 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 3,60%) çıxarılmışdır.
Eyni zamanda, respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 719205,5 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 63,30%) gətirilmişdir. Onlardan 462337,4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 64,28%), 242454,6 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 33,71 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə mənfi saldo 21585,2 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən neft və onların emal məhsulları, mineral yanacaq, bitumlu minerallar (ixraca nisbətən 90,08%); alüminium və alüminium   məmulatları (2,80%); avadanlıqlar və mexaniki qurğular (1,32%); qara metallar (1,22%); qeyri-üzvi kimya məhsulları (0,80%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 30,05%); qara metallardan məmulatlar (14,52%); elektrik maşınları və avadanlıqları, onların hissələri (8,47%); quru nəqliyyat vasitələri (7,87%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (4,69%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 221442,0 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 24,09%) çıxarmışlar, o cümlədən, 85059,6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 38,41%), 123841,1 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 55,92%), 12537,4 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 5,66%) çıxarılmışdır.
Eyni zamanda, respublikaya MDB ölkələrindən 416924,7 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 36,70%) gətirilmişdir. Onlardan 338875,6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 81,28%), 47770,1 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 11,46 %), 25647,4 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 6,15%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 195482,7 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən neft və onların emal məhsulları, mineral yanacaq, bitumlu minerallar (ixraca nisbətən 22,16%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (21,51%); gəmilər, qayıqlar və digər üzən vasitələr (18,62%); heyvan və ya bitki mənşəli piylər və yağlar (9,50%); qeyri-üzvi kimya məhsulları (3,40%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində mineral yanacaq (idxala nisbətən 14,36%); dənli bitkilər (12,70%); quru nəqliyyat vasitələri (11,33%); qara metallardan məmulatlar (11,28%); qara metallar (5,42%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:

 
İxracdaİdxalda
   
Ölkənin adıDəyəri (min ABŞ dol.)Ümumi ixraca nisb.%-lə
İtaliya 317019,18 34,49
Türkiyə 113042,26 12,30
Rusiya 104243,78 11,34
İran 91592,45 9,97
Virgin ada
(ABŞ)
60973,43 6,63
Gürcüstan 51303,21 5,58
Qazaxıstan 45847,87 4,99
Fransa 37931,90 4,13
Yunanıstan
(Honkonq)
13264,55 1,44
Hibraltar
10912,02 1,19
   
Ölkənin adıDəyəri (min ABŞ dol.)Ümumi ixraca nisb.%-lə
Rusiya 235116,95 20,69
Türkiyə 11590,30 9,82
Ukrayna 102280,97 9,00
Almaniya 91880,65 8,09
B.Britaniya 61392,49 5,40
Yaponiya 60514,46 5,33
ABŞ 58735,02 5,17
Zin 50327,62 4,43
Qazaxıstan 46810,04 4,12
İtaliya 45014,81 3,96

Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 5359 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2299-u hüquqi, 3060-ı isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 711597,9 min ABŞ dolları (77,43%), özəl sektorun payı 199090,5 min ABŞ dolları (21,66%),  fiziki şəxslərin payı isə 8373,9 min ABŞ dolları (0,91%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 318536,7 min ABŞ dolları (28,04%), özəl sektorun payı 753242,6 min ABŞ dolları (66,30%), fiziki şəxslərin payı isə 64350,8 min ABŞ dolları  (5,66%) olmuşdur.
Qeyd: Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır. Neft, neft emal məhsulları, qaz və elektrik enerjisinin gömrük rəsmiləşdirilməsi spesifik xüsusiyyətlərə malik olduğu üçün gömrük sərhədini keçmə tarixi ilə bəyannamələşdirmə tarixi arasında fərq vardır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
Rəsmi məlumatlar Arxiv    
24.11.2007
Bakı-Tbilisi-Qars dəmir yolu çox böyük regional qüvvə olan Azərbaycan-Gürcüstan-Türkiyə birliyini daha da möhkəmləndirəcəkdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-dən 21-dək Türkiyə, Fransa və Gürcüstanda səfərdə olmuşdur.
Noyabrın 18-də Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş qaz kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Türkiyənin Ədirnə şəhərinin ərazisində, Yunanıstanla sərhəddə yerləşən İpşala sərhəd-keçid məntəqəsində təşkil edilmiş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və ABŞ-ın energetika naziri Samuel Bodman və digər rəsmi şəxslər iştirak edirdilər.

Daha ətraflı
24.11.2007
Yeni Azərbaycan Partiyasının məqsədi, məramı Azərbaycanın xoşbəxt gələcəyi, əbədi müstəqilliyidir
Noyabrın 22-də “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə ziyafət təşkil olunmuşdur.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı ziyafətdə nitq söylədi və bildirdi ki, Azərbaycan ən ağır şəraitdə yaşadığı bir dövrdə yaradılan Yeni Azərbaycan Partiyası öz üzərinə çox böyük və əhəmiyyətli missiya götürmüşdü. O günləri hamımız yaxşı xatırlayırıq, Azərbaycan dövlət müstəqilliyini təzəcə əldə etmişdi. Ölkədə gedən proseslər o qədər də ürəkaçan deyildi.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb